Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə7/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   2   3   4   5   6   7   8   9   10   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

18



sisteminin  fəaliyyətini  də  qiymətləndirmək  mümkündür.Təlim  prosesində 

qiymətin  rolu  o  dərəcədə  böyükdür  ki,  o  yeganə  təlim  motivinə  çevrilir. 

Halbuki  qiymət  ilk  növbədə  şağird  üçün  özünü  qiymətləndirmə  və  özünə-

nəzarət  vasitəsi  kimi  çıxış  etməlidir.  Özünüqiymətləndirmə  vərdişlərini 

yaratmaq  üçün  bütün  sinif  və  müəllimin  iştirakı  ilə  qiymətin  şagirdin  özü 

tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi 

üsulunu  tətbiq  etmək  üçün  faydalı  olar.Qeyd  edilməlidir  ki,  interaktivliyə 

əsaslanan  təlim  prosesində  şagirdlərin  özünü  və  sinfi,  hətta  bütövlükdə 

dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları 

ilə işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir 

və çox yaxşı nəticələr əldə edirlər. Qiymətləndirmənin əsas problemlərindən 

biri  obyektiv  qiymətin  təmin  edilə  bilməsinin  çətinliyidir:  şagird  qiymətin 

obyektivliyinə  əmin  olmalıdır  və  qiymətin  tədris  prosesinin  real  tənzim-

ləyicisi  ola  bilməsi  üçün  onun  nəyə  görə  verildiyini  dəqiq  təsəvvür  etmə-

lidir.Qiymətləndirmə  sistemindəki  islahatlar  təhsildə  müsbət  dəyişikliklərin 

aparılması üçün mühüm vasitə olduğundan, yəni qiymətləndirmə sisteminin 

yaradılması  prosesinin  kurrikulum  və  müəllim  hazırlığı  sahəsində  aparılan 

islahartlarla sıx əlaqəli şəkildə həyata keçirilməsi, dərslik və təlim material-

larının yaradılmasına yeni yanaşmaların formalaşdırlması ciddi vəzifələrdən 

hesab olunur. Bu istiqamətdə görülən işlər vasitəsilə aşağıdakıların reallaş-

dırılması nəzərdə tutulur:ölkədə kurrikulum hazırlanması və qiymətləndirmə 

fəaliyyətini  bir-birilə  əlaqələndirən  tam  milli  sistemin  yaradılması;qiymət-

ləndirmədə  təlim  və  tədris  ehtiyaclarını  ödəmək  üçün  istifadə  edilməsi; 

təhsilin  keyfiyyəti  haqqında  obyektiv  məlumatları  əldə  etmək  məqsədi  ilə 

səmərəli  idarəetmə  üçün  məktəbdaxili  və  milli  qiymətləndirmə  sisteminin 

yaradılması,  ölkənin  beynəlxalq  qiymətləndirmə  tədqiqatlarında  iştirakının 

təmin edilməsi. Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik 

prosesdir. Qiymətləndirmə prosesi şagirdləri fənni öyrənməyə həvəsləndirir 

və  kommunikativ  bacarıqları  əldə  etməyə  zəmin  yaradır.  Yeni  kurrikulum 

konsepsiyasına  görə,  təhsil  sistemində  şagird  nailiyyətinin  qiymətləndiril-

msəi  təhsil  məqsədlərinə  uyğun  (vahid)  etibarlı,  obyektiv  qiymətləndirmə 

vasitələrindən  istifadə  etməklə  monitorinqin  keçirilməsidir,  başqa  sözlə, 

təhsilin keyfiyyətini və nəticələrini müəyyənləşdirmək üçün şagirdlərin cari 

biliklərinə,  bu  biliklərə  yiyələnmə  tərzinə  və  onlardan  istifadə  etmək 

bacarığına aid məlumatların əldə edilməsi prosesidir. Şagird nailiyyətlərinin 

qiymətləndirilməsində  aşağıdakı  məsələlərə  xüsusi  diqqət  yetirilməlidir:-

Təlim  nəticələrinin  nümayiş  etdirilməsinin  (müəyyənləşdirlməsinin)  aşkar-

lığı.  Hər  bir  şagird  nəyin  qiymətləndirildiyini,  onun  fəaliyyətinə  dair  necə 

mühakimə  yürüdüldüyünü,  bu  zaman  hansı  dəlillərə  istinad  edildiyini 

bilməsidir.  Müxtəlif  stanadartlara  nailolma  həddinin  müəyyənliyi.  Bunun 

üçün müxtəlif yeni qiymətləndirmə üsullarından və qeydiyyat vasitələrindən 



Filologiya məsələləri, №4, 2017 

 

19



istifadə edilməlidir. Faktın (dəlilin) vahid olması. Düzgün qiymətləndirmə-

nin  vacib  cəhətlərindən biri  həqiqətə  uyğun  qərar  qəbul etməkdə  müəllimə 

kömək  etməsidir  (vahidlik).Qiymətləndirmənin  etibarlılğı  fərqli  vaxtda  və 

şəraitdə eyni bir şagird və ya sinif üçün oxşar nəticənin alınması ilə müəyyən 

edilir.  Bu  zaman  aşağı,  orta  və  yüksək  bilik  səviyyəsinə  malik  olanların 

aşkar fərqləndirilməsi də etibarlılıq göstəricisidir. Hazırda Respublikamızda 

şagird nailiyyətinin qiymətləndirilməsinin 3 növü tətbiq edilir:1. Beynəlxalq 

qiymətləndirmə (iştirakçı ölkələr miqyasında, ölkə üzrə müxtəlif məktəblərin 

təsadüfi qaydada seçilməsi yolu ilə, PİSA proqramı).2. Milli qiymətləndirmə 

(ölkə miqyasında, müxtlif səviyyəli məktəblərin müvafiq təmsilçiliyini təmin 

edən seçmə yolu ilə) 3. Məktəbdaxili qiymətləndirmə.Hazırda həyata keçiri-

lən təhsil islahatının məramına görə, məktəbdaxili qiymətləndirmə məktəbdə 

tədris edilən fənnə aid, qəbul olunmuş standartların tələblərinə uyğun olaraq 

şagirdlərin  bilik  bacarıq  və  nailiyyətlərini  ölçmək,  onların  inkişaf 

dinamikasını izləmək və bu inkişafı təmin etmək məqsədi ilə həyata keçirilən 

prosesdir.  Şagird  nailiyyətinin  qiymətləndirilməsi  tədris-təlim  prosesinin 

ayrılmaz  tərkib  hissəsi  olmalıdır.Qiymətləndirmə  hər  hansı  bir  inkişafın 

əsasını  təşkil  edir.  İnkişafı  qiymətləndirmə  olmadan  təsəvvür  etmək  qeyri-

mümkündür.  Təhsil  sahəsində  hal-hazırda  həyata  keçirilən  inkişafyönümlü 

bacarıq və vərdişlərə əsaslanan islahatlar qiymətləndirmə prosesini, nəhayət 

ki,  formal  xarakterli  olmaqdan  çıxarıb,  müasir  dövrün  ehtiyaclarına  cavab 

verməyə  sövq  edir.  Qiymətləndirmə  təhsil  prosesinin  ən  vacib  şərtlərindən 

biridir.  Bu,  sadəcə  əldə  edilmiş  biliklərin  yoxlanılmasında  deyil,  həm  də 

tədris prosesinin təyin edilməsi zamanı öhdəsinə verilə biləcək yeganə təhsil 

prosesidir.  Onun  əsas  xüsusiyyəti  isə  hər  bir  şagirdin  ayrılıqda  yeni  şəxsi 

keyfiyyətlərini  üzə  çıxarmasıdır.Ümumtəhsil  məktəblərində  şagird  nailiy-

yətlərinin  qiymətləndirilməsi praktikasının  təhlili  göstərir  ki,  eyni zamanda 

bir sinifdə təhsil alan şagirdlərin fəaliyyətinin müxtəlif müəllimlər tərəfindən 

ölçülməsi və nailiyyətlərə veriən qiymətlər bir-birindən xeyli fərqlənir, yəin 

subyektivlik  qaçılmaz  bir  problem  olaraq  qalır.  Nailiyyətlərin  qiymət-

ləndirilməsində subyektivliyin əsas səbəblərini aşağıdakı kimi ümumiləşdir-

mək olar: Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin müəyyənləşdirilmə-

sində şərtilik və qeyri-dəqiqliyin olması; təlim fəaliyyətini birbaşa ölçməyə 

imkan  verən  yeni  metodların  elmi  əsasların  tam  işlənilməsi  nəticəsində 

şagirdlərin  təlim  fəaliyyətinə  onların  cavablarına,  yerinə  yetirdikləri  işlərə 

görə  ölçmələrin  birbaşa  müəllim  tərəfindən  aparılması  və  qiymətləndiril-

məsi.Qiymətləndirmənin aşağıdakı ümumi prinsipləri vardır: qiymətləndirmə 

təlim prosesinin mühüm tərkib hissəsidir və bütün təlim prosesi ərzində apar-

ımalıdır.  Qiymətləndirmə  prosesində  şəraitdən  və  şagirdlərin  inkişaf  səviy-

yəsindən  asılı  olaraq,  müxtəlif  metodlardan  istifadə  edilməlidir;Qiymət-

ləndirmə  təlimin  keyfiyyətini  korrektə  edən  proses  olmalı,  şagirdlərdə  öz 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə