Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   2   3   4   5   6   7   8   9   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI 
 
16
Sovet dövrü «tədqiqatçıları» Azərbaycan xalqını aldadaraq 
soyqırımı  cəlladı Stepan Şaumyanı  həm «mərd mübariz» kimi 
qələm


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI 
 
17
və Anadolu türklərinin, ləzgilərin, tatarların, talışların, avarların, 
kürdlərin və digər türk-müsəlman etnoslarının bütünlüklə məhv edil-
məsinə və böyük bir coğrafi ərazinin öz qanuni aborigen əhalisindən 
«təmizlənməsinə» yönəlmişdi. Məqsəd boşaldılmış  ərazidə «Böyük 
Ermənistan» dövləti yaratmaqdan ibarət idi. 
Dünya tarixində 1914-1918-ci illərdə ermənilərin törətdikləri 
soyqırımları qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları (hət-
ta ana bətnindəki körpələri belə!), qadınları və qocaları amansızca-
sına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv 
edilməsi faktına təsadüf olunmur.  
Azərbaycanın bütün bölgələrini – Bakını, Şamaxını, Qubanı, 
Şəkini, Lənkəranı, Qarabağı, Gəncəni, Zəngəzuru, Naxçıvanı, İrə-
vanı və başqa torpaqlarımızı əhatə edən soyqırımları qabaqcadan 
düşünülmüş  dövlət siyasəti ilə planlı surətdə  həyata keçirilmişdir. 
Bu dövləti soyqırımı cinayətləri  Bakıda hakimiyyəti  ələ keçirmiş 
daşnak-bolşevik hakimiyyəti və Ararat-Ermənistan Respublikası 
tərəfindən silahlı ordu birləşmələrinin gücü ilə həyata keçirilmişdir.  
AMEA Tarix İnstitutunda son onillikdə  dünyanın müxtəlif 
ö
lkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı-
nı əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şək-
lində nəşr olunmuş
20
 və Azərbaycan tarixçiləri bu sənədlər əsasın-
da  ölkəmizin bütün bölgələrində  həyata keçirilmiş soyqırımlarına 
ayrı-ayrılıqda qiymətli tədqiqat əsərləri həsr etmişlər.
21
  
                                                 
20
 
“Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”. I cild, (Bakı, 2009); “Azər-
baycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, I kitab. Gəncə quberni-
yası. (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”. II cild, 
2-ci kitab. İrəvan quberniyasında soyqırımı. (Bakı, 2010); “Azərbaycan xalqına qarşı 
1918-ci il mart soyqırımı. III cild. Xatirələr”. Sənədlər toplusu (Bakı, 2010); 
21
 Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, 2006; Genoside Against the 
historical names. Baku, 2006; Исторические  факты  о  деяниях  армян  на 
Азербайджанской  земле.  Баку, 2009; Historical facts of Armenians actions in 
Azerbaijan land. Baku, 2009; Геноцид  азербайджанского  народа 1918 года: 
организаторы  и  палачи.  Баку, 2013; Abışov V. Azərbaycanlıların soyqırımı. 
Bakı, “Turxan”,  2013; Vandalizm. Tarixi adlara qarşı soyqırımı (yenidən 
işlənmiş). Bakı, “Turxan”, 2014; Мамедзаде  Н.  Геноцид  Азербайджанцев  в 
Карабахском  регионе  Азербайджана (1918-1920). Баку, “Турхан”, 2014; 
Нифтелиев И. Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920). 
Баку: “Turxan”, 2014;  Nəcəfli G. 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan 
və  İrəvan bölgəsində ermənilərin türk-müsəlman  əhaliyə qarşı törətdikləri 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI 
 
18
1914-1918-ci illərdə Azərbaycanda və Şərqi Anadoluda həyata 
keçirilmiş soyqırımı cinayətləri, alimlərlə yanaşı, böyük dövlətlərin 
siyasi dairələrinə  də yaxşı  məlumdur.  Çünki, Stepan Şaumyanın 
başçılığı ilə Bakıda və Bakı quberniyasında həyata keçirilən 
soyqırımları, Ararat-Ermənistan Respublikası silahlı  qüvvələrinin 
törətdiyi kütləvi soyqırım vəhşilikləri bilavasitə  böyük dövlətlərin 
hərtərəfli köməkliyi ilə  həyata keçirilmişdi. Bu dəhşətli cinayətlər 
üçü
n erməni hakimiyyət orqanları və terrorçu erməni-faşist dəstələri 
ilə yanaşı onlar da məsuliyyət daşıyırlar. Məhz buna görə də nə bey-
nəlxalq miqyasda ayrı-ayrı  dövlətlər tərəfindən, nə  də beynəlxalq 
təşkilatlar tərəfindən bu soyqırımı cinayətlərinə indiyədək hüquqi-
siyasi qiymət verilməmişdir. Buna görə də yüzminlərlə günahsız in-
sanları, o cümlədən uşaqları, qadınları, qocaları  dini-etnik mənsu-
biyyətinə  görə  məhv edən soyqırımı cinayətkarları  cəzasız qaldı. 
Nəinki cəzasız qaldı, əksinə, böyük dövlətlərin müəyyən siyasi dairə-
lərinin erməni ekstremizmini, cinayətkar-terrorçu erməni-faşist dəs-
tələrini fəal surətdə müdafiə etməsi nəticəsində 1992-ci il fevralın 25-
də  bütün dünyanın gözləri qarşısında daha bir dəhşətli soyqırımı 
cinayəti – Xocalı soyqırımı törədildi.   
Dünyada ikili standartlar siyasəti, irqi, dini, milli ayrı-seçkilik 
davam etdikcə, böyük dövlətlər  özlərinin geosiyası  və iqtisadi 
maraqlarını təmin etmək üçün Yer kürəsini etnik-siyasi münaqişələr 
meydanına  çevirdikcə  bəşəriyyət soyqırımları  təhlükəsindən xilas 
olmayacaqdır. Bu gün müsəlman şərqində baş verən qanlı qırğınlar, 
Avropanın mərkəzində yenidən baş qaldıran irqi, dini-etnik ayrı-
seçkilik, faşizmin yenidən dirçəlməyə başlaması, miqrantlara qarşı 
qeyri-insani münasibətlər bunu çox aydın sübut edir.            
                                                                                                                   
soyqırımı. Bakı, “Turxan”, 2014; Abışov V. Bakı  qəzasında Azərbaycan xalqına 
qarşı soyqırımı (1918-ci ilin mart-aprel ayları). Bakı, “Turxan” NPB, 2014; Abışov 
V. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin aprel-may 
ayları). Bakı, “Turxan” NPB, 2014; Abışov V. Şamaxı  qəzasında Azərbaycan 
xalqına qarşı soyqırımı (1918-ci il mart-aprel). Bakı, “Turxan” NPB, 2014; Gö-
zəlova N. Azərbaycan türk-müsəlman  əhalisinin soyqırımı Britaniya kitabxa-
nasının arxiv sənədlərində Bakı: “Turxan”, 2014; Mustafa N. İrəvan quberniya-
sında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı: “Turxan”, 2014; İsmayılov 
K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920) Bakı: “Turxan”, 
2014; Nəcəfli G. 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı 
soyqırımı. Bakı: “ATIB”, 2015. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə