23
Xalqa miras qalmış iqtisadiyyat vətəndaşların maddi və
mənəvi tələbatını ödəyə bilmirdi. Vəziyyəti yaxşılaşdırmaq
üçün birinci növbədə maddi çətinlikləri aradan qaldırmaq lazım
idi. Həyata keçirilən yenidənqurma iqtisadiyyatda və insanların
mənəvi həyatında yeni bir mərhələ oldu.
Proletar əxlaqının öz mahiyyəti, tələbləri və meyarı
olmuşdur. Belə ki, materializmə görə, əxlaqi tərəqqi zamanı
cəmiyyət öz kortəbii xarakterini itirir, planlı surətdə ictimai
inkişaf qanunlarından şüurlu istifadə etmək əsasında irəliyə
doğru hərəkət edir. Materialistlər cəmiyyətin inkişafında
mənəvi amillərin roluna böyük əhəmiyyət verərək göstərirdilər
ki, yalnız tələb etməklə azadlıq, insanpərvərlik, ədalət əldə
etmək mümkün deyildir. Bunun üçün istismarın kökünü
kəsmək lazımdır.
Qərb ölkələrində öz mənəvi silahlarını təkmilləşdirmək
və onu tarixi şəraitə uyğunlaşdırmaq istiqamətində işlər həyata
keçirilir. Bəzi nəzəriyyəçilər bütün ideologiyaların tərksilah
edilməsi nəzəriyyəsini irəli sürmüşdülər ki, bu ideyanın
mahiyyəti kapitalizm və sosializmi vahid sənaye cəmiyyətində
birləşdirməkdən ibarət idi. Amerika Jelek Universitetinin
doktoru R.Morters bu nəzəriyyəni praktiki olaraq
əsaslandırmaq üçün Pekinlə taktiki ittifaq yaratmaq, oradakı
hakim partiya daxilində millətçi ünsürləri müdafiə etmək, milli
azadlıq dəstələrində ziddiyyətlər yaradaraq onları öz ətrafına
cəlb etmək və bununla da dünyada bütün siyasi- iqtisadi
hegemonluğa nail olmaq ideyasını irəli sürürdü.
Əxlaq ictimai qüvvələrin tarix boyu yaratmış olduqları
mənəvi prinsip və normaları özündə birləşdirir. Mənəvi
zənginlik, əxlaqi saflıq və fiziki kamilliyi özündə birləşdirən
yeni insanın formalaşması əxlaqın qarşısında duran əsas
məsələdir. Əxlaq şəxsiyyətin cəmiyyətə, insanın insana olan
münasibətlərini ifadə edir. Cəmiyyətdə əxlaqın fəaliyyət həcmi
getdikcə genişlənir. İnsanlar arasında qarşılıqlı münasibətlərin
24
inzibati hüquqi yolla nizama salınması öz yerini əxlaqi
əsaslarla nizamlama sahəsinə verir.
Postsovet məkanında kommunizm quruculuğu illərində
əxlaq Kodeksi nəzəri və praktiki fəaliyyətin nəticəsi olaraq
ölkədə baş verən siyasi və əxlaqi dəyişiklikləri əks etdirməli
idi. Rəhbər kodeks kimi bu prinsiplər aşağıdakılardan ibarət
olmuşdur: kommunizm işinə sədaqət, sosialist vətəninə,
sosializm ölkələrinə məhəbbət; cəmiyyət xeyrinə vicdanla
işləmək: işləməyən dişləməz; hər kəsin ictimai sərvəti qoruyub
saxlamaq və artırmaq qayğısına qalması; cəmiyyət qarşısında
öz vəzifəsini dərindən başa düşmək; ictimai mənafeyin
pozulması hallarına dözməmək; kollektivçilik və qarşılıqlı
yoldaşlıq yardımı: hər kəs hamı üçün, hamı hər kəs üçün;
adamlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı
hörmət; insan insana dost, yoldaş və qardaşdır; düzlük və
doğruçuluq, mənəvi saflıq, ictimai və şəxsi həyatda sadəlik və
təvazökarlıq; ailədə qarşılıqlı hörmət, uşaqların tərbiyəsi
qayğısına qalmaq; haqsızlığa, müftəxorluğa, əliəyriliyə,
mənsəbpərəstliyə, qənimətçiliyə qarşı barışmazlıq; SSRİ-nin
bütün xalqlarının dostluğu və qardaşlığı: milli və irqi ədavətə
qarşı barışmazlıq; bütün ölkələrin zəhmətkeşləri ilə, bütün
xalqlarla qardaşcasına həmrəylik kimi prinsiplər tarixdə ilk
dəfə nəcib əxlaqi münasibətləri əhatə edən birgə yaşayış
qaydaları yüksək mənəvi dəyərləri əks etdirmişdir.
Məlumdur ki, cəmiyyətdə əxlaqi keyfiyyətlər dini
münasibətlərin mövcud olmadığı dövrlərdən əvvəl insanlar
tərəfindən yaradılmış və ictimai münasibətləri tənzim etməli
olan normalar sistemi kimi möhkəmlənmişdir. Ata-anaya
hörmət kimi formalaşan əxlaqi keyfiyyətlər quldarlıq
dövründən mövcud olmuşdur. Bu dövrdə ailədə uşaqlar
valideynlərin mülkiyyəti hesab edilirdi. Oğurluq, adam
öldürmə kimi ictimai təhlükəli əməllərə qarşı yönəldilən əxlaqi
nəsihətlər isə cəmiyyətdə xüsusi mülkiyyətin yaranması
nəticəsində meydana gəldi. Burada məqsəd xüsusi mülkiyyəti
25
və mülkiyyətçilərin fiziki sağlamlığını qorumaqdan ibarət
olmuşdur.
Göründüyü kimi əxlaq kodeksindəki müddəalar dini-
əxlaqi əsaslara malikdir. Kodeks öz məzmunu etibarı ilə
mənəvi qüsurlar əleyhinə yönəldilmiş ideyalar toplumundan
ibarətdir. Eyni zamanda əxlaq kodeksi ictimai münasibətləri
nizama salmaq, əxlaqi və hüquqi eybəcərliklərə qarşı mübarizə
vasitəsi olmuşdur. Xalqın düşmənləri olan oğrular,
soyğunçular, dələduzlar hüquqi normalar əsasında tənbeh
edilirlər. Xüsusi mülkiyyətə qarşı yönəlmiş tamahkarlıq,
rüşvətxorluq kimi əməllər də ictimai münasibətləri pozur. Bu
cür əməllər əxlaqi cəhətdən yolverilməzdir və bütün bunlar
günahkar şəxsin hüquqi əsaslarla cəzalandırılması üçün əsas
verir.
Mənəvi dəyərlərimizə tarixi dövrlərin özünəməxsus
hadisəsi kimi baxsaq görərik ki, cəsarət, mərdlik kimi normalar
ibtidai-icma quruluşunda ən yüksək əxlaqi keyfiyyət hesab
edildiyi halda feodalizmdə mütilik, allahın mərhəməti əsasında
fəaliyyət, inam ən yüksək mənəvi dəyərlər hesab olunurdu.
Kapitalizm cəmiyyətində, inqilablar dövründə isə azadlıq,
bərabərlik, ədalət kimi dəyərlər yüksək qiymətləndirilmişdir.
Sovetlər dövründə kollektivçilik, sosialist vətənpər-
vərliyi və beynəlmiləlçilik, humanizm, düzlük, doğruçuluq və
prinsipiallıq, cəmiyyətin işlərində fəallıq, köhnə idarəetmə
sistemlərinə və həmin mühitdən irəli gələn təzahürlərə qarşı
barışmazlıq kimi normalar bir şərt kimi irəli sürülürdü. Müasir
dövrdə insanların əxlaqi keyfiyyətləri onların cəmiyyətə,
kollektivə, ailəyə, ictimai- siyasi mühitə, əmlaka, yoldaşlara
münasibəti ilə bağlı qiymətləndirilir. Deməli zaman keçdikcə
əxlaqi dəyərlərin məzmunu dəyişir və təkmilləşir. Yəni, hər
hansı əxlaqi hərəkətlə bağlı fəaliyyəti təhlil etmək, nəzəri
müddəaları əxlaqi tərəqqi əsasında qiymətləndirmək olar.
Əxlaqın ölçüsünü müəyyən etmək, onun elmi təhlilini vermək
üçün bir çox nəzəriyyəçilər müxtəlif elmi müddəalarla çıxış
Dostları ilə paylaş: |