Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

 
98
işğal olundu. Hələ  həmin işğala qədər bu demokratik dövlət 
demək olar ki, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı 
bilirlər ki 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişmiş, 
bu dövlətdə parlamentdə beş partiya iştirak etmişdi. Bu 
parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı - 
ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, 
intriqalar öz özlüyündə bu dövlətin adına ləkə vurdu. Biz 
bundan ibrət almalıyıq. Biz o dövrü, o demokratik dövlətin 
fəaliyyətini qiymətləndiririksə  və belə bir mərhələnin 
tariximizdə olması ilə  fəxr ediriksə, həmin proseslərin 
qüsurlarını da bilməliyik ki o səhfləri daha buraxmayaq.
40
  
1990- cı ildə, yəni 70 ildən sonra daha mürəkkəb 
hadisələrlə bağlı olan müstəqil dövlətçiliyin mövcud olması və 
yaşaması üçün müəyyən şərait yaranmışdı. Bu şərait müəyyən 
dövr  ərzində, hələ Sovet dövlətinin  ən çətin zamanlarında 
hazırlanmışdır. 
Beləliklə, Azərbaycan Respublikası öz müstəqilliyini 
müəyyən etdi. Dövlətçiliyin, idarəçiliyin uzunmüddətli olması 
üçün müəyyən proqram həyata keçirildi. 
Həyata keçirilməli olan vacib məsələlər iqtitisadiyyatın 
dirçəldilməsi,  əhalinin yaşaması üçün şəraitin yaradılması, 
dəyərlərimizin, tarixi və müasir ənənələrin varislik prinsipinə 
əsasən qorunub saxlanması, mənəvi tərbiyənin  əsaslarının 
müəyyən edilməsi və eyni zamanda huquqi dövlət 
quruculuğunun vacib elementlərindən biri olan milli mənlik 
şüurunun formalaşması  və bu istiqamətdə dövlətçiliyin idarə 
mexanizminin yaranması, içtimai şüurun milli şüura çevrilməsi 
prosesindən ibarətdir. 
Müstəqilliyimizin  əldə edilməsi prosesində onu 
şərtləndirən  əsas  əlamətlər iqtisadi inkişaf, milli mənəvi 
keyfiyyətlərin qorunub saxlanması  və  mənəvi tərbiyə 
                                           
40
Щейдяр  Əлийевin  Азярбайъан  Респуликасы  Елмляр  Aкадемийасында 
зийалыларla  эюрцшünдя  чыхышы  “Mцстягиллийимиз  ябядидир”,  Ы,  Бакы. 1997, с 
153- 154.  


 
99
probleminin həll edilməsidir. Bu prinsiplər  əsasında içtimai 
şüurun milli mənafe fonunda formalaşması  əsasında milli 
şüurun inkişafına nail olmaq mümkündür. 
Ulu öndər Heydər  Əliyevin təşəbbüskarlığı  və 
uzaqgörənliyi sayəsində respublikanın iqtisadi inkişafı göz 
qabağında idi. Azərbaycanda Sovet hakimiyətinin Heydər 
Əliyev mərhələsində cəmiyyətin bütün sahələrində yüksəliş və 
tərəqqi dövrü hökm sürürdü. Bütün bunların nəticəsi idi ki, 
keçmiş SSRİ  məkanında yalnız iki respublika- Rusiya 
Federasiyası  və Azərbaycan ittifaq büdcəsindən heç bir 
dotasiya almadan fəaliyyət göstərirdi. Tarixdən məlumdur ki, 
millətin siyasi müstəqilliyinin bazasını iqtisadi müstəqillik, 
iqtisadi qüdrət şərtləndirir. Bu baxımdan Azərbaycanın 70-80-
ci illərdə  əldə etdiyi naliyyətləri siyasi müstəqilliyə aparan 
yollarda mühüm vasitə sayılmalıdır. Sosial-iqtisadi inkişaf 
konsepiyası iqtisadiyatın yüksəlişi, xalqın iqtisadi təlabatını 
ödəmək, insanların həyatını yaxşılaşdırmaq məqsədinə tabe 
edilməlidir.
41
 Xalqımızda milli mənlik şüurunun formalaşması, 
müstəqil, azad, sərbəst gələcəyə getmək yolunda sosial 
problemlərin həll olunması mühüm amillərdən biridir. Nəzərə 
almaq lazımdır ki, cəmiyyətdə sosial problemlərin həlli  əsas 
götürülərsə, iqtisadi maraqlar məhdud səviyyədə  həyata 
keçirilə bilər. Siyasətdə milli mənəviyat psixologiyasına aid 
mühitin yaradılması, milli özünü dərk probleminin həll 
edilməsinə  gətirdi. Xalqımız öz mütəşəkkilliyi nəticəsində 
tarixən davamlı olaraq sosial hadisələrin burulğanından çıxaraq 
milli mənəvi qələbənin ümummilli xarakter almasına nail oldu. 
Postsovet məkanında materialist idologiyaya əsaslanan təbliğat 
öz mahiyəti etibarı ilə real həyatdan uzaqda idi. Belə ki, hələ 
uzun illər millətinə sadiq olan görkəmli  şəxsiyyətlər məhs bu 
təbliğat maşınının qurbanı olmuşdu. O dövrdə insanlarda qorxu 
                                           
41
  Рамиз  Мещдийев.  Азярбайъанын  инкишаф  диалектикасы.  Бакы 2000. с. 
163.  


 
100
psixikasının yaranması  şəraitində xalqa məxsus olan ictimai 
şüur  əzmkarlığa, işgüzarlığa, özünüdərkə, milli-mənəvi 
keyfiyyətlərin mənimsənilməsinə, sərbəst, müstəqil azad 
düşüncənin formalaşmasına xidmət etməli idi. Qeyd 
edilməlidir ki, ayrı-ayrı mütəfəkkirlər müxtəlif dövrlərdə 
yaşasalar da onların intellektual uğurları bütövlükdə 
Azərbaycan xalqının arasıkəsilməz  ənənəvi milli sərvətidir. 
Milli mənəvi mədəniyyətin bütövlüyü əslində Azərbaycan 
xalqının bütövlüyünü sübuta yetirən amillərdən biridir. 
Azərbaycanın milli mədəniyyəti, dahi şəxsiyyətlərin fikir və 
ideyaları ümummilli vəhdət təşkil edir. Bunların  ənənəyə 
əsaslanması, varisliklə davam və inkişaf etdirilməsi, gələcək 
nəsillərə çatdırılması  əsas məsələdir.  İndiki nəsillərə miras 
qalmış  zəngin milli mədəniyyətə malik olduğumuzu başa 
düşərək və bu əsasda içtimai şüurun formalaşmasına nail olmaq 
qarşıda duran problemlərdən biridir. Belə bir misiyanı yerinə 
yetirmək üçün birinci növbədə xalqa, millətə  məhəbbət 
lazımdır. Bütün keyfiyətləri özündə əks etdirən Heydər Əliyev 
insanlarda qalib gəlmək  əzmini yaratmış oldu. Vətənpərvərlik 
əsasında fəaliyət göstərmək və qalib gəlmək elminə 
yiyələnmək kimi böyük bir məktəb yaradan Ulu Öndər gələcək 
nəsillər için də böyük bir örnəyə çevrildi. Əldə etdiyimiz gözəl 
nəticələrdən biri budur ki, xalqımız mənəvi cəhətdən dirçəlmiş, 
yüksəlmiş, milli mədəniyətimiz çiçəklənmişdir. Azərbaycanın 
yaradıcı ziyalılarının xoşbəxt taleyi onların xalqla birliyindədir, 
xalq mənafeyinə xidmət etmələrindədir.
42
 
Qeyd edilməlidir ki, sovet sisteminin ağır təzyiqinə 
baxmayaraq Azərbaycanın strateji maraqları naminə ciddi 
addımlar atılırdı. Keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarında 
rejimin  əlehinə  çıxan elm və  mədəniyyət xadimləri, ziyalılar 
təqiblərə məruz qaldıqları halda Azərbaycanda yazıçı ziyalılar 
                                           
42
  Щейдяр  Ялийев.  Совет  ядябиййатынын  йцксяк  боръу  вя  амалы.  Бакы 
1981.с 15.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə