Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.

səhifə6/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   45

 
20
məşğul olsa da, həmişə eqoist olaraq qalacaqdır. O insanların 
hər hansı bir fəaliyyətlə bağlı əməkdaşlığını inkar edir və qeyd 
edirdi ki, hər hansı bir fədakarlıq eqoist mənafeyin ifadəsidir və 
bu hər  şeydən  əvvəl zövqlərin instinktindən başqa bir şey 
deyildir. 
Yunan stoiklərinin davamçısı olan Zenon cəmiyyəti fəal 
siyasi mübarizədən çəkinməyə çağırırdı. Bunun əvəzində onlar 
insanları əxlaqi cəhətdən təkmilləşməyə və onları hökmdarlara 
qarşı  əxlaqi etirazlara çağırırdılar. Seneka stoiklərin yaratdığı 
quldarların mənafeyinə xidmət edən ideyaları daha da inkişaf 
etdirdi. O insanların mənəvi bərabərlik ideyasını irəli sürdü və 
bu ideya altında itaətkarlıq ideyasının təbliğatçısına çevrildi. O, 
köləliyi taleyin hökmü hesab edirdi. O, əmlakı olmayan 
qulların və azad adamların üsyan edəcəyindən ehtiyat edərək
məsləhət bilirdi ki, onlara qarşı  sərt üsullardan istifadə 
edilməsin. 
Roma stoiklərindən olan Epiktet də qulları fəal mübarizə-
dən çəkinməyə,  əxlaqi cəhətdən təkmilləşməyə çağırırdı. O, 
var-dövlətin  əleyhinə çıxır və onları şər qüvvə adlandırırdı. O 
da istismarı pisləyir və quldarların qullara qarşı münasibətində 
onları vicdanlı olmağa çağırırdı. 
Azərbaycan fılosofu  Şihabəddin Suhraverdinin  (1154-
1191) “İşraq fəlsəfəsi”  əsərində  şiraqilik təliminə dair 
əhəmiyyətli məsələlər vardır. Müəllif ədalətsizliyə qarşı çıxırdı. 
O, bədxah insanları əjdahaya və ilana bənzədirdi. O qeyd edirdi 
ki, siyasət ləyaqətli adamlar tərəfindən aparılarsa, zaman işıqlı 
olar. İnsanın cəmiyyətdəki mövqeyi mənəvi kamilliklə, əxlaqla 
şərtləndirilməlidir. Müəllifə görə, mövcud olan elmlərə sahib 
olmaq hər hansı bir fərdin problemi deyil, bu başlıca olaraq 
bütün cəmiyyətin problemidir. O belə hesab edirdi ki, idarə 
edənlər ancaq ayrı-ayrı  təbəqələrin deyil, bütün insanların 
mənafeyini müdafiə etməlidir. O rəhbərin başqa 
keyfıyyətlərinə görə deyil, ancaq elmi keyfıyyətinə görə 
qiymətləndirilməsini məsləhət bilirdi. 


 
21
Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-
1804) insanın davranış problemlərini nəzərdən keçirir. O 
“Aroktiki zəkanın tənqidi”  əsərində  əxlaq ilə insanın 
əməllərinin qanuniliyi arasındakı fərqi müəyyənləşdirməyə səy 
göstərir. Müəllifə  ğörə,  əgər fərdin davranışı obyektiv olaraq 
əxlaq qanunun tələblərinə zidd deyilsə, lakin hər hansı niyyətlə 
- acgözlüklə,  şöhrətpərəsliklə, xoşbəxtliyə can atmaqla həyata 
keçirilirsə, bu halda insanın davranışı leqal, yəni aşkar hesab 
edilir.  Əxlaq qanunun tələblərinə  aşkar  əməl olunmazsa 
insanlar arasındakı münasibətlər hüquq sferasına aid edilir. 
Müəllif  əxlaqla hüquq arasındakı münasibətləri müəyyən 
edərkən qanunları mənəviyyatın ilk mərhələsi hesab etmişdir. 
Hüququn vəzifəsi ayrı-ayrı şəxslərin hərəkətlərinin qanuniliyini 
təmin etməkdən ibarətdir. Zahirən bu hüquq elə  təşkil 
edilməlidir ki, o, obyektiv olaraq əxlaq qanunlarının tələbləri 
ilə eyniyyət təşkil etsin. Hüquqi tələblərin yerinə yetirilməsi və 
onların pozulmasına yol verməmək üçün onun məcburetmə 
qüvvəsi olmalıdır. 
Əgər  əxlaq qanunlarına uyğun hüquq mövcuddursa, 
onda, bir nəfərin azad iradəsi başqa birisinin azadlığına qarşı 
çevrilmiş olur. Kanta görə, hüquq sistemi xüsusi və ümumi 
hissələrdən ibarətdir. Xüsusi hüquq azad fərdlər arasındakı 
münasibətləri  əhatə edir. Ümumi hüquq isə ictimai hüquqi 
münasibətlər üçün zəruri olan qanunlardır. Kanta görə,  əgər 
ümumi hüquq bütün insanların qarşılıqlı münasibətinə 
toxunursa, bu dünya vətəndaşının hüququdur. 
Müəllif qeyd edir ki, ictimai müqavilə  təfəkkürə 
əsaslanan ideyalardan ibarət olur. Ancaq bu o zaman praktiki 
reallığı  əhatə edir ki, xalqın iradəsinə xidmət etsin. Beləliklə, 
müəllif konkret olaraq qanunların ədalətli olması ideyasını irəli 
sürmüşdür. 
Kant eyni zamanda öz yaradıcılığında hüquqi dövlət 
haqqında müasir təlimlərin  əsas ideya və prinsiplərini qeyd 
etmişdir. Müəllif “Əxlaqın metodikası” əsərində qeyd edir k i , 


 
22
dövlət qanunlara tabe olan insanların birliyidir. Dövlətin  ən 
əsas  əlaməti qanunun aliliyidir. Hüquqi prinsiplərə  təminat 
verən dövlət ictimai müqavilə  və xalq suverenliyi əsasında 
təşkil olunmalıdır. Kant qanunverici hakimiyyətin xalq 
tərəfindən həyata keçirilməsini, vətəndaşların bərabər 
hüquqlarını  nəzərdə tutan qanunların qəbul olunmasını 
istəyirdi. Kant dövləti azadlığın hüquqi təminatı adlandırırdı. 
Belə bir mövqedən çıxış edən filosof zəruri olaraq dövlətdə üç 
başlıca orqanın fəaliyyətini qeyd edirdi. Bunlar qanunları 
hazırlayan- parlament, qanunları icra edən- hökumət, qanunları 
müdafiə edən- məhkəmədir. Kant hakimiyyətin bölünməsi və 
aşağıların yuxarılara tabelik prinsipinə  əsaslanan dövləti ideal 
dövlət adlandırırdı. Kanta görə, cəmiyyətin hüquqi vəziyyətini 
hüquqa zidd vasitələrlə aradan qaldırmaq olmaz. Bu mənada o
zorakı, yəni inqilabi yolla ideal dövlətə keçidi qəbul etmirdi. 
Kant gələcəkdə bəşəriyyətin dünya konfederasiyası formasında 
hüquqi respublika idarəçilik formasında təşkil ediləcəyini 
söyləyirdi. 
Beləliklə, o, monarxiyanı saxlamaq şərti ilə idarəetmənin 
parlament formasına üstünlük verirdi. Beləliklə, Kant beynəl-
xalq hüquq sistemində əbədi sülhün qərarlaşması ideyasını irəli 
sürürdü. Müəllif xalqların bərabərliyi və dövlətlərin daxili 
işlərinə qarışmamaq prinsipinə  əsaslanan beynəlxalq hüquq 
sisteminin yaranmasını istəyirdi. O, müdrikliklə insanları 
əxlaqi prinsiplərə  əsaslanmaqla ümumdünya vətəndaşlığı 
hüququnu qəbul etməyə çağırırdı. 
Əxlaqın məzmunu dövrün konkret ictimai-tarixi şəraiti 
ilə bağlıdır. SSRİ dövründə proletar əxlaqı sinfi mübarizənin 
tələbinə uyğun tərbiyə funksiyasını yerinə yetirirdi. Bu dövrdə 
əxlaqi münasibətləri həyata keçirmək üçün müəyyən tələblər 
irəli sürülürdü. Bunlardan kollektivçilik, beynəlmiləlçilik, 
istismara qarşı nifrət kimi keyfiyyətlər proletar əxlaqının 
formalaşması işinə xidmət edirdi. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə