115
Bayılda sürüşmə və Daşqın zamanı köçürülmə
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki
müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir.
Məsələn, II Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq
rayonlara köçürülürdü. Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri
endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb
bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini
nəzərdə tutur.
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və
müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən
qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir
göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın
vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş
verməsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış
vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi
nəzərdə tutulmalıdır.
Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib
obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar
zonadakı az təhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin
əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən)
adamların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın
vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq
imkanı yaranır.
116
Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan
Respublikasında
əhalinin
köçürülməsi
haqqında
əsasnamə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə
təsdiq edilmişdir.
Bu əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin
mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin Azərbaycan
Respublikası ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər
müəyyən edilir. Əsasnamənin əsas müddəaları aşağıdakılardır:
1. Ümumi müddəalar;
2. Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili;
3. Köçürmə tədbirlərinin təminatı .
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə,
idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir
ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin
sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata
keçirilir:
•
Qabaqcadan
•
Təcili
Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlaklət və təhlükəli
obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat
gəldikdə əhalinin və obyektlərin personalının təhlükəli ərazidən qabaqcadan
köçürülməsi yerinə yetirilir. Bunun həyata keçirilməsinin əsası fövqəladə halın
yaranmasının qısamüddətli proqnozlaşdırılmasıdır. Bu proqnozlaşdırma bir neçə
saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir.
Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət
zonasından təcili köçürülməsi yerinə yetirilir və bu minimal vaxt ərzində həyata
keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər. Təcili
köçürülmənin xüsusiyyətlərindən də biri odur ki, proses köçürülənlərə müxtəlif
təsir şəraitində tamalana bilər.
Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır.
117
•
Lokal
•
Yerli
Lokal köçürülmə. Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi - şəhər
mikrorayonları və ya kiçik tipli yaşayış məntəqələri olarsa bu növ köçürülmə
həyata keçirilir. Belə halda köçürülməli əhalinin və obyeklətrin personalının sayı
on nəfərdən minə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və
şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.
Yerli köçürülmə.
Fövqəladə zona - aralıq şəhərlər, böyük şəhərlərin ətraf
rayonları, şəhərin özlərində olan zaman bu növ köçürülmə həyata keçirilir. Belə
halda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz
münə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara
yerləşdirilirlər.
Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata
keçirilməsini belə təsnif etmək olar:
•
Ümumi köçürülmə
•
Qismən köçürülmə
Ümumi köçürülmə səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi
komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan
xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin
köçürülməsini nəzərdə tutur.
Qismən köçürülmə isə ayrı kateqoriya insanların, yaranacaq təsirə daha
həssas olanların, əmək qabiliyyəti olmayan, habelə istehsalat və xidmət
sahələrində işləməyən əhalinin köçürülməsini nəzərdə tutur.
Köçürmənin göstərilən variantlarından birinin seçilməsi təhlükənin yayılma
miqyasından və xarakterindən, həmin ərazidə yerləşən istehsal obyektlərin
istifadə perspektivlərindən asılıdır.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin
köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
Müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra
hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya
Baş Naziri;
Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun)
icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının
Dostları ilə paylaş: |