Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

 
117
Fikri eksperiment həyata keçirilərkən təfəkkürdə real 
eksperimentin strukturu yaradılır. Elmi tədqiqat zamanı  fıkri 
eksperimentin rolu irəli sürülmüş prinsip və  fərziyyələri 
əsaslandırmaqdan ibarətdir. 
Məqsədlərinə görə eksperimentləri tədqiqat, yoxlama, 
nümayiş eksperimentlərinə bölmək olar. Tədqiqat 
eksperimentlərində obyektin əvvəllər məlum olmayan 
xassələrini aşkar etmək məqsədi  ğüdülür. Yoxlama 
eksperimentinə başqa bir nəzəri mülahizəni yoxlamağa ehtiyac 
olduqda müraciət edilir. Hər hansı bir hadisəni tədris məqsədilə 
nümayiş etdirmək üçün əyani eksperimentdən istifadə olunur. 
Tədqiqat obyektinin xarakterinə görə eksperimentləri fiziki, 
kimyəvi, bioloji, psixoloji və sosioloji və s. növlərə ayırırlar
71

Tədqiqatın obyekti real cisim və ya proseslər olan 
eksperiment müstəqil eksperiment, cismin əvəzinə onun 
modelinin istifadə olunduğu eksperiment isə model 
eksperiment adlanır. 
Tədqiqatın metoduna və nəticələrinə görə eksperimentləri 
keyfiyyət və  kəmiyyət eksperimentlərinə ayırmaq olar. 
Keyfiyyət eksperimentləri bir sıra amillərin tədqiq olunan 
prosesə təsirini aydınlaşdırmaq məqsədilə aparılır. 
Kəmiyyət eksperimenti isə öyrənilən obyektin hərəkətinə 
və ya prosesin gedişinə  təsir göstərən bütün mühüm amillərin 
dəqiq ölçülməsini həyata keçirmək üçün aparılır. Bu məqsədlə 
ölçən və qeydə alan cihazlardan və mürəkkəb riyazi 
hesablamalardan istifadə edilir
72
. Sosioloji eksperimentlərin 
köməyi ilə müəyyən ictimai qanunauyğunluqlar tədqiq edilir. 
Sosioloji eksperimentlərdə eyni zamanda nəzəri mülahizələri 
yoxlamaq üçün istifadə edilir. Elmi eksperimentlər 
tədqiqatçının nəzəri mülahizələrini təsdiq və ya təkzib edir. 
                                           
71
  Г.И.Рузавин.  Методы  научного  исследования.  Изд. «Мысль»,  М., 
1974, с.68. 
72
  Р.В.Рывкин.  А.В.Винокур.  Социальный  эксперимент.  Новосибирск, 
1968. 


 
118
Beləliklə, elmi eksperimentlər həqiqətin meyarı rolunda çıxış 
edə bilər
73

Abstraktlaşma  öz mahiyyəti etibarı ilə cisim və 
hadisələrin fikrən tədqiqatçını maraqlandıran bir və ya bir neçə 
mühüm tərəfinin seçilib ayrılmasından ibarətdir. 
“Abstraksiya (lat.”abstractio”- aralanmaq, uzaqlaşmaq) 
dar mənada təfəkkürün elə prosesidir ki, burada biz təsadüfi, 
əhəmiyyətsiz tərəflərdən uzaqlaşır və elmi, obyektiv idraka 
çatmaq ücün ümümi, zəruri,  əhəmiyyətli cəhətləri ayırırıq. 
Abstraksıya anlayışların yaranması vasitəsidir”.
74
 
Abstrakt dedikdə predmetin bütövlükdə mahiyyətini 
açmayan, onun müəyyən cəhətlərinin dərk edilməsi ilə bağlı 
olan birtərəfli, natamam bilik nəzərdə tutulur. Abstraksiya 
vasitəsi ilə  şeylərin ayrı-ayrı  tərəfləri, xassələri və  əlaqələri 
müəyyən edilir. 
Hər bir predmetin, hadisənin saysız-hesabsız mürəkkəb 
xassələri, əlaqələri və münasibətlərinin bütün cəmi ilə birlikdə 
fikri obrazına idrakda konkretlik deyilir.(lat. “concretus” –
bitişmə). Fəlsəfə dilində müxtəlifliyin vəhdəti konkretlik 
adlanır. Fikrin ayrı-ayrı abstraksiyalardan onların sintetik 
birliyinə doğru hərəkətinə- mücərrəddən konkretə yüksəlmək 
metodu deyilir. 
 Beləliklə, idrakda konkretlik və mücərrədlık bir-biri ilə 
qırılmaz  şəkildə bağlıdır. Heç bir elmi nəzəriyyə konkretliyi 
bütövlükdə bir tam kimi əks etdirə bilməz, onun yalnız 
müəyyən tərəflərini, xassələrini,  əlaqələrini  əhatə edə bilər. 
Elmi biliklərin heç bir sistemi mücərrədlik olmadan təsəvvür 
edilə bilməz. 
Konkret bilik birtərəfli olan abstrakt biliklə  əkslik təşkil 
edir. Buna görə  də  təfəkkür prosesində konkret nəticə kimi 
                                           
73
 М.А.Розов. Проблемы эмпирического анализа научных знаний. Изд. 
«Науки», Новосибирск, 1977, с.116. 
74
 Философский Энциклопедический Словарь. М., ИНФРА, 1999, с. 9. 


 
119
meydana çıxır. Abstraktdan konkretə yüksəlmə elmi tədqiqatın 
qneseoloji üsulu, idrak metodudur.  
Abstraktdan konkretə yüksəlmə elmi biliyin ümumi 
hərəkət forması, gerçəkliyin təfəkkürdə  əks olunması 
qanunudur. Bu metoda görə idrak prosesi iki nisbi müstəqil 
mərhələyə ayrılır
75
. Birinci mərhələdə hissi konkretdən 
abstarkta keçid baş verir. Bu halda obyekt fikrən hissələrə 
bölünərək bir sıra anlayış  və mühakimələr vasitəsilə  təsvir 
olunur, yəni abstraksiya prosesi baş verir. İdrak prosesinin 
ikinci mərhələsində isə abstraktsiyadan konkretə yüksəlmə baş 
verir. Bu mərhələdə obyektin başlanğıcdakı tamlığı  bərpa 
olunur. Beləliklə, biliklərimizın abstraktdan konkretə 
yüksəlməsi prosesində ayrı-ayrı  əlaqələr, münasibətlər, 
xassələrin tədqiq edilib abstraktlaşdırılmasından ibarət olan 
prosesdən konkretə doğru mürəkkəb dialektik keçid baş verir. 
Abstraktdan konkretə yüksəlmə biliyin inkişaf metodudur, elmi 
nəzəriyyə  və  təlimlərin yaradılması üçün tədbiq edilən rəhbər 
metoddur. 
Abstraksiya prosesi vasitəsilə hadisələrin mahiyyəti 
müəyyən edilir. Abstraksiya obyektiv inkişaf proseslərini  əks 
etdirən təfəkkürdür. Abstraksiya prosesində bir-biri ilə  əlaqəli 
olan iki pillə vardır. Birinci pillədə tədqiqatçını maraqlandıran 
hadisədə mühüm tərəf qeyri mühüm tərəfdən fərqləndirilir və 
mühüm olan tərəf qiymətləndirilərək götürülür. Hadisələrin 
ümumi tərəflərinin müəyyən edilməsi bu pillədə  həyata 
keçirilir. Məsələn, kütlə abstraksiyasında onun üçün ümumi 
xassə kimi məlum olan ətalət xassəsi götürülür. 
Həm abstraktlaşdırma prosesinin, həm də onun 
nəticəsinin əsas funksiyası ondan ibarətdir ki, mürəkkəbi sada 
                                           
75
 О.М.Сичивица. Методы и формы научного познания. Изд. «Высшая 
школа», М., 1972, с.52. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə