Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə8/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   4   5   6   7   8   9   10   11   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

20



bacarıqlarını  qiymətləndirmək  qabiliyyətini  formalaşdırması  və  öz  təlim 

nəticələrini  daim  yaxşılaşdırmaq  istəyi,  arzusu  yaratmaldır.Qiymətləndirmə 

təlimin  son  nəticələrinə  və  ictimai  həyata  girişə  yönələn  qabaqlayıcı 

(önləyici)  stanadarta  əsaslanmalıdır;  qiymətləndirmədə  ədalətlilik,  şəffaflıq 

və obyektivlik təmin olunmalıdır;qiymətləndirmə kriteriyaları ölçüləbilən və 

etibarlı  olmalıdır.  Təlim  prosesində  müvafiq  əks-əlaqənin  təmin  edilməsi 

üçün  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  sisteminin  olması  çox 

mühümdür.  Bu  sistemə  aşağıdakılar  daxildir:  qiymətləndirmə  üsulları 

(onların çeviklik, uyğunluq, fərqləndirmə dərəcəsi və s), qiymətləndirmənin 

ümumi  meyarlarının  məzmunu.Qiymətləndirmə  və  təlim  proseslərinə 

təhsilin  qarşılıqlı  əlaqədə  olan  iki  tərəfi  kimi  baxılır.  Sistemli  proses  olan 

qiymətləndirmə  təlim  nəticələri  ilə  maraqlı  tərəflər  arasında  səmərəli  əks-

əlaqə  vasitəsi  kimi  aşağıdakı  komponentləri  əhatə  etməklə  qurulur: 

Qiymətləndirmə  məlumatları.  Bunlarla  şagirdlərin  nailiyyətlərini  və  təlimə 

münasibətlərini,  müəllimin  hazırlıq  səviyyəsini,  fənn  kurrikulumlarının 

xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar 

və  fəaliyyətlərin  icra  mexanizmləri  daxildir.  Məlumatların  toplanması.  Bu 

proses  testlərin  keçirilməsi,  şagird  tapşırıqlarının  yoxlanılması,  sinifdə 

müsahibələrin aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin, şagirdlərin 

və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb 

sənədlərinin  təhlil  edilməsi  kimi  üsullarla  həyata  keçirilir.Qiymətləndirmə 

nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətlən-

dirilməsi,  qiymət  ballarının  hesablanması,  müqayisələrin  aparılması,  təhlil 

sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçil-

məsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və 

onun  təsirliliyinin  monitorinqinin  aparılması,  təlim  resurslarının  bölgüsü, 

kurrikulumun  və  tədrisin  keyfiyyətinin  dəyərləndirilməsində  istifadə  olunur, 

eyni  zamanda  geniş  ictimaiyyəti  məlumatlandırmaq  məqsədi  daşıyır.-

Qiymətləndirmə  standartları.  Bu  standartlar  təhsilin  keyfiyyətini  qiymətlən-

dirmək  üçün  əsas  meyarları  təyin  edir,  şagird  nailiyyətlərinin  və  təhsil 

imkanlarının  qarşılıqlı  dəyərləndirməsi  üçün  istifadə  olunan  qiymətləndirmə 

üsulları  və  vasitələrinin  keyfiyyətini  təsvir  edir,  qiymətvermə  prosesinin  qan-

uniliyinə  zəmanət  verir.Beləliklə  ,  yüksək  intellektə  əsaslanan  təhsil  istənilən 

halda mühüm əhəmiyyət kəsb edir. 

 

Ədəbiyyat 



 

1.  Azərbaycan  Respublikası  ümumtəhsil  sistemində  Qiymətləndirmə 

Konsepsiya “Azərbaycan müəllimi qəzeti” 29 iyul, 2006-cı il. 

2.  Azərbaycan  Respublikasında  ümumi  təhsilin  konsepsiyası  (Milli 

Kurrikulum), “Kurrikulum” jurnalı, 2008 No.1. 



Filologiya məsələləri, №4, 2017 

 

21



3.  Принципы  и  порядок  оценивания  Р.Ф.  Утверждено  Педоветоле  от 

16.12.205 II www. maardu.edu 

4.  Əhmədov  A.  Şərifov  T,  Abbasov  Ə.  Şagird  nailiyyətlərinin  qiymətl-

ndirilməsi, “Kurrikulum” jurnalı, 2008 No.1. 

 

Jalə Maharramova  



About assessment system in the learning process 

 

Summary 



 

This article deals with the modern assessment system implemented in 

the  system  of  general  education.  Its  essence  and  principles  and  also 

importance of its methods and susbtances used in the process of assessment. 

The article deals with the backgrounds of foreign language teaching activity. 

It is shown that with the help of plsycho-logical, physiological and didactic 

basis  even  rational  using  of  new  technology.  The  quality  of  education  is 

getting to be risen. The main aim of State Programme is to form a unique 

national  education  by  means  of  introduction.  The  usage  of  modern  Infor-

mation  –Communication  technology  is  important  and  by  providing 

qualitative education opportunity. Also important establishing conditions for 

State education system in order to integrate ito worldwide education system.  

 

Жала Магеррамова 



О системe оценивания в процесcе образования 

 

Резюме 



 

В этой статье говорится о основнoй характеристики новой сис-

темы  оценивания  достижений  учащихся.  Ее  сушность  и  принципы,  а 

также важность ее методы и средствы используемый в процессe оцени-

вания. В статье раскрываются теоретические основы учебной деятель-

ности. Указывается что при учете психологических, физиологических и 

дидактических  основа  также  при  рациональном  испоьзавании  новых 

технологий  обучения  повышается  качество  обучения.Основной  целью 

Государственной  программы  является  формирование  единой  обшена-

циональной среды образования путём внедрения. Использование совре-

менных информационно-коммуникативных технологий и обеспечением 

возможностью  качественного  образования.  A  также  создания  условий 

для  интеграции  государственной  системы  образования  в  мировую 

систему образования. 

 

Rəyçi:             Nuriyyə Əliyeva 



filologiya elmləri üzrə fəlsəfə doktoru 


Filologiya məsələləri, №4, 2017 

 

22



AFAQ İSMAYILOVA  

ADU 


afaq@mail.ru  

 

DİL FAKÜLTƏLƏRİNDƏ TƏHSIL ALAN TƏLƏBƏLƏRƏ HÜQUQİ 



BİLİKLƏRİN ÖYRƏDİLMƏSİNƏ DAİR 

 

Açar sözlər: hüquq, qanun , qloballaşma  



Key words: right , law , qlobaization  

Ключевые слова: права, закон , глобализация 

 

 Müstəqilliyimizə  yenidən  qovuşdugdan  sonra  olkəmizdə  bir  çox 



nailiyyətlər  əldə  edilmiş  ,xüsusən  xalq  maarifi  və  təhsil,  hüquq  və  s. 

sahələrdə  qazanılan  uğurlar  bunu  deməyə  əsas  verir.  Milli  təhsil  ,  elm  və 

mədəniyyətin  inkişafına  gostərilən  qayğı  bu  xeyirxah  missiyanın  həyata 

keçirilməsinə  təkan  verdi.  Azərbaycanda  müxtəlif  sahələrdə  islahatların 

aparılması , bu inkişafa dovlət təminatının verilməsi yüksək qiymətləndirilir. 

“ Qloballaşma” termini (globalization) ictimai elm sahələrində təqribən son 

30 il ərzində işlənməyə başlanmışdır. İlk olaraq, 1983 – cü ildə “ globality” 

anlayışı  Amerika  sosioloqu  Robertson  tərəfindən  yazılmış  məqalələrdən 

birində səslənmişdi. Bunun ardınca o, 1985 – ci ildə “globalization” termini 

işlətmişdir.1992  –  ci  ildə  isə  R.Robertsonun  “Globalization:  social  theory 

and  global  culture  (“Qloballaşma:  sosial  nəzəriyyə  və  qlobal  mədəniyyət)” 

əsərində  bu  barədə  irəli  sürdüyü  konsepsiyanın  əsasları  nəşr  olun-

muşdur.(Robertson R. Globalization: social theory and global culture.SAYE 

Publications  LTD,1992.  Daha  sonralar  “qloballaşma”  anlayışı  bütün  yer 

planetində baş verən siyasi və iqtisadi əlaqələr sahəsində baş verən inkişaf 

prosesini  əks  etdirməyə  başladı.  Bu  istiqamətdə  təcrübi  materialın 

toplanması yeni anlayış və tendensiyaların ictimai qaydalarının təhlili üçün 

müvafiq şərait yaratmış oldu. Tədricən elmi biliklərin , o cümlədən hüquqi 

bliklərin  öyrədilməsi  dünya  miqyasında  baş  verən  hadisə  və  proseslərin 

sistemləşdirilməsi  və  əks  edilməsi  sayəsində  “Qloballaşma”  termininin 

məğzinə varmaq imkanı əldə olundu ki, bu da, nəticə etibarı ilə, ümumbəşəri 

inkişafa  dair  yeni  nəzəri  modellərin  S.Hantington,L.  Fridman  və  başqaları 

tərəfindən  yaradılmasına  səbəb  oldu.”Qloballaşma”  məfhumu  ilə  paralel 

olaraq “qloballıq”, “qlobalizm”, “qlobal problemlər” kimi yeni anlayışlar da 

meydana  çıxdı.  Məlum  olduğu  kimi,  son  vaxtlar  hüquqlarımızın 

öyrənilməsinə  tələb  və  maraq  durmadan  artmaqdadır.  Müasir  tələbə 

hüquqlarını  bilməli,  özünü  müdafiəyə  hazır  olmalı  və  müxtəlif 

kateqoriyalara  məxsus  insanlarla  ünsiyyət  qurmaq,  komanda  tərkibində 

işləyə  bilmək,  ətrafdakılara  motivasiya  verə  bilmək  kimi  tamamilə  yeni 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə