Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

 
207 
Dezinfeksiya tədbirlərini şərti olaraq profilaktika və qırıcı tədbirlər növünə ayırırlar. Profilaktika tədbirlərinə: 
yaşayış binalarının və yardımçı binaların təmiz saxlanılması, qapı və pəncərələrə tor çəkilməsi, xırda su 
hovuzlarının və arxlarının təmizlənməsi və s. aiddir. Qırıcı tədbirlər fiziki və kimyəvi vasitələrlə icra edilir. 
Dezinfeksiya kamerasından və texniki vasitələrdən əlavə bu məqsəd üçün insektisid adlanan zəhərli 
maddələrdən istifadə olunur. Ən çox işlədilən insektisidlər aşağıdakılardır: 
Heksaxloran – həşəratı, biti, birəni, milçəyi, ağcaqanadı və s. məhv etmək üçün toz, məhlul, aerozol (tüstü) 
halında tətbiq edilir. 
Xlorofos – fosforlu üzvi maddədir, 1-5 faizli su məhlulu, 10 faizli toz, zəhərli yem, “muxomor” kağızı formasında 
işlədilir. 
Kafbofos – 0.15 faizli su emulsiyası halında, paltarları bitqıran məhlula hopdurmaq üçün işlədilir. 
Metilasetofos – 0.5-1 faizli su məhlulu, 5 faizli toz, bitqıran məhlula hopdurmaq üçün işlədilir. 
Adamların və heyvanların yoluxucu xəstəliklərinin törədicilərini yayan gəmiriciləri məhv (deratizasiya) etmək 
üçün mexaniki və kimyəvi üsullardan istifadə olunur. 
Kimyəvi üsulun mahiyyəti gəmiriciləri ratisid adlanan zəhərli maddələrlə zəhərləməkdən ibarətdir. Ən təsirli 
ratisid maddələrə sink fosfidi, ratin, zookumarin, talium sulfat, tiosemikarbazid, barium karbonad, 
flüorasetamid və s. adlı maddələr aiddir. Zəhərli tələ yemi hazırlayarkən bu məqsəd üçün ərzağı (çörək 
qırıntıları, ət, un, dən, bişirilmiş tərəvəz) xırda doğrayır, buna yağ, su qatır, sonra 2-3 pay zəhər qarışdırırlar. 
Gəmilərdə, dəmir yol vaqonlarında, təyyarələrdə və çöl şəraitində deratizasiya əsasən qazlar vasitəsilə həyata 
keçirilir. 
 
 
 
 
Dezinfeksiya üçün işlədilən cihazlar 
 
Kimyəvi üsulla dezinfeksiya zamanı divarların, döşəmənin, digər əşyaların səthinə dezinfeksiya məhlularını 
çiləmək, alt və üst paltarları buxara vermək və s. əməliyyatlar üçün müxtəlif cihazlardan istifadə edilir. 
Hidropult-vedrə, boyaq pultu, avtomaks cihazı, habelə formalin – buxar kamerası ən çox işlədilən sadə 
cihazlardandır. 
Məsələn, hidropult dezinfeksiya məhlullarını çiləmək üçündür. O, içərisində hərəkət edən silindr yerləşdirilmiş 
xüsusi formalı vedrədən, elastik şlanqdan və çiləyici ucluqdan ibarətdir. Silindrdəki porşenin hərəkəti ilə 
dezinfeksiya məhlulları şlanaq və çiləyici ucluqdan keçib ətrafa çilənir. Divarlar adətən bu cihazla təmizlənir. 
Formalin buxar kamerasında nisbətən az temperaturda (60º-62º) dezinfeksiya və dezinseksiya keçirmək 
mümkündür. Formalin – buxar dezinfeksiyasından bütün əşyalar, o cümlədən başqa üsullarla dezinfeksiya 
edilərkən xarab olan xəz və rezin paltarlar da keçirilə bilər. Kamera, adətən 2 adam tərəfindən idarə edilir. 
Onlardan biri təmizlənəcək əşyaları seçir, qruplaşdırır və kameraya yığır, digəri isə kameranı qızdırır, 
təmizlənmiş əşyaları kameradan çıxarır,seçıb qruplaşdırır və təhvil verir. Əşyaları kamerada ən azı 40 dəqiqə 


 
208 
saxlamaqla təmizləyirlər. Bu zaman yalnız formalin ammonyakla neytrallaşdırılandan sonra əşyalar kameradan 
kənara çıxarıla bilər. Həmçinin, formalin neytrallaşdırılana qədər kameraya yalnız əleyhqazda girmək lazımdır. 
 
 
Dezaktivasiya 
 
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. radioaktiv 
maddələrin təmizlənməsidir. 
Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar 
etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata 
keçirilir.  
Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət 
edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi 
zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra 
nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə, radioaktiv maddələrlə işləyən heyətin 
dezaktivasiyası planlı şəkildə daima həyata keçirilir. 
Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin üzərindən kənar edilməsi yeganə 
yoldur. Bu onunla izah olunur ki, radioaktiv maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir. 
Bölünmənin sürətini artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər kimi 
məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil. Dezaktivasiyanın əsas məqsədi – 
radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır. 
Bu məqsədə çatmaq üçün fiziki və kimyəvi metodlardan istifadə olunur. Yoluxmuş əşyaların (qurğuların) 
səthi ilə zəif əlaqədə olan radioaktiv maddələri, məsələn, obyektin üzərinə düşmüş radioaktiv tozu fiziki metod 
ilə kənar edirlər (tozu su ilə yumaq, parça ilə silmək, çırpmaq və s.). Dezaktivasiyanın fiziki metdoları az effektli 
olduqda, yəni radioaktiv maddələr yoluxmuş əşyalarla (qurğularla) möhkəm əlaqədə olduqda kimyəvi 
metodlardan (turşuların, qələvilərin, yuyucu vasitələrin və s. radioaktiv maddələrlə əlaqədə olduqda su ilə 
rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur. 
Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu 
üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi çamaşırxanalarda yuyulmadır. 
Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. 
Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların 
dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.  
Dezaktivasiyanın həyata keçirilməsinə nəzarət dozimetrik və radiometrik cihazlarla yerinə yetirilir. 
Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, paltarın radioaktiv 
yoluxmasına vaxtaşırı dozimetrik nəzarəti yerinə yetirməli və dezaktivasiyanı keçirdikdən sonra tam sanitar 
təmizlənməlidir. 
Dezaktivasiyanın təşkilinin bir neçə növü vardır: qismən, öz gücü ilə əlaltı vasitələrlə həyata keçirilən və 
tam (MM qüvvələrinin xüsusi vasitələri ilə).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə