Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   2   3   4   5   6   7   8   9   ...   45

 
11
ruhlar aləminə aid olan müstəqil başlanğıcdan ibarətdir. Kant 
isə  əxlaqı  sırf düşüncə ilə  əlaqələndirirdi. Q.Rikkert, V.Stern, 
M.Şiller, E.Hartman kimi əxlaq nəzəriyyəçilərinə görə, bu 
dünyada insanlar mövcud olan müstəqil  əxlaqi keyfiyyətləri 
ancaq duya bilər, çünki mövcud əxlaqi davranışlar ancaq 
transsendental aləmdə mövcuddur. Əxlaqi keyfiyyətləri ictimai 
mühitdə yaratmaq mümkün deyildir, onları ancaq kəşf etmək 
olar. Neotomistlərə görə,  əxlaqi qanun dəyişərsə öz gücünü 
itirər.  İnsanlarda olan müxtəlif  əxlaqi baxışlar ancaq əbədi 
dəyişməz  əxlaqi hökmlərin nəticəsidir. Onlar bütün dövrlər 
üçün əbədi olan obyektiv, universal əxlaqi norma və prinsiplər 
yaratmaq istəyir,  əxlaqı  əbədi, dəyişməz ehkam şəklində başa 
düşürdülər. Belə bir prinsipin doğruluğunu sübut etmək üçün 
insanın mahiyyətinin dəyişməz olması fikri əsas götürülürdü. 
Bu məqsədlə neotomistlər  şəxsiyyətin vahid əxlaqi məzmuna 
malik olması  və heç bir iqtisadi və siyasi sistemin insanı 
dəyişdirə bilməməsi prinsipindən çıxış edirdilər. 
Hazırda fideizm, ekzistensializm, intuitivizm, 
neopozitivizm, utilitarizm, hedonizm, praqmatizm kimi etik 
konsepsiyalar əxlaqi sərvətləri insanların faydalanmaq, mənfəət 
götürmək, həzz almaq üçün özbaşına seçdikləri normalar hesab 
edir,  əxlaq normalarının obyektivliyini qəbul etmirlər. 
Ekzistensializm konsepsiyasına görə, fərddə yaranan müsbət 
əxlaqi keyfiyyətlər onların özlərindən asılı olmayan 
səbəblərdən yaranır. Müasir hedonizm cəryanının nümayəndəsi 
Şeldondan gətirilən fikir diqqətəlayiqdir: “İnsan kef , ləzzət 
çəkmək, həzz almaq üçün obyektləri və  hərəkətləri özü seçir, 
ona görə  də o, öz əxlaqının hakimi və sahibidir. Əxlaqi 
sərvətlərə özündən kənarda meyar axtarmaq mənasızlıqdır.”
4
 
Tomizmə görə əxlaq normaları Allah tərəfindən müəyyən 
edilən və idarə edilən normalardır. Bu ideyaya görə, insanlar 
                                           
4
 Z.Göyüşov. Əxlaqi sərvətlər. Azərnəşr, Bakı, 1966, səh.6. 


 
12
əxlaqi normalara allaha itaət etmək, dini ainləri yerinə 
yetirməklə nail ola bilər.  
Holland filosofu Benedikt Spinoza “Etika” kitabında 
əxlaq normalarını insanların mənəvi həyatından və 
davranışından yaranmış normalar hesab edir: “Burada təəcüb 
doğuran  şey yoxdur. Yəni, qeyri doğru hesab etdiyimiz 
hərəkətlər narazılıq, doğru sayılan hərəkətlər isə razılıq 
doğurur. Təcrübə bunu deməyə  əsas verir. Qeyd edək ki, bu 
əxlaqi münasibətlər tərbiyədən asılıdır. Belə ki, birində gözəl
müqəddəs olan bir şey başqası  tərəfindən düzgün qəbul 
olunmaya bilər. Beləliklə, insanlar öz səhv hərəkətlərinə görə 
peşiman olur və ya tərbiyəli davranışları ilə diqqəti cəlb 
edirlər”.
5
 
Əxlaq normaları öz mahiyyəti etibarı ilə ictimai mühitdən 
də asılı olur. “...Əxlaq da din kimi cəmiyyətin ictimai vəziyyəti 
ilə bağlı olur. Belə ki, Hannibal adam əti yeməyi ən əxlaqlı iş 
hesab edirdi. Feodalizmə  əsaslanan sahibkarlığa təhkimçilik, 
muzdlu  əməyə  əsaslanan sahibkarlığa kapitalist istismarı aid 
edilir və bütün bunlar həmin dövrlər üçün əxlaqi mahiyyət kəsb 
edir.  İctimai inkişafın bütün dövrlərində  hər bir dövr üçün 
xarakterik olan əxlaqi münasibətlər üstünlük təşkil edir. Əxlaqi 
cəhətdən  ən yüksək ictimai əxlaqi vəziyyət, o vəziyyətdir ki, 
insanlar bir-birinə münasibətdə azaddırlar və bərabərdirlər”.
6
 
Lokk əxlaqi keyfiyyətlərin fitri olduğunu inkar edirdi və 
göstərirdi ki, əxlaqi dəyərlər məhz təcrübədə  və  tərbiyədə 
qazanılır. 
Spinozanın və Lokkun fitri əxlaqi keyfiyyətlərin 
mövcudluğu haqqında ideyalara qarşı  çıxması  əxlaq 
normalarının mahiyyətini başa düşməyə imkan versə  də 
birtərəfli qaydada şərh edilir. P.Lafarq “Karl Marksın iqtisadi 
determinizmi” adlı  əsərində göstərirdi ki, əxlaq normaları 
                                           
5
 Б.Спиноза. «Этика», М., 1932, стр. 132. 
6
 А.Бебель. Женщина и социализм. Госполитиздат, М., 1959, стр. 516. 


 
13
haqqında təsəvvürlər və ona münasibət ancaq sinfi 
mənsubiyyətdən asılı olaraq meydana gəlir. Misal üçün, ədalət 
haqqında fikirlər kapitalist və fəhlə sinfi üçün eyni ola bilməz.
7
 
Əxlaq normaları real tarixi zərurətdən irəli gəlir, tarixi 
münasibətləri ifadə edir, obyektiv gerçəkliyi dəyişdirməkdə, 
ictimai həyatı  zənginləşdirməkdə  əsas rol oynayır.  Əxlaq 
normaları insanların mövcud olduqları ictimai həyatın 
məhsuludur. Materializmə görə,  əgər bir ovuc adam özünü 
pozğun və eybəcər hala salaraq milyonlarla adamı müsbət 
keyfiyyətləri dərk etmək qabliyyətindən məhrum etmişdirsə, 
buna həmin insanlar müqəssir deyildir, istismar olunan sinif 
müqəssirdir.
8
  Əxlaqi normalar, əxlaqi baxışlar  əvvəlki 
dövrlərdən götürülür, şəklini dəyişir və lazım olmayan əxlaqi 
dünyagörüş öz yerini yeni iqtisadi münasibətlərə  və yeni 
cəmiyyətdə mövcud olan qanunlara verir. Köhnə  və  təzə 
ictimai münasibətlər arasında ümumi əlamətlər olduqda 
müəyyən  əxlaqi normalar yeni şəraitə uyğunlaşdırılır. Yəni, 
həyatın mənəvi və əxlaqi prosesləri üçün əsas şərt mövcud olan 
istehsal üsuludur. Əxlaq normaları insanlar arasında mövcud 
olan real qaydaların insanların şüurunda inikasıdır. Əsrlər boyu 
insanlar  əmək prosesində  cəmiyyətə olan münasibətlərini 
tənzim edən prinsiplər, qaydalar yaratmışlar. Onlar bu prinsip 
və qaydalar əsasında iqtisadi münasibətləri, ictimai istehsalı 
həyata keçirmişlər. Əməyin təşkili problemi adət və ənənələrin 
gücü ilə müdafiə edilmişdir.  Əmək prosesində  ədalətlilik, 
qarşılıqlı yardım, birlik kimi əxlaqi normalar yaranmış, düzlük, 
cəsarət kimi öz keyfiyyətləri ilə  fərqlənən  əxlaqi prinsiplər 
formalaşmışdır. Sonralar zaman keçdikcə  cəmiyyətdə 
insanların bir-birinə münasibəti- qadın, kişi və  uşaqlar 
arasındakı münasibətlər hamı tərəfindən qəbul edilmiş davranış 
normalarına çevrildi. Əxlaq normaları haqqında fikirlər 
                                           
7
  П.Лафарг. «Экономический  детерминизм  Карла  Маркса».  Соцэкгиз, 
1938, стр. 28. 
8
 Ф.Дзержински. “Gündəlik və məktublar”. Azərnəşr, B, 1958, səh. 24. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə