Microsoft Word 14 Env and Soc Mgt Final az



Yüklə 148,11 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü148,11 Kb.
#6597


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/1 

Yekun variant 



14  Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Mündəricat 

 

14.1 Giriş  



 ........................................................................................................................... 2

 

14.2 Tikinti 



mərhələsi üzrə vəzifələr və cavabdehliklər .......................................................... 3

 

14.2.1 BP 



 

........................................................................................................................... 3

 

14.2.2 


Əsas tikinti və quraşdırma podratçıları .................................................................... 3

 

14.3 Tikinti 



mərhələsi üzrə ƏMSSİS-lər ................................................................................. 4

 

14.3.1 Giriş ......................................................................................................................... 4



 

14.3.2 BP-nin 

ƏMSSİS Çərçivəsi ....................................................................................... 4

 

14.3.3 Planlaşdır ................................................................................................................ 4



 

14.3.4 


İcra et ...................................................................................................................... 5

 

14.3.5 Yoxla 



....................................................................................................................... 7

 

14.3.6 Hərəkət et ................................................................................................................ 7



 

14.4  Əməliyyat mərhələsi üzrə ƏMSSİS ................................................................................ 8

 

14.5 SDQQ-nin 



idarəetmə sistemi.......................................................................................... 9

 

14.5.1 Yanaşma metodu .................................................................................................... 9



 

14.5.2 Monitorinq 

və hesabat ........................................................................................... 10

 

14.5.3 Audit 



və baxış keçirilməsi ...................................................................................... 10

 

14.6  Ekoloji Monitorinq Proqramı ......................................................................................... 10



 

14.7 Tullantıların idarə olunması .......................................................................................... 12

 

14.7.1 Tullantıların idarə olunması prosesi və prosedurları ............................................. 12



 

14.7.2 Tullantıların çeşidlənməsi və təhvil-təslimi ............................................................ 12

 

 

Şəkillərin siyahısı 



 

Şəkil 14.1  AGT regionunda Yerli Əməliyyatları İdarəetmə Sisteminin Strukturu .................. 2 

Şəkil 14.2  BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin Elementləri ....................................... 4 

Şəkil 14.3  Qazma qurğusu ilə bağlı Ətraf mühitin idarə olunması üzrə vəzifə və 

cavabdehliklər ...................................................................................................... 9 

 

Cədvəllərin siyahısı 

 

Cədvəl 14.1 Ətraf mühit və sosial sahənin idarəetmə planları............................................. ... 5 



Cədvəl 14.2 ISO 14001 ƏMİS Komponentləri ......................................................................... 8 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/2 

Yekun variant 



14.1 Giriş 

 

Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində, BP şirkəti layihənin operatoru 



olaraq Şahdəniz (ŞD) layihəsi üzrə ətraf mühit və sosial sahə məsələlərinin idarə olunmasına, 

layihəyə aid öhdəliklərin icra olunmasını  və layihənin icra göstəricilərinin qüvvədə olan ətraf 

mühit və sosial sahə ilə bağlı müvafiq hüquqi, normativ və korporativ tələblərə cavab 

verməsini təmin etməyə görə cavabdehlik daşıyır. Bu fəsildə ŞD 2 layihəsi  ilə bağlı ekoloji və 

sosial məsələlərin idarə olunması üçün istifadə olunacaq sistemə dair ümumi məlumat təqdim 

olunur. 


 

Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) Regionu BP-nin Azərbaycandakı əməliyyatlarını idarə 

edir və  şirkət Yerli Əməliyyatları  İdarəetmə Sistemi (YƏİS) işləyib hazırlamışdır. Bu sistem 

təşkilatın SƏTTƏM üzrə icra göstəricilərini idarə etmək üçün aşağıda Şəkil 14.1-də göstərilən 

altı başlıca mərhələnin həyata keçirilməsi üçün struktur çərçivə təmin edir: 

 

 



 

Məqsəd; 


 Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi; 

 Planlaşdırma və nəzarət işləri;  

 

İcra və əməliyyatlar; 



 Ölçmə, qiymətləndirmə və təshihedici işlər; və  

 

Rəhbərlik tərəfindən baxış keçirilməsi və təkmilləşdirmə. 



 

Şəkil 14.1 AGT Regionu üzrə Yerli Əməliyyatları İdarəetmə Sisteminin Strukturu 

 

 



Əməliyyatlar üçün AÇG Regionu üzrə Yerli Əməliyyatları İdarəetmə Sisteminin ətraf mühitlə 

bağlı qismi ətraf mühitin idarə olunması üzrə aparıcı beynəlxalq standart hesab olunan ISO 

14001-in tələblərinə cavab verir.  



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/3 

Yekun variant 

 

YƏİS çərçivəsində altı  mərhələyə müvafiq olaraq, BP aşağıdakı  ətraf mühit və sosial 



mühafizə prinsiplərini tətbiq edir:  

 

 



Planlaşdır - ətraf mühitə və sosial sahəyə potensial təsirin öncədən qiymətləndirilməsi; 

 

İcra et – potensial təsirlərin qarşısını almağı, azaltmağı  və ya minimuma endirməyi 

nəzərdə tutan tədbirlərin həyata keçirilməsi;  

 

Yoxla – yerinə yetirilən təsir azaltma tədbirlərinin icrasının və  səmərəliliyinin 

monitorinqi; və   

 

Hərəkət et – düzəliş tədbirlərinin yerinə yetirilməsinin yoxlanması və izlənməsi.  

 

ƏMSSTQ-nin bu bölməsində  həmin prinsiplərin SD2 Layihəsinə necə  tətbiq ediləcəyi 



vurğulanır. 

 

14.2 Tikinti mərhələsi üzrə vəzifələr və cavabdehliklər 

 

14.2.1 BP 

 

BP SD2 Layihəsinin müfəssəl layihələndirilməsi, təchizatı, tikintisi və istismarı ilə bağlı 



məsələlərə görə cavabdehdir. BP layihənin müfəssəl hazırlanmasını  həyata keçirmək üçün 

layihə podratçıları və quyuları qazacaq səyyar dəniz qazma qurğularını  istismar etmək üçün 

qazma podratçısı təyin edib. Lazım gəldikdə, BP tikinti işlərinin həcminin müxtəlif elementləri 

üzrə texniki tender sənədləri təqdim edəcək. Uyğun gəldikdə, tender sənədlərinə BP-nin 

minimum  ətraf mühit və sosial tələblərinin (SƏTTƏM Müqavilə  bəndlərinə  əsaslanaraq) 

nüsxəsi daxil ediləcək. 

 

BP bu Layihənin tikinti mərhələsini idarə edəcək, tikinti mərhələsi boyunca podratçıların 



texniki,  ətraf mühit və sosial fəaliyyətlərini monitorinq edəcək və onları yoxlayacaq. 

Podratçılar öz personalının idarə olunmasına cavabdehlik daşıyacaq (sahədə personalla 

komplektləşdirmə həddində). 

 

SD2 Tikinti Mərhələsinin  Ətraf mühit və sosial sahə üzrə idarəetmə sistemi (ƏMSSİS) BP 



tərəfindən hazırlanaraq yerinə yetiriləcək və bu sistemə aşağıdakılar daxil olacaqlar: 

 

 BP-nin 



hazırladığı  Ətraf mühit və sosial-iqtisadi sahəyə  təsirinin qiymətləndirilməsi 

(ƏMSSTQ) çərçivəsində qeyd olunan bütün məsələləri nəzərdə tutan öhdəliklər tikinti 

mərhələsində yerinə yetirilməsi; 

 SD2 


Layihəsinə tətbiq olunan uyğun qanunvericiliyin hüquqi qeydiyyatı; 

 

Ətraf mühit və sosial sahənin idarə olunması və monitorinqi planı (ƏMSSİMP) davamlı 



təkmilləşdirmə prosesinin bir hissəsi kimi, ehtiyac duyulduqda nəzərdən keçiriləcək və 

yenilənəcək; 

 Tikinti 

və quraşdırma podratçılarının fəaliyyətinin müvafiq tələblərə cavab verib-

vermədiyinin yoxlanmanın və bu fəaliyyətlərlə bağlı Ətraf mühitin monitorinqi, təftişi və 

yoxlanması qrafiki ƏMSSİMP-yə daxil edilməsi; və 

 

Təftiş  və yoxlamalar nəticəsində  ƏMSSİMP-yə uyğun gəlməyən nəticələrin fəaliyyətin 



izlənməsi sisteminin tətbiqi və düzəliş tədbirlərinin həyata keçirilməsi. 

 

14.2.2  Əsas tikinti və quraşdırma podratçıları  

 

Özüllərin, üst tikililərin, sualtı qurğuların və terminalın tikintisi üçün əsas tikinti və quraşdırma 



podratçılarından məsul olduqları BP ŞD2 Tikinti Mərhələsinin  ƏMSSİS-nin müvafiq 

aspektlərinə cavab verməsi gözlənilir.  

 

Əsas tikinti və quraşdırma podratçılarından  ŞD2 Layihəsi ilə  əlaqədar öz Tikinti Mərhələsi 



ƏMSSİS-ni hazırlayıb icra etmək tələb olunur ki, bu, BP ŞD2 Tikinti Mərhələsinin ƏMSSİS-nin 

ayrılmaz hissəsi olacaq. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/4 

Yekun variant 



14.3 Tikinti mərhələsi üzrə ƏMSSİS-lər  

 

14.3.1 Giriş 

 

BP  ŞD2 Tikinti Mərhələsi üzrə  ƏMSSİS tikinti boyunca ŞD2 qurğularının istismara 



verilməsindən öncə sosial və ətraf mühit məsələlərini idarə etmək üçün çərçivə yaradacaq və 

ISO 14001 standartının tələblərinə cavab verəcək (lakin bununla sertifikatlaşdırılmış olması 

zəruri deyil). 

 

BP  ŞD2 Tikinti Mərhələsi üzrə  ƏMSSİS  ŞD2  ƏMSSTQ öhdəliklərini yerinə yetirmək, tikinti 



mərhələsində Layihənin  ətraf mühit və sosial fəaliyyətini  əlaqələndirmək və  nəzərdən 

keçirmək üçün istifadə ediləcək. Xüsusi olaraq aşağıdakı məsələlərə diqqət veriləcək: 

 

 Praktiki 



təlimlər və işçi heyətinin ətraf mühit və sosial məsələlər üzrə məlumatlılığının 

artırılması;  

 Sahədə ətraf mühit və sosial məsələlərə nəzarət və onların monitorinqi; və 

 Layihə boyunca ətraf mühit və sosial fəaliyyətin davamlı yaxşılaşdırılması. 

 

14.3.2 BP-nin ƏMSSİS Çərçivəsi 

 

Şəkil 14.2-də BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin “planlaşdır, icra et, yoxla, hərəkət et” 



silsiləsinin ümumi elementləri əks olunub. Bu sənəd Layihənin ətraf mühit və sosial idarəetmə 

məsələsinin səmərəli şəkildə təmin edilməsinə cəlb olunmuş əsas işçi heyəti arasında ümumi 

anlaşma yaradır. 

 

Şəkil 14.2 BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin Elementləri 



Plan

•Risklərin azaldılması tədbirlərinin müəyyən

edilməsi və planlaşdırılması

•Hüquqi və digər tələblər

•Məqsədlər, Planlar və Proqramlar

Yerinə yetir

•Resurslar, Rollar, Cavabdehlik və Səlahiyyət

•Səriştəlilik, Təlim və Bələdlik

•Əlaqə vasitələri

•Sənədləşmə

•Sənədlərə nəzarət

•Əməliyyatları operativ idarəetmə

•Fövqəladə hallara hazırlıq və cavab

tədbirləri

Yoxlama

•Məhsula nəzarət və məhsulun

•Tələblərə uyğunluğun

qiymətləndirilməsi

•Uyğunsuzluqlarla əlaqədar düzəliş

•Aşağıdakı sənədləşmənin



aparılması:

•Daxili audit



Qanun

•İdarəetmənin təhlili



PLANLAŞDIR

ICRƏ

ET

YOXLA

HƏRƏKƏT

ET

 

14.3.3 Planlaşdır 

 

Bu silsilənin “planlaşdır” mərhələsi Layihə ilə bağlı  təhlükə  və riskləri müəyyən etməyi 



nəzərdə tutur (yəni  ŞD2  ƏMSSTQ prosesi boyunca tikinti mərhələsinin icra planlarında 

təsirazaltma tədbirlərinin hazırlanması  və Layihənin öhdəliklər qeydi ilə  nəticələnən). 

Planlaşdırmaya həmçinin  Əsas  İcra Göstəricilərindən (ƏİG) istifadə etməklə, məqsəd və 

hədəflərin işlənməsi kimi hüquqi və digər tələblərin müəyyən edilməsi daxildir. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/5 

Yekun variant 

 

ŞD2 ƏMSSTQ öhdəlikləri Layihənin hərtərəfli ƏMSSTQ prosesi boyunca yaranan öhdəliklərin 



siyahısını qeydə alır.  ƏMSSTQ öhdəlikləri qeydiyyat sənədi BP ŞD2 Tikinti Mərhələsi üzrə 

ƏMSSİS çərçivəsində idarəetmə silsiləsinin “icra et” mərhələsində yerinə yetiriləcək olan 

öhdəlikləri müəyyən edir. Əməliyyat mərhələsinin öhdəlikləri BP-nin əməliyyatları üzrə 

ƏMSSİS-də əks olunacaq. 

 

14.3.4  İcra et 

 

Silsilənin “icra et” mərhələsi BP ŞD2 tikinti mərhələsi üzrə  ƏMSSİS-nin  və onun əsas 



elementlərinin yerinə yetirilməsini əks etdirir.  

 

 Strategiya 



və çərçivə sənədləri; 

 

ƏMSSİMP;  



 

İdarəetmə planları; və 

 Podratçının prosedurları. 

 

ŞD2 layihəsi üzrə  Əsas layihə variantının dəyişməsi tələbi yaranarsa, ƏMSSTQ üzrə 



Dəyişikliklərin İdarə edilməsi Prosesinə (Fəsil 5, Bölmə 5.16-ya istinad edin) əməl ediləcək. 

 

14.3.4.1  ƏMSSİMP 

 

BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nə aşağıdakıları təsvir edən ƏMSSİMP daxil olacaq: 



 

 Uyğunluq  tələbləri; 

 BP-nin 

və əsas tikinti və quraşdırma podratçılarının vəzifə və cavabdehlikləri; 

 

Ətraf mühit və sosial təsirlərdən yayınmaq və onların təsirini azaltmaq, eləcə  də 



ƏMSSTQ öhdəlikləri yerinə yetirmək üçün tələb olunan tədbirlər; və 

 

Ətraf mühit və sosial sahə üzrə fəaliyyətin monitorinqi və bu barədə hesabat verilməsi 



üçün tətbiq edilən zəmanət prosesinə çirkab sularının emal qurğusunun fəaliyyətinin 

monitorinqi kimi təftiş, audit və monitorinq proqramları daxildir. 

 

ƏMSSİMP-i dəstəkləmək məqsədilə BP tərəfindən  ŞD2 Layihəsinin  ətraf mühit və sosial 



tələblərini təqdim etmək üçün ətraf mühit və sosial idarəetmə  planları hazırlanacaq.  Şəkil 

14.1-də  ŞD2 Layihəsinə  tətbiq olunmaq üçün uyğun müəyyən edilmiş  həmin idarəetmə 

planları verilib. ŞD2 Layihəsinin  ətraf mühit və sosial idarəetmə planları  əsas tikinti və 

quraşdırma podratçılarının səfərbərliyi zamanı yekunlaşdırılacaq və müntəzəm olaraq tikinti iş 

prosedurları kimi nəzərdən keçiriləcək. 

 

Cədvəl 14.1 Ətraf mühit və sosial sahəni idarəetmə planları 



 

Planın adı 

Əhatə olunan problem

Bərpa və landşaftın idarə 

edilməsi planı 

 Landşaftın idarə edilməsi üzrə təlimlər 

  Üst  və alt torpaq qatının  idarə olunması (quruda boru kəmərinin quraşdırılması 

işləri zamanı və sonrakı bərpası) 

 Sahənin bərpası 

 Tullantıların idarə olunması 

 Monitorinq 

və hesabat 

Tullantıların idarə 

olunması və azaldılması 

planı 

 Tullantıların idarə olunması üzrə təlimlər 



 Tullantıların iyerarxiyası (məs.: mənbədə azalma, yenidən istifadə, emalı, 

enerjinin bərpası, məsuliyyətli utilizasiya) və ekoloji baxımdan sağlam təchizat 

 Tullantıların müəyyən edilməsi və təsnifi 

 Tullantıların qeydiyyatı 

 Tullantıların yerbəyer olunması (məs.: toplanma, çeşidlənmə və konteynerə 

yerləşdirmə, saxlama, emal, daşınma və sənədləşdirilmə, utilizasiya) 

 Monitorinq 

və hesabat 

Ekoloji və canlı təbiətin 

idarə olunması planı 

 Ekologiya 

və canlı təbiət təlimləri 

 Tikintidən öncə ekoloji tədqiqatlar və canlı təbiətin təftişi 

 Tikinti 

zamanı təbii ətraf mühit və növlərin qorunması (məs.: translokasiya, 

nəqliyyat məhdudiyyətləri, davranış məcəlləsi) 

 Monitorinq 

və hesabat 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/6 

Yekun variant 



Planın adı 

Əhatə olunan problem

Çirklənmənin qarşısının 

alınmasının idarə 

edilməsi planı 

 

 Çirklənmənin qarşısının alınması üzrə təlimlər 



 Enerji 

səmərəliliyi (nəqliyyat və avadanlığın seçilməsi, texniki-xidmət) 

 Emissiyaların və tozun idarə olunması (məs:, avtomobil, avadanlıq və generator 

emissiyaları, tozun idarə olunması) 

 Tullantı sularının idarə olunması (məs:, drenaj, xəndəkdən suyun çəkilməsi, 

hidrosınaq suyunun kənarlaşdırılması və hidrosınaq suyunda, avtomobil və 

avadanlığın yuyulmasında kimyəvi maddələrin istifadəsi) 

  Şlamların təmizlənməsi və utilizasiyası 

 Kimyəvi maddələrin seçilməsi və idarə olunması, təhlükəli materialların idarə 

olunması; 

  Səs-küy və vibrasiyanın idarə olunması 

 Çirklənmiş torpağın emalı 

 Monitorinq 

və hesabat 

İctimaiyyətin cəlb 

olunması, narahatlıq 

yaradan halların idarə 

olunması və monitorinqi  

  İctimaiyyətin cəlb olunması üzrə təlimlər 

  Şikayətlərin baxılması mexanizmləri 

 Narahatlıq yaradan hadisələrin idarə olunması və monitorinqi (məs.: tikinti səs-

küyü, iş sahəsindən süni işıqlar, qoxu, parazit və ziyanvericilər) 

  İctimaiyyətlə qarşılıqlı əlaqə (məs.: səs-küylü işlər barədə əvvəlcədən 

xəbərdarlıq, böyük və ağır yüklərin daşınması ilə əlaqədar yollarda tıxacların 

yaranması) 

 Monitorinq 

və hesabat 

Arxeoloji və mədəni irsin 

idarə olunması 

 

  Mədəni irs üzrə təlimlər 



 Tanınmış arxeoloji mənbələrin mühafizəsi (məs.: onların yerləşdiyi yer, hüquqi 

statusları, qoruyucu buferlər) 

 Tikintidən öncə torpağın çıxarılması işləri üzrə qısa prosedurların izlənməsi 

  Təsadüfi arxeoloji tapıntılar üzrə prosedurlar 

 Monitorinq 

və hesabat 

Dağılmanın qarşısının 

alınması, ona qarşı 

cavab tədbirləri, 

xəbərdarlıq və 

tamamlama işləri 

 Dağılmanın qarşısının alınması 

 Dağılmalara qarşı cavab tədbirləri təlimi 

 Dağılmaların idarə olunması  

 Monitorinq 

və hesabat 

Nəqliyyat və daşınmanın 

idarə olunması planı 

 Sürücülərin idarə olunması üzrə təlim 

 Sahədə avtomobillərin hərəkəti 

 Sahədən kənar avtomobillərin hərəkəti və yolsuzluq şəraitində idarəetmənin 

qadağa olunması 

 Böyük 

və ağır yüklərin daşınması üzrə risklərin qiymətləndirilməsi 

 Monitorinq 

və hesabat 

İşçilərlə Münasibətlərin 

İdarə olunması Planı 

  Təlim və səriştələrin artırılması fəaliyyətləri 

  Şikayətlərə baxılması mexanizmi 

  İşçilərin sayının azaldılması 

 Monitorinq 

və hesabat 

 

14.3.4.2 Təlim 

 

BP  ŞD2 Tikinti Mərhələsi üzrə  ƏMSSİS-nin “icra et” mərhələsində layihənin uğurla başa 



çatdırılması üçün təlimlər olduqca vacibdir. ŞD2 Layihəsinin tikinti işləri nisbətən qısa 

müddətdə davam edəcək, ona görə də başlanğıc mərhələdə səmərəli təlimlər üçün əsas ətraf 

mühit və sosial tələblərin tərtib edilməsi vacibdir. Tələb olunan əsas təlim elementləri: 

 

 



İdarəetmə brifinqləri; 

 BP, 


əsas tikinti və quraşdırma podratçıları və onların subpodratçı heyəti üçün tanışlıq 

təlim kursları; və 

 Tikinti 

zamanı işlə bağlı qısa söhbətlər və məlumatlılıq proqramları. 

 

14.3.4.3  İdarəetmə brifinqləri 

 

Ətraf mühit və sosial məsələlərlə bağlı  təlim sessiyaları BP Layihə  İdarəetmə Qrupunu BP 



ŞD2 Tikinti Mərhələsi üzrə  ƏMSSİS və rol, öhdəliklər və qüvvədə olan standartlar barədə 

ümumi anlayışlarla təmin edəcək. 

 

Podrat müqaviləsi bağlandıqdan sonra BP İdarəetmə Qrupu və  əsas tikinti və quraşdırma 



podratçılarının ali heyətinin ikinci ətraf mühit və sosial məsələlərlə bağlı  təlim sessiyası 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/7 

Yekun variant 

keçiriləcək. Bu, BP-nin tələblərinin yerinə yetirilməsi, ətraf mühit üzrə müsbət icra fəaliyyətinə 

və ictimaiyyətlə yaxşı münasibətlərin qurulmasına töhfə vermək üçün koordinasiyalı 

yanaşmanın tətbiq  olunmasını təmin etməyi nəzərdə tutur. 

 

14.3.4.4 Tanışlıq təlimi kursları 

 

Bütün Layihə tikinti heyəti ətraf mühit və sosial məsələlər üzrə tanışlıq təlimi keçəcək və hər 



bir əməkdaş sahədəki əsas tələblər barədə məlumat alacaq. 

 

14.3.4.5  İşöncəsi təlimatlar 

 

Bilik və səriştə təlimlərinin bir hissəsi olaraq, əsas tikinti və quraşdırma podratçıları tərəfindən 



təşkil ediləcək işöncəsi təlimatlardan  əlavə,  ətraf mühit və sosial məsələlər ilə bağlı 

məlumatlılığın artırılması üzrə sessiyalar da keçiriləcək: 

 

 Tullantıların idarə olunması və yerbəyer edilməsi; 



 Yanacaq 

ehtiyatının təmin edilməsi; və 

 

Təhlükəli materialların idarə edilməsi/yerbəyer olunması. 



 

14.3.5 Yoxla 

 

14.3.5.1 Monitorinq, təftiş, hesabat vermə və yoxlama 

 

BP-nin  ŞD2 Tikinti mərhələsi üzrə  ƏMSSİS  ətraf mühit və sosial fəaliyyəti qiymətləndirmək 



üçün əsas göstəriciləri müəyyən edəcək. 

 

BP və  əsas tikinti və quraşdırma podratçılarının prosedur və planlarından monitorinq 



məlumatlarının, o cümlədən aşağıdakıların toplanması  və müntəzəm  şəkildə BP-yə  təqdim 

edilməsi üçün istifadə ediləcək: 

 

 

Məlumat (məs.: tullantıların həcmi, növü və utilizasiyası, qəbul edilmiş  və  həll edilmiş 



şikayətlər); 

 Yerinə yetirilmiş  işlər (məs.: tədqiqat, ictimaiyyətlə görüşlər, sahənin təftişi və onun 

nəticələri); 

 

Təftişlər zamanı aşkar edilmiş uyğunsuzluqların statusu; 



 

İşlərin gedişi zamanı yaranmış ətraf mühit, sosial və mədəni irs məsələləri (məs.: aşkar 

edilmiş çirklənmiş torpaqlar, arxeoloji tapıntılar və ekoloji məsələlər); və 

 Dağılma hadisələri kimi hallar baş verdiyi zaman sahənin təftişi və müşahidə edilməsi 

ilə bağlı hesabat verilməsi. 

 

BP və onun əsas tikinti və quraşdırma podratçıları Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin yerinə 



yetirilməsində inkişafı  və icranı, həmçinin  ətraf mühit və sosial təsirlərin qarşısının 

alınmasında yüngülləşdirici tədbirlərin səmərəliliyini qeydə almaq üçün audit aparacaq. Belə 

auditlərin qrafikləri podratçı ilə müqavilə bağlanan kimi müəyyən ediləcək, amma məqsəd 

Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin bütün elementlərinin yoxlanması olacaq. Fərdi öhdəliklərin 

audit olunması tezliyi müntəzəm nəzərdən keçiriləcək və yoxlama zamanı  aşkar edilmiş 

faktlar nəzərə alınacaq. BP ətraf mühit və sosial baxımdan narahatlıq doğuran məsələlərin 

yerində araşdırılmasını da təmin edəcək. 

 

14.3.6 Hərəkət et 

 

14.3.6.1 Düzəliş tədbirləri 

 

14.3.5 Bölməsində təsvir edilmiş təftiş və yoxlama prosesləri Uyğunsuzluq hesabatı (UH) və 



Düzəliş  tədbirləri tələbləri (DTT) ilə birlikdə  sənədləşdiriləcək. Həm BP, həm də onun əsas 

tikinti və quraşdırma podratçıları UH və DTT-yə cavab olaraq atılmış addımların səmərəliliyini 

yoxlamaq üçün fəaliyyətin izlənmə sistemini yaratmalı və idarə etməlidirlər. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/8 

Yekun variant 

BP düzəliş  tədbirlərinin yerinə yetirilməsini izləməli və gündəlik olaraq Layihə Meneceri və 

Ətraf mühit və sosial məsələlər üzrə Meneceri sonrakı  tədbirləri tələb edən uyğunsuzluq 

barədə  məlumatlandırmalıdırlar. Podratçılar öz personalının idarə olunmasına cavabdehlik 

daşımalıdır (sahədə personalla komplektləşdirmə həddində). 

 

14.4  Əməliyyat mərhələsi üzrə ƏMSSİS 

 

BP ISO 14001 Ətraf mühiti idarəetmə sisteminə (ƏMİS) uyğun sertifikatlaşdırılmış Əməliyyat 



mərhələsi üzrə  ƏMSSİS-dən istifadə edərək  ŞD2-ni idarə edəcək və bu zaman “planlaşdır, 

icra et, yoxla, hərəkət et” silsiləsinə  əsaslanacaq. BP-nin ŞD2  əməliyyat planının 

başlanmasından öncə  Əməliyyat mərhələsi üzrə  ƏMSSİS-i və tikintidən BP-nin əməliyyatlar 

mərhələsi üzrə ƏMSSİS-yə keçidə yardım etmək üçün  keçid planları hazırlanacaq. 

 

BP-nin Tikinti mərhələsi üzrə ƏMSSİS-yə oxşar BP Əməliyyatlar mərhələsi ilə bağlı ƏMSSİS-



nin əsas funksiyaları ŞD2 Layihəsi qurğularını ƏMSSTQ öhdəlikləri və qüvvədə olan hüquqi 

və tənzimləyici standartlara, eləcə də BP siyasətinə uyğun olaraq  istismar etməkdir. 

 

ISO 14001 ƏMİS-in tələblərini  əks etdirən  Ətraf mühitin idarəetmə sistemi vasitəsilə  ŞD2 



Əməliyyat Mərhələsi üzrə ƏMİS aşağıdaki tələbləri nəzərə alacaq:  

 

 Müntəzəm olaraq Ətraf mühit və sosial aspektləri, həmçinin görüləcək işlərin təsirlərini 



qiymətləndirəcək; 

 

Hər hansı əhəmiyyətli aspektləri nəzərdə tutan məqsəd və hədəfləri işləyəcək; 



 

İşçi heyətini müvafiq qaydada resurs və təlimlərlə təmin edəcək; və 

 

Əhəmiyyətli təsirləri nəzərdə tutan tədbirlərin uğuruna nəzarət edəcək və onları 



yoxlayacaq. 

 

Bu sistem icra fəaliyyətində davamlı yaxşılaşmanı təmin etmək məqsədilə yerinə yetiriləcək. 



ISO 14001 tələblərinə uyğun olan BP Əməliyyat mərhələsi üzrə  ƏMSSİS-nin  əsas 

komponentləri Cədvəl 14.2-ə göstərilib. 

 

Cədvəl 14.2 ISO 14001 ƏMİS Komponentləri 

 

ISO 14001 ƏMİS Komponentləri: 

1. ƏMİS üzrə ümumi tələblər 10. 

ƏMİS-in sənədləşməsi 

2. Ətraf mühit siyasəti 11. 

Sənədə nəzarət 

3. Ətraf mühit aspektləri 12. 

Əməliyyatlara nəzarət 

4. Hüquqi və digər tələblər 13. 

Fövqəladə hallara hazırlıq və cavab tədbirləri 

5. Məqsəd və hədəflər 

14. Monitorinq və ölçmə 

6. Ətraf mühitin idarə olunması proqramları 15. 

Uyğunsuzluq və düzəliş tədbirləri 

7. Struktur və cavabdehliklər 16. 

Qeydlər 


8. Təlim və məlumatlandırma 17. 

Ətraf Mühitin İdarəetmə Sisteminin auditi 

9. Əlaqələr 18. 

İdarəetmənin nəzərdən keçirilməsi 

 

ƏMSSTQ-də  əks olunan əməliyyat öhdəlikləri  ətraf mühitin idarə edilməsi sisteminin 



əməliyyat mərhələsi boyunca icra ediləcək. Aşağıdakı mövcud planlar ŞD2 Layihəsi ilə 

uyğunlaşdırılmaq üçün yenilənəcək və ya tələb edildiyi halda, yeni planlar hazırlanacaq: 

 

 Emissiyaların idarə olunması; 



 Tullantıların idarə olunması; və 

 

Ətraf mühitin idarə olunması və monitorinqi. 



 

Bundan başqa, mövcud AGT Regionunun Fövqəladə Hallara qarşı Cavab Tədbirləri Planı 

(FHQCTP) nəzərdən keçiriləcək və yeni boru hissələrinin, o cümlədən yeni ŞD2 qurğularının 

yerini əks etdirmək üçün sənədə düzəliş ediləcək. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/9 

Yekun variant 



14.5 SDQQ-nin idarəetmə sistemi 

 

14.5.1 Yanaşma metodu 

 

ŞD2 Qabaqlayıcı Qazma Layihəsinin quyularının qazılması prosesində istifadə edilən SDQQ 



qazma operatoru(operatorları) tərəfindən idarə edilir və  həmin operatorun özünün müstəqil 

Ətraf mühitin idarəetmə sistemi (ƏMİS) var. Qazma qurğusunun və AGT Regionunun  ətraf 

mühit məsələlərinin idarə edilməsi sistemi üzrə planların, prosedurların və hesabat verməyə 

dair tələblərin razılaşdırılması  Ətraf mühitin idarəetmə sisteminə  (ƏMİS) dair Əlaqələndirmə 

sənədinin işlənib hazırlanması yolu ilə həyata keçirilmişdir. Sənəddə təhlükəsiz və ətraf mühit 

cəhətdən məqbul iş mühitinə  təminat yaradılması üçün bütün əməliyyatların necə idarə 

olunacağı aydın  şəkildə müəyyən edilir (vəzifə  və cavabdehliklər aşağıdakı  Şəkil 14.3-də 

göstərilir). 

 

ƏMİS  Əlaqələndirmə  sənədinin məqsədi həm AGT Regionunun, həm də qazma qurğusu 



operatorunun  ətraf mühitin idarə olunması sistemlərinin AGT Regionunun Yerli əməliyyatları 

idarəetmə sistemi siyasətində göstərildiyi kimi, aşağıdakı  şərtləri yerinə yetirməsini təmin 

etməkdir: 

 

 



Heç bir qəzaya yol verməməli

 

İnsanlara heç bir xəsarət yetirməməli; və 



 

Ətraf mühitə heç bir ziyan vurmamalı. 

 

Şəkil 14.3 Qazma qurğusu ilə bağlı Ətraf mühitin idarə olunması üzrə vəzifə və 

cavabdehliklər 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏMİS  Əlaqələndirmə  sənədi operativ sənəddir və ona ildə,  ən azı, bir dəfə yenidən baxılır. 



Həm BP-nin ƏMİS-i, həm də qazma qurğusu operatorunun ƏMİS-i eyni hədəf və məqsədləri 

izləyir, onlar daxili yoxlama proseslərinin tərkib hissəsi olaraq ayrı-ayrılıqda audit olunur. 

Nəticə və tədbirlər siyahısının səmərəli mübadiləsini təmin etmək üçün yerlərdə əlaqə (rabitə) 

sistemi yaradılmışdır. 

 

BP-nin ƏMİOS  

 

Qazma qurğusu operatorunun 



ƏMİOS  

 

• 



ƏMİOS-nın qazma qurğusunda 

işləyən bütün heyətə çatdırılması  

• 

Əməliyyatlar təsdiqlənmiş 



əməliyyat prosedurlarına uyğun 

aparılmalıdır  

• 

Ekoloji tələblərin yerinə yetirilməsi 



məqsədilə rəhbərlik və 

monitorinqin həyata keçirilməsi  

• 

Ətraf mühitin qorunmasına dair 



əməliyyat proseduruna müvafiq 

hesabatvermə və Ekoloji 

monitorinq üzrə hesabat 

formalarının doldurulması 

• 

AGT Regionunun Ekoloji 



məsələlər üzrə böyük 

məsləhətçisinə 

yardım 

 

• 



Aşağıdakı sənədlərdə nəzərdə 

tutulmuş tələb və öhdəliklərin 

yerinə yetirilməsini təmin edir: 

• 

Şahdəniz Hasilatın pay 



bölgüsü sazişi;  

• 

Şahdəniz layihəsi üzrə Ətraf 



mühitin mühafizəsi 

standartları; 

• 

Müvafiq ƏMSSTQ; 



• 

Ətraf mühitin mühafizəsinə 

dair Texniki şərh (ƏMMTŞ) və 

ƏMMTŞ-ə Əlavələr  

• 

Tullantıların idarə olunması üzrə 



prosedurlar  

• 

Səlahiyyətli strukturlara müntəzəm 



hesabatları təqdim edir  

• 

Sənədlərin Ekoloji hədəf və 



məqsədlərə uyğun saxlanmasını 

təmin edir  

• 

ƏMMC üzrə İnterfeys sənədin 



yenilənməsi və saxlanması 

• 

Ətraf mühitin qorunmasına dair 



əməliyyat proseduru üzrə sənədin 

yenilənməsi və 

saxlanması

 

 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/10 

Yekun variant 



14.5.2 Monitorinq və hesabat 

 

Monitorinq və hesabatvermə AGT Regionunun siyasət və prosedurlarına uyğun olaraq aparılır 



və qazma qurğusuna aid ətraf mühitlə bağlı  əməliyyat proseduru çərçivəsində  dəqiq ifadə 

olunmuşdur. Bu prosedurda aşağıdakı kateqoriyalar üzrə hesabatvermə metodu və 

müddətləri ətraflı təsvir edilir: 

 

 Qazma 



qurğusunun göyərtəsindəki drenaj və yuyuntu suları, zibillərin utilizasiya 

edilməsi qurğusunun axıntısı  və “boz suların” (məişət-çirkab) təmizlənmə qurğusunun  

axıntısı, neftlə çirklənmiş su, yanacaq sərfinin uçotu; 

 Qazma 


məhlulları  və  şlam atqılarının həcmi və su əsaslı qazma məhlulunun(SƏQM) 

xüsusiyyətləri; 

 Sahilə göndərilmiş tullantılar; 

 Qazma/ 

təmir işləri/ sementləmə/ sınaq/ kimyəvi maddələr

 Qazma 


məhlulunun sınaq nümunəsi və nümunələrin üzərinə işarələrin qoyulması; 

 Qazma 


qurğusundakı kimyəvi maddələrə dair hesabat; 

 

Dəniz dibinin məsafədən idarə olunan sualtı aparat vasitəsilə müşahidəsi (ROV);  



 

Ətraf mühitlə bağlı  qəzalar, hadisələr, neft əsaslı mayenin və kimyəvi maddələrin 

dənizə dağılması barədə hesabat; və 

 Quyunun 

ətraf mühitlə bağlı hesabatının tamamlanması. 

 

14.5.3 Audit və baxış keçirilməsi 

 

Audit və yoxlama qazma qurğusu ƏMİS-nin əsas tərkib hissəsidir. Həm AGT Regionu, həm 



də qazma qurğusunun operatoru özlərinin müvafiq ƏMİS-nin yoxlanması sisteminə 

malikdirlər. Bu şirkətlərin hər birində auditin aşkar etdiyi nəticələrin mübadilə edilməsinə 

cavabdehlik daşıyan səlahiyyətli şəxs var. Zəruri olduğu halda, narahatlıq yarana biləcək hər 

hansı sahənin uyğunlaşdırılması üçün əlavə auditlərin və baxışların keçirilməsi tələb oluna 

bilər. Prosedurların lazımi səviyyədə yerinə yetirilməsinin təminatı üçün birgə auditlər keçirilir. 

Həm AGT Regionu, həm də qazma qurğusunun operatoru əlaqələrə nəzarət etmək, audit və 

baxış keçirilməsi nəticəsində verilən tövsiyələri izləmək və onlara riayət etmək üçün 

sistemlərə malikdirlər. 

 

14.6  Ekoloji Monitorinq Proqramı  

 

BP AGT Regionu öz layihə təsirlərinin mümkün qədər səmərəli şəkildə idarə oluna və azaldıla 



bilməsi üçün fəaliyyətlərinin  əhatə olunduğu  ətraf mühitə potensial təsirlərin dəqiq təsvirini  

vermək məqsədilə ardıcıl, uzunmüddətli məlumat toplusunu təmin etməyi nəzərdə tutan 

Ekoloji Monitorinq Proqramı (EMP) həyata keçirir. 

 

EMP 10 illik qrafiklə davam etdirilir, növbəti 3 il üçün müfəssəl monitorinq planları hazırlanır, 



növbəti 7 il üçün isə planların ümumi təsviri  əhatə olunur. Bu yanaşma proqramın bu günə 

qədər olan nəticələrini və yekun rəylərini nəzərə almaq üçün proqramın proqressiv və 

sistematik yenilənməsinə imkan verir. 

 

Dənizdə dəniz mühitinin monitorinqi aşağıdakı kateqoriyalara bölünə bilər: 



 

 

İlkin vəziyyətin müəyyənləşdirilməsinə dair tədqiqatlar – işlənmə başlanmazdan  əvvəl 



xüsusi bir yerdə fiziki, kimyəvi və ekoloji parametrlərə dair ümumi anlayış yaradır. 

İşlənmənin layihələndirməsinə təsir göstərə biləcək hər hansı qeyri-adi, yaxud həssas 

ekoloji xüsusiyyətlər də müəyyənləşdirilə bilər; 

 Qazmadan 

sonra 

tədqiqatlar – qazma işləri ilə bağlı atqıların yaxınlıqdakı ətraf mühitə 



təsirini qiymətləndirmək məqsədilə qazma əməliyyatlarından sonra həyata keçirilir; 

 Müntəzəm ekoloji monitorinq üzrə tədqiqatlar – ətraf mühitin məsuliyyətli şəkildə idarə 

olunmasına kömək etməklə AGT Regionu əməliyyatlarının təsirinin qiymətləndirməsini 

təmin edir; və 

 Regional 

tədqiqatlar – identifikasiya və  ətraf mühit dəyişikliklərinin növünə  və 

tendensiyalarına icazə vermək üçün tamamlanıb. Təbii proseslər, yaxud üçüncü 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/11 

Yekun variant 

tərəflərin digər fəaliyyətləri nəticəsində  dəniz mühitində baş vermiş  dəyişikliklərə dair 

məlumat təmin etməklə, AGT Regionunun fəaliyyətlərindən kənar yerlərdən nümunələr 

götürülür. Bu isə AGT Regionunun fəaliyyətlərindən irəli gələn potensial təsirləri  ətraf 

mühitdəki təbii fon dəyişikliklərindən və digər antropogen mənbələrdən meydana çıxan 

təsirlərdən ayırd etməyə kömək edir. 

 

ŞD Müqavilə Sahəsinin işlənməsinin bir hissəsi olaraq dənizdə  dəniz mühitinin monitorinqi 



həyata keçirilmişdir. Keçirilən dəniz mühitinin monitorinqinin əsas diqqəti bentik mühitinə 

yönəldilmişdir, çünki çöküntülərin və onların  əlaqədar bioloji toplumların vəziyyəti ümumi 

ekoloji vəziyyətin və ekoloji təsirin  ən etibarlı göstəricisi olacağı hesab edilir. Dövri olaraq 

suyun keyfiyyətini müəyyən etmək üçün nümunələr götürülür. 

 

Quruda aparılan əməliyyatlar baxımından, səylər əsasən Səngəçal terminalının yaxınlığında 



aparılan ekoloji monitorinqlə bağlı göstərilmişdir. Quruda aparılan ekoloji monitorinq qurudakı 

ekosistemin monitorinqi, quşlar ilə bağlı  tədqiqatlar,  ətraf havanın keyfiyyətinin monitorinqi, 

qrunt və səth sularının keyfiyyətinin monitorinqi kimi prosesslərdən ibarət olmuşdur. Bundan 

əlavə, Səngəçal buxtası daxilində sahilyanı balıqların monitorinqi və biomonitorinq 

aparılmışdır. Gələcək tədqiqatlar 10 illik qrafikə uyğun olaraq aparılacaq. 

 

Ətraf mühitin monitorinqi proqramı AGT Regionu tərəfindən həyata keçirilən  əsas atqıların 



əməliyyat monitorinqini də əhatə etmək üçün ŞD2 layihəsi ilə bağlı genişləndiriləcək. Bu, AGT 

Regionu  əməliyyatlarının potensial təsirlərinə dair daha dolğun anlayış  əldə etməyə imkan 

verəcək. Müntəzəm monitorinqin məqsədi eyni vaxtda aparılan regional tədqiqatların 

nəticələrini və ilkin vəziyyətə dair göstəriciləri nəzərə almaqla zaman keçdikcə baş verən 

tendensiyalara dair anlayış yaratmaqdır. İstismar əməliyyatları ilə bağlı atqıların monitorinqi ilə 

birləşdirilməklə bu yanaşma ŞD2 Layihə əməliyyatlarının təsirinin qiymətləndirilməsi, eləcə də 

müşahidə edilmiş  təsirin  ƏMSSTQ-də proqnozlaşdırılan təsir ilə müqayisə edilməsi üçün 

sağlam təməl yaradır. 

 

Xüsusi olaraq, ŞD2 Layihəsinin dəniz əməliyyatlarına istinad etməklə, EMP: 



 

 Çoxşpindelli qazma proqramı tamamlanan zaman hər birləşmə yerində qazma sonrası 

dəniz dibi tədqiqatlarını həyata keçirəcək; 

 

ŞDB Platformasının yerləşdiyi yerdə quraşdırma sonrası  dəniz dibi tədqiqatlarını 



həyata keçirəcək; və 

 

Ətraf mühit alt-komitəsi ilə  məsləhətləşdikdən sonra dəniz  əməliyyat monitorinq 



proqramının hazırlayacaq. 

 

Vaxt üzrə  və yerlər arasında aparılan müqayisələrin səmərəliliyini artırmaq üçün tədqiqatlar 



standartlaşdırılmış EMP layihəsinə uyğun olacaq. Platforma və birləşmə yerlərində fon 

tədqiqatları artıq tamamlanıb. Səngəçal buxtasında borusalma və quraşdırma işləri başa 

çatmazdan  əvvəl və sonra balıq və  dəniz dibi tədqiqatları da aparılacaq. Boru kəmərlərinin 

yerləşdirilməsi üçün sahilboyu xəndəklərin qazılmaslı ilə  əlaqədar tədqiqatlar da 

tamamlanacaq. Balıqların populyasiyası ilə bağlı  tədqiqatlar  xəndəklərin qazılması  işlərinə  

bir il qalmış, xəndəklərin qazılması ərzində və  xəndəklərin qazılması tamamlandıqdan sonra 

yerinə yetiriləcək. Xəndək qazılmasından  əvvəl və sonra dəniz dibi tədqiqatlar həyata 

keçiriləcək. Xəndək qazılmasından sonrakı  dəniz dibi tədqiqatlar xəndək qazılması  işlərinin 

tamamlanmasından bir və üç il sonra yerinə yetiriləcək. Tədqiqatlara dəniz dibinin 

yerləşməsini təsdiqləmək üçün suya endirilən video ilə çəkiliş daxil ediləcək.    

 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/12 

Yekun variant 



14.7 Tullantıların idarə olunması 

 

ŞD2 Layihəsi ərzində formalaşan bütün tullantılar BP AGT Regionunun hazırda mövcud olan 



idarəetmə planlarına və prosedurlarına uyğun idarə olunacaq. ŞD2 Layihəsinin bir hissəsi 

olaraq əmələ gələn bütün tullantılar aşağıdakı tələblərə uyğun olaraq müəyyənləşdiriləcək və 

idarə olunacaq: 

 

 BP 



və özüllər, üst tikililər, sualtı qurğular, o cümlədən terminalın tikintisi üzrə tikinti və 

quraşdırma podratçıları  tərəfindən sahəyə aid səciyyəvi tullantıların idarə olunması 

planları hazırlanacaq; 

 

İşçi qüvvəsinin məlumatlandırılması və təlimi; 



 

AGT Regionu tullantılar üzrə podratçılarının təsdiq edilmiş siyahısı; 

 

AGT Regionu tullantı növlərinin reyestri; və 



 

AGT Regionu tullantıların idarə olunması strategiyası və təlimatı. 

 

Beynəlxalq miqyasda qəbul edilmiş ən yaxşı təcrübəyə uyğun olaraq tullantıların iyerarxiyası, 



AGT Regionunun Praktiki Cəhətdən  Ən Yaxşı Ekoloji Variant (PCƏYEV) üzrə 

qiymətləndirilməsi aparılmış tullantıların mümkün utilizasiyası/təmizlənməsi texnologiyalarının, 

AGT Regionunun Tullantıların  İdarə olunması Strategiyası  və köməkçi sənədləri ilə birlikdə 

tullantıların idarə olunması məsələlərinə dair qərarların verilməsində əsas götürüləcək. Bunun 

məqsədi tullantıların  ən davamlı qaydada və AGT Regionunun standartlarına uyğun idarə 

olunmasını  təmin etmək, eləcə  də onların insan sağlamlığına təhlükə yaratmadan səmərəli 

şəkildə bərpa olunmasını, yaxud utilizasiya edilməsini təmin etmək və ətraf mühitə və sosial 

sahəyə təsirləri minimuma endirməkdir. 

 

14.7.1 Tullantıların idarə olunması prosesi və prosedurları 

 

Tullantıların idarə olunması  və minimuma endirilməsi üzrə planlar işlənib hazırlanacaq və 



gözlənilən tullantı növlərini, güman edilən həcmləri və  hər hansı xüsusi yerbəyer etmə üzrə 

idarəetmə/davranma tələblərini nəzərə almaqla ŞD2 Layihəsinin fəaliyyətlərinin bütün 

müddətində tətbiq ediləcək. 

 

ŞD2 Layihəsinin fəaliyyətləri  ərzində tullantıların idarə olunması sistemlərinin icra 



göstəricilərinə obyektiv şəkildə nəzarət etmək və bütün düzəldici tədbirlərin və təkmilləşdirmə 

tədbirlərinin müəyyənləşdirilməsini və  həyata keçirilməsini təmin etmək üçün daxili auditlər 

qrafiki işlənib hazırlanacaq. 

 

Tullantıların idarə olunması  və azaldılması planını  dəstəkləmək üçün əsas tikinti və 



quraşdırma podratçıları tullantıların idarə olunmasına dair təlim keçəcəklər: 

 

 Tullantı növlərinin və əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi; 



 Tullantıların çeşidlənməsi; və 

 Tullantıların təhvil-təslim edilməsinə dair sənədləşmə  (əgər tullantıların təhvil-təslimi 

daxil olarsa). 

 

Tullantıların utilizasiyası üzrə bütün yeni marşrutlar istifadə olunmazdan əvvəl müntəzəm 



əsasda qiymətləndirilir və onlar müvafiq yerli qanunlara və qaydalara uyğun olmalıdır. 

Tullantılar yalnız AGT Regionun tərəfindən istifadə üçün təsdiqlənmiş tullantı utilizasiyası 

obyektlərinə göndəriləcək. 

 

14.7.2 Tullantıların çeşidlənməsi və təhvil-təslimi 

 

Təkrar istifadəyə/təkrar emala imkan yaratmaq və bir-birinə uyuşmayan materiallar arasında 



təmasa yol verməmək üçün tullantı növləri mənbədə çeşidlənəcək. Çeşidləmə ilə bağlı 

tələblər konteynerlərin istifadəsinə dair qeydlər vasitəsilə aydın surətdə qeyd olunacaq və 

orada konteyner üçün münasib olan tullantı növlərini əks etdirən nişanlar göstəriləcək. 

 

Bütün tullantı daşımaları (təhvil-təslim prosesi), tullantının növünü, miqdarını, tullantının 



əmələ gəldiyi sahəni, yükü qəbul edən tərəfi, yükü göndərən tərəfi (əgər bu, tullantının əmələ 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 14 

Ətraf mühit və sosial sahənin idarə olunması 

 

Noyabr 2013-cü il 



14/13 

Yekun variant 

gəldiyi sahə deyilsə) özündə  əks etdirən fərdi Təhvil-təslim aktları ilə, təhlükəli tullantılar 

olduğu təqdirdə isə  həm “Tullantı pasportları”, həm də  tələb olunarsa, MTTP (materialın 

texniki təhlükəsizlik pasportu) sənədi ilə müşayiət olunacaq. Təhvil-təslim aktları 

imzalanmazdan və tullantılar yüklənməzdən  əvvəl bütün tullantı yüklərinin son vizual 

yoxlanılması aparılacaq. Tullantıların təhvil verilməsinə dair sənədləşmənin rəngli nüsxələri 

digər müvafiq sənədlər (məsələn, MTTP, “Tullantı pasportları”) ilə birlikdə tullantının  əmələ 

gəldiyi sahədə qalacaq. Tullantıların daşınmasına cəlb olunmuş bütün tərəflər tullantıların 

təhvil verilməsinə dair aktın bir nüsxəsini özündə saxlayacaq. 

 

Tullantıların xarakterindən və  təsdiqlənmiş  təkrar emal/ utilizasiya metodundan asılı olaraq, 



tullantılar Mərkəzi Tullantı Toplama Sahəsi (MTTS) vasitəsilə boşaltma məntəqəsinə, yaxud 

buna bənzər obyektə və ya alternativ qaydada birbaşa son təsdiqlənmiş təyinat məntəqəsinə 



göndərilə bilər. 

Yüklə 148,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə