Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

 
114
verə bilər, məsələn, müxtəlif eyni tipli işlərin iqtisadi 
göstəriciləri üzrə müqayisəsi bu yolla edilir. 
Hadisə  və proseslərin müqayisəsi empirik və elmi 
səviyyələrdə həyata keçirilə bilər. Hadisələrin xarici əlamət və 
əlaqələri kortəbii empirik səviyyələrdə aparılır. Hadisələrin 
müqayisəsi, mahiyyəti, səbəbiyyət  əlaqəsi və başqa 
qanunauyğunluqları  zəngin elmi biliklər  əsasında müəyyən 
edilir. 
Tutuşdurulan hadisələri bir-birindən fərqləndirən və 
oxşarlığını  əks etdirən məlumatlar müqayisə zamanı  əldə 
edilən məlumatlar olur ki, bu da «ilkin» məlumatlar adlanır. 
Bəzi müqayisələrdə “ilkin” məlumatlar deyil, ikinci və törəmə 
məlumatların alınması problemi ortaya çıxır.  
Eksperiment  elmi tədqiqatın metodlarından biri olub, 
latınca sınaq, təcrübə mənasını verir. Eksperiment müşahidə ilə 
bağlıdır
64
. Ancaq müşahidədən fərqli olaraq eksperimentdə 
insanlar baş verən hadisələri seyr etməklə kifayətlənmir, həm 
də onlara fəal surətdə müdaxilə edir. Müdaxilələrin nəticəsi 
olaraq həmin hadisələrin xassələrini öyrənmək təbii haldakına 
nisbətən daha asan olur. Eksperimentin gedişində hadisələrə 
şüurlu surətdə müdaxilə edən tədqiqatçı öyrənilən prosesə 
bilavasitə  təsir etməklə  və ya proseslərin real şəraitini 
dəyişməklə nail olur. Sadə müşahidə zamanı prosesə fəal təsir 
nəticəsində müşahidə edilən eksperiment empirik tədqiqatın ən 
səmərəli metoduna çevrilir
65
. Eksperiment həmişə müşahidə ilə 
əlaqədə olur. Lakin eksperiment aparılan prosesdə hadisələri 
yalnız passıv  şəkildə müşahidə etmək ya olduqca çətindir, ya 
da heç mümkün deyildir. 
Eksperiment-  şəraitdən asılı olan hadisələri öyrənmək 
məqsədilə  həmin  şəraiti planlı qaydada təcrid etmək
                                           
64
Б.С.Дынын. Методы и теория. Изд. «Знание», М, 1966, с.22-24.  
65
  Б.Быков.  Научный  эксперимент  и  экспериментальные  методы.  Сб. 
«Некоторые  проблемы  методологии  научного  исследования»,  М., 
1968, с.87. 


 
115
quraşdırmaq,  şəklinı  dəyişdirməkdır. Beləliklə, insanın 
müşahidə etmək imkanı yaranır və bu əsasda onun müşahidə 
edilən hadisədəki qanunauyğunluqları haqqında biliyi 
formalaşır. Müşahidədən fərqli olaraq eksperiment 
müşahidənin təmiz aparılması imkanını yaradır; məhz, 
məsələn, cihazların köməkliyi ilə elə obyekt və proseslər 
üzərində müşahidə aparılır ki, nəticədə insanlarda nəzəriyyənin 
həqiqiliyini, faktlara uyğun gəlməsi dərəcəsini 
müəyyənləşdirmək  ımkanı yaranır. Hər bir eksperimentin 
mərkəzində eksperimentçi durur. Eksperimentin özünün 
strukturuna uyğun olaraq tədqiqatcı  həmin strukturun hər bir 
elementini maksimum dərəcədə müəyyənləşdirməlidir. Həmin 
elementlər bunlardır: laboratoriya, öyrənilən hadisələr, 
cihazlar, nəhayət tədqiqatçının özü, onun hazırlıq və bilik 
səviyyəsi. 
 Təcrübə yolu ilə  həyata keçirilən elmi tədqiqatın 
əhəmiyyətinin  əsaslandırılması  həqqında fikirlər ingilis 
materialist filosofu F.Bekona məxsus olsa da bu elmin əsasını 
qoyan italyan alimi Q.Qaliley olmuşdur
66
. Müşahidə  və 
eksperiment aparmaq üçün Qaliley teleskopu ixtira etmişdir. 
Obyektin eksperiment yolu ilə öyrənilməsi müşahidə ilə 
müqayisədə bir sıra aşağıdakı üstünlüklərə malikdir: a) 
Eksperiment yolu ilə obyektin müşahidəçi üçün mühüm 
əhəmiyyəti olan əlaqə və münasibəti ayırıb öyrənmək mümkün 
olur. Diqqətin tədqiqatçını maraqlandıran hadisə  və xassə 
üzərinə yönəldilməsi obyekt haqqında dəqiq bilik əldə 
edilməsinə gətirib çıxarır. b) Eksperimentin digər üstün cəhəti 
ondadır ki, obyektin xassələrini  ən müxtəlif eksperimental 
şəraitlərdə, məsələn çox kiçik və ya çox yüksək 
temperaturlarda, çox yüksək təzyiqlərdə, çox böyük maqnit 
sahələrində tədqiq etməyə imkan verir. Məsələn, P.N.Lebedev 
işığın maddi olması haqqında belə bir mülahizə irəli sürür: əgər 
                                           
66
 В.В.Быков. Методы науки. Изд. «Наука», М., 1974, с.123. 


 
116
işıq təbiəti etibarı ilə maddidirsə, yəni kütləyə malikdirsə, o 
hökmən cisimlərə  təzyiq etməlidir. Başqa alimlərin işıq 
təzyiqinin olması fikrinə inanmadıqlarına baxmayaraq, çox 
dəqiq və mürəkkəb təcrübələr  əsasında işığın təzyiqi aşkara 
çıxarılmışdır. Onun əvvəl cisimlərə  və sonra qazlara etdiyi 
təzyiq ölçülmüşdür. Beləliklə, işıq maddi əsasa malik oldugu 
üçün materiyanın bir forması olduğu aşkar edilmişdir. 
c).Eksperimentin  əsas cəhətlərindən biri də onun təkrarlanan 
olmasıdır. Yəni, eksperimentin gedişində müşahidə, müqayisə, 
ölçmə prosesləri dəqiq məlumat alınanadək təkrarən həyata 
keçirilə bilər. Eksperimentin əşas cəhətlərindən biri onun 
tədqiqat obyektinə  həmişə  təsir etmək imkanının olmasıdır. 
Eyni zamanda qeyd edilməlidir ki, əsas cəhətlərdən biri 
müşahidənin müşahidəçinin özü tərəfindən yaradılmasıdır.
67
 
Eksperimentin təkrarlana bilməsi elmi mülahizələri, nəticələri 
yoxlamaq üçün bir vasitəyə çevirir
68

Müşahidə ilə müqayisədə eksperiment daha dəqiq və 
etibarlı  nəticələr çıxarmağa imkan versə  də, müşahidəsiz 
eksperiment mümkün deyildir. Eksperimentin nəzəriyyə ilə 
əlaqəsi öz ifadəsini fikri eksperimentlə tapır. Fikri 
eksperimentin real eksperimentdən fərqi ondan ibarətdir ki, 
fikri eksperimentdə obrazlardan, təsəvvürlərdən istifadə 
edilir
69
. Fikri eksperiment real eksperimentin ideal formasıdır. 
Fikri eksperiment zamanı real eksperimentlə  nəzəriyyə, real 
eksperimentin gücü ilə məntiqin gücü birləşir
70

                                           
67
  М.В.Мостапаненко.  Философии  и  методы  научного  познания. 
Ленинздат, 1972, с.91-92. 
68
 М.А.Храмович. Научный эксперимент, его место и роль в познании. 
Минск, 1972. 
69
  А.В.Славин.  Роль  мысленного  (воображаемого)  эксперимента  в 
возникновении  нового  знания.  Сб , «Очерки  истории  и  теории 
развития науки», М., 1969. 
70
 Б.А.Глинский. Б.С.Грязнов и др. Моделирование как метод научного 
исследования. М., 1965, с.150. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə