Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   2   3   4   5   6   7   8   9   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/9
5.3 Maddi-texniki və material təchizatı 
 
İşlər başlamazdan  əvvəl avadanlıq və materiallar ST-yə  və üst tikililər, sualtı qurğular, boru 
kəmərləri və özül tikinti sahələrinə göndəriləcəkdir.  
 
Mümkün hallarda layihə zamanı tələb edilən texniki şərtlərinə uyğun olan avadanlıq (zavod və 
tikinti nəqliyyatları) və materialların Azərbaycandakı  mənbələrdən alınmasına üstünlük 
veriləcəkdir. Beynəlxalq satın alma tələb olunarsa, materiallar və avadanlıqlar bundan əvvəlki 
AÇG və ŞD layihələrinin tikinti proqramları üçün müəyyənləşdirilmiş nəqliyyat marşrutlarından 
istifadə olunmaqla, avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı vasitəsilə çatdırılacaqdır. 
 
Dəniz vasitəsilə  gətirilən mallar iki əsas marşrutla daşına bilər. Aralıq dənizindən və Qara 
dənizdən gələn gəmilər Don-Volqa kanal sistemindən keçəcəklər. Baltik dənizi marşrutu ilə 
gələn yüklər St. Peterburq şəhərində başqa gəmilərə yüklənərək Baltik-Volqa sistemi ilə 
daşınacaq. Bu marşrutlar buzlaşma mövsümü ərzində (noyabr-aprel) qeyri-işlək vəziyyətdə 
olur. Dəmiryolu xətləri Gürcüstanın Poti və Latviyanın Riqa şəhərlərindən mövcuddur. 
Avropadan gələn avtomobil yolu daşımaları Türkiyə, Gürcüstan və İran vasitəsilə mümkündür.  
 
5.4  SDQQ Qazma və tamamlama işləri 
 
5.4.1 Səyyar dəniz qazma qurğusunun əməliyyatları 
 
Nəzərdə tutulub ki, ŞD2 Layihə quyuları iki yarımdalma qazma qurğusundan istifadə 
edilməklə qazılacaq: 
 
 
“İstiqlal”; və 
 “Heydər Əliyev” (əvvəlki adı “Maersk Explorer”). 
 
“İstiqlal” səyyar dəniz qazma qurğusun (SDQQ) BP şirkətinin  ŞD Müqavilə Sahəsində 
aparmış bütün qabaqlayıcı quyu qazma işlərində istifadə edilmişdir. 
 
ŞD Müqavilə Sahəsində 26 quyunun qazılması planlaşdırılıb. Bu quyuların 10-u üçün artıq 
təsdiq  əldə edilmişdir (Müqavilə Sahəsinin  şimal, qərb və  şərq cənub cinahları daxilində). 
Qalan 12 quyu aşağı cinahlarda və  dəniz səviyyəsindən aşağıda təxmini dərinliklərdə 
yerləşdiriləcəkdir. 
 
 
Qərb cənub cinahı WS1, WS2, WS3, WS4  – təxminən 390-470m dərinlikdə
 
Şərq cənub cinahı ES1, ES4, ES5 və ES6 – təxminən 490- 530m dərinlikdə; və 
 
Şərq şimal cinahı EN1, EN2, EN3, və EN4 -təxminən 395- 480m dərinlikdə.  
 
Son dörd quyunun yerləri hələ təsdiq edilməmişdir. Onların yeri əlavə quyu icra göstəriciləri 
və  səthaltı  məlumatlar  əldə edildiyi zaman müəyyənləşdiriləcək. Quyuların yeri məlum 
olduqda bu barədə ETSN-nə Məlumat Məktubu göndəriləcək. 
 
Quyu lüləsinin konduktor hissəsinin qazılması zamanı problemlər meydana çıxarsa, quyu 
dəniz dibindəki ilkin yerindən 50m məsafədə  təkrar qazıla bilər. Buna əlavə olaraq səthi 
süxurların geotexniki xüsusiyyətləri  ətrafında qeyri-müəyyənlik olarsa, geotexniki 
xüsusiyyətləri təsdiq etmək üçün bu günə  qədər qazılma işləri tamamlanmamış 
(planlaşdırılmış quyulara yaxın qonşuluqda) hər bir cinah daxilində 4-ə yaxın geotexniki quyu 
qazıla bilər. Əlavə geoloji və karotaj məlumatlarını əldə etmək üçün eyni sahədə 28” kəmər 
quyruğu 1400m dərinlikdə aşağı pilot quyusu qazıla bilər 
 
5.4.1.1 SDQQ-nun yerləşdirilməsi 
 
Köməkçi gəmilər hər bir SDQQ-ni yedəkdə qazma sahəsinə  gətirəcək və lövbər salmazdan 
əvvəl hər bir ərazidə 8 lövbərdən istifadə edərək qazma nöqtəsinə yerləşdirəcək. SDQQ-nin 
yerləşdirilməsi və quraşdırılması üçün 4 gün, qazma proqramının sonunda qurğunun 
demobilizasiyası üçün hər bir quyuya əlavə 4 gün vaxtın sərf olunması gözlənilir. Qazma 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/10
proqramının davam edəcəyi müddət ərzində qurğunun ətrafında 500 metrlik məcburi qadağa 
zonası müəyyən ediləcək. 
 
5.4.1.2 SDQQ üzrə logistika texniki təchizat  
 
SDQQ-yə  əlavə olaraq, qazma zamanı SDQQ-yə qazma məhlulu və dizel yanacağı kimi 
istehlak malları çatdırmaq, eləcə də bərk və maye tullantıları təmizləmək və utilizasiya etmək 
məqsədilə tullantıların sahilə daşınması üçün gəmilər tələb olunacaq. Cədvəl 5.1-də SDQQ-
nin və yardımçı gəminin texnoloji təchizatqeyd olunur. Gəmilərin təxmini sayı və funksiyaları 
Əlavə5F-də təqdim olunur.  
 
Cədvəl 5.1 SQDD və gəminin texnoloji təchizatlarının xülasəsi 
 
Texnoloji təchizat / 
Texniki dəstək 
fəaliyyəti 
“Heydər Əliyev” SDQQ-nun təsviri 
“İstiqlal” SDQQ-nun təsviri 
SDQQ-nun elektrik 
generatorları 
  Əsas elektrik enerjisi 4 ədəd Wartsila 
16CVW200 dizel generatorları (2800 kilovat 
enerji hasil edir) vasitəsilə təmin olunur 
  750kVt güclü fövqəladə hallar üçün dizel 
generatoru 
  Əsas elektrik enerjisi 4 ədəd Wartsila 12VW200 dizel 
generatorları (2400 kilovat enerji hasil edir) vasitəsilə 
təmin olunur 
 Fövqəladə hallarda istifadə edilən nominal gücü 635kW 
olan dizel generatoru 
SDQQ-nun və 
köməkçi gəmilərin 
məişət çirkab suları və 
sanitar qovşaqlarından 
gələn çirkab suları 
 Üzən sülb maddələr, yaxud parıltılı  təbəqə müşahidə olunmadığı  təqdirdə, məişət çirkab (boz) suları 
(təmizlənmədən) dənizə axıdılacaq 
 Normal şəraitlərdə fekal sular SDQQ-n çirkab sularını təmizləmə qurğusunda MARPOL 73/78 Əlavə IV: 
Gəmi tullantıları ilə  dənizin çirklənməsinin qarşısının alınması üzrə standartlarına uyğun təmizlənilir: beş 
günlük OBT – 50 mq/l-dən az, asılı  bərk hissəciklər 50 mq/l-dən az (laboratoriyada) və ya 100mq/l 
(göyərtədə) və koliform bakteriyaları hər 100ml üzrə 250 ƏÇEG (ən çox ehtimal olunan göstərici). Qalıq 
xlorin praktiki olaraq aşağıdır. 
 Qeyri-müntəzəm şəraitlərdə SDQQ çirkab sularını təmizləmə qurğusu olmadıqda fekal suları mövcud AGT 
plan və prosedurlarına uyğun idarə ediləcək və tələb olunduğu kimi ETSN-nə hesabat veriləcək 
 Çirkab suları çöküntüləri utilizasiya üçün sahilə daşınacaq və AGT-nin hazırda mövcud olan idarəetmə 
planlarına və prosedurlarına uyğun surətdə idarə olunacaq. 
SDQQ-nin və köməkçi 
gəmilərin mətbəx 
tullantıları 
Sistemin mövcudluğundan asılı olaraq, mətbəx ərzaq tullantıları: 
 Konteynerə və gəmiyə yüklənib utilizasiya üçün sahilə daşınır 
  Ərzaq qırıntıları MARPOL 73/78 standartlarına uyğun təmizlənmək üçün layihələndirilmiş  gəminin 
doğrama qurğusuna göndərilir. Əlavə V: Gəmilərdən atılan tullantılarla çirklənmənin qarşısını almaq üçün 
dənizə atılmazdan əvvəl tullantıları məqbul standarta parçalamaq üçün nəzərdə tutulmuşdur. 
SDQQ dəniz 
suyu/Sərinləşdirici Su 
Sistemləri 
 Mühərrik və kompressor sistemləri daxilində 
göyərtədə istifadə olunan dəniz suyu(soyutma 
üçün) 
 6 ədəd dəniz suyu qaldırma nasosu, lakin 
bunlardan adətən 2-siistifadə olunur və onlar 
dəniz səviyyəsindən aşağıda 17,5 və 19,5m 
arasındakı dərinliklərdən saatda 960m
3
 dəniz 
suyunun qaldırılması üçün layihələndirilib 
 Layihələndirməyə korroziyaya nəzarət sistemi 
və Katodlu mühafizə üçün “Wilson Taylor” 
Çirklənmə əleyhinə Sistem daxildir 
  Aşağıdakılar üçün layihələndirilmiş soyuducu 
sistemi: 
o
 Dəniz səviyyəsindən aşağıda 10.9 və 12.9m 
arasındakı dərinlikdə yerləşən kesson 
vasitəsilə saatda 960m
3
 suyun atqısını təmin 
etməsi nəzərdə tutulur; və 
o
 Oxşar qurğular üçün yerinə yetirilmiş atılan 
soyuducu su atqılarının istilik 
dumanının/şleyfinin dispersiyasının 
modelləşdirilməsinin nəticələrinə əsaslanaraq, 
soyuducu qarışma zonasının kənarında (atqı 
nöqtəsindən 100m məsafədə olması güman 
edilir) temperatur ətrafdakı su 
temperaturundan 3°C-dən artıq olmayacaq. 
 Mühərrik və kompressor sistemləri daxilində göyərtə 
üçün istifadə olunan dəniz suyu (soyutma üçün) 
  Dəniz səviyyəsindən aşağıda 9,8m dərinlikdən 
saatda 230m
3
 həcmdə dəniz suyunun qaldırılması 
üçün layihələndirilmiş iki ədəd dəniz suyu vuran 
nasos 
 Layihəyə anodlu bioloji çirklənməyə və korroziyaya 
nəzarət sistemi də daxildir 
  Aşağıdakılar üçün layihələndirilmiş soyuducu 
sistemi: 
o
 Dəniz səviyyəsindən aşağıda 12,5m dərinlikdə 
saatda 630 m
3
-ə qədər suyun atqısını təmin 
etməsi nəzərdə tutulur (qazma layihəsindən asılı 
olaraq) və 
o
 Oxşar qurğular üçün yerinə yetirilmiş atılan 
soyuducu suların istilik dumanının/şleyfinin 
dispersiyasının modelləşdirilməsinin nəticələrinə 
əsaslanaraq, soyuducu qarışma zonasının 
kənarında (atqı nöqtəsindən 100m məsafədə 
olması güman edilir) temperatur ətrafdakı su 
temperaturundan 3°C-dən artıq olmayacaq. 
SDQQ /Gəminin şirin 
su sistemi 
  Şirin su sahildən təchizat gəmiləri vasitəsilə təchiz edilir və istifadə üçün göyərtədə saxlanır 
SDQQ-nun drenajı 
 Göyərtədəki drenaj və yuma sularında parıltılı təbəqə müşahidə edilmədikdə, onlar dənizə axıdıla bilər  
 Göyərtənin axıntı suları, o cümlədən qazma qurğusunun döşəməsindəki drenaj xəttində toplanılan 
dağılmış  SƏQM qazma məhlulu sisteminə geri vurulacaq, yaxud texniki səbəblərdən bu mümkün 
olmadıqda və yaxud qazma flüid sisteminin maksimum xlorin konsentrantı  qəbul edilən su mühitindən 4 
dəfə çox olarsa, qüvvədə olan HPBS-nin tələblərinə uyğun durulaşdırılaraq dənizə axıdılacaq (dəniz 
səthindən >60sm). 
 Maye dağılmasızamanı  əsas SDQQ-n göyərtə drenajı  təhlükəli drenaj çəninə axıb tökülmək üçün 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə