Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə3/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   2   3   4   5   6   7   8   9   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

7



eliziya və diazeza adı altında verilir. Bu iki terminin fonetik prosesə yaxın 

xüsusiyyətləri  olsa  da,  cuzi  fərqləri  də  var.  Məsələn,  eliziya  hadisəsində 

(prosesində)  həm  sözlərin  bir-birinə  birləşməsi  və  həm  də  sözə  şəkilçi 

artırılması  prosesi  baş  verir:  Məsələn,  ağız-ağzım,oğul-oğlum,  qovurma-

qourma, alın-alnım, söyüd-söüd və sairə, amma Azərbaycan dilində diareza 

hadisəsi  başqa  dillərə  (hind-avropa,  sami  dilləri  ailələrinə)  nisbətən  az 

müşahidə olunur. Məsələn, dostdur-dostur tipli sözlər təkin. 

Bütün  bunlara  baxmayaraq,  əksər  rus  və  Avropa  alimləri  fonetik 

prosesləri kombinasiyalı (kombinator) və pozisiyalı dəyişmələr olduğunu ya-

zırlar. Öz növbəsində  kombinator prosesi də üç fərqli növlərə  bölünür:  as-

similyasiya,  dissimilyasiya  və  akkomodasiya.  Bu  terminlərin  üçü  də  latın 

mənşəlidir və mənaları: oxşar, qeyri-oxşar və yanaşma-uyuşmalar deməkdir. 

Assimilyasiya iki formada olur: tam və natamam. Buradaca qeyd etməliyəm 

ki,  çox  dilçilər  bu  məsələni  düzgün  dərk  etməmişlər.  Adlarını  çəkmirəm, 

çünki “xəmir çox su aparar”. Amma bir neçə misalları verməklə məqsədimiz 

aydın olar. Məsələn, Adil Babayev “Dilçiliyə giriş” kitabında əksər dilçilər 

yazdığı kimi qeyd edir ki, “tam uyuşma zamanı bir səs başqasına təsir edərək 

onu tamamilə öz məxrəcinə sala bilər”. Sonrada misallar verir: Azərbaycan 

dilində:  gəlirlər-gəlillər,oğlanlar-oğlannar,  danlamaq-dannamaq  və  s. 

(2.227).  Rusca  misallarında  da  eyni  ilə  oxşar  formaları  göstərir:  otdatь-

oddatь, razsoritьs`a- razsoritьs`a, cvatba-svadьba; Almanca: zimber-zimmer. 

Bütün veriən misallar natamam assimilyasiyadır. Tam assimilyasiya, məsə-

lən,  rus  dilindəki  здесь-  sözündəki  sö  kimidir.  Belə  ki,  deyilişi  ilə  yazılışı 

üst-üstə düşür. Azərbaycan dilinə gəldikdə isə tam uyuşma ahəng qanunu de-

diyimiz rəvan tələffüz normasıdır. Yəni deyilişi ilə yazılışı eynidir.  

Rus alimi Qujva Fedor kirittoviç doğru olaraq yazıb ki, danışıq səslərin 

mövqeyinə  görə  sait  və  samit  səslərdə  müxtəlif  proseslər  yaranır  (6.166). 

saitlər də akkomedasiya (uyuşmaya) və reduksiya (zəifləməyə) məruz qalır-

lar.  Samitlərdə  isə  fonetik  proses  daha  geniş  və  mürəkkəb  olur.  Doğrudur, 

hər bir dilin öz spesifik xüsusiyyətləri var və bu xüsusiyyətlərə söykənərək 

özünə  məxsus  dilinin  qanun  və  əlamətləri,  eləcə  də,  tələbləri  baş  verir. 

F.K.Qujva qeyd edir ki, “akomodasiya – fonetik prosesdir. Burada incə samit 

incə sait ilə pərçimləşir və ya uyğunlaşır (6.166) və bu da səslərin bir-birinə 

təsir etməsinə gətirib çıxarır. Müəllif səs birləşmələrində sait səslərin mövqe-

lərini  nəzərə  alaraq  onları  iki  aspektdə:  akkomodasiya  və  reduksiya  his-

sələrinə bölür. Akkomodasiyanı da öz növbəsində fərqləndirir. Birini proqre-

ssiv, digrini reqressiv akkomodasiya adlandırır və konkret (məsələn, моло-

ко, теперь və s.) misallarla izahını aydınlaşdırır.  

Ümumiyyətlə, insan həyatında, ömür sürən inkişafda fonetik proseslər 

olacaqdır. Çünki, hər bir dünya dilləri leksik (əşya) əlaqələrində olur. Əlaqə 

olan  yerdə  əlamət  də  olur.  Söz  verir,  söz  alır.  Aldığı  söz  doğma  dilinin 



Filologiya məsələləri, №4, 2017 

 

8



tələffüzünə oxşar olduqda dildə və tələffüzdə heç bir maneəyə rast gəlmir, 

uyğun olmadıqda maneəli olur və tələffüzdə ağırlıq yaradır. Bu cür sözlərin ço-

xu vətəndaşlıq qazanmır, az işlək olur. Elə vacib məsələlər var ki, öz həllini hələ 

də  tapmamışdır.  Məsələn,ümumi  türk  mənşəli  sözlərin  əvvəlindəki  ilkin 

cingilitili və ya kar səs olmasının necə təsdiqini tapa bilər: dəmir və ya təmir, 

dəniz-təngiz tipli sözlərdəki (d t) səsləri fonetik prosesə aid etmək olarmı? Axı 

bu sözlərin həm dillərdə yazılışı ilə deyilişi eynidir. Mənə elə gəlir bu cür hallar 

həmin konkret dilin fizioloji normasına görə tam uyuşmadır.  

Yuxarıda dediklərimin tədqiqata ehtiyacı var. Fonetik proseslər demək 

olar ki, öz həllini hələ ki, bu günə qədər tapmamışdır.  

 

Ədəbiyyat: 



 

1.  Adil Babayev, “Dilçiliyə giriş”, Bakı-2004 

2.  N.Məmmədov, A.Axundov, “Dilçiliyə giriş”, Bakı-1998. 

3.  Б.Н.Головин, Введение в языкознание, Москва-1978. 

4.  В.А.Кочерчина, Введение в языкознание, Москва-1979. 

5.  В.И.Кодухов, Введение в языкознание, Москва-1987. 

6.  Ф.К.Гужва, Современный русский литературный язык, Киев-1973. 

7.  Məsud Məmmədov, Ayəddin Əliyev, “Müasir dilçilik problemləri”, 

Bakı-2015. 

 

Масуд Мамедов 



Фонетические процессы 

 

Резюме 



 

В статье рассматривается комбинаторные фонетические процессы. 

Эти  процессы  охватывают  главным  образом  согласные.  Основными 

комбинаторными  процессами  являются  ассимиляция  и  аккомодация. 

Все  три  термины  образованы  от  латинских  основ:  Ассимиляция-  это 

уподобление  соседних  звуков  в  каком-  то  компоненте  артикуляции 

(чаще всего уподобляются согласные по звонкости-глухости и твердос-

ти- мягкости. Ассимиляция бывает полной и частичной. Диссимиляция 

противоположна ассимиляции. Например, в слове вести [c] возникло в 

результате  диссимиляции  [д]  (ср.вредо).  Аккомодация-  это  взаимо-

действие  соседних  гласных  и согласных, например,  сёк  [с`о`к]-ср.сок, 

люк [л`ук]-ср.лук, ряд [р`ат]-ср.рад [т] и т.д. 

Менее  распространённым  комбинаторными  фонетическими  про-

цессами являются диерезы, эпентезы, элизия, протеза и гаплология. Все 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə