Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

 
95
qarışıq forması yaradılmalıdır. Yəni monarxiyanın, 
aristokratiyanın və demokratiyanın başlanğıcları 
əlaqələndirilməlidir. Qarışıq dövlət nəzəriyyəsini  əsaslandıran 
müəllif bu əsasda demokratik dövlət quruluşunu müdafiə 
edirdi. 
 
 
1.5. Azərbaycanda müstəqil dövlətçilik siyasəti 
 
Müstəqillik qazanmaq üçün bir çox xalqlar tarix boyu 
mübarizə aparmış, ancaq buna nail ola bilməmişlər. Müstəqil 
dövlətçilik mühitində yaşamaq xalqımız üçün ən böyük 
qələbədir. Yeni şəraitdə umumbəşəri ideyalara əsaslanmaqla, 
müstəqil dövlətçilik imkanlarından istifadə edərək daha uğurlu 
nəticələr  əldə etmək olar. Belə bir şəraitdə yetişən dahi 
mütəfəkkir  şəxsiyyətlər sözsüz ki, öz millətinə xidmət 
göstərməklə fəxr etmişlər. 
Azərbaycanda tarixi dövrlərdən başlayaraq xalqın 
içərisindən çıxmış  şəxsiyətlər tərəfindən yaradılmış olan 
mənəvi irsin çoxu itirilmiş  və unudulmuşdur.  Şəxsiyətin 
fəaliyyəti hansısa bir qrupun deyil, cəmiyətin mənafeyinə 
xidmət etməlidir. Həyatını öz xalqına xidmət etməklə görən 
təfəkkür sahibi öz milli əqidəsini milli ideologiya səviyyəsinə 
çatdırmalıdır.  
Müstəqilliyə can atan hər bir xalq bu sərvətin sahibi 
olmaga tam haqlıdır. Müstəqilliyin  əldə olunması  nə  qədər 
çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da 
çətindir.
39
 
Müstəqillik və azadlıq ideyaları Azərbaycan xalqının 
həyatında illərlə yaşamışdır. Azərbaycan xalqının zəngin 
yaradıcılıq irsi xalqımızın müstəqillik ənənələri ilə yaşamışdır. 
                                           
39
  Щейдяр  Ялийев.  Мцстягиллик  йолу.  Тяртиб  едянляр  Шащлар  Ясэяров. 
Сялащяддин Хялилов. Бакы.1997.с.7. 


 
96
Azadlıq və müstəqillik ideyaları xalqın sosial-iqtisadi, mədəni 
və  məişət həyatı ilə  sıx bağlı olmuşdur. Bu ideyalar içtimai 
təfəkkürün daim tədqiqat obyekti olmuşdur. Mövcud ideyalar 
içtimai təfəkkürdə dərin iz qoya bilirsə, onun nə vaxsa reallıqda 
mövcudluğu məntiqə uyğun gəlir. Yaradıcılıq nümunələrinin 
içtimai təfəkkürdə canlanması onu deməyə  əsas verir ki, 
həqiqətən cəmiyyətimiz böyük bir dövlətçiliyin  əsasında 
yaranmışdır.  
Xalqımızın milli mənəvi dəyərlərindən olan “Kitabi- 
Dədə Qorqud” dasta-nında olduqca mütəşəkkil dövlətçiliyin 
mövcudluğu haqqında fikirlər vardır. Belə ki, o dövrdə 
mərkəzləşmiş 24 qəbilə və tayfanı özündə birləşdirən dövlətin 
başında duran Bayandır xan dövlətçilik  ənənələri ilə bağlı 
məsləhətləşmələr aparır. 24 oğuz birliyi başçılarının çağrışı ilə 
bir yerə toplaşır və məmləkətə edilən yadellilərin hücumlarına 
qarşı birlikdə hərəkət edirlər. 
Azərbaycanda zəngin  ədəbiyyat və  mədəniyyət 
abidələrinin yaranmasının əsas səbəbi cəmiyətdə mövcud olan 
azadlıq və mütəşəkkilliyin hələ qədimlərdən mövcud olmasıdır. 
Zəngin  ənənələri olmayan dövlətdə böyük şəxsiyyətlər və 
zəngin mədəniyyət nümunələri olmazdı. Zəngin ideyalar 
əsasında həyata vəsiqə almış  əsərlər sözsüz ki, ümumbəşəri 
xarakter kəsb edir və dünya mədəniyyət xəzinəsində 
özünəməxsus yer tutur, cəmiyyətdə ictimai şüurun 
formalaşmasında mühüm amillərdən birinə çevrilir. 
Azərbaycanda milli hüquqi dövlətçilik təfəkkürün 
formalaşmasında qədim türk dövlətçilik mədəniyyətinin 
ənənələri vardır. Ümumiyyətlə, tarixən müəyyən dövrlərdə 
Azərbaycan  ərazisində müstəqil dövlətlər mövcud idi. 
Onlardan Atabəylər, 
Şirvanşahlar, Ağqoyunlular, 
Qaraqoyunlular, Səfəvilər kimi dövlət qurumlarını göstərmək 
olar. Ancaq həmin dövlət qurumları regional xarakter kəsb 
etdiyi üçün bütöv Azərbaycan cəmiyyəti formalaşmamışdır. 
Xalqımız öz mövcudluğu dövründə tarix boyu qazandıqları 


 
97
milli adət və  ənənələr  əsasında bütöv Azərbaycan ideyası 
reallaşa bilməmişdir.  
1918-ci il mayın 28-də elan olunmuş müstəqil 
Azərbaycan dövlətçiliyi müsəlman şərqində ilk demokratik bir 
qurum kimi formalaşmağa başladı. Bu dövrdə böyük dövlətlər 
arasında dünyanın yenidən bölüşdürülməsi problemi var idi. 
Rusiyada baş verən inqilab və onun nəticələri Azərbaycan 
xalqının da həyatına öz təsirini göstərirdi. İnqilablar dövründə 
Azərbaycanda da azadlıq və müstəqillik ideyaları ön plana 
gətirildi. Ancaq onu axıradək qoruyub saxlaya bilmədilər. 
Səbəbi isə  rəhbərlərin zəngin dövlətçilik təcrübəsinə malik 
olmamalarında idi.  
O dövrdə müstəqil dövlətçilik ideyası reallaşmış olsa da 
ictimai hadisələrin mövcudluğu  şəraitində milli şüur 
formalaşmamışdı  və o əsasda milli birlik, müstəqillik, 
həmrəylik kimi ideyalar reallaşmamışdı. Hətta Demokratik 
Respublika rəhbərləri arasında fikir ayrılığı da var idi. Belə ki, 
o dövrdə milli lider məsələsi həll edilməmiş qalırdı. Bunu da 
qeyd etmək lazımdır ki, xarici imperialist dövlətlərinin hər vaxt 
hücum etmək təhlükəsi var idi. Belə bir şəraitdə Azərbaycan 
Demokratik Respublikası cəmi 23 ay davam gətirə bildi.  
Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika 
yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın 
müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərdə - həm 
mətbuatda, həm də ictimai- siyasi proseslərdə ilk Azərbaycan 
Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd 
olunmuş  və onun gördüyü işlər yüksək qiymətləndirilmişdir. 
Belə bir demokratik dövlətin mövcud olması  və müəyyən 
müddət fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə 
təsir etmişdir. Demokratik Respublika onun liderləri 
Məmmədəmin Rəsulzadə, Fətəlixan Xoyski, Nəsib bəy 
Yusifbəyov, Məmmədhəsən Hacınski və başqalarının 
fəaliyyətinin uğursuzluğu təkcə ondan ibarət deyil ki, 
Azərbaycan 20- ci il aprel ayının 28- də Qızıl Ordu tərəfindən 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə