Microsoft Word 04 Options Assessed Draft az



Yüklə 253,42 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix10.11.2017
ölçüsü253,42 Kb.
#9639
1   2   3   4   5   6   7   8

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/7



 

Bu variantlar texniki əsaslandırmanın, istifadədə mümkünlüyün, səmərəliliyin və kapital 

xərclərin nəzərə alınması ilə qiymətləndirildi. Nəzərdən keçirilmiş bütün meyarlar üzrə 

kompleks variant daha aşağı yanacaq istifadəsi və  nəticə etibarı ilə daha az emissiya ilə 

nəticələnməklə, daha yüksək istifadə mümkünlüyü və səmərəlilik təmin edən ən yaxşı variant 

olaraq göstərildi. Kompleks enerji hasilatı və paylaşdırılması sistemi ŞD2 texnoloji qurğusu və 

texnoloji təchizat enerji təmin etmək üçün nəzərdə tutulub. Bununla ŞD2-yə enerji vahid  

28MW ISO tipli qurğu və Terminaldakı  və/və ya ölkə  şəbəkəsindəki mövcud qaz turbinləri 

vasitəsilə təmin olunan ehtiyat enerji vasitəsilə təmin olunur.  

 

4.5.2.2 Kompressiya gücü 

 

Texnoloji proseslər və texnoloji təchizat sistemi üçün enerji tələbatından əlavə enerji həmçinin 



qaz ixracı kompressiya sistemi üçün də tələb olunur. 

 

Layihənin Əsas kimi qəbul edilmiş variantı üzrə qaz ixracı kompressorlarının istismarı üçün 3 



x 50% qaz turbinlərinin istifadəsi elektrik istismar sistemlərinin istifadəsi variantı ilə müqayisə 

olundu. CO

2

 və NO


X

 emissiyalarının, sənayedə tətbiq olunan standart emissiyaların proqram 

təminatı ilə müqayisəli qiymətləndirilməsi həyata keçirildi (PI Forecaster). Hesablamalar 

göstərdi ki, elektrik istismar variantı ilə müqayisədə Əsas kimi qəbul edilmiş variantın (birbaşa 

istismar) bir az daha aşağı istixana qazları (CO

2

 kimi) və NO



X

 emissiyalarının atılması ilə 

nəticələnmək ehtimalı var (müvafiq qaydada ~2% və ~8%). Beləliklə, qiymətləndirmə ixrac 

kompressorlarının istismarı üçün ayrılmış turbinlərin istifadəsini nəzərdə tutan layihənin Əsas 

kimi qəbul edilmiş variantını dəstəklədi. 

 

4.5.3  Quruda istiliyin inteqrasiyası 



 

Seçim mərhələsinin başlanğıcında  Əsas kimi qəbul edilmiş variant ŞD2 üzrə qurudakı 

qurğuların istiliyə olan tələbatının ödənilməsi üçün isti yağ qızdırıcılarından istifadəni nəzərdə 

tutub. PI Forecaster proqram təminatının istifadəsi əsasında aparılan qiymətləndirmə, istiliyə 

olan tələbatın itkiyə gedən istiliyin bərpası vasitəsilə təmin olunması ilə daha aşağı həcmdə 

istixana qazlarının (CO

2

 kimi)


 

və NO


X

 emissiyalarının atqısına nail oluna biləcəyini nəzərdən 

keçirmək üçün həyata keçirildi. Aşağıdakı ssenarilər araşdırıldı: 

 

 Yanacaq 



qazı ilə alışdırılan 40 MW-lıq İsti Yağ Qızdırıcıları (3x50%) və bir ədəd ehtiyat 

qızdırıcısı; 

 

Bütün qaz turbinlərində Çıxış İstilik Utilizatorları (ÇİU); 



 

Bütün kompressiya qaz turbinlərində  ÇİU-lar; və 

 Yalnız qaz turbinində ÇİU-lar. 

 

Qiymətləndirmə göstərdi ki, bütün isti yağ  qızdırıcıları ilə müqayisədə emissiyalarda ən 



yüksək azalmaya İİBQ-lərin bütün qaz turbinlərində yerləşdirilməsi ilə nail olundu (CO

2

 



emissiyalarında 23% azalma və NO

X

 emissiyalarında 5% azalma). Lakin ŞD2 qaz turbininin 



ST kompleks enerji sisteminə daxil olacağını  və müəyyən istismar ssenarilərində ehtiyat 

qurğu kimi istifadə olunacağını  nəzərə alaraq, bu turbinin ÇİU ilə  təchiz olunması 

məqsədəuyğun hesab edilmədi.    

 

Nəticədə,  ŞD2  Əsas kimi qəbul edilmiş variantı üçün Kompressiya Qaz Turbinlərində  ÇİU-



ların quraşdırılması variantı  qəbul olundu. Bu variant isti yağ  qızdırıcılarının istifadəsi ilə 

müqayisədə CO

2

 və NO


X

 emissiyalarının müvafiq olaraq 19% və 4% azalmasını göstərdi.  



 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/8



4.5.4 Dənizdə elektrik enerjisi 

 

Optimal generator ölçüsünün və  dənizdə enerji hasilatının müəyyənləşdirilməsi məqsədilə 



qiymətləndirmə üçün ümumi olaraq altı generator tipi seçildi. Qiymətləndirmə meyarına 

aşağıdakılar daxil idi: 

 

 Texnologiyanın uyğunluğu və keşmişdə toplanmış təcrübə; 



 

Çəki və montaj sxeminin nəzərə alınması; və 

 Qurğunun nəzərdə tutulan yüklənməsi

2



 

Qiymətləndirmə müəyyənləşdirdi ki, 15MW ISO qurğuları nəzərdən keçirilən texniki meyarlar 

əsasında üstünlük göstərilən variantdır. 

 

Üstünlük verilən variant və alternativ variantlar üzrə ehtimal olunan istixana qazları (CO



2

 kimi) 


və NO

X

 emissiyalarının müqayisəsi üçün yatağın istismar dövrü ərzində hasilat və enerji 



profillərinin, o cümlədən seçilmiş generatorlar üçün göstəricilərə dair əyrilərin istifadəsi ilə 

əlavə qiymətləndirmə həyata keçirildi. 

 

Nəticələr göstərdi ki, nəzərdən keçirilmiş variantlar üzrə CO



2

 emissiyaların həcmləri arasında 

olan fərq həddə yaxın səviyyədə olduğu halda, digər variantlarla müqayisədə 15MW ISO  

turbini xeyli dərəcədə aşağı NO

X

 emissiyaları yaradır. 



 

Texniki və  ətraf mühit nöqtəyi nəzərdən aparılmış qiymətləndirmələrə  əsasən, 15MW ISO  

turbinləri variantı nəticədə ŞD2 Əsas kimi qəbul edilmiş variant kimi qəbul olundu. 

 

4.6 Məşəl 

 

4.6.1 Yerüstü 

və yüksəyə qaldırılmış məşəl 

 

Seçim mərhələsi ərzində Layihə tərəfindən müəyyənləşdirilən variantlar arasında Terminalda 



ŞD2 məşəl layihəsi üzrə  Ətraf Mühit baxımından  Ən Yaxşı  İcra Oluna Bilən variantın 

müəyyənləşdirilməsi üçün qiymətləndirmə həyata keçirildi. Aşağıdakı kateqoriyalar üzrə iki tip 

məşəl sistemi, yəni ki, yerüstü və yüksəyə qaldırılmış məşəl qiymətləndirildi: 

 

 



Ətraf mühit – səs-küy, havanın keyfiyyəti, işıq və vizual təsirlər

 Hüquqi 

uyğunluq və daxili siyasətlərə əməl olunması; 

 

Texnoloji prosesin təhlükəsizliyi; 



 

İstismara uyğunluq; və 

 Kapital 

xərclər. 

 

Qiymətləndirmənin nəticələri aşağıdakı kimi oldu: 



 

 

Ətraf mühit (səs-küy) – ehtimal olunan məşəl  əməliyyatları ssenarilərinin və 



təchizatçıların onlara uyğun olan səs-küyə dair məlumatlarının istifadəsi ilə  həm 

yerüstü, həm də yüksəyə qaldırılmış  məşəl üçün modelləşdirmə  tədqiqatları 

aparılmışdır.  ŞD2 Layihə Qrupu tərəfindən hazırlanmış  məşəldə yandırma ssenariləri 

ehtimal olunan hadisələri (məsələn, ayırmalar, məşəldə yandırmaya səbəb olan 

qurğunundayanmaları) və  hər bir hal üzrə  məşəldə qazın yandırmasının sürətini

tezliyini və davamiyyətini daxil etdi. Hər bir ssenari üzrə ST ətrafındakı icma 

reseptorları (Səngəçal qəsəbəsi, Ümid, Əzimkənd və Massiv 3) üçün ehtimal olunan 

səs-küy səviyyələri iki variant üzrə müqayisə olundu. Modelləşdirmə ehtimal etdi ki, 

yerüstü məşəl yüksəyə qaldırılmış məşəl ilə müqayisədə orta məşəl normalarına qədər 

daha artıq səs-küyə malik olardı (dörd dB(A) qədər). Lakin yüksəyə qaldırılmış məşəl 

qəza təzyiq boşaldılma ssenarisi üçün daha çox səs-küyə malik olardı (üç dB(A) 

qədər). Ümumilikdə, nəticəyə gəlindi ki, iki məşəl variantı arasında əhəmiyyətli bir fərq 

yoxdur. 

                                                      

2

 Turbinlərin minimum yükü normal istismar zamanı 50% olmalı  və eyni zamanda ən azı iki generator istismarda 



olmalıdır.

 



Yüklə 253,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə