Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.

səhifə41/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

 
126
sonsuzluğu qurmaq olmaz; qurmaq prosesində atılan 
addımların intuitiv yolla təsdiq edilən və  sərbəst meydana 
gələn ardıcıllığından istifadə edilməlidir. 
Məntiqi və tarixi metodlar haqqında  müxtəlif fikirlər 
vardır. Marksist fəlsəfədə  tarixilik deyəndə  hərəkətdə  və 
inkişafda olan obyektiv gerçəkliyin xronoloji ardıcıllıqla 
öyrənilməsi nəzərdə tutulur. Məntiqilik isə obyektiv ailəmi 
insan  şüurunda ideal obrazlar şəklində  əks etdirən fikirlərin 
(anlayışların, mühakimələrin) bir-biri ilə müəyyən zəruri 
əlaqəsi deməkdir.  
Beləliklə, tarixlık birinci, məntiqilik isə ikincidir. Məntiqi 
metodun məqsədi tarixi prosesin mahiyyətini, əsas məzmununu 
nəzəri formada, mücərrədlik sistemində yenidən 
canlandırmaqdır. Öz-özlüyündə məntiqilik, real tarixi prosesdə 
olduğu qaydada mahiyyətdə həyata keçir. Tamam əks nöqteyi-
nəzərə görə isə  məntiqilik tarixilikdən  əvvəl gəlir və onun 
meydana gəlməsinə kömək edir. Məsələn, alman filosofu 
Fixtenin fikirincə anlayışın məntiqi strukturunun yaranması 
tarix başlanmazdan  əvvəl sonra və tarixi prosesin başlanması 
üçün ilkin şərt olur. Bir çox filosoflar tarixilik ilə məntiqiliyin 
vəhdətini xüsusi vurğulayırlar. Tarixi inkişafda olan bütün 
sistemləri öyrənən elmlərin hamısı üçün (evolyusion biologiya, 
tarixi geologiya, cəmiyyətin tarixi, dilçilik və b.) tədqiqatın 
tarixi metodunun böyük əhəmiyyəti vardır. Bu elə metoddur ki, 
obyektin real tarixini onun müxtəlifliyində  əks etdirir, 
əhəmiyyətli tarixi faktları  və onun inkişaf mərhələlərini üzə 
çıxarır, nəticədə öyrənilən obyektin nəzəriyyəsini yaratmağı, 
onun inkişaf məntiqini və qanunauyğunluğunu aşkarlayır. 
Tarixilik məntiqilik ilə tamamlanmalı, onda özünün məntiqi 
yekununu tapmalıdır. Məntiqi metod mahiyyətcə tarixi 
prosesin mücərrəd və ardıcıl nəzəri formada əks olunmasıdır. 
İdrakda tarixi ilə məntiqinin uyğun gəlməsi yalnız duyğulardan 
ağıla, empirizmdən nəzəriyyəyə doğru hərəkət deyil, həmçinin 
mücərrəddən konkretə doğru məntiqi kateqoriyaların müəyyən 


 
127
ardıcıllıqla formalaşmasını  və istifadə edilməsini ifadə edən 
hərəkəti xarakterizə edir. İdrakın tarixi (müvafiq olaraq həm də 
məntiqi) inkişaf prosesində gostərilən ardıcıllıqı müəyyən 
etmək olduqca çətin məsələdir.  İdrakın tarixi ilə  məntiqinin 
uyğun gəlməsi yalnız bütövlükdə elmi idrakın inkişafını deyil, 
eyni zamanda gerçəkliyin ayrı-ayrı hissələrinin dərk edilməsini 
ifadə edir. Tarixi metod tək konkret hadisə  və prossesləri  əks 
etdirsə də mücərrəd və birtərəflı bilik verir. Məntiqi metod isə 
tarixi prosesdə ümumini, təkrar olunmanı öyrənməyi nəzərdə 
tutur, yalnız bu metod konkret, sistemlı bilik verir. Məntiqi 
metod mahiyyətcə tarixi metodun ümumiləşdirilməsi və 
sistemləşdirilməsidir. 
Sistem metodu. Bu metod obyekti öz aralarında qarşılıqlı 
əlaqədə olan elementlərdən təşkil olunmuş bütöv sistemlər 
kimi öyrənir, tədqiqatı mürəkkəb obyektin müxtəlif tipli 
əlaqələrini üzə  çıxarmaq istiqamətinə yönəldir və bu əlaqələri 
vahid nəzəri formada birləşdirir. Sistemli münasibət konkret 
elmlərdə problemlərin konkret qoyuluşuna və onların səmərəli 
öyrənilməsinin strategiyasını hazırlamaq işinə kömək edir, 
ümümi nəzəri təfəkkürün qanunauyğunluqlarını ifadə edir. 
Keçən  əsrin axırlarında  sinergetika adlanan elm sahəsi 
geniş inkişaf etdi. Bu elm, müasir dövrümüzdə ümumi 
metodologiya rolunu oynamaq iddiasındadır. Dünyaya yeni 
baxışın  əsaslarını formalaşdırmağa çalışan sinergetika təbii və 
sosial sistemlərin ümumi qanunauyğunluqlarını axtarır, onların 
inkişaf ssenarisini, müxtəlif tipli strukturların meydana gəlməsi 
mexanizmini, insanın və  təbiətin təkamülünü, həmçinin 
mürəkkəb sosial və sosioekoloji sistemləri təhlil edir.  
Sinergetika mürəkkəb sistem, xaosda müəyyən qaydanın 
necə yaranması  və  həm də bu qaydanın gec-tez dağılması 
haqında elmdir. Maraqlıdır ki, qayda-nizamın yaranması  və 
dağılmasında kiçik təsirlərin (fluktuasiyanın lat.”fluctatio”-
dalğalanma) rolu böyukdür. Belə  təsirlər sayəsində  bəzi 
hallarda sistem nizama salınır, başqa hallarda bu nizam özünü 


 
128
tükəndirərək dağılır və belə halda sistem qeyri-sabit vəziyyətə 
düşür. Deməli, həm sabitlik, həm də qeyri-sabitlık rejimləri 
daim dəyişir. Sinergetikanın meydana gəlməsinə  qədər elm 
xaos və qayda-nizamı ayrı-ayrılıqda nəzərdən kecirirdi. Həm 
də  əsas diqqət məhz qayda-nizama yönəldilirdi, çünki onu 
nisbətən sadə riyazi tənliklərlə  təsvir etmək mümkündür. 
Sinergetika xaosda qayda-nizamın yaranması, saxlanması  və 
parçalanması yollarını üzə  çıxarır. Beləliklə, sinergetika öz-
özünü təşkil edən mürəkkəb sistemlər haqqında nəzəriyyədir. 
Mütəxəssislərin fikrincə sinergetika geyri klassik 
dövrdən sonra gələn dövrdə  ən vacib paradiqmadır.
86
 
Sinergetikanin yaradıcısı German Haken (1927) bu elm 
sahəsinin predmetini aşağıdakı kimi müəyyənləşdirir: “Mən 
“sinergetika” sözünü təklif edərkən aşağıdakı izahatı  əlavə 
etdim: “qarşılıqlı  təsir haqqında təlim”; “ayrı-ayrı hissələrdən 
ibarət olan sistemlərdə 
fəaliyyət göstərən ümumi 
qanunauyğunluqlarin tədqiqi”. G.Haken sinergetikanın  əsas 
müddəalarını belə qruplaşdırır: “Mən sinergetikanın 
mahiyyətini açan aşağıdakı mühüm müddəaları seçirəm.
87
 
1. Sistemin tədqiqi bir-birinə qarşılıqlı  təsir göstərən bir 
neçə və yaxud müxtəlif hissələrdən ibarətdir. 
2. Bu sistemlər xətti deyil. 
3. Fiziki kimyəvi və bioloji sistemləri nəzərdən keçirəndə 
istilik müvazinətindən uzaq olan açiq sistemlərdən söhbət 
gedir. 
4. Bu sistemlər daxili və xarici tərpənmələrə  məruz 
qalırlar. 
5. Sistemlər qeyri-stabil ola bilər. 
6. Keyfiyyət dəyişiklikləri baş verir. 
                                           
86
 Paradiqma (yunanca “paradeiqma”- misal, nümunə) tədqiqat məsələlərini 
həll etmək üçün nümunə kimi götürülmüş  nəzəriyyə  və yaxud problemin 
qoyuluş modelidir. 
87
 . Журн. «Вопросы философии». №3. 2000.с.54- 55.  




Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə