Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

 
92
dolana bilmədikləri üçün, birgə  həyat vasitələri  əldə etmək 
naminə cəmiyyəti yaratmışlar. İnsanların yaşaması üçün əmək 
bölgüsü əsas şərtdir. Bu mənada müəllif Platonun ictimai əmək 
bölgüsü ideyasını inkişaf etdirmişdir. Eyni zamanda insanlar 
xarici təhlükədən, ümumi pisliklərdən azad olmaq üçün 
birləşmişlər. 
Filosof cəmiyyətin inkişafında iki mərhələni qeyd edir: 
Birinci kənd-cəmiyyətidir ki, burada insanlar yalnız əkinçiliklə 
və maldarlıqla məşğuldurlar.  İkinci mərhələ  sənətkarlığın, 
ticarətin, elmin, incəsənətin inkişafı ilə müşahidə olunan şəhər 
cəmiyyətidir. Birinci halda cəmiyyətin üzvləri tam bərabərliyə 
əsaslanaraq yaşayır. Burada məcburetməyə ehtiyac yoxdur, 
yalnız zəruri həyat  vasitələri istehsal edilir. İkinci haldakı 
vəziyyətə hökmranlıq xasdır. Bu hala mülkiyyət münasibətləri, 
məcburetmə yolu ilə idarəçilik xasdır. Cəmiyyəti idarə etmək 
üçün bir şəxsin hökmranlıq etməyə gücü çatmadıqda bu 
problemi bir qrup güclü şəxslər həyata keçirir. Hökmdar 
tabeçiliyində olanları hakimiyyət altında saxlamaq üçün 
xəzinəyə pul toplayır, vergilər və töcülər dövlətin pul vəsaitini 
təşkil edir. 
İlk  əvvəl hökmdarlar öz nəslinə  mənsub olan insanlara 
arxalanır. Sonralar tək hakimiyyətliliyə  meyl  edir  və süni 
yaratdığı idarəetmə aparatını aradan götürür. Dövlət öz 
yaradıcısından ayrı düşür.  İdarə edənlər sadə xalqdan ayrılır. 
Kütlələrin qarşısına səd çəkilir ki, hakimiyyətə qarşı  çıxış 
etməsinlər. 
İbn-Xalduna görə, iqtisadiyyatın dağılması ilə dövlət 
zəifləyir, onun materiyası, yəni  əsası  məhv olur. Müəllif belə 
nəticəyə  gəlir ki, hər cür dövlət məhvə  məhkumdur. 
Mütəfəkkürə  ğörə, hər bir dövlət idarə edənlərin üç nəslini 
əhatə etməklə 120 il yaşaya bilər. Həmin dövr ərzində dövlət - 
5 mərhələdən keçir. 1.Əvvəlki hakimiyyətin yeni hakimiyyətlə 
əvəz edilməsi. 2.Hökumətin onu hakimiyyətə gətirənlərə divan 
tutması. 3.Dövlətin tərəqqisi, qanunları, sakitliyi bərqərar 


 
93
etməsı. 4. Müxalifəti susdurmaq üçün güc tətbiq etməsi və 
istibdad metodunun tətbiqi. 5. Dövlətin tənəzzülü və  nəhayət 
məhvi. 
İbn Xaldun dövlətin üç növünü qeyd edir: 
 1.  Ğücə  əsaslanan təbii monarxiya, yəni ancaq idarə 
edənlərin mənafeyinə uyğun olan istibdad dövləti. 
2.
 
Ağıllı siyasəti olan, tabeçiliyində olanların dünyəvi 
mənafeyini müdafiə edən siyasi monarxiya. Ancaq, o tabe 
olanlar üçün özgə mahiyyətli hesab edilir. 
3.
 
Xilafət. Burada idarə edənlər müsəlman icmasının 
etiqadını, dünyəvi qaydaları müdafıə edən dövlətdir. 
Filosof eyni zamanda öz yaradıcılığında cəmiyyətə, 
dövlətə, hüquqa, təsir edən coğrafi mühitin, əmək bölgüsünun, 
iqtisadiyyatın və  mədəniyyətin rolu haqqında qiymətli fikirlər 
söyləmişdir. 
Antiq dövrdə natiqlik sənətinə maraq quldarlıq 
demokratiyasında başlıca meyar olduğu üçün yaranmışdı. 
Böyük sofistlər nəslindən olan Protoqor, Qorqi, Hippi və 
Antifont  bütövlükdə demokratik münasibətlərin tərəfdarı 
olmuşlar. Protoqorun mifoloji dünyagörüşünə görə insanın 
başqa canlılardan fərqlənməsinin əsas cəhəti onun oda müraciət 
etməsi olmuşdur. Bu sənəti insana Allahdan od əldə edən 
Prometey öyrətmişdir. Protoqor qeyd edir ki, dövlətin möhkəm 
olması üçün siyasəti öyrənmək lazımdır. O çıxışlarında dövlət 
yaranmamışdan  əvvəl insanların köməksiz vəziyyətdə 
olduğundan xəbər verir, mədəniyyətin inkişafı  nəticəsində, 
ictimai həyatda toplanmış biliklərin tətbiqi və 
təkmilləşdirilməsi izah edilirdi. Müəllifə görə insanlar dəyişkən 
xarakterə malik olduğu üçün ümumiləşmiş  həqiqət yoxdur. 
Pifaqora görə bütün şeylərin ölçüsü insandır, çünki o mövcud 
olmadan heç nə mövcud deyildir. 
Afinada eramızdan  əvvəl 336—264-cü illərdə Zenon 
Kitiyskin tədrislə  məşğul olduğu məktəbin adını  əks etdirən, 
ayaqüstü sözündən götürülən aynəbənd, eyvan mənasını verən 


 
94
“stoikizm”ə- Epikür fəlsəfəsinə qarşı  çıxış etməyə başladı. 
Stoiklər Platon, Aristotel fəlsəfəsinin davamçıları idilər. Onlara 
görə kainat yüksək ilahi zəka sayəsində tale ilə idarə olunur. 
İnsan ondan asılı olmayan taleyə tabe olmağa məcburdur. 
Aristotel kimi stoiklər də qaydaların və dövlətin təbiətən 
mövcud olduğunu söyləyirdilər. Onlar təbii hüququ- universal
ümumdünya qanunları, dövləti isə dünya birliyi hesab edirdilər.  
Eramızdan əvvəl 200-120-ci illərdə Qədim Yunanıstanın 
böyük mütəfəkkiri Polibinin 40 kitabdan ibarət olan 
“Tarix”ində başlıca ideya dünya hökmranlığına doğru keçən 
yoldan ibarətdir. Müəllifə görə, ictimai həyatın mövcudluğu 
təbiətlə bağlıdır və tale ilə şərtlənir. Hər bir cəmiyyət orqanizm 
kimi qüvvətlənmə, çiçəklənmə  və  tənəzzül dövrü yaşayır. Bu 
hadisə yenidən təkrarlanır və  cəmiyyətin inkişafı dairə üzrə 
sonsuz olaraq hərəkət edir. İdarəetmə forması dəyişir, digər bir 
formaya keçir və cəmiyyət sonrakı inkişafına yenidən başlayır. 
Siyasi və hüquqi həyatın dövretmə prosesi dövlətin altı 
idarəçilik formasında təzahür edir. İlk dəfə  zəka  əsasında 
formalaşan monarxiya yaranır. Sonra, monarxiya öz yerini ona 
əks idarəetmə sistemi olan tiraniyaya verir. Tiraniyadakı 
narazılıqların nəticəsində azlığın hakimiyyəti olan və rifaha 
xidmət edən aristokratiya idarəçilik sistemi bərqərar olur. 
Aristokratiya nəcib mənşəyə malik olan adamların və ya 
elitanın hakimiyyətidir. Aristokratiya tədricən oliqarxiya 
idarəçilik sisteminə keçir. Oliqarxiya maliyyəçi və  sənayeçi 
qrupların hakimiyyətidir. Buradakı qrup hakimiyyəti yüksək 
tamah sahibləridir. Azlığın hakimiyyətinə inanmayan xalq 
nəhayət demokratiyanı bir idarəçilik forması kimi qərarlaşdırır. 
Demokratiya xalqın əksəriyyətinin hakimiyyətidir. Cəmiyyətdə 
demokratiyanın təhrif edilməsi nəticəsində oxlokratiyanın, yəni 
kütlələrin hökmranlığı meydana çıxır. Dövlətlərin bir-birini 
əvəz etməsi nəticəsində yenidən əvvəlki vəziyyətlərə qayıdışlar 
baş verir. Siyasi formaların bir-birini əvəz etməsini ancaq 
müdrik qanunverici aradan qaldıra bilər. Polibiyə görə dövlətin 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə