Filologiya məsələləri, № 7, 2017
341
bacarmazsınız. Od vuran insanlar və daşlar olan o atəşdən qorxub çəkinin. O
atəş kafirlər üçün hazırlanmışdır” (5, 23-24).
Qurani-Kərim ilahidən gələn kəlam olduğundan hər şeydən öncə dil
möcüzəsi kimi nəzərə çarpır. Ayrı-ayrı qissələr, hekayətlər bir yana, bəlağət
və ecaz baxımından sözlərin düzümu, eyni sözun, ifadənin yerinə görə
muxtəlif mənalar daşıması, səslərin alliterasiyasının aşıladığı ovqatlar,
oxunuş ahəngindən doğan ehyamlar, mənaca bir-birinin oxşarı olan ayələrin
başqa-başqa surələrdə təkrarlanması ilə bağlı psixoloji təsirlər, təlqinləri
gücləndirən qafiyələr, dinləyənlərə düşünüb-daşınmaq imkanı yaratmaqdan
ötrü yeri gəldikcə qulağı rahat buraxan qafiyəsiz məqamlar - butün bunlar
1400 ildir dəyişməz qalan Kitabın ilk baxışda, ilk oxunuşda, ilk dinləyişdə,
ilk qavrayışda muşahidəyə gələn məziyyətlərindəndir.
“Yer üzündə bitən bütün ağaclar qələmlərə dönsələr, dəniz də
mürəkkəbə – yeddi dəniz də üstəlik mürəkkəb olsa belə yazılmaqla bitən
deyil Allahın kəlamları”. “Allahın kəlamları” burada əlbət ki, Quranın öz
içinə aldığı əbədi və əzəli vəhylərin çeşidli təfsirlərinə işarədir (4, 40).
Mənəviyyat məsələlərinə dair örnəklər ilahi təlqinlərin özülündə
dayanır. “Doğru yolun bütün məsafələrini qət etməyə borclu
,
axirət yolçusu
insana bəzən onu düşündürüb daşındırmaq, beynini, necə deyərlər, məşq
elətdirmək uçun ümumilikdə, bəzən də konkret şəkildə nələri yerinə yetirməli
olduğu bildirilir. Müqəddəs imanın mənəviyyat sınaqlarından uğurlu, yaxud
uğursuz keçidini isə Allah-təala yaratdığının öz ixtiyarına buraxır, onu öz ağlı
ilə davranmağa, iş görməyə çağırır. İnsana etibar islamda olduğu qədər özgə heç
bir dində yoxdur. Ayələrdə təkrarlanan “bir ağıl işlətsəniz”, “bəlkə düşünüb-
daşınasınız”, “düşünməzmisiniz”, “yenədəmi düşünmək bilməyirsiniz” ifadə-
ləri düşüncə donuqluğundan azadfikirliliyə, ictihada, aktiv və müxalif
təfəkkürə səsləyir.
Quran mətninin özünə gəlincə, buradakı reallıq ovqatını gücləndirən amil
ondan ibarətdir ki, Allahın dərkinə aparan yollar məhz bütün kainatın, gerçək
varlıqların, olmuşların, olanların nəliyini və kimliyini çözən mətləblərlə bağlı
qavrayışlardan keçir. Quran məcburi və bəsit imanın əleyhinədir, imana gələn-
lərə tövsiyəsi budur ki, yollarda, çaylarda, dənizlərdə, dağlarda, səmada,
ulduzlarda, günəşdə, ayda, gecədə, gündüzdə və insanın özündə o böyük yara-
danın əlamətlərini arasınlar, ansınlar və bunları araya-araya, ana-ana Allahın
dərgahına doğru qoşsunlar. Qurana görə təbiət hadisələri də, daşlar da, yer də,
göy də, quşlar da hər şeyi öz elmi ilə tutmuş xaliqın varlığından xəbər verir.
Çunki təbiətin özü də O-na ibadətdədir: “Məgər görməzmi oldun, göylərdə
və yerdə olan kimsələr, göydə qanad gərən quşlar necə öyürlər Allahı. Hər
biri də Allahı necə anacağını, necə öyəcəyini yaxşı bilir. Onların nə
etdiklərini bilir Allah” (4, 41).
Filologiya məsələləri, № 7, 2017
342
Qurani-Kərim bütün insanlığı deyib göndərildiyindən savadından asılı
olmayaraq hamıya Kitabdan pay düşür. Surələrdə sadə ilə mürəkkəb, xüsusi
ilə ümumi, tarixi ilə əbədi olan hər şey imana çağırış üçün səfərbər
edilmişdir (7, 60).
Quran bütün peyğəmbərlərin mənsub olduqları bir dini kamilləşdirdiyi
üçün o eyni zamanda özündən əvvəlki Tövratı, Zəburu, İncili və s. adları
bizə məlum olmayan kitabları da təsdiq edir.
2. Həzrəti Məhəmmədin (s.a.s) həyatı, başqa peyğəmbərlərin
həyatından fərqlənən və müstəsna əhəmiyyət daşıyan bir həyat olmuşdur. Bu
həyat oxunduqca, onunla yaxından tanış olduqca, insanın gözündə böyüyür,
yüksəldikcə yüksəlir. Bu həyat məhəbbət, şəfqət, fəzilət və səmimiyyətlə
yaşanmış bir həyatdır.
Bu həyatı yaşayan insan bəşəriyyətə Allahın ən mükəmməl dini olan
islamiyyəti təbliğ etmiş, Allah qullarına nemət və ehsanını onunla
tamamlamışdır. O, insanları tək olan Allahın ətrafında birliyə dəvət etmiş,
bir-birini sevən, məhəbbət və şəfqətlərini bir-birindən əsirgəməyən fəzilət
sahibi bir ümmət-bir islam cəmiyyəti yaratmışdır. Onun böyüklüyü insanları
gözəl üsullarla, doğru yollar vasitəsilə yaxşılığa dəvət etməsi idi. Xırda
hisslər, maddi məsələlər üçün vuruşan insanların nicat yolu Onun göstərdiyi
yoldur. Onun izi ilə gedənlərin nəsibi nurdur. Bəşər axtardığı əmin-amanlığı,
feyz və fevzi Onda tapır. O, bəşərin son mürşidi və xilaskarıdır. Onun həyatın-
da səhv axtarmaq, günəşdə ləkə axtarmağa bənzəyir. Onun həyatı Qurani-
Kərimdən əks olunar. Onun əxlaqı Quran əxlaqıdır. Bu cəhət Onun sədaqətli
həyat yoldaşı, fəzilətli Ümmül-Möminin - Həzrəti Ayişənin də şəhadəti ilə bir
daha təsdiq olunmuşdur (2, 5).
Qurani-Kərimdən lazımınca faydalanmaq və Onun ecazkar təsirindən
həzz almaq üçün bu əvəzsiz kitabın izahını özündə ehtiva edən bir çox
elmləri də bilmək lazımdır. Bu elmlərə hədis, təfsir, ravilərin həyatını
öyrənməklə məşğul olan sahələr və s. göstərmək olar. Qurani-Kərimə düz-
gün baxış bu elmlərlə tanışlıq olduqdan sonra mövcud olduğu üçün onların
öyrənilməsi aktual bir problemdir. Çünki bu sahələrin verdiyi biliklər olmasa
Peyğəmbərimizin sünnətinin təhrif olunması asanlaşır. Qurana da sünnətsiz
(hədislərsiz) yanaşmaq insanı zəlalətə aparıb çıxarır. Məsələn, Uca Allah
Qurani-Kərimdə insanlara namaz qılmağı əmr etsə də islamın bu rüknünü nə
cür həyata keçirməyin izahını Peyğəmbərə həvalə edib. Və ya zəkat
verilməsi kimi digər bir əzəmətli əmrin şərtləri də Quranda izah edilmir.
Çünki bu izahlar Peyğəmbərin hədisləri vasitəsilə insanlara çatdırılıb.
Söz sənətinin rəvayət janrına aid olan çox dinamik, tez əzbərlənən,
insanlar arasında sürətlə yayılan hədisə islam ensiklopediyasında belə tərif
verilir: “Hədis kəlməsi, əslində ümumi olaraq dini və ya qeyri-dini mahiyyətdə
təbliğ və rəvayət mənasında olub, sonradan başqa mənada mənada -
Dostları ilə paylaş: |