Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

 
105
fikrincə bu nəzəriyyə, elmi axtarişların istiqamətini 
müəyyənləşdırən ümumi metodoloqiya, həm də ümumi metod 
kimi çıxış edir. 
Metodologiya, hər hansı konkret elmi tədqiqatın metod 
və üsullarını nəzərdə tutur. Ona görə metodoloğiyaya müəyyən 
metodlar sistemi kimi baxılır. Metodologiya gerçəkliyin dərk 
olunması və dəyişdirilməsi metodları haqqında təlimdir. 
Prof.  İ.D.Andreyevə görə, “Metodologiya sanki iki 
səviyyəni ehtiva edir. Birinci səviyyəni  ən ümumi 
metodologiya olan dialektik materializm təşkil edir. Konkret 
elmlər üçün yalnız nəzərdən keçirilən elm üçün əhəmiyyətli 
olan metodologiya vardır. Elmi idrakın bir çox metodları 
(məsələn, riyazi metod, modelləşdirmə metodu və s.) əvvəlcə 
konkret elmlərdə tətbiq olunmuş və yalnız sonralar ümumi elmi 
məna kəsb etməyə başlamişdir”
50

Hələ  qədim yunan elminin xüsusiyyətlərinə  əsaslanan 
antik fəlsəfədə çox qiymətli metodoloji ideyalar yaranmışdır. 
Qədim yunanların işləyib hazırladıqları metodlar əsasən 
deduktiv xarakterli elmlərdə,  əsasən riyaziyyatda tətbiq 
olunmuşdur. Bu dövrdə Evklidin “Həndəsənin  əsasları”nda 
aksiomatik metodun kəşfi qədim yunan elminin ən böyük 
nailiyyəti oldu. Bu ideya özünün tamamlanmış ifadəsini 
Aristotelin sillogizmində tapan deduktiv mülahizələrin  əsas 
prinsip və qanunları idi. Aristotelə görə,  şeylərin dərk 
olunması iki yolla sillogizm və induksiya yolu ilə baş verir
51

Aristotel idrakın bu yollarını qarşılıqlı əlaqədə görürdü. 
XVII əsrin əvvəllərində ingilis alimi F.Bekon və fransız 
alimi P.Dekart həqiqətləri kəşf etmək üçün yeni məntiq 
yaratmaq qərarına gəldilər. “Metod haqqında mühakimə” 
əsərində P.Dekart sillogizmin yeni bilik əldə edilməsi metodu 
ola bilməsi haqqında Aristotelin fikrinə qarşı çıxaraq özlərinin 
                                           
50
  И.Д.Андреев.  Проблемы  логики  и  методологии  познания.  Изд. 
«Наука», М., 1972, с.291-292. 
51
Аристотел. Аналитики. М., 1952, с.168.  


 
106
dörd qaydadan ibarət olan yeni metodlarını yaratdılar. Burada 
əsas cəhətlər təhlil , deduksiya və  təfəkürün sadədən 
mürəkkəbə hərəkətindən ibarət olan sintez bir ideya olaraq irəli 
sürülurdü. Sonralar Hegel tərəfindən inkişaf etdirilən və 
K.Marks tərəfindən  əsaslandırılan bu ideyanı - abstraktdan 
konkretə yüksəlmədən ibarət olan bu metod öz mahiyyəti 
etibarı ilə riyazi deduksiya olmuşdur. Dekart riyaziyyatı biliyin 
yalnız konkret sahəsi deyil, həm də idrakın səmərəli metodu 
hesab edirdi
52
. Dekart öz fəaliyyətində riyaziyyatı, yəni 
deduksiyanı mütləqləşdirmiş və eyni zamanda induksiyanın da 
rolunu qeyd etmişdir. 
Elmi idraka çatmaq yolunu təcrübə və deduksiyada ğörən 
Dekart induksiyanı  həqiqətə çatmaq yolunda qazanılmış 
biliklərin yoxlanılması forması hesab etmişdir. Müəllif 
gerçəkliyin dərk edilməsində intellektual intiusiyaya da böyük 
əhəmiyyət vermişdir. 
F.Bekon metod problemini özünün “Yeni orqanon” 
əsərində  təsdiq etmişdir.  İdrakın metodlarını induksiya, təhlil, 
müşahidə  və eksperimentdə görən müəllif  şeylərin obyektiv 
qanunauyğunluqlarını  və struktur əlaqələrini induksiyada 
ğörürdü.  
Ümumiyyətlə, induktiv və deduktiv məntiqi prinsiplərin 
mühüm fərqi .təkin və ya ümuminin mütləqləşdirilməsindən 
ibarətdir. Induktivizm tək olanı, deduktivizm isə ümumi olam 
mütləqləşdirir.  Əslində isə onlar vəhdətdədirlər, induktiv və 
deduktiv əqli nəticələr isə bu vəhdətin müxtəlif inikaslarıdır. 
Deduktivizmin nümayəndəsi olan ingilis filosofu 
K.Polerə görə eksperimental elmlərdən induksiyanı  kənar 
etmək, onu deduksiya ilə  əvəz etmək lazımdır. Materializmə 
görə, elmdə  i k i   məntiq və i ki  metodologiya (induktiv və 
deduktiv) deyil, yalnız induktiv-deduktiv məntiq vardır. 
                                           
52
П.Декарт. Избранные произведения. М., 1958, с.83.  
 


 
107
Beləliklə, aydın o l u r  k i ,  induksiya, deduksiya ayrı-ayrılıqda 
elmi idrakın ümumi universal metodu ola bilmədiyi kimi
induktivizm və deduktivizim universal metodologiya da 
yoxdur. 
Alman alimi Leybnits “İnsan zəkası haqqında yeni 
təcrübələr” adlı əsərində aksiomatik-deduktiv metodu i n k i ş a f  
etdirmişdir. O belə nəticəyə gəlmişdir ki, məntiqi hesablamalar 
yalnız kəşf edilmiş  həqiqətlərin sübuta yetirilməsi üsulu 
olmayıb, həm də yeni həqiqətlərin qazanılması vasitəsidir. 
Riyaziyyatın idrak metodu olması haqqında Dekartın ideyasını 
inkişaf etdirən Leybnits bir tərəfdən məntiqin riyaziləşdiril-
məsi, digər tərəfdən isə riyaziyyatın məntiqiləşdirilməsi fıkrini 
irəli sürmüşdür
53
 
Fransız materialisti Didro induksiya vasitəsilə  həqiqətə 
nail olmağın qeyri mümkünlüyü qənaətinə  gəlir və elmi 
idrakda nəzəri təfəkkürün ümumiləşdirici yolunu yüksək 
qiymətləndirirdi. Ancaq, o da Bekon kimi «eksperimental 
fəlsəfənin» rassional fəlsəfə üzərində üstünlüyünü irəli 
sürürdü
54

Obyektiv idealist olan və buna görə  də idraka mütləq 
ideyanın mahiyyətini dərk etmək üsulu kimi baxan Megel, 
metodu ziddiyyətlərin aradan qaldırılması yolu ilə fikrin 
mütləq biliyə doğru  ğedən dialektik hərəkət olduğunu qeyd 
edərək yazırdı: «Metoda biz təbiətini artıq dərk etdiyimiz 
anlayışın özünün hərəkəti kimi baxmalıyıq»
55

Məşhur rus fizioloqu İ.Pavlovun metoda verdiyi 
xarakteristika belədir: «Metod əsas  şeydir. Tədqiqatın 
keyfiyyəti metoddan, fəaliyyət üsulundan asılıdır. Hətta o 
qədər də istedadlı olmayan şəxs yaxşı metod əsasında çox şey 
əldə edə bilər. Metod pis olduqda isə  ən dahi adam belə 
                                           
53
 А.И.Стяжин. Формирование математической логики. М., 1967, с.225. 
54
Д.Дидро. Избранные философские сочинения. М., 1941, с.99-100.  
55
 Гегель. Сочинения. Том. ВЫ, М., 1939, с.298. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə