Microsoft Word 04 Options Assessed Draft az



Yüklə 253,42 Kb.

səhifə3/8
tarix10.11.2017
ölçüsü253,42 Kb.
1   2   3   4   5   6   7   8

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/5



Ətraf mühit baxımından sualtı konsepsiya bir neçə platforma variantı ilə müqayisədə 

aşağıdakı üstünlüklərə malikdir: 

 

 

Dayaq blokunun və üst tikilinin inşası üçün daha az materialın tələb olunması  və 



bununla əlaqədar olaraq tikinti ilə bağlı mümkün tullantıların, emissiyaların və atqıların 

azalması; və 

 Müxtəlif platformalarda bir neçə hasilat qurğuları və texnoloji təchizat müqayisədə daha 

az tullantı, emissiya və atqılar yaradan hasilat qurğuları  və texnoloji təchizat         

optimallaşdırılması üçün daha böyük imkanlar. 

 

4.3 Dənizdə kompressiya 

 

Seçim mərhələsinin başlanğıcında “Dənizdə Kompressiya”nın (Həm ŞD1, həm də ŞD2 üçün 



kompressiya təmin edən  ŞDK platforması) və alternativ olaraq kompressiya qurğularının 

quruda yerləşdirilməsi ilə “Dənizdə Kompressiyanın olmaması” konsepsiyasının nəzərdən 

keçirilməsi üçün təhlil aparıldı.  

 

Bu iki konsepsiyanın müqayisəsi göstərdi ki, “Dənizdə Kompressiyanın olmaması” variantı 



“Dənizdə Kompressiya” variantı ilə müqayisədə eyni qaz satışı profili təmin edir və aşağıdakı 

əsas üstünlüklərə malikdir: 

 

 

Dəniz üst tikililərinin ümumi quraşdırma çəkisi təxminən 12000 ton azalır; 



 

Dənizdə kompressiyanın quruda olan terminala ötürülməsi ilə  dəniz sisteminin 

mürəkkəbliyi  əhəmiyyətli dərəcədə azalır və sistemin ümumi istismar qabiliyyəti 

yaxşılaşır; 

 

ŞDK platformasının tikintisi, quraşdırılması, istismarı və ilkin qazdan sonra istismardan 



çıxarılması ilə  əlaqədar bütün təhlükəsizlik və layihənin icrası ilə bağlı riskləri aradan 

qaldırılır; 

 

ŞDK platformasının gələcəkdə quraşdırılması üçün tələb olunan hasilatın 



dayandırılması zərurətini aradan qaldırılır (60-80 gün); 

 

Dənizdə birləşdirici qaz boru kəmərlərini qeyri-zəruri etməklə 1-ci Mərhələdə  dənizdə 



mövcud qurğularda modifikasiya işlərinin həcmini minimuma çatdırılır. Bu SD-A 

platformasında hasilatın 35 gün müddətinə dayandırılmasını qeyri-zəruri edir; 

 Yatağın son istismar dövründə dəniz qaz kəmərlərinin hidravlik gücünün daha səmərəli 

istifadə olunması ilə ümumi kompressiya yükü ~35 Megavat azalır; 

 

Əlavə olaraq dəniz dibi şəraitinin pozulmasını azaldılır; və 



 

İstiliyin və elektrik enerjisinin quruda inteqrasiya olunması mümkünlüyü sayəsində 

ümumi enerji səmərəliliyinin yaxşılaşdırılması üçün imkan yaradılır. 

 

Bunun  əsasında da, ŞD2 Layihəsi  ŞD2 üzrə  Əsas kimi qəbul olunmuş layihə variantı üçün 



“Dənizdə Kompressiyanın olmaması” variantını qəbul etdi 

 

4.4 Hidratın İdarə Edilməsi 

 

Layihənin işlənib hazırlanması zamanı ŞD2 sualtı qurğularında hidratın formalaşdırılmasının 



idarə edilməsi üzrə üstünlük verilən variantların müəyyənləşdirilməsi üçün qiymətləndirmələr 

həyata keçirildi. Seçmə mərhələsində ŞD2 sualtı hasilat sistemində (SPS), axın  xətlərində və 

rayzerlərdə potensial olaraq formalaşan hidratların idarə olunması üçün müəyyənləşdirilmiş 

üç variant aşağıda sadalanıb: 

 

 

Monoetilenqlikolun (MEQ) aramsız vurulması (Variant 1); 



 Birləşməyə qarşı kiçik dozalı hidratyaratma inhibitorlarının aramsız vurulması (BQ 

KDHİ) (Variant 2); və 

 Birbaşa elektrik isidicisi (DEH) (Variant 3). 

 

Terminalda  ŞD1 MEQ emalı qurğusundan həcmə görə 10 dəfə artıq qurğu tələb edən 



əhəmiyyətli miqdarda duzlu MEQ-in mövcud olması  səbəbindən Variant 1 növbəti 

qiymətləndirmədən çıxarıldı.    




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/6



 

BQ KDHİ kimyəvi maddələrinin istifadəsi ehtimal edilən sulaşma sürətləri üçün effektiv hesab 

olunmadı. Bundan əlavə, qalıq hidrat şlamı  dəniz qurğularında emal tələb edərdi. Bu da 

şlamın emalı üçün texnoloji variantların hazır olmaması səbəbindən risklər yaradar, beləliklə, 

texnologiyanın təmin edilməsi üçün irimiqyaslı  sınaq proqramının həyata keçirilməsi tələb 

olunardı.   

 

Variant 3 (DEH) hidratın idarə edilməsi üçün əsas vasitə kimi qəbul edildi. Bu texnologiya 



hasil olunan flüidlərin temperaturunu hidratların formalaşdığı temperaturdan yüksək saxlamaq 

üçün atqı xətlərinin birbaşa isidilməsini nəzərdə tutur (təxminən 26

C).  

 

Ətraf mühit baxımından DEH variantı kimyəvi metodla müqayisədə  aşağıdakı  əsas 



üstünlükləri təqdim edir: 

 

 



Dənizə kimyəvi inventarın və tullantı həcmlərinin minimuma çatdırılması; və 

 Hasilatın dayandırılmasından sonra daha tez normal iş rejiminə qayıtma sayəsində, 

məşəl qazlarının və əlaqədar emissiyaların minimuma çatdırılması.  

 

ŞD2 Əsas kimi qəbul edilmiş variant çərçivəsində qəbul olunmuş DEH sisteminin və əlaqədar 



MEQ sisteminin əlavə təfərrüatları Fəsil 5 Bölmə 5.11.2-də verilib 

 

4.5 Elektrik enerjisi 

 

4.5.1  Elektrik enerjisinin qurudan təchiz olunması 

 

Seçmə mərhələsinin başlanğıcında ŞD2 Əsas kimi qəbul edilmiş variant üzrə fərz olundu ki



quruda və dənizdə elektrik enerjisi iki ayrı avtonom sistem vasitəsilə hasil olunacaq. 2011-ci 

ilin may ayında elektrik enerjisini sualtı kabellərlə quruda və  dənizdə olan sistemlərə  təmin 

edən quruda yerləşən vahid sistem variantının öyrənilməsi üçün qiymətləndirmə  həyata 

keçirildi.  

 

Həm Yüksək Gərginlikli Sabit Cərəyan, həm də  Dəyişən Cərəyan variantları  nəzərdən 



keçirildi. Variantlar beş  əsas meyar üzrə qiymətləndirildi; kapital xərclər, istismar xərcləri, 

hasilatın mümkünlüyü, ətraf mühitə təsir və texniki risk. Qiymətləndirmə göstərdi ki, qurudan 

elektrik enerjisinin təchiz olunması  əhəmiyyətli dərəcədə artan kapital xərclərin (ayrıca 

avtonom sistemlərdən 3-5 dəfə artıq) və artan texniki risklərin qarşısının alınması üçün 

istismar xərcləri ilə bağlı əhəmiyyətli üstünlüklər təklif etmir.   

 

Ətraf mühitlə bağlı üstünlüklərin qiymətləndirilməsi üçün yatağın istismar müddəti  ərzində 



(YİM) variantlar üzrə istixana qazının (İXQ) (CO

2

 kimi) və NO



X

 emissiyaları  və yanacağın 

istifadəsi üzrə modelləşdirmə aparıldı. Tədqiqat Əsas kimi qəbul edilmiş variantla müqayisədə 

Elektrik enerjisinin sahildən təchiz olunması variantında  İQ emissiyalarında və yanacaq 

qazından istifadədə cüzi azalma göstərdi (~1%). Lakin Elektrik enerjisinin sahildən təchiz 

olunması variantında NO

emissiyaları  Əsas kimi qəbul edilmiş variantla müqayisədə 88% 



artıq idi.  

 

Qiymətləndirilən texniki, xərc və  ətraf mühit meyarları  əsasında qurudan elektrik enerjisinin 



təchiz olunması variantı  qəbul olunmadı.  ŞD2 Layihəsinin  Əsas kimi qəbul edilmiş variantı 

üçün quruda və dənizdə ayrıca elektrik enerji hasilatı sistemləri variantı saxlanıldı. 

 

4.5.2  Quruda elektrik enerjisi və istiliyin yaranması 

 

4.5.2.1 Texnoloji proseslər və Texnoloji Təchizat üçün elektrik enerjisi 

 

ŞD2 quruda və  dənizdə texnoloji proseslər və texnoloji təchizat sistemi üçün elektrik 



enerjisinə olan tələbatı qarşılamaq üçün bir neçə elektrik enerjisi hasilatı variantı  və 

konfiqurasiyaları nəzərdən keçirildi. Buraya ŞD2 bir ədəd əsas və bir ədəd ehtiyat qaz turbini 

ilə avtonom enerji hasilatı sistemi, və mövcud ST sistemləri ilə inteqrasiya olunmuş sistem 

daxil idi.  






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə