Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
54
28 yanvar 1921-ci il tarixində  tərtib olunmuş  sənəddə
1
 1920-ci 
ildə İrəvan və İğdır arasında yerləşən kəndlərin türk-müsəlman əhali-
sinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə həyata keçi-
rilən soyqırıma məruz qaldığı təsvir olunmuşdur. Bulaqbaşı, Novruz, 
Uluxanlı, Qəmərli, Ciləban, Şeyxlər, Qaçaq, Fəqirlər, Əliməmməd 
  Xızırlı  kəndlərinin sağ qalmış sakinlərinin ifadəsi  əsasında tərtib 
edilmişdir. Adları qeyd olunan kəndlərin sakinlərin erməni hərbçilə-
rinin hücumları  nəticəsində  kəndlərini tərk etmiş, ingilislərin Qarsa 
gəlməsi və ermənilərlə barışıq əldə olunmasından sonra öz doğma ev-
lərinə qayıdarkən yolda ermənilər tərəfindən görünməmiş vəhşiliklərlə 
həyata keçirilən soyqırıma məruz qalmışdır. Ermənilər heç kəsə aman 
verməyərək qarşılarına çıxan hər kəsi - qadın, qoca, uşaq süngüdən 
keçirərək dəlik-deşik etmiş,  əhalinin  əksəriyyətini top və odlu silahla 
kütləvi şəkildə məhv etmiş, bələkdəki körpələrin bacaqlarını ayıraraq 
başlarını daşla əzərək məhv etmiş, hamilə qadınların bətnini yararaq 
hələ doğulmamış körpələri süngüyə keçirmişlər. Erməni cəlladları 
Qaçaq kəndindən olan qadın və uşaqları hissə-hissə doğrayıb üzərinə 
qaz yağı töküb yandırmış, qocaların saqqallarını qopararaq diri-diri 
üzlərinin dərisini soymuşlar, bəzi uşaqların balta və  xəncərlə başla-
rını parçalayıb gözlərini çıxarmış, bəzilərini isə  şişlərə keçirmişlər. 
Araz çayı  kəsilən və boğulan insan cəsədləri ilə dolmuşdur. Bu soy-
qırım nəticəsində ermənilər tərəfindən məhv edilənlərin ümumi sayı 
5307 nəfərdir.
2
 
Arxivdən  əldə olunan sənədləri analiz etdikdə 1919-1920-ci il-
lərdə İrəvan, Naxçıvan, Şərur, Gümrü və Şərqi Anadoluda (Qars, 
Kağızman, Ordu, Sarıqamış,  İğdır, Trabzon və s.) və hətta Tiflis, 
Şörəyel  və  Borçalı  qəzasında on minlərlə dinc, silahsız türk-müsəl-
man  əhali – Azərbaycan türkləri,  Şərqi Anadolu türkləri, Osmanlı 
türkləri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə 
görə amansızcasına qətlə yetirilmiş, yüzlərlə yaşayış  məntəqəsi, 
kəndlər talan edərək yandırmış, yerlə-yeksan edilmiş, bir sözlə yer 
üzündən silinmişdir. 
                                                 
1
BOA, HR SYS. 2878/79. 
2
BOA,HR SYS. 2878/79; Bax: Ermeniler tarafından yapılan katliam belgeleri, c.II, 
s. 983-984,1054, (kitabda İrəvan bölgəsinə məxsus kəndlər yanlış olaraq Naxçıvan 
bölgəsinə aid edilmişdir). 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
55
1919-cu il iyulun 3-də  tərtib olunmuş bir sənəddə ermənilərin 
Vedinin ətrafını 4 tərəfdən mühasirəyə alaraq buranı aramsız top atə-
şinə tutduqları, Araz çayı  ətrafında yerləşən  Dəşti,  Əfşar, Xınalıq, 
Qaralar,  Şirazlı, Caddə, Yengicə, Qıvraq, Görəvan, Tavat, Kiçik 
Vedi və s. kəndlərə hücum edərək əhaliyə görünməmiş işgəncələr ver-
diyi qeyd olunur. Həmin sənəddə adları qeyd olunan kəndlərin əhali-
sinin diri-diri yandırıldığı və diri-diri basdırıldığı, canını qurtara bilən-
lərin kəndləri tərk edərək dağlara çəkildiyi, adı  çəkilən kəndlərdəki 
məhsulların və bütün əşyaların ermənilər tərəfindən tamamilə  ələ 
keçirildiyi qeyd olunur. Həmin sənəddə çoxsaylı erməni hərbiçilərinin 
əhalidən silah yığmaq bəhanəsi ilə qətliama başladıqları, XV Nizami 
Ordu komandanlığı o zaman Ərzincandan Sivasa hərəkət edən ameri-
kalı zabitlə Ərzurumda ingilis nümayəndəsi Ravlinsona bildirilmişdir. 
Sənəddə qeyd olunur ki, “ermənilər tərəfindən məhv edilən 45 müsəl-
man kəndinin mərkəzi olan Böyük Vedini 8 topla 4 min nəfərlik erməni 
hərbiçisi mühasirəyə aldı. Onlar İğdır, Ağpinar, Qırxpinar, Ağcaqala 
Çuxuru  kəndlərini yandıraraq  əhalisini tamamilə  qətlə yetirmişlər”. 
Ümumilikdə bu sənəd adları qeyd olunan kəndlərdəki öldürmə, diri-
diri yandırma, bir sözlə, ermənilərin dinc sakinlərə etdiyi zülmləri, 
onların quldurluq fəaliyyətlərini, Tərək kəndi əhalisini tamamilə məhv 
etdikləri, Odalar kəndini talan etdikləri və s. haqqında 2-ci firqə ko-
mandanlığına göndərilən məlumatdan ibarətdir.
1
 
Şərqi Anadolu, Naxçıvan  İrəvan bölgəsində türk-müsəlman 
əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımı öz miqyasına, 
forma və metodlarına görə tarix boyu insanlığa qarşı törədilmiş, yad-
dan çıxarılması və bağışlanması mümkün olmayan ən qəddar cinayət-
lərdən biridir. 
                                                 
1
 BOA HR. SYS. 2877/16. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
56
 
1917-1918-Cİ İLLƏRDƏ URMİYA BÖLGƏSİNDƏ 
AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI 
 
Güntəkin Nəcəfli 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
1917-1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində, əsasən 
Urmiya, Salmas, Xoy və digər ətraf ərazilərdə Azərbaycan türklərinə 
qarşı böyük dövlətlərin təşkil etdiyi, başda ermənilər olmaqla xristian 
ordusunun həyata keçirdiyi soyqırım cinayətini özündə  əks etdirən 
xeyli miqdarda farsdilli mənbə  və  ədəbiyyat mövcuddur. Lakin 
Türkiyə Cumhuriyəti “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt 
Başkanlığı Arşivi”ndən (bundan sonra  ATASE) əldə edilmiş sənəd-
lər ilk dəfədir elmi dövriyəyə daxil edilir.  
1917-ci sonu 1918-ci ilin əvvəllərində Urmiya bölgəsində həya-
ta keçirilən erməni və aysorların qanlı fəaliyyətlərini Osmanlı Dövləti 
yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bü-
tün tədbirləri əsasən VI ordu komandanı Xəlil paşaya həvalə etmişdir.  
1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan 
assuriyalılar (aysorlar – G.N.) Rusiyanın dəstəyinə arxalanaraq öz 
dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin 
qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi 
on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı – G.N.) öz 
ailələri ilə birgə  Cənubi Azərbaycanın Urmiya və  Səlmas bölgəsinə 
köçürüldü. Çağırılmamış bu ac qonaqların gəlməsi, üstəlik bu hadi-
sənin Birinci dünya müharibəsi şəraitində baş verməsi yerli əhali üçün 
ağır bir yük idi. Lakin buna baxmayaraq Cənubi Azərbaycan  əhalisi 
onların yaşaması üçün münasib şərait yaradıb çörək və ocaqlarını on-
larla böldü. Lakin cilovlar bu duz-çörəyin qarşılığını ölüm, qan və 
güllə ilə ödədilər.
1
 
Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının  İrandan 
geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtə-
lif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da 
                                                 
1
Bax: Dilməqani T. Çüney Azərbaycan Birinci dünya müharibəsi illərində. (Tərcü-
mə edən və korrektor C.Mirzəyeva). AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstit-
utu, Bakı, 2011, s.4-5. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə