Microsoft Word 04 Options Assessed Draft az



Yüklə 253,42 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix10.11.2017
ölçüsü253,42 Kb.
#9639
1   2   3   4   5   6   7   8

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/11



4.8 Sualtı boru kəmərlərinin istismara vermə işləri 

 

Boru kəməri çəkilişindən sonra bütün boru kəmərləri və axın xətləri üzrə  təmizləmə, 



hidrosınaq, təftiş və suyun boşaldılmasından ibarət ilkin istismara vermə işləri keçiriləcək. Bu 

işlər boru kəmərlərində  və axın xətlərində mikroorqanizmlərin  əmələ  gəlməsinin və 

korroziyanın qabağının alınması üçün kimyəvi maddə ilə  işlənmiş  dəniz suyunun istifadəsi 

əsasında həyata keçiriləcək. Hər bir istismara vermə  fəaliyyətindən sonra, təmizlənib 

hazırlanmış  dəniz suyu ya ŞDB platforma kompleksi yaxınlığındakı müvəqqəti sualtı 

ərsintutma kamerasında, ya da ŞDB-HR açıq drenaj sistemi kessonu vasitəsilə axıdılacaq 

(gözlənilən axıdılacaq həcmlər üçün 5-ci Fəslin 5.8.4 və 5.9.4 Bölmələrinə istinad edin). ŞD2 

layihəsi üzrə ŞD1 sualtı boru kəmərləri üçün istifadə olunan eyni yanaşma qəbul olunsaydı, 

ŞD2 boru kəmərlərindən suyun çıxarılması  xətlərlə  nəql olunacaq məhsulun (məsələn qaz, 

kondensat və ya MEQ) istifadəsi  əsasında  ərsinin buraxılması yolu ilə  təmizlənmiş olardı. 

Bundan sonra isə xətlərdə qalıq suyun çıxarılması üçün nəzərdə tutulan MEQ ərsin dəstinin 

buraxılması  həyata keçirilərdi.  Ərsinlərin dəniz qurğularına Səngəçal Terminalından 

buraxılması  nəzərdə tutulub. Bu yanaşma suyun çıxarılmasından  əvvəl dəniz qurğularının 

istismara hazır vəziyyətdə olmasını tələb edir. 

 

ŞD2 sualtı boru kəmərlərinin bəzilərinin mexaniki tamamlanmasının ŞDB platforma kompleksi 



quraşdırıldıqdan və istismara verildikdən 2 ildən çox müddət öncə baş tutması gözlənilir. 

Təmizlənmiş  dəniz suyundakı kimyəvi preparatlar 2 illik minimal saxlanma müddətinə 

uyğunlaşdırılacaq. Bu müddət keçdikdən sonra isə, boru kəmərlərinin boşaldılması  və 

təmizlənmiş dəniz suyu ilə yenidən doldurulması zəruri olacaq. Suyun boşaldılması baş verən 

zaman tələb olunan parametrlərə son uyğunlaşdırma məqsədi ilə istifadə olunan böyük 

miqdarda MEQ-in saxlanması  və  təmizlənmə  və/ya utilizasiya üçün sahilə daşınması  tələb 

olunacaq. 

 

Beləliklə, layihə alternativ variant olaraq nəzərə alınıb. Həmin variant üzrə su hər bir xətdən 



havanın buraxılması yolu ilə çıxarılacaq (xətti qurudacaq) və bundan sonra qurudulmuş xətlər 

inert nitrogen qazı ilə doldurulacaq. Sahil yanalma hissəsinin, ixrac və MEQ sualtı boru 

kəmərlərinin quruda olan bölmələrinin hidrosınaqdan keçirilməsi üçün istifadə olunan flüidlər 

yığılaraq, sahədən kənarda utilizasiya məqsədilə tanker vasitəsilə çıxarılacaq. Bu, Səngəçal 

və sahilyanı sulara hər hansı atılma risklərinin qarşısını alacaq. Utilizasiya üçün buraxılacaq 

MEQ-in həcmini azaldan ŞD2  Əsas kimi qəbul edilmiş variantı üzrə  qəbul olunmuş bu 

yanaşmanın mühafizəedici kimyəvi maddələrin parçalanması  səbəbindən boru kəmərlərinin 

yenidən doldurulması potensialını azaltması gözlənilir. 

 

4.9 Sualtı sistemə dair qərarlar 

 

Dünya üzrə çoxlu sualtı hasilat sistemlərinin mövcud olmasını  nəzərə alsaq, ŞD2 sualtı 



hasilat sistemi Xəzər dənizində ilk və dünyada ən böyük sualtı hasilat sistemi olacaq. 

 

Sualtı idarəetmə sistemlərinin seçilməsi ilə bağlı əsas qərarlar aşağıdakılar idi: 



 

 Hasilat 

idarəetmə klapanlarının hidravlik və elektrik buraxılması variantlarının 

müqayisəsi: qazma flüidlərinin axınını idarə edən klapanlar ya hidravlik təzyiq, ya da 

elektriklə idarə olunan elektromaqnit klapanlar vasitəsilə açılıb - bağlana bilər; 

 Hidravlik 

idarəetmə üçün: açıq və bağlı dövrəli sistemlərin müqayisəsi: açıq sistemdə 

klapanlar idarə olunan zaman quyudakı  təzyiqin idarə olunması üçün flüid dənizə 

buraxılır, lakin qapalı dövrəli sistemlərdə flüid əks axın xətləri vasitəsilə platformaya 

axıdılır; və   

 Quyudakı təzyiqin idarə olunması üçün flüidin seçilməsi: variantların nisbi üstünlüklərini 

nəzərdən keçirdikdən sonra, ətraf mühit cəhətdən  ən zərərsiz flüidin seçilməsi üçün 

laboratoriya təhlilləri keçirildi. 

 

4.9.1 Hidravlik 



və elektrik idarəetmə sistemlərinin müqayisəsi 

 

Elektrik sistemdə quyudakı  təzyiqin idarə olunması üçün hidravlik flüidin əvəzinə elektrik 



enerjisindən quyunun və manifold klapanlarının istismarı üçün enerji mənbəyi kimi istifadə 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/12



olunur. Bir sıra istehsalçıların elektrik idarəetmə sistemlərini işləyib hazırlamasına 

baxmayaraq bu sistemlərin etibarlılığı sübut olunmayıb və onlar bundan əvvəl Xəzər 

dənizində heç vaxt tətbiq edilməyib. Başa düşülürdü ki, ŞD2 Əsas kimi qəbul edilmiş variant 

üçün artıq təzyiqdən mühafizə  tədbiri olan elektrik HIPPS (yüksək etibarlı  təzyiq altında 

işləyən sistem) bu günə qədər dünyanın heç bir yerində quraşdırılmamışdır. 

 

Təhlil göstərdi ki, tam elektrik sistemi hələ  də  işlənib hazırlanmamışdır. Hasilat quyuları ilə 



əlaqəli olan quyudibi mühafizə klapanlarının istismarı üçün hələ  də hidravlik sistem tələb 

olunur. Hidravlik idarəetmə sistemi ilə müqayisədə belə sistemdən atqılar aşağı  səviyyədə 

olsa da, ümumi texniki həyata keçirilə bilmənin artan mürəkkəblik səbəbindən təsirə  məruz 

qala bilməsi ehtimalı var (məsələn, elektrik və hidravlik sistemlər üçün əlavə kabel 

birləşmələri/idarəetmə vasitələri tələb olunur). Bu səbəbdən həmin variant nəzərə alınmadı. 

 

4.9.2 Açıq və qapalı dövrəli idarəetmə sistemləri 

 

Açıq dövrəli sualtı hidravlik sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, hər hansı sualtı 



klapanlar bağlandıqda və ya axının tənzimlənməsi üçün istifadə olunan ştuserlər işlədikdə, 

quyudakı təzyiqin idarə olunması üçün flüid dəniz mühitinə buraxılır. Şəkil 4.3 açıq və qapalı 

dövrəli idarəetmə sistemləri üçün tipik axın hərəkət sxemini göstərir. 

 

Şəkil 4.3 Tipik açıq dövrəli və qapalı dövrəli hidravlik sistemlər 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Açıq dövrəli sistemdə dənizə buraxılma təzyiqin idarə olunması üçün hidravlik flüidin dənizə 

atılmasına səbəb olmaqla, intiqallı klapanın daxilindəki yay klapanı qapalı  vəziyyətə 

qaytardıqda baş verir. Qapalı dövrəli sistemdə hidravlik flüidlər buraxılmır,  əvəzində isə  əks 

xətlərlə geriyə üst tikiliyə göndərilir. Hidravlik flüidin əks xəttinə  əlavə olaraq, qapalı dövrəli 

MİİK


SEM 

Üst tikililər 

Sualtı 

SİM 


Nasos 

Akkumulyator 

Akkumulyator

Ötürücü 


klapan 

Şərti işarələr: 

           Hidravlik maye 

           Elektrik siqnalı 

 

SEM – Sualtı Elektron Modulu 



MİİK – Maili istiqamətləndirilmiş     

idarəetmə klapanı 

SİM – Sualtı idarəetmə modulu 

 

Əks kanal 



Təchizat 

xətti 


Sualtı kabel 

Titrəyiş 

akkumulyator

Əks 


kanal 

MİİK


Dənizə 

atqılar 


SEM 

Üst tikililər 

Sualtı 

SİM 


Nasos 

Akkumulyator 

Akkumulyator

Ötürücü 


klapan 

Şərti işarələr: 

           Hidravlik maye 

           Elektrik siqnalı 

 

SEM – Sualtı Elektron Modulu 



MİİK – Maili istiqamətləndirilmiş     

idarəetmə klapanı 

SİM – Sualtı idarəetmə modulu 

Sualtı kabel 



AÇIQ DÖVRƏ 

QAPALI DÖVRƏ


Yüklə 253,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə