Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

 
111
2.2. Elmi və məntiqi metodlar 
 
İdrakın empirik tədqiqat metodları müşahidə  və 
eksperimentdir.  Empirik idraki metodlara müqayisə  və ölçmə 
əməliyyatları da daxildir. Müşahidə dedikdə obyektin 
müntəzəm olaraq məqsədli surətdə qavranılmasıdır. Məsələn, 
bitkinin inkişafı prosesini müntəzəm olaraq müşahidə edən 
botanik onun inkişaf qanunauyğunluğunu müəyyən edir. 
Müşahidə zamanı fərziyyə və ideyalar irəli sürülür.  
Müşahidə  tədqiq  olunan obyektlərə aid hadisələrin 
məqsədyönlü,  əvvəlcədən düşünülmüş  şəkıldə  qəbul edılməsi, 
qavranılmasıdır. Müşahidədə aparıcı rolu hiss üzvləri oynayır, 
onlar bilavasitə  və bilvasitə olurlar. Müşahidənin zəruri tərəfi 
təsvir etməkdir. Müşahidə  təzahürlərin mənasını öyrənmək 
üçün keçirilir. 
Müşahidəçinin vəziyyətindən asılı olaraq iki cür 
müşahidənin olduğunu göstərirlər: 1) hadisələrin kənardan 
qeydə alınması ilə  məşğul olan sadə  və ya adi müşahidə; 2) 
birgə həyata keçirilən və sanki, hadisəni “içəridən” təhlil edən 
müşahidə. Elmin inkişafı ilə əlaqədar müşahidə daha mürəkkəb 
olur və birbaşa tədbiq edilmir, eksperiment ilə birləşir. 
Təcrübənin səviyyəsi və müşahidəçinin ixtisas dərəcəsi 
müşahidənin nəticəsinə daha çox təsir göstərir. Müşahidə 
həmişə seçici xarakter daşıyır. Tədqiqat obyektini, müəyyən 
məsələni seçmək üçün hər hansı marağın, problemin olması 
lazımdır.  Ən maraqlı müşahidə  və eksperiment bizim 
nəzəriyyələrimizin, xüsusən yeni nəzəriyyələrimizin 
yoxlanması üçün əvvəlcədən təyin edilir. Obyektin məqsədli 
qavranılmasının məzmunu insanın bilik və marağından, 
baxışlarından və onun gerçəkliyə münasibətindən asılıdır. 
Elmi idrakın sadə formasını  təşkil edən müşahidə 
bilavasitə təcrübi məlumatların toplanması vasitəsidir. Bir çox 
hallarda müşahidə obyektin özünün təbii halını, kənardan 


 
112
müşahidəçinin təsiri olmadan aparılan tədqiqat zamanı  təyin 
edilir
60

Elmi tədqiqatda izlənilən məqsəd və  vəzifədən asılı 
olaraq müşahidələr elmi və qeyri-elmi xarakterdə olur. Qeyri 
elmi müşahidədən (hərbi işdə müşahidə, cinayətin tədqiqindəki 
müşahidə, gündəlik həyatdakı müşahidə) fərqli olaraq elmi 
müşahidə müəyyən bir elmi problemin həlli ilə bağlıdır. 
Elmi müşahidələr empirik tədqiqatda üç əsas funksiyanı 
yerinə yetirir
61
. Birinci mühüm funksiya problemin 
qoyulmasından və  fərziyyələrin irəli sürülməsindən ibarətdir. 
İkinci funksiya fərziyyə və nəzəriyyələrin eksperiment yolu ilə 
yoxlanılmasının həyata keçirilməsidir. Müşahidənin üçüncü 
funksiyası  nəzəri tədqiqatda alınan nəticələrin tutuşdurulması 
və bu yolla onların həqiqiliyinin yoxlanılması zamanı  həyata 
keçırilir. 
Müşahidə bir sıra tələblərə cavab verməlidir:  əvvəl 
müşahidə  məqsədli olmalıdır. Müşahidə kifayət qədər aydın 
olan problemi həll etmək üçün aparılmalıdır. İkincisi, müşahidə 
əvvəlcədən müəyyən olunan plan üzrə  həyata keçirilməlidir. 
Üçüncüsü, müşahidə müşahidəçinin diqqətini ancaq onu 
maraqlandıran hadisə üzərinə yönəltməlidir. Beləliklə, elmi 
tədqiqatda mühüm rol oynayan müşahidə dünya haqqında ilk 
məlumatlar əldə edilməsinin mühüm metodudur. Müşahidəçilik 
müşahidəçinin əsas keyfiyyətidir. 
Elmi müşahidələr təbii və süni (eksperimental) şəraitdə 
aparılır. Elmi tədqiqatda mühüm rol oynayan müqayisə elmi 
idrakın geniş yayılmış universal metodlarından biridir. Bu 
metodun tətbiqi haqqında Hegelin fikri belədir: “Bir sıra 
mühüm nəticələr bu yolla əldə edilir və bu mənada müqayisəli 
                                           
60
 В.А.Штофф. Введение в методологию научного познания. Л., 1972, 
с.56. 
61
Г.И.Рузавин.  Методы  научного  исследования.  Изд. «Мысль»,  М., 
1974, с.63-64.  


 
113
anatomiya və müqayisəli dilşünaslıq sahəsində qazanılan 
nailiyyətlər xüsusilə qeyd edilməlidir.”
62

Cisim və hadisələrin oxşar və  fərqli cəhətləri müqayisə 
yolu ilə  həll edilir. Müqayisə  nəticəsində bir neçə obyektin 
ümumi cəhətləri müəyyən edilir və  nəticədə qanunun dərk 
edilməsində mühüm bir mərhələ  həyata keçirilmiş olur. 
Əvvəlcə aralarında obyektiv ümumi xarakterli hadisələr 
müqayisə olunur. D.Yum “İnsan təbiəti haqqında traktat” 
əsərində hadisələrin oxşarlığı məsələsini münasibətlərin birinci 
növü adlandırır: “Bu elə bir münasibətdir ki, onsuz heç bir 
anlaşma mövcud ola bilməz. Yalnız, müəyyən oxşarlığa malik 
olan obyektlər müqayisə oluna bilər”
63
. Cisim və hadisələrin 
müqayisəsinin obyektiv əsasını onların mahiyyətlərindəki 
oxşarlıq, struktur və inkişaflarındakı qanunauyğunluqlar təşkil 
edir. Eyni zamanda, müqayisə cisim və hadisələrin mühüm, 
əhəmiyyətli əlamətlərinə görə aparılmalıdır. 
Obyektlərin müqayisəsi müstəqil və dolayı yolla aparılır. 
Müstəqil müqayisədə müqayisə olunan obyektlər arasında 
başqa bir obyekt olmur. Dolayı yolla aparılan müqayisədə isə 
əlavə üçüncü obyekt olur ki, müqayisə bu obyektin vasitəsilə 
həyata keçirilir. Müqayisə cisim və ya hadisələrin keyfiyyət və 
kəmiyyət münasibətlərinin müqayisəsi zamanı xüsusi 
əhəmiyyət kəsb edir. 
Cisim və proseslərin kəmiyyət xarakterli müqayisəsi 
zamanı  əvvəla, onların həcmi, tempi, çəkisi, intensivliyi 
müqayisə edilir. İkincisi, genetik xarakterli cisim və hadisələri 
kəmiyyət baxımından müqayisə etmək olar. Müxtəlif ictimai-
iqtisadi formasiyaların məhsuldar qüvvələrinə görə 
müqayisəsini buna misal göstərmək olar. Üçüncüsü, müxtəlif 
keyfiyyət və  kəmiyyət xarakteristikalarına görə müqayisə baş 
                                           
62
 Гегел. Соч. Том.1, М., - Л., 1930, с.200. 
63
Дюм. Соч. Том 1, М., 1965, с.103.  
 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə