Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   37   38   39   40   41   42   43   44   45

 
129
7. Bu sistemlərdə yeni emercent (meydana gələn) 
keyfiyyət üzə çıxır. 
8. Məkan, zəman, məkan-zaman və yaxud funksional 
strukturlar meydana gəlir. 
9. Strukturlar nizamlanmış  və yaxud xaotik vəziyyətdə 
ola bilərlər. 
10. Çox hallarda riyaziləşmə mümkündür” 
Son vaxtlar “sinergetika” sözü bir çox hallarda 
“mürəkkəbin tədqiqi” ifadəsi ilə  əvəz edilir. “Nizam xaosdan 
yaranır” fikri sinergetika metodologiyasının təməlidir. 
 
 
2.3. Elmi idrakın formaları 
 
Elmi idrakı təşkil edən anlayış, mühakimə, əqli nəticə ilə 
yanaşı, mürəkkəb xarakterli problem, məsələ, ideya, prinsip, 
qanun, nəzəriyyə kimi elmi idrak formaları da vardır. 
Problem  köhnə biliklərdən yenisinə keçid formasıdır. 
Problem qazanılmış biliyin sistemləşdirilməsinin rüşeym 
halında olan strukturudur. Obyektin mövcudluğu haqqında 
artıq sistemləşdirilmiş bilik arasında aralıq bir həlqədir
88
.
 
Ona 
görə  də problem elmi idrakda biliksizlikdən biliyə keçid 
mərhələsidir. Elm faktlar əsasında yaranır, ancaq bu faktlar 
elmi  əsaslarla izah edilə bilmir. Bu halda mövcud olan 
münasibət problem formasında meydana çıxır. Problemlər eyni 
zamanda nəzəriyyənin mövcud olduğu, lakin onların meydana 
çıxan yeni faktları izah edə bilmədiyi vaxtlarda yarana bilir
89

Problem faktlara əsaslanır və biliyin empirik formasından 
nəzəriyyəyə doğru hərəkətini həyata keçirir. Əvvəlcə problem 
qoyulur, sonra isə  həmin problem həll edilir. Problemin həll 
edilməsi faktların nəzəri cəhətdən izah edilməsi deməkdir. Belə 
                                           
88
Сб. «Логика научного исследования». Изд. «Наука», М., 1973, с.217.  
89
  Н.К.Вахтомин.  Генезис  научного  знания.  Изд. «Наука»,  М., 1973, 
с.217. 


 
130
çıxır ki, həll edilmiş problem artıq problem deyil, belə ki, o 
artıq nəzəri biliyə çevrilmişdir. 
Elmdə problemlər, bir qayda olaraq müəyyən olunmuş 
məsələlər vasitəsilə  həll edilir
90
. Problem məsələnin ümumi 
biliklər  əsasında cavabı olmayan praktiki və  nəzəri fəaliyyət 
tələb edən növüdür. Məsələ  problemin düyün nöqtəsidir: Hər 
bir mürəkkəb problem daha sadə problemlərə bölünür və bu 
bölünmüş xüsusi problemlərin hər biri müvafiq məsələlərlə 
ifadə edilir
91

Ümumiyyətlə, elmdə problemlər necə meydana çıxır və 
inkişaf edir? Problemlərin meydana çıxması təsadüfi olmayıb, 
müəyyən problem situasiyası adlanan vəziyyətlə bağlı olur
92

Problem situasiyası dedikdə insanların praktiki və  nəzəri 
fəaliyyətinin tələbləri haqqındakı biliklə, bu fəaliyyəti həyata 
keçirməyin yollarını, üsullarını, metodlarını bilməmək arasında 
meydana çıxan ziddiyyət nəzərdə tutulur
93
. Problem 
situasiyasının həlli son nəticədə insanların ictimai praktikası ilə 
müəyyən edilir. Obyekt haqqında müəyyən biliyə malik 
olmadığımızı aşkar etdikdə, ictimai praktika əsasında öz həllini 
tələb edən müxtəlif problemlər irəli sürülür. 
Məlumdur ki, elmdə real problemlərlə yanaşı qeyri real, 
xəyali problemlər də meydana çıxa bilər. Həqiqi problemlərdən 
fərqli olaraq xəyali problemlər elmin obyektiv inkişafından 
yaranmış  həqiqi problemlərdən öz qoyuluşuna, fakt və 
qanunlara zidd olmasına ğörə fərqlənir. Məsələn, daimi mühər-
rikin yaradılması problemi, enerji itkisi olmadan daimi 
                                           
90
  З.М.Оруджев. «Научная  теория  как  система  категорий».  Развитие 
теории.  Сб. «Диалектика  и  методологические  проблемы  развития 
науки», Изд. «Элм», Б., 1976, с.10. 
91
  З.С.Крымски. «Научная  проблема».  Сб. «Логика  научного 
исследования». Изд. «Наука», М., 1965, с.21-22. 
92
Логика научного исследования, с.25.  
93
  А.И.Рокитов.  Философские  проблемы  науки.  Изд. «Мысль»,  М., 
1977, с.131. 
 


 
131
hərəkətin alınmasının reallaşa bilməməsi arzudan başqa bir şey 
deyildir. 
Xəyali problemlərin meydana gəlməsinin səbəbləri 
aşağıdakılardır: 
Əvvəla, öz mahiyyəti etibarı ilə  xəyali problemlər 
tədqiqatçının qarşısına qoyduğu suallardan və bu suallara 
axtarılan cavablardan ibarət olan psixoloji səbəbdir. Bu zaman 
tədqiqatçı qarşısına qoyduğu məqsədindən uzaqlaşaraq bəzən 
özü də bilmədən real problemlərlə yanaşı, xəyali problemlər də 
irəli sürür. Beləliklə, xəyali problemləri elmi inkişafın 
gedişindən uzaqlaşdırmaq mümkün deyildir. Ancaq, onu da 
qeyd etmək lazımdır ki, xəyali problemlərin həll edilməsinə 
göstərilən cəhdlər nəticəsində  dəyərli elmi kəşflər də az 
deyildir. 
İdeya qneseologiyanın  əsas anlayışlarından olub, öz 
mahiyyəti etibarilə  məntiqi təfəkkürün nəticəsidir.  İdeya və 
anlayışın fərqi ondadır ki, ideya anlayış olduğu halda, heç də 
hər cür anlayış ideya deyildir. Ancaq, biliklər sisteminin 
yaratdığı sintez əsasinda formalaşan anlayış ideya rolunu 
oynaya bilər. Məsələn, darvinizm təkamülünün "təbii seçmə" 
anlayışı elmi anlayış olmaqdan əlavə, həm də elmi 
nəzəriyyənin əsasını təşkil edən fundamental ideyadır. 
İdeya mahiyyətin inikası olub, biliyin sistemləşdirilməsi 
və  nəzəriyyənin qurulması prosesini xarakterizə edir. Ancaq, 
hər bir ideya konkretlilik əsasında inkişaf edərək nəzəriyyəyə 
çevrilir. Nəzəriyyənin ideyadan fərqli cəhəti ondan ibarətdir ki, 
nəzəriyyə həm ideyanı, həm də ondan törəyən digər anlayışları 
əhatə edir. İdeya nəzəriyyənin  əsasını  təşkil edən mühüm 
qanunauyğunluğu  əks etdirdiyi halda, həmin nəzəriyyənin 
məzmununa daxil olan anlayışlar bu qanunauyğunluğu qismən, 
natamam  şəkildə, onun ancaq mühüm aspektlərini müəyyən 
edir. 
İdeyanın yaranması  təfəkkür prosesinin dialektik 
xarakterinə əsaslanır. İdeyanı empirik biliklər vasitəsilə vermək 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə