Microsoft Word 04 Options Assessed Draft az



Yüklə 253,42 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix10.11.2017
ölçüsü253,42 Kb.
#9639
1   2   3   4   5   6   7   8

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/9



 

Ətraf mühit (havanın keyfiyyəti) – Orta və qəza təzyiq boşaldılma ssenariləri üçün həm 

yüksəyə qaldırılmış, həm də yerüstü məşəl üçün hava dispersiya modelləşdirməsi 

həyata keçirildi. Tədqiqat ST-nin ətrafında mövcud olan icma reseptorlarında NO

2

 

konsentrasiyalarının  əvvəlcədən müəyyənləşdirilməsi üzərinə yönəldi. Modelləşdirmə 



göstərdi ki, hər iki modelləşdirmə ssenarisi üzrə  həm yerüstü, həm də yüksəyə 

qaldırılmış  məşəl variantları üçün bütün modelləşdirilən reseptorlarda əvvəlcədən 

müəyyənləşdirilən illik orta NO

2

 konsentrasiyaları arasında cüzi fərq var. Belə ki, iki 



məşəl variantı üzrə heç bir üstünlüyün olmaması nəticəsinə gəlindi. 

 

Ətraf mühit (işıq/vizual təsir) – Terminal ətrafındakı sahədən yerüstü və yüksəyə 



qaldırılmış məşəllərin görünməsini müəyyənləşdirmək üçün ilkin dəyərləndirmə həyata 

keçirildi. Məşəl variantlarının nəzərdə tutulan hündürlüyünü və yerini nəzərə alan ilkin 

dəyərləndirmə obyektin seçilmiş görünüş nöqtələrindən təxmini görünmə  dərəcəsini 

müəyyənləşdirə biləcək görünmə tədqiqatı əsasında həyata keçirildi (mövcud tikililər və 

binalar deyil, topoqrafiya nəzərə alınmaqla). Qiymətləndirmə göstərdi ki, Terminal 

qurğuları artıq yerli icmalardan göründüyünə görə, vizual təsirlər gözlənilmədiyi halda, 

yerüstü məşəl ilə müqayisədə yüksəyə qaldırılmış məşəl, xüsusən qeyri-standart məşəl 

istismarı  şəraitində  əhəmiyyətli dərəcədə daha yaxşı görünən olardı.  Əhəmiyyətli işıq 

təsirləri də gözlənilmir, eyni zamanda, onların yerüstü məşəldən daha az olacağı 

gözlənilir, çünki yerüstü məşəlin gövdəsi məşəli  ətraf reseptorlardan qoruyacaqdı. 

Beləliklə, yerüstü məşəl variantı  işıq və vizual təsirlər baxımından üstünlük verilən 

variant kimi göstərildi. 

 Hüquqi 

uyğunluq və siyasətə  əməl olunması – Səs-küyün modelləşdirilməsi nəticələri 

hər iki məşəl variantı üçün layihənin tətbiq olunan səs-küy hədləri ilə müqayisə olundu.

3

 



Səs-küy hədlərinin aşılma hallarının sayı  və davamiyyəti baxımından yüksəyə 

qaldırılmış    və  həmçinin yer məşəl variantları arasında heç bir fərq olması ehtimal 

edilmir. Göstərildi ki, səs-küy hədlərinə bütün illər üçün vaxtın  ən azı 95%-i ərzində 

əməl olunacaq və bu da layihə tələblərinə uyğundur. Bundan əlavə, hava keyfiyyətinin 

modelləşdirilməsi həm yüksəyə qaldırılmış  və yerüstü məşəl variantının müvafiq hava 

keyfiyyəti hədlərinə cavab verdiyini göstərdi

4

. Həm yüksəyə qaldırılmış, həm də yerüstü 



məşəl variantlarının hüquqi tələblərə və siyasətlərə cavab verdiyi göstərildi və variantlar 

arasında heç bir fərq müəyyənləşdirilmədi. 

 

Texnoloji prosesin təhlükəsizliyi -  hər iki məşəl variantı üçün radiasiya steril zonasının 



ölçüsü və  məşəl sönmələrinin nəticələridə daxil olmaqla, texnoloji prosesin ilkin təhlili 

aparıldı. Təhlil  əsasında belə  nəticəyə  gəlindi ki, yüksəyə qaldırılmış  məşəl tezalışan 

tullantıların atılması  və yer səthinin  şüalanması ilə  əlaqədar risklərin azalması 

səbəbindən,  texnoloji proses baxımından daha sərfəlidir. 

 

İstismara uyğunluq – iki variantla əlaqədar istismara uyğunluq aspektləri arasında 



müqayisə planlı və plansız texniki xidməti və etibarlılığı nəzərə aldı. Nəticəyə gəlindi ki, 

yüksəyə qaldırılmış məşəl daha üstünlük verilən variantdır 

 Kapital 

xərclər –  Hər iki məşəl variantı üçün təchizatçıların xərclərə dair məlumatları 

göstərdi ki, yüksəyə qaldırılmış  məşəl variantı üzrə kapital xərclər daha aşağıdır. 

 

Aparılan qiymətləndirmələr  əsasında yüksəyə qaldırılmış  məşəl təhlükəsizlik, istismara 



uyğunluq və  xərc  əsasında PCƏYEV-nun tövsiyəsi kimi müəyyənləşdirildi. Beləliklə, bu 

variant, 5-ci Fəslin Bölməsində qeyd edildiyi kimi, ŞD2  Əsas  layihə variantına daxil 

edilmişdir.  

 

4.6.2 Dəniz qurğusundakı məşəldə qazın tutulması. 

 

ŞD2 quruda olan məşəl sistemi məşəldə yandırılan qazın utilizasiyası sistemi (MYQU) ilə 



təmin olunacaq. MYQU YT sistemi üçün quyunun qazla üfürülməsini tənzimləmək və 

ventildən axmalara nəzarət etmək məqsədi ilə  nəzərdə tutulur. Aşağı  Təzyiqli sistem üçün 

MYQU, bütün iri çənlərdən qazın çıxarılması  və MEQ regenerasiyası  məqsədi ilə  nəzərdə 

tutulur. Dəniz MYQU-nin daxil edilməsi variantı texniki əsaslandırma, istismara uyğunluq və 

texniki xidmət, xərclər, təhlükəsizlik və  ətraf mühit məsələlərini daxil olmaqla nəzərdən 

keçirildi. Nəticəyə gəlindi ki, MYQU variantı əsaslandırılmış və yatağın istismar dövrü ərzində 

                                                      

3

 Qurğunun işlədiyi vaxtın 95 %-i ərzində nail olunacaq illik istismar saatlarının proporsiyası kimi hesablanan 55dB 



gündüz vaxtı həddi (07:00 - 22:00) və 45dB gecə vaxtı həddi (22:00 - 07:00)     

 

4



 40 µg/m illik orta NO

2

 limiti və 200 µg/m3 1 saatlıq limit (ildə 18 dəfədən çox aşılmamalıdır)



 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/10



istixana qaz emissiyalarının həcmini təxminən 85kton daha da azaltmaq potensialına malik 

olduğu halda, MYQU qurğusu platformanın çəkisinə 37 ton yük əlavə etmiş və təhlükəsizliklə 

bağlı əlavə risklər yaratmış olardı. Bundan əlavə, əlaqədar xərclər göstərdi ki, dəniz MYQU-i 

iqtisadi cəhətdən daha əsaslandırılmışdır. Buna görə də, dəniz MYQU-i SD2 Əsas kimi qəbul 

edilmiş layihə variantına daxil edilməmişdir.  

 

4.7   Lay suyu 

 

ŞD2-nin planlaşdırılmasının ilkin mərhələləri  ərzində lay suyunun utilizasiyası üçün bir sıra 



variantlar nəzərdən keçirilmişdir. ŞD2-nin planlaşdırılmasının ilkin mərhələləri ərzində növbəti 

qiymətləndirmə üçün nəzərdə tutulmamış variantlara aşağıdakılar daxil olmuşdur.  

 

 Lay 


suyunun 

dənizdə və quruda separasiyası və təmizlənməsi və dənizdə ŞD Müqavilə 

Sahəsində suyun yeraltı laylara yenidən vurulması. Quruda hasil edilmiş qalıq su geriyə 

dənizə ŞD Müqavilə Sahəsinə göndəriləcək və yenidən laya vurulacaq. Bu, aşağıdakı 

səbəblərdən qəbul olunmamışdır:  

o

 



ŞD Müqavilə Sahəsində aşkar edilmiş mürəkkəb yeraltı şəraitdə yüksək təzyiqlə 

suyun vurulması ilə əlaqədar SƏTTƏM riskləri; Suyun yeraltı laylara münasib 

etibarlı şəkildə vurulması planının mövcudluğu ilə əlaqədar qeyri-müəyyənliklər;  

o

 



Nəzərdə tutulan suyun vurulması quyusunun qazılması ilə əlaqədar kapital və 

istismar xərcləri, və dənizdə suyun yenidən vurulmasına dəstək məqsədi ilə  

Terminalda lay suyunun təmizlənməsi üçün əlavə texnoloji qurğuya ehtiyac; və 

o

 Suyun 



vurulması quyularının qazılması zamanı istismar quyusunun 

məhsuldarlığının yüksəldilməsində ləngimə. 

.  

 Lay 


suyunun 

dənizdə  və quruda separasiyası  və  təmizlənməsi və  ŞDB platforması 

kompleksinin yerləşdiyi yerdə    Xəzər dənizinə axıdılması. Bu, aşağıdakı  səbəblərdən 

qəbul edilməmişdir:  

o

 

Təmizlənmiş lay suyunun Xəzərə davamlı şəkildə axıdılmasına icazələrin əldə 



edilməsi və təmini ilə əlaqədar SƏTTƏM riskləri;  

o

 Suyun 



dənizdə təmizlənməsi ilə əlaqədar texniki problemlər və məkan/çəki 

məhdudiyyətləri və suyu münasib standarta uyğun təmizləmə qabiliyyətinə malik 

dənizdə təmizləmə qurğusunun istismarı sahəsində təcrübənin azlığı; və 

o

 



Dənizdə suyun təkrar vurulmasına dəstək məqsədi ilə Terminalda lay suyunun 

təmizlənməsi üçün əlavə texnoloji qurğu ilə əlaqədar kapital və istismar xərcləri 

.  

Lay suyunun  emalı variantlarının yekun seçim prosesi ərzində bir sıra əlavə araşdırmalar, o 



cümlədən, üçüncü tərəfə (BP şirkətinə aid olmayan, xaric şirkət) aid dənizdə emal işləri üzrə 

podratçının obyektlərində lay suyunun təmizlənməsi üzrə  sınaqlar,  ŞD2 suyunun mövcud 

AÇG lay suyunun təmizlənməsi qurğusundan istifadə etməklə  ŞD2 suyunun təmizlənməsi 

imkanları ilə bağlı  sınaqlar və  durulducu çənin layihəsinin və ilkin emal variantlarının 

qiymətləndirilməsi işləri tamamlanmışdır. Lay sularının utilizasiyası ilə  əlaqədar riskləri 

azaltmaq məqsədi ilə, ŞD2 Layihəsi lay suyunun emalı ilə bağlı aşağıdakıları qəbul etmişdir:  

 

1.  Birinci Variant: münasib olduqda, AÇG lay suyunun təmizlənməsi və utilizasiyası 



variantlarından istifadə etmək.  

2.  İkinci variant:  ŞD2 lay suyu üçüncü tərəfə aid  emal işləri üzrə podratçının 

sahəsində  təmizlənmə  və utilizasiya məqsədi ilə  iş sahəsindən kənara 

göndəriləcək.  

3.  Üçüncü variant: Fövqəladə hallarda, 1 və 2-ci variantlar münasib olmadıqda və 

Səngəçalda lay suyu çəninin, o cümlədən yeni ŞD2 lay suyunun saxlanması 

çəninin həcmi imkan vermədiyi təqdirdə,  ŞD2 lay suyu yeni  durulducu hovuza 

göndəriləcək. 



 


Yüklə 253,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə