Microsoft Word 08 Cons and Dis Final az



Yüklə 83,73 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü83,73 Kb.
#39705


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/1



8 Məsləhətləşmə və məlumatın açıqlanması 

Mündəricat 

 

8.1 Giriş  



........................................................................................................................... 

8.2 Məsləhətləşmə və məlumatın açıqlanması prosesi barədə ümumi məlumat ................ 2 



8.3 

Əhatə dairəsinin müəyyən edilməsi, ilkin maraqlı tərəflərin cəlb edilməsi və onlarla 

məsləhətləşmə ............................................................................................................... 3 

8.3.1 ETSN 

ilə məsləhətləşmə ...................................................................................... 3 

8.3.2 Mədəniyyət və Turizm Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutu .............. 4 

8.3.3 

İctimaiyyətin cəlb olunması və məsləhətləşmə .................................................... 4 



8.3.4 

İlkin məsləhətləşmə zamanı qaldırılmış əsas məsələlər ...................................... 6 

8.4 

ƏMSSTQ hesabatının layihə variantına dair məsləhətləşmə ........................................ 7 



8.5 Espoo 

Konvensiyası çərçivəsində məsləhətləşmə ........................................................ 7 

 

Şəkillərin siyahısı 

 

Şəkil 8.1 

ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və 

məlumatın açıqlanması prosesi ........................................................................... 3 

 

Cədvəllərin siyahısı 

 

Cədvəl 8.1  İctimaiyyətin cəlb olunması və məsləhətləşmə prosesi ərzində qaldırılmış əsas 

məsələlər .............................................................................................................. 6 

 

 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/2



8.1 Giriş 

 

Maraqlı  tərəflərlə  məsləhətləşmə prosesi Ətraf mühitə  və sosial-iqtisadi sahəyə  təsirin 



qiymətləndirilməsinin (ƏMSSTQ) vacib elementidir. Potensial təsirə məruz qalan insanların və 

maraqlı  tərəflərin rəylərinin öyrənilməsi, qruplaşdırılması  və  sənədləşdirilməsi layihənin 

tərtibatının və ƏMSSTQ sənədinin maraqlı tərəflərin ümumi fikirlərini özündə əks etdirməsini 

təmin edir. 

 

Bu Fəsildə  Şahdəniz mərhələ 2 (ŞD2) Layihəsi və  ƏMSSTQ-nin açıqlanması prosesi ilə 



əlaqədar məsləhətləşmələr və maraqlı  tərəflərin bu prosesə  cəlb olunması barədə ümumi 

məlumat təqdim olunur. 

 

Son 10 il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) Faza 1, 2, 3 və ŞD mərhələ 1 layihələrinin tərkib 



hissəsi kimi, Terminalın mərhələli şəkildə genişləndirilməsi həyata keçirilmişdir (1-ci Fəslin 1.2 

Bölməsinə istinad edin). Bu layihələrin hər biri üçün maraqlı tərəflərlə və yerli icma sakinləri ilə 

geniş  məsləhətləşmələr aparılmışdır.  Əvvəlki layihədə  məsləhətləşmə zamanı  əldə edilmiş 

təcrübə ŞD2 Layihəsi üzrə məsləhətləşmə proqramı üçün məlumat təmin etmişdir. 

 

8.2 Məsləhətləşmə  və  məlumatın açıqlanması prosesi barədə ümumi 

məlumat 

 

ŞD2 Layihəsi üzrə ƏMSSTQ prosesinə maraqlı tərəflərin cəlb olunması və məsləhətləşmələr 



zamanı: 

 

 BP 



şirkətinin Azərbaycandakı digər layihələri üçün yaradılmış  məsləhətləşmə 

mexanizmindən və metodlarından istifadə olunub; 

 

ƏMSSTQ üzrə  məsləhətləşmə  və  məlumatın açıqlanması prosesi ilə bağlı gözlənilən 



nəticələr üzrə qəbul olunmuş təlimatlara istinadən işlənib hazırlanıb; 

 Son 


illərdə aparılmış  məsləhətləşmə  və  məlumatın açıqlanması  işlərinin miqyası 

nəzərə alınıb; və 

 

Əvvəlki məsləhətləşmə proqramlarından “qazanılan təcrübələrin” nəzərdən keçirilməsi 



nəticəsində əldə olunmuş tövsiyələri bir yerə cəmləşdirilib; 

 

ƏMSSTQ prosesi ərzində aşağıdakılarla əlaqə qurulması tələbi qəbul olunub: 



o

 Yerli 


dövlət orqanları, o cümlədən: 

 Ekologiya 



və Təbii Sərvətlər Nazirliyi (ETSN) 

  Mədəniyyət və Turizm Nazirliyi (MdTN); və 



 Arxeologiya 

və Etnoqrafiya İnstitutu (AEİ); və 

o

 Maraqlı tərəflər və sosial-İqtisadi sahə üzrə ictimai rəy sorğusu (MTSİRS) 



vasitəsilə yerli icma və digər yerli maraqlı tərəflər. 

 

Aşağıdakı Şəkil 8.1-də ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və 



məlumatın açıqlanması prosesi təsvir olunur. 

 

ŞD2 Layihəsi üzrə İctimaiyyətlə məsləhətləşmə və informasiyanın açıqlanması planı (İMİAP) 



hazırlanmışdır.  İMİAP-da məsləhətləşmə  və  məlumatların açıqlanması  məqsədləri və 

layihənin məsləhətləşmə  və  məlumatların açıqlanması prosesində riayət olunacaq milli və 

beynəlxalq normativ baza barədə ümumi məlumat verilir. Bu da layihənin icrasında qabaqcıl 

təcrübələrə əsaslanan yanaşmaların tətbiq olunmasını təmin etmək məqsədi daşıyır. 

 

İMİAP-da həmçinin, aşağıdakılar bəyan edilir: 



 

 Maraqlı tərəflərin müəyyən edilməsi və onlarla məsləhətləşmə prosesi; 

 

ƏMSSTQ məsləhətçilər qrupunun və BP-nin vəzifələri və cavabdehlikləri; və 



 

Şikayətlərin bildirilməsi və onlara baxılması prosesi. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/3



Şəkil 8.1 ŞD2 Layihəsi üzrə ƏMSSTQ ilə əlaqədar cəlbetmə, məsləhətləşmə və 

məlumatın açıqlanması prosesi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

8.3  Əhatə dairəsinin müəyyən edilməsi, ilkin maraqlı  tərəflərin cəlb 



edilməsi və onlarla məsləhətləşmə  

 

8.3.1 ETSN 



ilə məsləhətləşmə 

 

ETSN ilə ilkin məsləhətləşmə 2008-ci ilin avqustunda başlanmışdır. BP Azərbaycan, 



Gürcüstan və Türkiyə (AGT) Regionunun yaxın gələcək üçün əsas layihə planlarını 

açıqlamaq məqsədi ilə 2008-ci il avqustun 5-də görüş keçirilmişdir. Bu görüşün mövzusu ŞD2 

Layihəsi barədə ümumi məlumatın verilməsindən ibarət olmuşdur. Təqdimata  ŞD2  İlkin 

İnfrastruktur  İşləri (İİİ) və  əsas  ŞD2 Layihəsinin nəzərdə tutulan iş  həcmi və qrafiki daxil 

olmuşdur. 

 

Stakeholder 



Engagement and 

Consultation

Scoping

ESIA

Preparation

Input to ESIA 

Draft Final Report

Input to ESIA 

Draft Final Report

Meetings ith

& Pubic

Garadagh


Executive Power

SSES


and AGT Teams

MoCT and IoAE

Key Issues 

Identified



Əhatə 

dairəsinin 

müəyyən-

ləşdirilməsi 

ƏMSSTQ 

üzrə 

hazırlıq

 

Yekun 



ƏMSSTQ 

Layihə 

variantının 

açıqlanması.

 

Draft Final Report



Yekun variantın

açıqlanması

 

ƏMSSTQ-nin 



Yekun Layihə 

Hesabatı variantına 

daxil edilənlər

 

ƏMSSTQ-nin 



Yekun Hesabatı 

variantına daxil 

edilənlər 

Qaradağ İcra 

Hakimiyyəti

 

MdTN və AEİ



Yekun ƏMSSTQ-nin

yayılması

 

ETSN ilə əhatə 



dairəsinin 

müəyyənləşdirilməsi

Müəyyənləşdirilmiş 

əsas məsələlər

 

Maraqlı tərəflərin cəlb 

edilməsi və 

məsləhətləşmə

 

İcmalar/ mövcud 



terminalı əhatə 

edən maraqlı 

tərəflər

Layihənin tərtibatı və 

AGT qrupları

 

ETSN-ə təqdimat 



və təsdiq

 

Aparıcı təşkilatlarla, 



fiziki şəxslərlə, 

qruplarla və 

ictimaiyyətlə görüşlər



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/4



ETSN-i Layihənin gedişindən xəbərdar etmək, eləcə də texniki məsələləri (məsələn, dənizdə 

müqavilə sahəsində qazma ilə bağlı problemləri) müzakirə etmək məqsədi ilə  ŞD2 

Layihəsinin işlənib hazırlanması müddətində yenilənmələrlə bağlı müntəzəm görüşlər 

keçirilmişdir. Bundan əlavə, indiyə qədər ŞD2 üzrə tamamlanmış dörd ekoloji icazə sənədi ilə 

əlaqədar xüsusi iclaslar keçirilmişdir (bu, ƏMSSTQ-nin 1-ci Fəslində sadalanır). Bu iclaslarda 

əldə edilmiş rəylər və indiyədək tamamlanmış ekoloji icazə sənədləri ilə əlaqədar ETSN-dən 

alınmış şərhlər ŞD2 Layihəsi üzrə ƏMSSTQ sənədinə daxil edilmişdir. 

 

8.3.2 Mədəniyyət və Turizm Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutu 

 

AEİ ilə ilkin görüş 2011-ci ilin 12 may tarixində keçirilmişdir. Bunun ardınca, 2011-ci ilin 2 



iyununda görüş keçirilmişdir. Bu görüşdə MdTN-nin nümayəndələri iştirak etmiş  və bura, 

Terminalın yaxınlığındakı bir sıra obyektlərə, o cümlədən Karvansaraya sahə  səfəri daxil 

olmuşdur. Hər iki görüşdə nəzərdə tutulan ŞD2 Layihəsi fəaliyyətləri və potensial təsirə məruz 

qalan ərazilər barədə ümumi məlumat müzakirə edilmişdir.  

 

Görüşlər zamanı qaldırılmış əsas məsələlər aşağıdakılardan ibarət olmuşdur: 



 

 Belə razılaşdırılmışdır ki, ŞD2 üzrə  İİİ  ərazisinin müşahidə  əsaslı arxeoloji tədqiqatı, 

2001-ci ildə tamamlanmış ilkin tədqiqatdan sonra hər hansı arxeoloji obyektlərin 

mövcud olub-olmamasını təsdiqləmək məqsədi ilə tikintidən öncə başa çatdırılmalıdır. 

 Qum 

mağarasının (Terminalın cənub istiqamətində sahil xətti boyunca yerləşir), məlum 



qorunan abidənin mövcud olmasına diqqət çəkilmişdir. Layihənin potensial təsirləri və 

əlaqədar təsirazaltma tədbirləri nəzərə alınmalıdır; və 

 

ŞD2 Layihəsi ilə əlaqədar BP-nin MdTN-dən təsdiq tələb edəcəyi təsdiqlənmişdir. 



 

8.3.3  İctimaiyyətin cəlb olunması və məsləhətləşmə 

 

İctimaiyyətin cəlb olunması və məsləhətləşmə üç mərhələdə yerinə yetirilmişdir. Bir və ikinci 



mərhələyə 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş, əhatə dairəsinin (iş həcminin) müəyyən 

edilməsini əhatə edən iki məsləhətləşmə görüşü daxil olmuşdur. İctimaiyyətin cəlb olunması 

və  məsləhətləşmənin üçüncü mərhələsinə 2011-ci ilin mayında və iyununda keçirilmiş 

MTSİRS daxil olmuşdur. 

 

 

Əhatə dairəsinin müəyyənləşdirilməsi üzrə Bakıda iki məsləhətləşmə görüşü keçirilmişdir: 



 

 

22 sentyabr 2008-ci il: alimlər, elmi işçilər və qeyri-hökumət təşkilatları (QHT) üçün 



Çıraq Neft Layihəsi (ÇNL) ƏMSSTQ və ŞD2 Layihəsi üzrə məsləhətləşmə görüşü; və 

 

23 sentyabr 2008-ci il: Geniş ictimaiyyət üçün ÇNL ƏMSSTQ və  ŞD2 Layihəsi üzrə 



məsləhətləşmə görüşü. 

 

2008-ci il 22 sentyabr tarixli seminara dəvət edilmiş akademik və elmi müəssisələrə 



aşağıdakılar daxil olmuşdur: 

 

 ETSN; 



 ARDNŞ; 

 Bakı Dövlət Universiteti; 

 

Xəzər Ekoloji Proqramı; 



 

Dəniz Neft-Qaz Layihə İnstitutu; 

 Dövlət Neft Şirkəti 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti; 

 Azərbaycan Milli Hidrometeorologiya Departamenti; və 

 Azərbaycan Milli Elmlər Akademiyası: 

o

 Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu; 



o

 Zoologiya 

İnstitutu; 

o

 Coğrafiya İnstitutu; və 



o

 Torpaqşünaslıq və Aqrokimya İnstitutu. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/5



2008-ci il 22 sentyabr tarixli görüşdə iştirak edən QHT-lərə aşağıdakılar daxil olmuşdur: 

 

 Ekoqraf; 



 Sülh; 

 Ümumi 


evimiz; 

 Ecoscope; 

 Sadr; 

və 


 Azərbaycan Yaşıllar Hərəkatı. 

 

23 sentyabr 2008-ci il tarixli görüş yerli mətbuatda öncədən elan edilməklə, ictimaiyyətlə açıq 



görüş şəklində keçirilmişdir.  

 

Hər iki görüş ÇNL və  ŞD2 Layihələrinin ümumi təqdimatı ilə başlanmışdır. Hər bir görüşün 



sonunda sual-cavab sessiyası keçirilmişdir. 

 

2011-ci ildə tamamlanmış MTSİSA  ŞD2  İnfrastruktur Layihəsi üzrə  ƏMSSTQ-nin 



hazırlanması ərzində aşağıdakı məqsədləri qarşıya qoymuşdur: 

 

 



BP Qrupunun standartlarına və ən yüksək beynəlxalq standartlara cavab verən etibarlı 

və texniki baxımdan davamlı  ƏMSSTQ-lərin həyata keçirilməsinə nail olmaq məqsədi 

ilə, ŞD2 İnfrastruktur Layihəsi və ŞD2 Layihəsi üzrə ƏMSSTQ-lər üçün hərtərəfli və ən 

müasir sosial-iqtisadi məlumatların təmin edilməsi

 Üstünlük 

təşkil edən demoqrafik və sosial-iqtisadi vəziyyət haqqında və  həmçinin 

Səngəçal qəsəbəsi, Ümid, Əzimkənd və 3-cü Massiv daxil olmaqla, dörd icmada yerli 

inkişaf tələbləri, imkanlar, prioritetlər və narahatlıqlar haqqında dəqiq məlumatın  əldə 

edilməsi; 

 

İİİ və ŞD2 Layihəsi ilə əlaqədar fiziki köçürülmə və iqtisadi durumun pozulması ehtimalı 



və həddinin müəyyən edilməsi; 

 Yerli 


maraqlı  tərəfləri təmsil edən təşkilatların BP ilə  əməkdaşlıq imkanları  və onların 

icma sərmayə proqramları ilə 

əlaqədar mövcud və 

gələcək rolunun 

müəyyənləşdirilməsinin təmin olunması; 

 

İstehsalat  əməliyyatları (o cümlədən Terminal əməliyyatları) ilə  əlaqədar yerli əhaliyə 



təsirin etibarlı  şəkildə müzakirəsini təmin etmək üçün İİİ  və  ŞD2 Layihəsinə aid 

informasiyanın açıqlanması; və 

 

Aşağıdakıların monitorinqi üçün əsasın müəyyən edilməsi: (i) ŞD2 Layihəsinin davam 



etdiyi müddət ərzində sosial sahədə dəyişiklik; və (ii) ƏMSSTQ prosesi ərzində işlənib 

hazırlanmış təsirlərin idarə olunması strategiyalarının səmərəliliyi. 

 

Ölkənin yerli sosial-iqtisadi sahə üzrə mütəxəssisləri tərəfindən yerinə yetirilmiş MTSİRS 



aşağıdakı fəaliyyətləri əhatə etmişdir: 

 

 



Ailə  təsərrüfatları ilə bağlı  tədqiqatlar: Ümid qəsəbəsində (25), Səngəçalda (100), 

Əzimkənddə (25) və 3-cü Massivdə (250 olmaqla) 200 ailə təsərrüfatı ilə bağlı aparılan 

sorğunun başa çatdırılması. Sorğunun məqsədi birbaşa layihənin təsirinə məruz qalan 

ailə təsərrüfatlarından sosial-iqtisadi vəziyyət və onların ümumi fikirləri barədə məlumat 

toplamaqdan və ailələrin vəziyyəti; kommunal-məişət xidmətlərindən və 

infrastrukturdan istifadə imkanı; təsərrüfat fəaliyyəti və dolanışıq durumu; və BP-nin 

ənənəvi icmalarla əlaqələr prosesi ilə bağlı fikirlər barədə informasiya təmin etməkdən 

ibarət olmuşdur; 

 

Hədəf Qruplar: İcmaya aid 12 Hədəf Qrupunun formalaşması (dörd qəsəbədən hər 

birində üç qrup olmaqla). İcmaya aid Hədəf Qruplarını əhatə edəcək mövzulara daxildir: 

o

 

İcmaların ümumi məsələləri; 



o

 Qadın məsələləri; və 

o

 

Gənclərlə bağlı məsələlər. 



 

Maraqlı  tərəflərlə müsahibələr:  Yerli, regional və milli səviyyədə potensial təsirə 

məruz qalmış maraqlı tərəflərin müəyyən edilməsi üçün maraqlı tərəflərin təyin edilməsi 

prosesi həyata keçirilmişdir. MTSİRS-na əsas maraqlı tərəflərlə, o cümlədən dövlət və 

yerli hökumət orqanları, yerli sahibkarlar və QHT-lər ilə aparılmış 66 müsahibə daxildir. 

Müsahibələrin aparılmasında məqsəd maraqlı tərəflərin rolları və imkanları, o cümlədən 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/6



yerli inkişaf tələbləri və prioritetləri ilə  əlaqədar informasiyanın toplanmasından ibarət 

olmuşdur. Terminalın yaxınlığındakı  sənaye müəssisələrindən də emissiyalar və 

atılmalar, o cümlədən gələcək genişləndirmə  və ya təkmilləşdirmə planları barədə 

təfərrüatları təmin etmək xahiş olunmuşdur. 

 

MTSİRS ərzində ictimaiyyətə açıqlanmış informasiyaya aşağıdakılar daxildir: 



 

 

Gələcəkdə keçiriləcək icmaların təlimatlandırılması  tədbirlərində  iştiraka dəvət üçün 



Azərbaycandakı icma məlumat mərkəzlərində, bələdiyyə idarələrində  və icma 

mərkəzlərində elanların nümayiş etdirilməsi;  

 

Səngəçal, Ümid, Əzimkənd və 3-cü Massivdəki ictimai binalarda keçirilən  əhalinin 



təlimatlandırılması tədbirlərində slaydların təqdimatı üsulundan istifadə olunması; və 

 

İcmaların təlimatlandırılması tədbirlərində iştirak edən bütün şəxslərə, o cümlədən icma 



hədəf qruplarında və ailə  təsərrüfatları ilə bağlı sorğularda iştirak edənlərə icmanın 

məlumatlandırılması vərəqələrinin paylanması. 

 

MTSİRS  ərzində qeydə alınmış, yerli əhalinin qaldırdığı narahatlıqlar, müvafiq hallarda ŞD2 



Layihəsi üzrə ƏMSSTQ-nin hazırlanması zamanı nəzərə alınmışdır. 

 

8.3.4  İlkin məsləhətləşmə zamanı qaldırılmış əsas məsələlər 

 

Yuxarıda müzakirə edilən, ictimaiyyətin cəlb olunması və məsləhətləşmə fəaliyyətləri ərzində 



qaldırılmış əsas məsələlər aşağıda Cədvəl 8.1-də sadalanır.  

 

Cədvəl 8.1 İctimaiyyətin cəlb olunması və məsləhətləşmə prosesi ərzində qaldırılmış 



əsas məsələlər  

 

Narahatlıq doğuran məsələ 

Qaldırıldı 

Nəzərdə tutulan Fəslə 

istinad 

Məşəl qurğusunda yandırılan  qazın həcmi və 

məşəldə yandırılmanın qarşısını almaq və ya onu 

minimuma endirmək üçün tətbiq edilən tədbirlər . 

ETSN 

Fəsil 4 Bölmə 4.6.2 və 



Fəsil 5 Bölmə 5.4.3, 

5.4.7, 5.4.8, 5.10.5, 

5.10 və 5.12 

Alternativ məşəldə yandırılma üsullarından 

istifadə etməklə qazın kənarlaşdırılması imkanı. 

Fəsil 4 Bölmə 4.6.1 

Yaranan istixana qazları emissiyalarının həcmi 

Fəsil 5 Bölmə 5.14.1 

və Fəsil 13 Bölmə 13.9 

Dəniz platformalarında yaranan qazma 

şlamlarının həcmi və onların utilizasiyası  

Fəsil 5 Bölmə 5.14.2 

Terminalın yaxınlığında gələcək sənaye 

obyektlərinin kumulyativ təsiri.  

Fəsil 13 Bölmə 13.2, 

13.4, 13.5, 13.6 və 

13.7 

İş sahəsində yaranan bütün tullantı axınlarının 



müəyyən edilməsi  

Fəsil 15 Bölmə 5.14.2 

Tozun və qoxuların yaranması ilə bağlı yerli 

icmanın narahatlıqları. 

Fəsil 10 Bölmə 10.2, 

10.6.1 və Fəsil 12 

Bölmə 12.3.4 

İş yerlərinin yaradılması. 

Yerli sakinlər MTSİRS-nın 

tərkib hissəsi kimi 

Fəsil 12 Bölmə 12.3.2, 

12.3.3, 12.4.2 və Fəsil 

13 Bölmə 13.6 

Yerli yolların bərbad vəziyyəti. 

Fəsil 7 Bölmə 7.6.3 və 

Fəsil 12 Bölmə 12.2.1 

Yüksəyə qaldırılmış məşəllərin istismarı ilə 

əlaqədar vizual təsirlərə və sağlamlıq üçün 

risklərə dair yerli icmanın narahatlıqları. 

Fəsil 12 Bölmə 12.3.4 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirlərin 

Qiymətləndirilməsi 

Fəsil 8 


Məsləhətləşmə və məlumatın açıqlanması 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

8/7



8.4  ƏMSSTQ hesabatının layihə variantına dair məsləhətləşmə 

 

BMTİP-nin Azərbaycandakı  ƏMTQ prosesinə dair təlimat kitabına uyğun olaraq, ƏMSSTQ 



hesabatının layihə variantı ETSN-ə  təqdim olundu və eyni zamanda, şərhlərin verilməsi 

məqsədilə ictimaiyyət və maraqlı tərəflər üçün də açıqlandı.  

 

ƏMSSTQ sənədinin layihə variantı geniş şəkildə yayılmışdır və aşağıda sadalanan yerlərdə 



60 gün müddətində (sorğu forması ilə birlikdə) mövcud olmuşdur. Həmçinin ƏMSSTQ sənədi 

internet vasitəsi ilə müyəssər olmuşdur: 

 BP 

şirkətinin internet səhifəsi; 



 BP 

şirkətinin Səngəçal Terminalındakı Enerji Mərkəzi;  

 BP 

şirkətinin Bakıdakı ofisləri; 



 

Ümid  qəsəbəsindəki icma mərkəzi

 

Səngəçal və Sahil qəsəbələrində (Sahil Qəsəbəsi E. Quliyev küçəsi, Səngəçal 



qəsəbəsi M. Ə. Sabir küçəsi 1) dövlət kitabxanaları; 

 “Orhus” 

İctimai Ekoloji İnformasiya Mərkəzi (ETSN, B.Ağayev küçəsi 100, Bakı); 

 Bakı Təhsil Məlumat Mərkəzi (C. Cabbarlı küçəsi 40, 2-ci mərtəbə); 

 

M. F. Axundov adına mərkəzi dövlət kitabxanası (Xaqani küçəsi 29);  



 Beynəlxalq Eko-Enerji Akademiyası (Məmməd Arif küçəsi 5, Bakı); 

 Azərbaycan Dövlət Neft Akademiyası (Azadlıq prospekti 20, Bakı); və 

 Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanası (H. Cavid prospekti 31). 

 

ƏMSSTQ Layihəsi ilə  əlaqədar məsləhətləşmə prosesinin tərkib hissəsi kimi, Bakıda, 



Səngəçal qəsəbəsində  və Ümid qəsəbəsində ictimaiyyətlə görüşlər keçirildi. Aşağıda 

sadalanan görüşlər həyata keçirilmişdir  (ETSN-yi, ARDNŞ-i və FHN-yi ilə görüşlərdən əlavə): 

 

• Alimlər ilə görüş, Bakı, 12 Avqust 



• 

İctimai görüş, Bakı, 13 Avqust 

• Səngəçal icmaları ilə görüş, 15 Avqust 

• Ümid 


icmaları ilə görüş, 15 Avqust 

 

Bu iclasların protokolları Əlavə 8B-yə daxil olunublar. 



 

ƏMSSTQ hesabatının layihə variantına dair əldə edilmiş şərhlər toplanılmışdı, təhlil edilmişdi 

və münasib olduğu halda, cavablandırılmışdı.  ƏMSSTQ sənədi sonradan, ETSN tərəfindən 

təsdiqlənmək üçün gözdən keçiriləcək və yekunlaşdırılacaq.  

 

8.5 Espoo 

Konvensiyası çərçivəsində məsləhətləşmə 

 

Sərhədlərarası Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyanı (yəni 



Espoo Konvensiyası) imzalamış bir tərəf kimi, Azərbaycan Hökuməti  sərhədlərarası təsirlərə 

məruz qala biləcəyini hesab etdiyi, konvensiyaya üzv olan istənilən ölkəyə əvvəlcədən bildiriş 

verməlidir.  

 

Potensial transsərhəd təsirlər, o cümlədən istixana qazları  (İXQ) emissiyaları ilə  əlaqədar 



potensial təsirlər bu ƏMSSTQ sənədinin 13-cü Fəslində  təqdim olunur. Bu, ƏMSSTQ üzrə 

məlumatın açıqlanması prosesinin tərkib hissəsi kimi ETSN ilə müzakirə olunacaq.  



Yüklə 83,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə