Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/22 

Yekun variant 

Hesab olunur ki, təsirlər yuxarıdakı mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə 

praktiki baxımdan mümkün və  zəruri olduğu qədər minimuma endirilir və  əlavə heç bir 

təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.3.4 Gəmilərdən emissiyalar 

 

10.3.4.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Fəsil 5: Bölmə 5.7.6 və 5.8.3.1-də göstərildiyi kimi, dayaq bloklarının, gəmilərin yanalma 



körpüsünün və üst tikililərin,  ŞD2 magistral və MEQ sualtı boru kəmərlərinin və Müqavilə 

sahəsi daxilində  ŞD2 sualtı infrastrukturların quraşdırılmasına dəstək məqsədilə Tikinti

Quraşdırma və NİS mərhələlərində çoxlu sayda gəmilərdən istifadə ediləcək. 

 

Qiymətləndirmə 

 

Proqnozlaşdırılan NO



x

 emissiyalarının həcmi digər emissiyalarının (kükürd oksidləri, yaxud 

SO

x

, CO və qeyri-metan karbohidrogenlər) həcmi ilə müqayisədə daha çox olması, habelə 



insan sağlamlığına və ətraf mühitə təsir etmək daha böyük potensiala nail olması səbəbindən 

narahatlıq doğuran əsas atmosfer çirkləndiricisidir. 

 

Tikinti, quraşdırma və  NİS fəaliyyətləri zamanı  gəmilərdən atılan NO



X

 emissiyalarının cəmi 

təxminən 6.630 ton olacağı ehtimal edilir. Bu, geniş coğrafi  ərazidə aparılan quraşdırma və 

NİS fəaliyyətləri zamanı baş verəcək. Onların sürətlə səpələnəcəyi gözlənilir və nəticədə NO

2

 

konsentrasiyaları sahildəki reseptorlarda olan fon səviyyələrindən seçilməyəcək dərəcədə 



artacaq. 

 

Səmərəli istismara, müntəzəm texniki xidmətə, münasib keyfiyyətə malik, az kükürdlü 



yanacaqdan planlı surətdə istifadəyə  və  əvvəlki təcrübəyə  əsaslanaraq, gəmilərdən 

müntəzəm istifadə  nəticəsində  gəmi mühərriklərinin işlənmiş qazlarından görünən hissəcikli 

şleyflər əmələ gəlməyəcək. 

 

Cədvəl 10.9-da gəmilərin quraşdırma və  NİS zamanı  fəaliyyətinə “Orta vəziyyət miqyası”nı 



əks etdirən 8 qiymətinin təyin olunması əsaslandırılır. 

 

Cədvəl 10.9 Hadisənin miqyası 

 

Parametr 

İzahat 

Dərəcə 

Dərəcə/miqyas 

Çirkləndirici növlərinin konsentrasiyalarının artması sahildəki reseptorlar üçün fon 

konsentrasiyalarından seçilməyəcək. 



Tezlik 

Emissiyalar davamlı olaraq baş verir. 



Müddət 

Emissiyalar quraşdırma və NİS müddəti boyu davam edəcək. 3 

İntensivlik 

Əsas çirkləndiricinin (NO

2

) modelləşdirilmiş uzun və  qısa müddətli 



konsentrasiyalarının  ətraf havanın keyfiyyəti üzrə müvafiq standartlardan 

əhəmiyyətli dərəcədə aşağı olacağı proqnozlaşdırılır. 



Cəmi 



 

 

10.3.4.2 Reseptorun 

həssaslığı 

 

Cədvəl 10.10-da “Aşağı reseptor həssaslığı”nı  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

 

 

 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/23 

Yekun variant 



Cədvəl 10.10 Reseptorların həssaslığı 

 

Parametr 



İzahat 

Dərəcə 

Mövcudluq 

Quraşdırma fəaliyyətləri aparılan  ərazidən 50km məsafədə daimi yaşayış yerləri 

(yəni yerli sakinlər) yoxdur.  



Xarici 



təsirlərə 

dözümlülük 

Gəmilərdən  əmələ  gələn emissiyalar ilə  əlaqədar sahildə hava keyfiyyətindəki 

dəyişikliklər nəzərəçarpan olmayacaq. Sahildəki reseptorlar təsirə  məruz 

qalmayacaq.    



Cəmi 

 

 



 

10.3.4.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.11-də quraşdırma və  NİS fazası  ərzində köməkçi gəmilərlə  əlaqədar havanın 



keyfiyyətinə olan təsirlərin xülasəsi verilir. 

 

Cədvəl 10.11 Təsirin dərəcəsi 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin dərəcəsi 

Gəmi mühərrikləri Orta 

Aşağı 

Az mənfi 

 

Hesab olunur ki, təsirlər yuxarıdakı mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə 



praktiki baxımdan mümkün və  zəruri olduğu qədər minimuma endirilir və  əlavə heç bir 

təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.4 Sahildəki səs-küy ilə əlaqədar qurudakı ətraf mühitə təsirlər 

 

Bu Bölmə tikinti, quraşdırma və  NİS fəaliyyətlərindən, o cümlədən tikinti maşınlarının və 



mexanizmlərinin fəaliyyəti, ŞD2 genişləndirmə sahəsi daxilində torpağa paya yeritmə və ŞD2 

layihəsinin terminalda yerləşən qurğularının və tikinti meydançalarında dəniz qurğularının 

istismar sınaqlarından qurudakı ətraf mühitə mümkün səs-küy təsirlərini təqdim edir. 

 

10.4.1 Təsirin azaldılması 

 

Sahədəki tikinti maşın və mexanizmlərinin  ŞD2 Genişləndirmə sahəsi,  ŞD2 magistral boru 



kəməri dəhlizi və boru kəmərinin quruya çıxdığı sahə boyu istifadə edilməsi ilə bağlı yaranan 

səs-küyə qarşı mövcud idarə vasitələri:  

 

 Quruda 



istifadə edilən tikinti maşın və mexanizmləri müasir olacaq, onların səmərəli və 

dayanıqlı  işləməsi üçün istehsalçının təlimatlarına, müvafiq sənaye qaydalarına və ya 

texniki standartlara uyğun texniki qulluq göstəriləcək; 

 

Səngəçal terminalının yaxınlığında istifadə edilən bütün tikinti maşın və mexanizmlərinə 



işlənmiş qazın saz səsboğucuları quraşdırılacaq; 

 

Səngəçal terminalının yaxınlığında istifadə edilən səs-küylü maşınlar həssas 



reseptorlardan mümkün qədər uzaqda və mümkün və  məqsədəuyğun olan hallarda 

sədlər arxasında (məsələn, sahədəki komalar, akustik arakəsmələr və s.) 

quraşdırılaraq həssas reseptorlara səs-küyün təsirini azaltmaq üçün qoruyucu sədd 

təmin ediləcək; 

 

Səngəçal terminalının yaxınlığında yerləşən və davamlı olaraq səs-küy yaradan 



maşınlar müvafiq akustik konteynerlərə yerləşdiriləcək; 

 

Səngəçal terminalının yaxınlığında istifadə edilən kompressorlar lazımi dərəcədə içlik 



vurulmuş kip akustik konteynerlərə quraşdırılacaq, istifadə edilən zaman konteyner 

qapıları bağlı saxlanacaq və pnevmatik zərbə alətləri səsboğucularla təchiz ediləcək; 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə