Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   2   3   4   5   6   7   8   9   ...   45

 
14
müxtəlif amillərin təsiri altında yaranır. Burada insanların 
həyati tələbatına və onların mənafeyinə  məxsus keyfiyyətlər 
həlledici təsir göstərir. Əxlaq normalarının təbiəti və mahiyyəti 
haqqında fikirlərə və determinizm prinsipinə əsasən materialist 
elmi dünyagörüşünə ğörə şəxsiyyət öz əxlaqi davranışları üçün 
məsuliyyət daşıyır. Cəmiyyətdə iqtisadi münasibətlər müəyyən 
sinfin mənafeyinə uyğun olaraq yaranır və mövcud əxlaqi 
normaların  əsasını  təşkil edir. Göründüyü kimi iqtisadi 
münasibətlər  əxlaq normalarına təsir göstərir. Ona görə  də 
əxlaq normaları obyektiv ictimai məzmuna malikdir. 
Materializmə görə, cəmiyyətdə mütərəqqi inkişafın 
mövcudluğu 
şəraitində, ictimai-iqtisadi formasiyaların 
qanunauyğun şəkildə bir-birini əvəz etməsi şəraitində müvafiq 
olaraq maddi və mənəvi sərvətlər, o cümlədən əxlaq və hüquq 
münasibətləri inkişaf edir. Deməli, cəmiyyət inkişaf etdikcə 
insanların maddi həyat  şəraiti və istehsal münasibətləri 
dəyişdikcə onların əxlaqi və hüquqi təsəvvür və təfəkkürləri də 
dəyişir. Deməli, əxlaqi və hüquqi keyfiyyətlərin dəyişməsində 
və inkişafında maddi-iqtisadi amillərin təsiri vardır. Eyni 
zamanda ideoloji problemlərin maddi-iqtisadi şəraitə  təsiri də 
qeyd edilməlidir. F.Engelsin qeyd etdiyi kimi “...tarixi inkişaf 
iqtisadi  şəraitdən asılıdır. Siyasi, hüquqi, fəlsəfi, dini, ədəbi-
bədii inkişaf və s. iqtisadi inkişafa  əsaslanır. Lakin, iqtisadi 
vəziyyət yeganə dinamik səbəb deyildir. Burada iqtisadi zərurət 
əsasında qarşılıqlı  təsir vardır ki, bu da son nəticədə  həmişə 
özünə yol açır.”
9
 İctimai şüurun formaları kimi əxlaq və hüquq 
da cəmiyyətin istehsal üsulu əsasında müəyyən edilir. Eyni 
zamanda qeyd edilməlidir ki, əxlaq və hüquq ictimai şüurun 
müxtəlif formalarının qarşılıqlı təsiri nəticəsində yaranır. 
Beləliklə,  əxlaq və hüquq normaları tarixi hadisələr 
oldugu üçün onlara ictimai şüurun spesifik forması kimi 
baxmaq olar. O tarixən formalaşır və sonra cəmiyyətin bütün 
                                           
9
 Marks və Engеls. Seçilmiş məktublar. Azərnəşr, Bakı, 1955, səh. 493. 


 
15
üzvləri üçün məcburi xarakter kəsb edir. Mənəvi sərvətlər 
əxlaqi dəyərlər vasitəsi ilə müəyyən edilir.  
 Göründüyü kimi insanın malik olduğu  əxlaqi dəyərlər 
heç də idealistlərin qeyd etdikləri kimi “anadangəlmə” “əbədi 
və dəyişməz” deyildir. Əxlaqi keyfiyyətlər öz mahiyyətinə görə 
istehsal və mübadilə etmək üsulundan yaranmışdır. Hər bir 
cəmiyyətdə siniflərin maddi varlıqlara olan münasibətindən 
asılı olaraq əxlaqi dəyərlərə  də münasibət dəyişir. Hər bir 
antaqonist siniflərə malik olan cəmiyyətdə istismar edənlə 
istismar olunan siniflərin  əxlaqi dəyərləri eyni ola bilməz. 
K.Marks qeyd edirdi ki, cəmiyyətin inkişafı prosesində əvvəlcə 
maddi istehsalda, sonra da şüur və  əxlaqda tərəqqi müşahidə 
edilir. Yəni,  əvvəlcə kollektiv və  cəmiyyət qarşısında öz 
mənəvi-siyasi məsuliyyətini başa düşən yeni insan tərbiyə 
etmək lazımdır. Məsələn, islami dəyərlər  əsasında qurulmuş 
cəmiyyətdə çoxarvadlılıq mövcuddur. Kişi və qadın 
münasibətləri siğə adlanan hüquqi sənədə  əsaslanır. Həmin 
hərəkətlər qəbahət hesab edilmir. İslam ölkələrində mövcud 
olan bu nikah münasibətləri  əxlaqsızlığın qarşısını almaq 
məqsədi daşıyır. Qadın və kişi tərəfindən ailə nikah 
münasibətlərinin dini əsaslarla rəsmiləşdirilməsi heç bir orqan 
tərəfindən rəsmi hüquqi əhəmiyyət daşımayan fahişəliyin 
qarşısının alınmasına gətirib çıxaran amillərdən biridir.  
Beləliklə, dini qaydada çoxarvadlılığın rəsmiləşdirilməsi 
heç də analıq hüququnun, ləyaqətinin alçaldılması kimi 
qiymətləndirilməməlidir. Nəzərə almaq lazımdır ki, fahişəliyə 
əsaslanan övladın doğulması onun mənşəyinin 
müəyyənləşməsi problemini yaratdığı halda, siğəyə  əsaslanan 
çoxarvadlılıq zamanı doğulan övladların mənşəyi (ata və anası) 
sözsüz ki, məlum olur. Bu da ailə-nikah münasibətlərinin 
əxlaqi dəyərə malik olmasını göstərir. 
Bəzi Qərb sosioloqları elmi biliyin nisbiliyini, mütləq 
həqiqətin dialektikasını  qəbul etmir və  əxlaqi sərvətlərin 
təbiətinə idealist, subyektiv əsasda yanaşırlar. Onlar insanların 


 
16
ifadəsini, arzu və  mənafeyini müəyyən edən iqtisadi şəraiti 
nəzərə almırlar. Etik relyativizm cərəyanının tərəfdarları əxlaqa 
elmi əsaslarla yanaşmanı qəbul etmir və belə hesab edirlər ki, 
insanlar baş verən hadisələrə  nəzarət etmə imkanlarına malik 
deyillər. Praqmatistlər obyektiv əxlaqi sərvətlərin mövcud 
olmadığını  və insandan kənarda  əxlaqın olmaması fikrini irəli 
sürürlər ki, bu da subyektiv idealist məntiqə  əsaslanır. Ceyms 
qeyd edir ki, insan öz fəaliyyəti nəticəsində  əxlaqi sərvətləri 
yaradır. Müəllifə görə, insan iradə, arzu və inamına 
əsaslanmaqla yüksək əxlaqi keyfiyyət kəsb edə bilər. 
Onu da qeyd etmək lazımdır ki, əxlaq normaları xüsusi 
mülkiyyətin və istismarın olmadığı bir cəmiyyətdə 
yaranmışdır. Ümumi bərabərliyə  əsaslanan ibtidai-icma 
quruluşunda insanlar təbiətin kortəbii qüvvələrinə qarşı birgə 
mübarizə aparmışlar.  
 “...Tayfa  üzvlərini təhqir etmək, bütün qəbilənin təhqir 
edilməsi kimi başa düşülürdü. Nikah, mülkiyyət və intiqam 
məsələləri kollektiv xarakter daşıyırdı”.
10
  Məlum olduğu kimi 
quldarlıq dövründə barbar psixologiyasına malik olan təsərrüfat 
sistemində müqəssirin vəhşiliklə öldürülməsi tələb edilirdisə, 
insanların bir-birinə  və maddi nemətlərə münasibəti 
dəyişdikdən sonra, ona vurulmuş ziyana adekvat olan yəni, onu 
əvəz edən yeni ideyalar irəli sürüldü.  
Cəmiyyətin mədəni inkişafı  nəticəsində  əxlaq norma-
larında qoca, xəstə  və  uşaqlara qayğı qaydaları formalaşdı. 
Eyni zamanda xüsusi mülkiyyətin və siniflərin meydana 
gəlməsi ilə yeni davranış qaydaları formalaşdı. Cəmiyyətdə 
müsbət xarakterli əxlaqi normalarla yanaşı, oğurluq, yalan, 
hiylə, satqınlıq kimi normalar da yaranmış oldu. Müsbət əxlaqi 
keyfiyyət hesab edilən düzlük prinsipial olaraq qeyri əxlaqi 
keyfiyyət kəsb etməyə başladı. “Aldatmasan satmazsan” 
                                           
10
 П.Лафарг. «Экономический детерминизм Карла Маркса». Соц.энгиз, 
1931. стр. 52 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə