Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/15
Şəkil 5.5 Standart Qoruyucu Kəmər Dizaynı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
5.4.2.2 Qazma dəstinin yağlanması  
Hər hansı qazma işlərindən  əvvəl qazma qurğusu briqadası qazma dəstinin yivlərinin 
zədələnmədən qorunması üçün birləşmələrin daxili səthinə boru yağı  çəkəcək. Boru yağı 
birləşmələrin yüksək fırlanma  şəraitlərində bir-birinə yapışmasının qarşısını alan sürtgü 
yağıdır. Bu məqsəd üçün əsasən BESTOLIFE 3010 Ultra (Dənizdə istifadə olunan kimyəvi 
maddələr barədə bildiriş sxemi (OCHS Kateqoriya E) və ya tərkibində  ağır metal olmayan 
analoji sürtgü yağından istifadə olunacağı nəzərdə tutulur, müəyyən əməliyyatlar, o cümlədən 
boruların birləşdirilməsi və etibarlılıq və  təhlükəsizlik məqsədi üçün əlaqədar tamamlama 
işləri, üçün isə  tərkibində cüzi miqdarda ağır metaldan azad boru yağı (məs. Weatherford 
Yağlayıcı kipkəc (BB)) istifadə ediləcək. Səthi və lülələrin üst hissəsini qazan zaman dəniz 
suyu və PHB məhlulu ilə (42 və 32” lülə sanksiyaları) və SƏQM şlamları ilə (geotexniki lülələr 
və 28” lülə intervalı) dənizə az miqdarda boru yağı atılacağı gözlənilir. 
 
5.4.2.3 Sualtı geotexniki çərçivə 
 
Hər bir cinahda geotexniki lülələr qazılmazdan  əvvəl  Şəkil 5.6-da göstərildiyi kimi, qazma 
zamanı qazma sütununu idarə etmək üçün su altında poladdan hazırlanmış  çərçivənin 
quraşdırılması planlaşdırılır. Yerinə quraşdırılan kimi çərçivə dəniz suyu ilə doldurulmuş şlanq 
vasitəsi ilə buruq qurğusundan fəaliyyət göstərən qreyfer istisna olmaqla, statik vəziyyətdə 
olacaqdır. Qazma işləri tamamlandıqdan və  şlanq ayrıldıqdan sonra dənizə az miqdarda 
dəniz suyu atqısı gözlənilir. 
 
Section Length
155m
630m
1000m
400m
285m
1500m
700m
42"
32"
28"
22"
16½"
12 ¼”
8 ½”
28" Liner
22" Casing 
18" Liner 
13 ⅜" x 13 ⅝" Liner and Tieback
11 ¾" Liner
5 ½”  x 7" Liner
36"
Hole Size
Casing Size
18"
16"
2900m
1000m
16" Liner 
10" x 10 ¾" Liner & Tieback
TREE
Quyuağzı avadanlıq
İstiqamətləndirici 
lülə kəsiyi 
Qoruyucu 
kəmərin ölçüsü 
28” lülə quyruğu 
22” qoruyucu kəmər 
18” lülə quyruğu 
Kəsiyin 
uzunluğu 
16” lülə quyruğu 
13 3/8" x 13 5/8" Lülə quyruğu və 
birləşdirici 
11 3/4" lülə quyruğu 
10” X 10 3/4” lülə quyruğu və  
birləşdirici 
5 1/2” X 7” lülə quyruğu 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/16
Şəkil 5.6 Sualtı Geotexniki Çərçivə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Geotexniki qazma işlərinin tamamlanmasından sonra çərçivə  dəniz dibindən təxminən 0.9m 
uzadılacaqdır. Geotexniki qazma işləri tamamlanan kimi çərçivənin öz yerinə qoyulması 
planlaşdırılır. Çərçivə poladdan hazırlandığı üçün hərəkətsizdir. Onun tərkibində kimyəvi 
maddələrin atqısı ilə nəticələnəcək komponentlər yoxdur. Çərçivə suyun dibinə keçdiyinə görə 
və  dəniz dibindəki çöküntülərin sorma qüvvəsi ilə  əlaqədar onun çıxarılması üçün yüksək 
təzyiqli su şlanqlarından istifadə edilərək dəniz dibi çöküntüləri axınla yumaq lazım gələ bilər. 
Bu da dəniz dibinə  əlavə müdaxilə ilə olunması deməkdir. Çərçivənin yerində saxlanılması 
ətraf mühit baxımından üstünlük verilən variant kimi nəzərdə tutulur. 
 
5.4.2.4 Qazma flüidləri və şlamın yaranması   
 
Pilot və Geotexniki lülələr və yuxarı 42”, 32” və 28” lülə intervalları 
 
Tələb olunarsa, pilot və geotexniki lülələr SƏQM sistemindən istifadə edərək qazılacaqdır ki, 
bu sistem şlamları qazma kolonnası ilə  aşağı  sıxaraq quyu lüləsi ilə geriyə - dəniz dibinə 
vurur. Qazma şlamları birbaşa dəniz dibinə atılacaq. Lülələr sonra layihələndirilən 
ağırlaşdırılmış SƏQM-dən istifadə edilərək boşaldılacaqdır. Tələb olunarsa, lülələr arasındakı 
flüidlərə nəzarət etmək üçün su əsaslı “ölü” məhlullardan istifadə ediləcəkdir. 
 
Hər bir quyunun 42” və 32” lülə intervalları birbaşa dəniz dibinə axıdılan qazma şlamları ilə, 
dəniz suyu sistemindən istifadə edilərək qazılacaqdır. Qazma zamanı quyu lüləsi yüksək 
özlülüyə malik öncədən hidratlaşmış bentonit (PHB) məhlulu ilə  təmizlənəcək. 36” və 28” 
diametrli qoruyucu kəmərlər 42” və 32” lülə intervallarının qazılmasının ardınca ona uyğun 
quraşdırılacaq. Quyu lüləsinin 32 düymlük hissəsinin qazılmasından sonra 28 düymlük 
qoruyucu borunun quraşdırılması zamanı quyuya nəzarət etmək üçün quyuya ağırlaşdırılmış 
su əsaslı məhlulun vurulması planlaşdırılır. 36” və 28” qoruyucu kəmərləri sonrakı qoruyucu 
kəmər kolonnalarının yükünə kömək etmək üçün layihələndirilmişdir.  
 
36” və 28” qoruyucu kəmərləri quraşdırıldıqdan sonra ağırlaşdırılmış su əsaslı qazma məhlulu 
(SƏQM) sisteminin köməyi ilə 28” lülə intervalı qazılacaq, bu sistem quyu lüləsini stabilləşdirir 
və quyu lüləsi divarlarının təzyiqinin artmasına imkan verir. 
 
Pilot və geotexniki lülə  və quyuların yuxarı hissəsi üçün bundan əvvəlki  ŞD quyularında 
istifadə edilmiş  məhlullarla eyni parametrlərə  və ekoloji göstəricilərə malik olan PHB 
məhlullarından və  SƏQM-dən istifadə etmək təklif edilir (Ekoloji göstəricilər/toksiklik barədə 
məlumatlar üçün Fəsil 9-a istinad edin). Təmizləyici/qazma məhlulunun tərkibini dəyişmək və 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə