Filologiya məsələləri, № 7, 2017
194
Photographic Expert Group) – fotogörüntüləri və ona bənzər görüntüləri
saxlamaq üçün tətbiq olunan populyar qrafik formatlardan biri. MS-DOS –
(Microsoft Disk Operating System) – Mikrosoft şirkətinin yaratmış olduğu
disk əməliyyat sistemi.
İstifadə olunan abreviaturların ümumi sayı çox miqdardadır, onların
anlaşılması çox çətindir. Buna görə də abreviaturların izahlarına terminoloji
sahələri əhatə edən lüğətlərdə rast gəlmək olar.
Abreviaturlar mətnə müxtəlif üsullarla daxil edilir. Konvensial
abreviaturlar izahsız verilir: App Store – “Apple” şirkətindən istifadə
edənlərə tanışdır və şifrənin açılmasını tələb etmir, yaxud UEFA, Wİ-Fİ,
modem və s. bu kimi nümunələrin beynəlxalq miqyasda işlənməsi deşifrəni
asanlaşdırır. Dildə əmələ gələn abreviaturların izahı mötərizə içərisində
verilir. İzahı verilən abreviaturlar dar çərçivədə, yəni sırf elmi terminologiya
ilə bağlı olması ilə izah olunur.
Son illər beynəlmiləl abreviaturların axının artması müşahidə edilir.
Beynəlmiləl abreviaturların dilimizdə açılış variantı işlənmir, çünki onlar
Azərbaycan dili üçün yaddırlar. Azərbaycan dilində bəzi abreviaturlar
transliterasiya olunmadan, yəni heç bir dəyişikliyə uğramadan,donor dildə
olduğu kimi yazılır. Baxmayaraq ki, o qrafemlər Azərbaycan dili üçün
tamamilə yaddır. Məsələn, WWW (WORLD WIDE WEB) – Ümumdünya
hörümçək toru adlanıb, internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir;Wİ-
Fİ(Wireless Fidelity) – simsiz bağlılıq;WAP (Wide Area Network) – qlobal
şəbəkə və s.
Azərbaycan dilində bəzi abreviaturlar “ / ” ilə yazılırlar. Məsələn,
CP/M – (Control Program/monitor);CSMA/CD (carrier sense multiple access
with collision detection) – hesablama şəbəkəsində iki və daha artıq bənd eyni
anda veriliş aparmağa cəhd etdikdə tətbiq olunan iş protokolu;İPX/SPX
(İnternet Packet eXchange/Sequenced Packet eXchange) – Novell Netware
şəbəkələrində istifadə olunan protokollar steki; TCP/IP (Transmission
Control Protocol/İnternet Protocol) – verilmişin idarəetmə protokolu/İnternet
protokolu.
Əksər abreviaturlar “-” ilə yazılır. Məs: M-JPEG (Motion Joint
Photographic Experts Group) – Fotoqrafik Expertlər Qrupu Birliyi.
Orfoqrafik cəhətdən inisiallar böyük hərflərlə yazılır. Məs: DNS,
CTRL, MSN, LED və s. Leksikləşən abreviaturlar kiçik hərflərlə yazılır:
modem, piksel, lazer, kodek, ram, otel və s.
Bizim dövrdə müxtəlif növ ixtisarların intensiv inkişaf səbəblərinə
həyatın sürətli tempini hesab etmək olar ki, bura mürəkkəb, uzun adların,
yeni məhfumların adlandırılmasına tələbatın artmasıdır.
Abreviaturların optimal uzunluğu diqqət çəkən məqamdır. Ən uzun
ixtisar 5-6 inisialdan ibarət olanlardır: S/PDIF (Sony/Philips Digital
Filologiya məsələləri, № 7, 2017
195
Interface Format) – CD-pleyerlərdə və başqa audio qurğuların komponentləri
arasında səs siqnallarının ötürülməsində istifadə olunan aparat və proqram
təminatı üçün format; SD-CDMA (Space Division Code Division Multiple
Access) – fəza kodlanması ilə kanalları ayrılmış çoxstansiyalı daxilolma
imkanlıqlı üsul.
Tədqiqatçılar hesab edir ki, abreviaturlar dildə mükəmməl söz kimi
özünü göstərir, aktiv transformasiya ilə mənimsənilir, öz orfoqrafiyasına
malikdir, lüğətlərdə möhkəmlənir.
İxtisar sözlərin müxtəlif dillərdə yaranması və genişlənməsinə səbəb
kimi tədqiqatçılar fərqli amilləri göstərirlər. Bir tərəfdən ekstralinqvistik
faktorların təsiri – böyük sosial tərəqqi, elmi-texniki proqres, beynəlxalq
mədəni-iqtisadi əlaqələrin inkişafı və s. Bütün bu hadisələr yeni yaranmış
anlayışların başa düşülməsini tələb edir. Digər tərəfdən, əsas linqvistik faktor
kimi, abreviaturların yaranmasını nitqə, yazıya qənaət kimi göstərmək olar.
Abreviaturların yaranması fasiləsiz prosesdir. Bu proses Azərbaycan
cəmiyyətində ictimai-siyasi və sosial-iqtisadi dəyişmələrin aktivləşməsi,
kompüter texnologiyaların geniş yayılması, qərb mədəniyyəti ilə qarşılıqlı
əlaqələr və digər ekstralinqvistik amillərin təsiri ilə baş verir.
Yeni terminoloji sistemlərin: informatika, kibernetika, elektronika,
maliyyə, statistika, bank işi, sığorta, marketinq və s. yaranıb formalaşması
abreviaturların artmasına səbəb olur. Dil ixtisarları günbəgün artaraq
diqqətimizi çəkir. Çex dilçisi Hrbäcek J. yazır: “abreviaturlar – bütün mədəni
dillərdə dil kommunikasiyanın bir hissəsi olub, az və ya çox dərəcədə dil
sisteminə daxil olurlar. Baxmayaraq ki, dildə abreviaturların əhəmiyyəti və
sistemdə onların vəziyyəti haqqında fikirlər müxtəlifdir, şübhəsiz, bizim
işimiz burda dil faktıyladır və diqqətdən qaçırmaq olmaz ki, onlar bütün
günü çoxalma tendensiyasına yönəlməkdədir” [7,91].
Alınma abreviaturların aktivləşməsinə səbəb kimi bəzi faktorları
göstərmək olar: yeni proseslərin adlandırılması tələbi (app), anlayışların
ixtisaslaşması (HTTP), xarici dil prestiji (SPA).
Hal-hazırda abreviasiya dünyanın müxtəlif dillərində elm və
incəsənətin müxtəlif sahələrində, ictimai-siyasi həyatda geniş yayılmış
mövqeyə malikdir.
Abreviaturların elm sahələrində işlənmə tezliyi müxtəlifdir. Dəqiq
elmlərdə, xüsusən, informatika sahəsində ixtisarların işlənmə intensivliyi
yüksəkdir. Buna səbəb kimi həmin sahələrin mürəkkəb quruluşlu baza
anlayışlarını göstərmək olar. Buna görə də bu mürəkkəbliyi sadələşdirmək
üçün abreviaturlara müraciət olunur.
XXI əsr beynəlxalq dünyada internetin və ələlxüsussmartfon,
androidlərin yaranması, onlayn ünsiyyət, sosial şəbəkələrin artması və
xüsusən də bu sosial şəbəkələrin xaricdə yaranması, təbii ki, beynəlmiləl
Dostları ilə paylaş: |