Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

 
120
ilə  əvəz etməklə, gerçəkliyin differensiyası yolu ilə onların 
müxtəlifliyindən baş çıxarmağa imkan verir
76

Abstraktlaşdırma prosesi xarakterinə görə müxtəlifdir: 
eyniləşdirmə abstraktlaşdırma, təcridedici abstraktlaşdırma və 
sair. 
Riyaziyyatçı  və  məntiqçi olan A.A.Markov tərəfindən 
təklif edilən abstraktlaşmanın bu adları riyaziyyatda və 
məntiqdə 
tətbiq edilir. Eyniləşdirmə abstraksiyası 
“ümumiləşdirmə abstraktlaşdırması” adı ilə fəlsəfi ədəbiyyatda 
təsvir edilir
77

Eyniləşdirilmə abstraktlaşdırması zamanı bir-biri ilə 
əlaqəli cisimlərin bütün fərqli cəhətlərindən təmizlənərək 
birləşdirilməsi, eyniləşdirilməsi prosesi baş verir. Eyni 
keyfiyyətli cisimlərin eyniləşdirilməsi nəticəsində onları  əks 
etdirən anlayışlar yaradılır.  Təcridedici abstraktlaşdırma 
zamanı cisimlərin ayrı-ayrı xassə  və münasibətlərinin seçilib 
ayrılmasından və onların adlandırılmasından söz gedir. Bu növ 
abstraksiyalardan “həlledicilik”, “keçiricilik”, “etibarlılıq” və s. 
anlayışları misal göstərmək olar. Təcridilik abstraksiyasının 
eyniləşdirmə abstraksiyasından fərqi ondadır ki, birincidə 
obyektin xassələr kompleksi, ikincidə isə obyektin bir xassəsi 
təcrid edilərək götürülür. 
Analiz idrak metodu kimi məzmunca tamı  və ya 
mürəkkəb hissəni onu təşkil edən tərkib hissələrinə fikrən 
parçalamaq və onun ayn-ayrı  tərəf, xassə  və  əlaqələrini seçib 
ayırmaq üçün istifadə edilən üsul və qanunauyğunluqların 
cəmidir. Hər hansı bir qanunauyğunluğu öyrənmək üçün bu 
hadisənin özünün tərkib elementlərini mühüm və qeyri mühüm 
xassələrinə uygun olaraq ayırmaq və onları ayrı-ayrı öyrənmək 
lazımdır. 
                                           
76
 Г.И.Рузавин. О природе математического знания. Изд. «Мысль», М., 
1968, с.8-15. 
77
  С.А.Яновская.  О  философских  вопросах  математической  логики. 
«Проблемы логики». Изд. АН ССР, М., 1963, с.3-17. 


 
121
Predmetin hissələrə bölünməsi həm fiziki cəhətdən, həm 
də fikirdə mümkündü. Birinci halda bütöv hərfi mənada 
bütövün onu təşkil edən komponentlərə parçalanmasıdır. Ikinci 
halda isə fiziki cəhətdən deyil, yalnız hissələrə bölünmə 
zamanı bütöv reallıqda necə mövcuddursa elə  də qalır. 
Təbiətdə, xüsusən qeyri-üzvi aləmdə, bütöv çox hallarda fiziki 
olaraq hissələrə bölünür. Məsələn, kimyəvi birləşmələr 
(molekullar) onları təşkil edən hissələrə-atomlara, ionlara və s. 
bölünür. Canlı orqanizmlər də fiziki cəhətdən bölünə bilər. 
Lakin bu halda ayrılan hissələrin xüsusiyyəti dəyişir: canlı 
ölüyə çevrilir. Yalnız mücərrədləşdirmək yolu ilə, ağılın gərgin 
analitik işi ilə bütövün hissələrini, tərəflərini ayırmaq olar. 
Məhsuldar qüvvələrlə istehsal münasibətləri kimi əks 
tərəflərin dialektik vəhdətini müəyyən etmək üçün istehsal 
üsulunu tərkib elementlərinə ayırmaq, onu təşkil edən 
əksliklərdən hər birini ayrılıqda tədqiq etmək lazımdır. Rus 
alimi K.A.Timiryazev bitkiləri öyrənmək üçün onları  əvvəlcə 
fikrən ayrı-ayrı kök, gövdə, yarpaq kimi hissələrə ayırmağı 
vacib hesab edirdi. Sonra, onları hüceyrələrə və hüceyrələri də 
öz tərkib hissələrinə bölürdü. Bu bizim üçün ona görə 
əhəmiyyətlidir ki, bu yolla biz bitkini təşkil edən saysız-
hesabsız maddələrin necə hazırlandıgını mikroskopik 
laboratoriyaya nəzər salmaqla öyrənmiş oluruq. 
78
   
Analiz idrak prosesinin başlanğıcıdır. Hər hansı bir 
hadisəni öyrənmək üçün onun ayrı-ayrı hissələrini öyrənmək 
kifayət deyildir. 
Hər bir tamın dərk olunması prosesində biz onun 
hissələrinin dərk edilməsini zəruri hesab edirik. Hissə sistemin 
tərkibinə daxil olan nisbi müstəqilliyə malik olan 
komponentdir. Tam isə öz aralarında qarşılıqlı surətdə 
əlaqələnən hissələrdən təşkil olunan bir sıra yeni xassələrə 
malik olan müəyyən sistemdir. Məsələn, su molekulu bir 
                                           
78
 К.А.Тимирязев. Жизнь растений. М., 1948, с.63. 


 
122
oksigen və iki hidrogen atomlarından təşkil edilmişdir. Ancaq 
burada tamı  təşkil edən hər bir atom spesifik keyfiyyət 
göstəricisinə malikdir. 
Sintez idrak metodu olub, məzmunca cismin ayrı-ayrı 
hissələrini bir tam halında birləşdirməyə imkan verən üsul və 
qanunauyğunluqların məcmusudur. Sintez prosesi bir-birindən 
ayrı salınmış elementlərin mexaniki surətdə birləşdirilməsi 
deyildir. Əgər təhlil prosesində konkretdən abstrakta, təkcədən 
ümumiyə, mürəkkəbdən sadəyə keçilirsə, sintez prosesi 
abstraktdan konkretə, ümumidən təkcəyə, sadədən mürəkkəbə 
doğru cərəyan edir. 
Analiz elə hesabla aparılmalıdır ki, sonradan sintez, yəni 
bölünmüş hissələri bütöv sistemdə birləşdirmək mümkün 
olsun. Bu isə o halda mümkün ola bilər ki, mövcud bütöv məhv 
edilmir, onun özəlliyi yox edilmir. Məsələn, canlı orqazmi 
atomlara, elimentar hissəciklərə bölmək mənasizdır, cünki belə 
halda canlının bütün özəllikləri itir və onun sonrakı sintezi 
mümkün olmur. 
“İnduksiya” latın sözü olub, hərfi mənası “təhrik” 
deməkdir. Müşahidə  və eksperimentə  əsaslanan induksiya 
hadisələrin səbəbiyyət  əlaqələrinin axtarılması metodudur. 
İnduksiya xüsusidən ümumiyə aparan əqli nəticədir. İnduksiya 
müəyyən sinif və ya növ haqqında, bütün elementar hissəciklər, 
insanlar, bölmələr və s. haqqında ümumi nəticə hasil etmək 
üsuludur. Bu üsul vasitəsi ilə obyektin hansı sinfə və ya növə 
aid oldugu müəyyən edilir. 
 Induksiya elə idrak metodudur ki, ümumi nəticə xüsusi 
fikrlərdən yaranır. Induktiv metod bütün hallarda həqiqətə 
aparır. F.Engels göstərdi ki, induktiv əqli nəticə mahiyyətcə 
şübhəlidir.
79
  Ən sadə, indüktiv yolla əldə edilən  ən bəsit 
                                           
79
 К.Маркс и Ф.Энгельс. Сочинения. Т. 20, с. 542.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə