Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

 
26
etmişlər. Onların bir çoxu əxlaqın meyarını  cəmiyyətdən 
kənarda,  əbədi varlığın təbiətində, bəziləri isə  mənəviyyatın 
obyektiv meyarını 
əxlaqiliklə 
əxlaqsızlıqda, 
ədalətlə 
ədalətsizlikdə, xeyrlə şərdə axtarmışlar.  
Mülki məhkəmə idarəsinin prezidenti Q. Ştofer özünün 
“Etik qiymətləndirmə bacarığı haqqında” əsərində qeyd edir ki, 
mənəviyyatın obyektiv meyarı yoxdur. Praqmatistlər, 
ekzistensialistlər kimi etik məsələləri obyektiv idealist 
mövqedən təhlil edən digər nəzəriyyəçilər 
əxlaqi 
münasibətlərin obyektiv əsaslandırılmasını inkar edirlər. Onlar 
belə hesab edirlər ki, insan əxlaqının meyarı onun dəyişməz 
təbiəti ilə bağlıdır və bu dəyişməz əxlaq ümumbəşəri mahiyyət 
kəsb edir. 
Relyativizm cərəyanının nümayəndələri isə subyektiv 
əsaslarla izah etməyə çalışırlar ki, əxlaqın meyarı şərti xarakter 
daşıyır və əsassızdır. Bütün əxlaqi normalar yaxşıdır və əxlaq 
sahəsində heç bir obyektivlik mövcud deyil. Hər bir şəxsin, hər 
bir kollektivin öz əxlaqı vardır. 
Yəni, hər bir şəxs, kollektiv, təbəqə müxtəlif  əxlaqı 
dəyərlər haqqında öz xüsusi fikrini əsaslandıra bilər. Belə 
olduqda  əxlaqın konkret obyektiv meyarı haqqında fikir 
söyləmək olmaz. İngilis filosofu A. Ayenə görə, hər hansı 
hərəkət digərindən heç nə ilə  fərqlənmir. Bir-birinə zidd olan 
iki hərəkətdən birini digərindən üstün tutmaq olmaz. 
Hazırda Azərbaycan dövləti xalqın təhlükəsizliyi 
uğrunda, başqa dövlətlərlə dinc yanaşı yaşamaq, işğal olunmuş 
torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparır. 
Bu ictimai- siyasi və hüquqi aspektdə, həm də əxlaqi aspektdə 
aparılan mübarizədir. Xalqımız və dövlətimiz bu mübarizə 
imkanlarını humanist əsaslarla həyata keçirməyi özünə borc 
bilir. 
Nəzərə almaq lazımdır ki, hər hansı bir tarixi şəxsiyyətlə 
bütöv bir xalqın əxlaqını eyniləşdirmək olmaz. Bu cür şəxslər 
əksər hallarda ictimai həyatın real tələblərinə uyğun olmayan 


 
27
tələblər irəli sürdüklərinə görə  məğlub duruma düşürlər. 
Məsələn, Hitler mürtəce  
xarakterli  qeyri  əxlaqi ideyasını 
həyata keçirə bilmədi. Çünki, ancaq tarixi inkişafın obyektiv 
tələblərinə uyğun olan, xalqının həyati mənafeyinə uyğun gələn 
əxlaqi meyar həqiqi qəhrəmanlıq nümunəsi ola bilər. 
Tarixi dövrlərə  nəzər salsaq görərik ki, hər bir tarixi 
dövrdə, ictimai inkişafın hər bir mərhələsində dövrün əxlaqi 
tipinə uyğun  əxlaqi meyar mövcud olmuşdur. F.Englesə görə, 
üç  əxlaq- feodal, burjua və proletar əxlaqi mövcuddur və  hər 
bir dövrün öz əxlaqi meyarı vardır. Tarixən mühitin dəyişməsi 
ilə əxlaqın məzmunu və meyarı da dəyişir və inkişaf edir. Ona 
görə tarixin qanunauyğun gedişinin müasir mərhələlərinin 
əxlaqi tərəfini təşkil edən ideallarını  və qiymət meyarlarını 
götürməklə yanaşı ümumdünya tarixinin müasir vəziyyətinin 
obyektiv məzmununu da elmi əsasda tədqiq etmək lazımdır. 
Əxlaq və hüquq insan davranışı ilə bağlıdır. Burada 
ictimai məsuliyyət və ictimai mənafe  əxlaqi və hüquqi 
dəyərlərin qiymətləndirilmə prosesində  əsas rol oynayır. 
Məsələn, ailə münasibətlərində  əmələ  gələn mübahisəli 
məsələlər  əksər hallarda əxlaqi və hüquqi cəhətdən 
əsaslandırılmalıdır.  
Bəzi tədqiqatçılar belə düşünürlər ki, yalnız ictimai 
inkişaf qanunlarını bilən adamlar yüksək  əxlaqi tələblər 
əsasında hərəkət edə bilirlər. Cəmiyyətdə elə insanlar vardır ki, 
onlar ictimai inkişaf qanunlarını bilməsələr də, öz davranışları 
ilə başqalarına nümunə olurlar. Əxlaqi prinsiplər öz 
mahiyyətinə görə bütün insanların sülh şəraitində yaşamasının 
istiqamətlərini müəyyən edir və beynəlxalq, iqtisadi, siyasi, 
mədəni və hüquqi əlaqələrin inkişaf etməsi üçün əsas şərt olur. 
Determinizm,  əxlaqi və hüququ müəyyənləşdirmədə 
nisbi azadlığı qəbul edir. Əxlaqi seçmə azadlığı nə qədər geniş, 
əhatəli olarsa, insan öz əxlaqında və davranışında o qədər 
məsuliyyətli olar. A.S.Makapenkoya görə, kollektivdə 
insanların yaxşı  cəhətlərini görmək çətindir. Belə ki, bu yaxşı 


 
28
cəhətlər gündəlik xırda mübarizə  şəraitində  və münaqişələrdə 
görünməz olur.
13
 
Əxlaqa və hüquqa qiymət verərkən birinci növbədə 
əxlaqi və hüquqi dəyərlərə  əsaslanan cəhətlərə qiymət 
verilməlidir. Burada obyektiv və subyektiv baxışlar nəzərə 
alınmalıdır. Obyektivizmə görə,  əxlaqi və hüquqi dəyərlər 
insana faktlar, məlumatlar əsasında verilir, onun mahiyyəti isə 
açılmamış qalır. Obyektivistlər  əxlaqa və hüquqa, insan 
davranışına, fəaliyyətinə öz mənafeləri baxımından qiymət 
verir və öz şəxsi mənafelərinə toxunan hər  şeyi  ədalətsiz hal 
kimi qiymətləndirirlər. 
Beləliklə,  əxlaqi və hüquqi məqsəd və onu əldə etmə 
vasitələri təhlil edilməlidir. N.Q.Çernışevski qeyd edirdi ki, 
yüksək  əxlaqi məqsədlər üçün müvafiq vasitələr lazımdır. 
Yaxşı  məqsədə düzgün olmayan vasitələrlə nail olmaq 
mümkün deyildir. Vasitə  məqsədin xarakterinə uyğun 
olmalıdır, ancaq belə olduqda vasitə ilə məqsədə çatmaq olar.
14
 
Məqsədi müəyyən etdikdən, onun istiqaməti aydın 
olduqdan sonra mənəvi keyfiyyətlərdən və dünyanın yenidən 
qurulması problemindən danışmaq olar. Məqsəd fəaliyyətin 
əvvəlcədən lazım olan şərtidir. Məqsədin həyata keçirilməsi 
üçün, əxlaqi və hüquqi məqsədin həqiqiliyini ictimai tərəqqinin 
qanunauyğunluğunda axtarmaq lazım gəlir.  İctimai tərəqqi 
əxlaqi və hüquqi tərəqqi ilə paralel inkişaf edir. Əxlaqi tərəqqi 
cəmiyyətin ictimai tarixi inkişafı  nəticəsində baş verir və ona 
görə  də  ədalətli cəmiyyət qurmaq vəzifəsinə xidmət edən 
əxlaqi və hüquqi keyfiyyətlərə  əxlaqi və hüquqi məqsədin 
obyektiv meyarı kimi baxmaq olar. 
Siyasi məqsəd, ictimai inkişaf  əxlaqi və hüquqi tərəqqi 
üçün istiqamətverici mayak rolunu oynayır. Yəni, mütərəqqi 
ictimai  əxlaqi və hüquqi məqsədlər cəmiyyətin  əxlaqi və 
                                           
13
 N.Q.Çernışevski. Seçilmiş əsərləri, XIV cild, səh. 684. 
14
 A.S.Makarenko. Kommunist tərbiyəsi haqqında, Bakı, Azərnəşr, 1954, 
səh.30. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə