Microsoft Word 17 abasova sirinova!doc



Yüklə 318,12 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü318,12 Kb.
#55815


Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

94 

 

Xavər ABBASOVA  

BDU-nun dosenti,  

Əminə ŞİRİNOVA  

BDU-nun b/m,  

E-mail: Emine50@box.az 

 

AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARİNİN İQTİSADİ İNKİŞAFINA DAİR 

 

Açar sözlər  - Respublika, region, proqram, inkişaf, informasiya 

 

Ключевые слова - Республика, регион, программа, развитие, информация 

 

Key words - Respublic, region, proqram, development, information. 

 

1991-ci ildə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra başqa 



sahələrdə olduğu kimi, iqtisadi sahədə də öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət 

aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları  əsasında 

yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil 

etmişdir.  

Müstəqilliyin əldə edilməsi dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı şərti olaraq 

üç əsas mərhələyə ayırmaq olar.  

Birinci mərhələ, belə demək mümkünsə, müstəqilliyin ilk illərində yalnız hakimiyyət uğrunda 

mübarizə gedişində iqtisadiyyatın xəyali “inkişaf etdirilən” sözçülük mərhələsidir. Bu dövrdə siyasət 

və iqtisadiyyat sahəsində naşı qüvvələr onun, elə danışıqlar nəticəsində də öz-özünə inkişaf edəcəyinə 

ümid bəsləyirdilər. Onlar bu əminliklə o dövrkü hakimiyyəti çox asanlıqla devirib, iqtidara gəlsələr də 

amma dağılmış hakimiyyət strukturlarını tənzimləyə bilmədilər.  

Bütün cəmiyyətin, hətta kənd  əməkçilərinin də lüzumsuz siyasiləşməsi və siyasiləşdirilməsi 

ölkənin iqtisadiyyatını bütünlüklə idxaldan – xarici istehsalçılardan asılı  vəziyyətə saldı.  İstifadədə 

olan qiymətsiz sovet əskinasları  ılə yanaşı dövriyyəyə yenicə buraxılmış milli pul da tezliklə yüz 

dəfələrlə ucuzlaşaraq adi kağız kütləsinə çevrildi. Pulun qiymət vahidini istehsal deyil, qara bazardakı 

valyuta dəllallığı  təyin edirdi. İqtisadiyyatdan az-çox başı  çıxanlar hakimiyyət strukturlarına yaxın 

buraxılmırdı, vəzifəyə gəlib çatanlar isə iqtidarın tam naşı olduğunu görüb, könüllü şəkildə vəzifədən 

qaçmağa üstünlük verirdilər.   

Lakin 1993-cü ilin ortalarına yaxın ölkədə baş verən siyasi böhran nəticəsində Azərbaycan 

xalqının ümummilli lideri Heydər  Əliyevin yenidən hakimiyyətə qayıtmasından yeni iqtisadi 

yüksəlişin başlanmasınadək, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların yatırılmasınadək, 

“Əsrin müqaviləsi”nin imzalanmasınadək olan dövrü növbəti mərhələ hesab etmək olar və xüsusilə 

qeyd etmək lazımdır ki, o, digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması 

üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə  gələcək müstəqil və güclü iqtisadi siyasətin 

zəminləri yaradıldı.  

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, 

ölkəmizin sosial-iqtisadi inkişafı  və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük 

nailiyyətlər  əldə olundu. Ən  əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu 

prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli 

yaradıldı.  

Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin 

neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər 

Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də Azərbaycan 

Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, 




Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

95

Türkiyə, Norveç, Yaponiya və  Səudiyyə  Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, 

MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, 

Delta) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının 

birgə  işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin 

imzalanması ilə başlanmışdır. 1.1  

"Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması  və onun 

gerçəkləşməsi müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasını  təşkil edən və 

Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq 

təzahürüdür.  

1999-cu il dekabrın 29-da ümummilli lider Heydər  Əliyev "Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır.  

Neft Fondunun yaradılmasının  əsas məqsədini Azərbaycan xalqının nəsilləri arasında  ədalətli 

bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft 

gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari 

sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün 

istifadə edilməsidir.  

Ulu öndər Heydər  Əliyevin müdrik qərarı  əsasında Neft Fondundan ilk vəsait Azərbaycan 

xalqının  ən ağır  şəraitdə yaşayan və  ən həssas sosial təbəqəsi olan qaçqın və  məcburi köçkünlərin 

sosial-məişət 

şəraitinin yaxşılaşdırılması ilə bağlı 

tədbirlərin maliyyələşdirilməsinə 

istiqamətləndirilmişdir.  

İqtisadi inkişafın növbəti – üçüncü mərhələsində “Azərbaycan modeli”nin həyata keçirilməsi 

üçün mühüm əhəmiyyət kəsb edən bir sıra rəsmi istiqamətləndirici sənədlər (konsepsiya, strategiya və 

proqramlar), bunları tənzimləyən dövlət sənədləri və qanunları qəbul olundu (“Azərbaycanda Kiçik və 

Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı  – 1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında 

kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan 

Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, 

“Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, 

“Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-

2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun 

azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası 

regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" 2.(2004/.N2, s.339-358); 

3(2004. N7. s.37-72); 5, 6, 7(2004.13 fevral) və s.) qəbul olundu və bir çoxları da hazırlıq 

mərhələsindədir ("Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə 

ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s.). Bütün bunlar Azərbaycan Respublikası 

Prezidentinin fərmanları ilə təsdiq olunmuş 3.  2 (2004. N2. s.337-338); 3(2007. N2. s.109-110); 5, 6, 

7(2004. 12 fevral) və onların yerinə yetirilməsi üçün bir sıra tədbirlər planı hazırlanmışdır. 4.  2.(2004. 

N2. s.359-458). 

Ümumi tədbirlər planından  əlavə regionlar üzrə  də  tədbirlər planı  və  əlavə  tədbirlər planı – 

“Azərbaycan Respublikası regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və  Dəvəçi 

rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”, “Azərbaycan 

Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi 

inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”, “Azərbaycan Respublikası regionlarının, o 

cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının 

sürətləndirilməsinə dair Tədbirlər Planı”, “Azərbaycan Respublikası regionlarının, o cümlədən  Əli 

Bayramlı şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz 

rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”, “Azərbaycan 

Respublikasının Ağdam, Bərdə  və  Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 

dair Tədbirlər Planı”, “Azərbaycan Respublikasının  Şəki  şəhərinin, Balakən, Qax və Zaqatala 

rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”, “Azərbaycan 

Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər 



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

96 

Planı” və s. hazırlanmışdır. 5.  2.(2005. N8. s.2262-2265. s.2300-23 02; N9. s.2530-2534; N10. 

s.2900-2904); (2006. N3. s.704-708); 15 (2006. N6. s.149); 2. (2006. N6. s.1440-1441);  15 (2006. 

N6. s.174-175) 

Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin də bir sıra 

müvafiq qərarları – “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə 

tədbirlər haqqında: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №46, 14 fevral 2006-ci il”, 

“Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun və Mingəçevir 

Turizm Kollecinin yaradılması haqqında: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı №45, 

13 fevral 2006-cı il” və s. qəbul olundu. 6. 15(2006 N.5. s.150-151, s. 149-150)  

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti hər yarım ildən bir və ilin başa 

çatmasından sonra Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi 

inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş müşavirələr keçirərək, planların 

yerinə yetirilməsinə dair nəticələri təhlil edilir, yekunlar vurulur, nəticələr çıxarılır və cari düzəlişlər 

qəbul edilirdi: – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2005-ci ilin sosial-

iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda göstərildiyi kimi, Azərbaycan iqtisadi artım 

baxımından dünyada lider ölkəyə çevrilmişdir – 2006, “Azərbaycan Respublikası regionlarının sosial-

iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) icrasının bir illiyinə  həsr olunmuş 

konfrans”, “Ümummilli lider Heydər  Əliyevin təşəbbüsü ilə başlanmış genişmiqyaslı islahatlar öz 

bəhrəsini verir: Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə  həsr olunmuş 

konfrans” və s. göstərdi ki, Azərbaycan iqtisadi artım baxımından dünyada lider ölkəyə çevrilmişdir. 

7.  5.(2006 1 fevral. s.1, s.4); (2005. 13 fevral s.1);  (2006. 25 fevral s.1) 

Görülən bütün bu işlər, xüsusilə  də Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 

bilavasitə  rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər dövlətçilik 

mənafelərinə üstünlük verən respublika mətbuatında, eləcə  də alimlərin elmi əsərlərində  ətraflı  şərh 

edilir və geniş işıqlandırılır.  

Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin regionlara səfəri 

zamanı dövri mətbuat həmin səfərlərin məqsəd və  məramlarının işıqlandırılmasında xüsusilə 

fərqlənirdi. Bu qəbildən “Azərbaycan” qəzetində  dərc olunmuş “Daim xalqın içində: Azərbaycan 

Prezidenti  İlham  Əliyevin bölgələrə  səfəri haqqında” adlı redaksiya məqaləsi, D.Bayramovun 

“Azərbaycan” qəzetində  dərc olunmuş “Məqsəd xalqın rifahını yüksəltməkdir: Ölkə Prezidentinin 

regionlara səfəri rayonların sosial-iqtisadi inkişafını sürətləndirir”, Y.Qafarın “İki sahil” qəzetində 

dərc olunmuş “Sosial ədalət prinsipi bərqərar olur: Dövlət başçısı İlham Əliyevin regionlara 2003-cü 

ildən başlanan səfərləri ölkənin ümumi inkişafı üçün əlverişli imkanlar yaratmışdır” adlı məqalələri və 

s. bu kimi yazılarla əhalinin ətraflı məlumatlandırılmasına geniş yer verilirdi. 8. 5.(2004. 23 oktyabr. 

S.2); (2005. 28 avqust. s.1); 24 (2006. 15 avqust. s.4); Adlarından da göründüyü kimi bu yazıların 

dərc edilməsindən  əsas məqsəd rayonların sosial-iqtisadi inkişafı ilə bağlı  təbliğat işlərini 

genişləndirməkdir. 

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Respublika Prezidentinin rayonlara səfərləri zamanı 

əhalinin bölgələrdə daimi iş yerləri ilə  təmin olunması üçün də  tədbirlər görülür, müasir tələblərə 

cavab verən yerli emal müəssisələrinin tikilib işə salınması ilə  əhalinin böyük bir qismi işlə  təmin 

edilirdi ki, bu da ölkədə demoqrafiya durumunun daha da sabitləşməsinə imkan verirdi. Bu qəbildən 

respublika mətbuatında və elmi araşdırmalarda Prezidentin regionlara səfərləri ilə bağlı bir sıra 

əhəmiyyətli yazılar dərc olunmuşdur. Belə təbliğat xarakterli və geniş məlumatlandırıcı məqalələrdən 

biri də  Ə.Bədəlovun “Xalq qəzeti”ində  dərc etdirdiyi “Prezidentin regionlara səfərləri yeni iş 

yerlərinin açılmasına zəmin yaradır” adlı  məqaləsidir. Məqalədə  işsizliyin aradan qaldırılması 

yollarının müxtəlifliyinə xüsusilə diqqət yetirilir. 9. 6.(2006. 18 avqust s.5) 

Respublika iqtisadiyyatının inkişafının  şaxələndirilməsinin gələcəkdə neft və qaz resurslarının 

tükəndiyi zaman əhalinin məşğuliyyət və dolanışacağının təmin olunmasında mühüm rol oynayacağı 

elə indidən respublika rəhbərliyinin diqqət mərkəzindədr. Azərbaycan Respublikasının Prezidenti 

cənab  İlham  Əliyevin dediyi kimi, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı 



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

97

şaxələndirmək və daxili tələbatı yerli istehsal hesabına təmin etmək dövlətimizin iqtisadi siyasətinin 

əsas məqsədidir. Bu baxımdan bölgələrdə müxtəlif yönümlü emal müəssisələrinin inşa edilib, işə 

salınmasının xüsusi əhəmiyyəti vardır. İmişli Şəkər zavodunun açılışı da xüsusi əhəmiyyət kəsb edən 

belə istehsal obyektlərindən olmuşdur.10. 5.(2006. 24 mart. s.1);  

Respublikanın ayrı-ayrı iqtisadi bölgələrinin, rayonlarının,  şəhər və  kəndlərinin inkişafı 

məsələləri də ayrı-ayrı bölgələr üzrə  fərdi qaydada respublika mətbuatında geniş  işıqlandırılır. 

Bunlardan Z.Fərəcovun “Respublika” qəzetində  dərc etdirdiyi “Abşeron: Qarşıda mühüm vəzifələr 

durur: (RİH başçısının hesabatı)” məqaləsini, “Azərbaycan” qəzetində  dərc olunmuş “Azərbaycanın 

hər bir bölgəsi inkişaf etməlidir: Azərbaycan Prezidenti İlham  Əliyevin ölkəmizin Qərb bölgəsinə 

səfəri: Ağstafa Azərbaycan Prezidentini hərarətlə qarşıladı”, “Sürətli iqtisadi inkişaf, infrastruktur 

layihələrinin həyata keçirilməsi, sosial sahəyə diqqətin artması bugünkü Azərbaycanın həqiqətləridir: 

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncəyə səfəri” və “Azərbaycanın hərtərəfli inkişafı bölgələrin 

inkişafından asılıdır: Azərbaycan Prezidenti İlham Əliyevin Zaqatala rayonuna səfəri” adlı redaksiya 

məqalələrini və səfərlə bağlı materiallarının dərc edildiyi yazılarda onların əsas məqamları hərtərəfli 

şərh olunur, xalq arasında izahat işləri aparılırdı. 11. 7.(2006. 21 fevral. s.4); 5 (2004. 18 iyun; 2005. 

12 oktyabr; 2006. 13aprel); Əhalinin iqtisadi inkişaf proqramına, eləcə  də  şəxsən Prezident İlham 

Əliyevin bölgələrdə  əhali tərəfindən səmimi qarşılanmasına da mətbuat səhifələrində geniş yer 

verilirdi. Bu baxımdan 2004-cü il sentyabrın 12-də “Azərbaycan” qəzetində  dərc olunmuş “Bizim 

məqsədimiz Azərbaycanın hərtərəfli inkişafına, xalqın rifahının daim yüksəlməsinə nail olmaqdır: 

Azərbaycan Prezidenti İlham  Əliyevin Bərdəyə  səfəri” adlı yazının və  səfərlə bağlı materialların 

işıqlandırılmasının da böyük əhəmiyyəti vardır. 12. 5.(2004. 12 sentyabr. s.1);  

Müharibə  şəraitində yaşayan  əhalinin, ilk növbədə qaçqınların və  məcburi  köçkünlərin həyat 

şəraitinin yaxşılaşdırılması  məsələsi də Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bərdə rayonuna, Mingəçevirə və s. bölgələrə 

səfəri zamanı bu məsələyə xüsusi önəm verilmiş, o, qaçqın və  məcburi  köçkünlərlə, Qarabağ 

müharibəsi  əlililləri ilə  görüşmüş, onların həyat  şəraitinin yaxşılaşdırılması barədə öz məsləhət və 

tapşırıqlarını vermişdir. Bütün bunlar respublika mətbuatında geniş işıqlandırılmışdır. Respublikanın 

əsas dövlət qəzeti olan «Azərbaycan» qəzetində həmin məsələ xüsusilə geniş işıqlandırılmış, səfərlərin 

materialları  dərc edilmişdir. Qəzetdə  dərc olunmuş  “Əliyev  İ.  İqtisadi və sosial inkişaf, insanlara 

diqqət və qayğı Azərbaycanın dövlət siyasətinin ana xəttidir: Mingəçevirdə  məcburi köçkünlər üçün 

salınmış  qəsəbənin açılış  mərasimində Azərbaycan Prezidenti İlham  Əliyevin nitqi”, “Ölkəmizdə 

xalqın sosial problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir: Azərbaycan Prezidenti 

İlham Əliyevin Şamaxı rayonuna səfəri”, “Əhalinin, ilk növbədə qaçqınların və məcburi köçkünlərin 

həyat  şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir”, “Prezident 

İlham  Əliyev Qarabağ müharibəsi  əlili  Şakir  Əliyevin qonağı olmuşdur” və s. adlı yazılar xüsüsi  

əhəmiyyət kəsb edir.13. 5. (2004. 10 iyun. s.1); 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının həyata keçirilməsi sahəsində 

bölgələrdə aparılan ümumdövlət  əhəmiyyətli inşaat işlərinin də  mətbuatda, elmi ədəbiyyatda 

işıqlandırılması,  şərh edilməsi az əhəmiyyət kəsb etmir. Bu baxımdan  Şamaxı Olimpiya İdman 

Kompleksinin,  Şəki və Xaçmaz Modul Tipli Elektrik Stansiyalarının, Naxçıvan Beynəlxalq Hava 

Limanının, Naxçıvan  şəhərində Diaqnostika-Müalicə  Mərkəzinin və s. açılışı,  əhalinin yerli ərzaq 

məhsulları ilə tam təmin edilməsi məqsədilə bölgələrdə  ərzaq məhsulları istehsal edən emal 

müəssisələrin – İmişlidə Şəkər Zavodunun işə salınması, Şəmkir quşçuluq fabrikinin və s. istifadəyə 

verilməsi və Respublika Prezidenti İlham  Əliyevin bu tədbirlərdə  iştirak etməsi  ətraflı araşdırılıb-

öyrənilmiş və geniş işıqlandırılmışdır. 14. 5.(2004. 13 may. s.3; 2006.2 dekabr. s.1);  

Bu qəbildən diqqəti cəlb edən ümumiləşdirici  əsərlərdən Azərbaycan Respublika Dövlət 

Statistika Komitəsinin illər üzrə  nəşr etdirdiyi “Azərbaycanın regionları – 2004”, “Azərbaycanın 

statistik göstəriciləri – 2004”, “Azərbaycanın regionları – 2005”, “Azərbaycanın statistik göstəriciləri 

2005”, “Azərbaycanın regionları – 2006”, “Azərbaycanın regionları – 2007” toplularını göstərmək 

olar. 15. 3.(2004. s.801; 2005. s.868; 2006. s. 713, 413); 



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

98 

“Azərbaycanın regionları – 2004” adlı məcmuədə Azərbaycan Respublikası regionlarının sosial-

iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı  və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 

Proqramı verilmişdir. 

Kitabda ölkənin iqtisadi rayonları üzrə statistik göstəriciləri, Azərbaycan Respublikasının Milli 

Siyahıya alınması və sosial-iqtisadi vəziyyətindən bəhs olunur. Eyni zamanda bu məcmuədə 1995-ci 

ildən 2003-cü ilə qədər təqdim olunmuş rayonların ayrı-ayrı statistik göstəriciləri də xəritə ilə birlikdə 

verilmişdir. 16. 3.(2004.s 697) 

Azərbaycan Respublika Dövlət Statistika Komitəsinin illər üzrə  nəşr etdirdiyi “Azərbaycanın 

statistik göstəriciləri  2004” toplusu 17. 3.(2004. s.801) Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin bazar iqtisadiyyatına keçid şəraitində ölkənin iqtisadi, sosial və siyasi həyatında baş 

verən prosesləri  əks etdirən illik nəşrdir və adından da göründüyü kimi, bütün bölgələr üzrə illik 

statistik məlumatlara malikdir.  

“Azərbaycanın statistik göstəriciləri 2005” məcmuəsi növbəti təsərrüfat ilində  əldə olunan 

nailiyyətlərə  həsr olunub. Kitab Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bazar 

iqtisadiyyatına keçid şəraitində ölkənin iqtisadi və sosial həyatında baş verən prosesləri  əks etdirən 

dolğun illik nəşrdir. Burada “Əsas sosial-iqtisadi göstəricilər” (s.34-40), “Əsas sosial-iqtisadi 

göstəricilərin indeksi” (s.40-41), “2004-cü ildə MDB ölkələri üzrə  əsas sosial-iqtisadi göstəricilər” 

(s.42-44) bölmələri verilmişdir ki, bu da Azərbaycan Respublikasının iqtisadi inkişaf tempini 

postsovet respublikalarının durumu ilə müqayisə etməyə imkan verir. 18. 3.(2005. s.868). 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2006-cı ildə nəşr etdiyi növbəti məcmuə 

“Azərbaycanın regionları” adlanır. 19. 3.(2006. s.713). Bu məcmuədə Azərbaycan Respublikası 

regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008) təsdiq edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin fərmanı  və Azərbaycan Respublikası regionlarının sosial-

iqtisadi inkişafı Dövlət Proqramı da verilmişdir. Burada ölkənin hər bir rayonu ayrı-ayrılıqda iqtisadi 

rayonlar üzrə qruplaşdırılaraq, 1999-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli 

Siyahıyaalınmasının mühüm göstəriciləri, sosial-iqtisadi vəziyyəti xarakterizə edən statistik 

göstəricilər, rayonların xəritəsi və qısa coğrafi məlumatları təqdim olunur. Bu məcmuədə göstəricilər 

2000-ci ildən 2005-ci ilədək verilmişdir. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdiyi dəyərli toplulardan biri də 

“Regionların sosial-iqtisadi inkişafı: (2004-2008-ci  illər)” adlanır. Məcmuədə Azərbaycan 

Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008) təsdiq edilməsi 

haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Dövlət Proqramının bəndləri üzrə 

tədbirlərin sayı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının 

(2004-2008-ci illər) yerinə yetirilməsinin istiqamətləri, Azərbaycan Respublikasında makroiqtisadi 

sabitliyin və davamlı inkişafın iqtisadi rayonlar üzrə  təmin edilməsi, rayonların sosial-iqtisadi 

inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş tədbirlər planları verilmişdir. 20.  3.(2006.s. 416). 

Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi yeddicildlik 

“Azərbaycan tarixi”nin sonuncu cildinin III bölməsinin III fəsli “Əsaslı iqtisadi islahatlar. İqtisadi 

inkişaf. Sosial dirçəliş” adlanır. Burada Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına 

geniş yer verilmişdir. 21. (30.s.676.). Təbii ki, Azərbaycan Respublikasının müstəqilliyi dövründə 

iqtisadiyyat sahəsində gördüyü bütün işləri belə çoxcildli əsərdə  hərtərəfli işıqlandırmaq qeyri-

mümkündür. Bununla belə  əsərdə iqtisadi böhranla mübarizə, neft strategiyası, Yeni İpək Yolu, 

iqtisadiyyatda struktur dəyişiklikləri, aqrar islahatlar, kənddə sahibkarlığın inkişafı, iqtisadi dirçəliş 

kimi məsələlərə geniş yer verilmiş,  əldə edilən ilk nailiyyətlər, xüsusilə  də, hər cür xarici və daxili 

maneələrə baxmayaraq, Azərbaycanın Xəzər dənizi hövzəsində neft strukturlarının tədqiqi və 

istismara cəlb edilməsi, Azərbaycan Respublikasının iqtisadiyyatına xarici sərmayələrin yatırılması 

məsələləri işıqlandırılmışdır. 22. (30.s 395-422); Əsası ümummilli lider Heydər  Əliyev tərəfindən 

qoyulmuş Azərbaycanın neft strategiyası, xarici şirkətlərin vahid konsorsiumda birləşdirilməsi 

tədqiqatçılar tərəfindən yüksək dəyərləndirilmişdir və bu, onun müstəsna istedadından irəli gələn bir 



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

99

şeydir. Bunu tam aydınlığı ilə dərk etmək üçün bircə onu demək lazımdır ki, Rusiya Federasiyası kimi 

nəhəng bir dövlət 2008-ci ilin sonu– 2009-cu ilin əvvəllərində qaz istehsalı ilə bağlı belə bir 

konsorsium yaratmaq həvəsinə düşsə  də, bu istəyi həm baş nazir V.V.Putin,  həm də D.Medvedev 

qətiyyətlə təklif etsələr də, həmin arzu uğursuzluğa düçar olmuş, Rusiya Federasiyası bütün dünyada 

etibarlı tərəfdaş imicini itirmişdir. 23.  38 

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı  aйры-айры  тядгигатчыларын 

арашдырмалары сырасында Əlirzayev Ə., Ələkbərov Ə., Rzayev Y., Əhmədov Ə., Hacıyev M. вя 

башгаларынын əsərlərinin адларыны чякмяк олар. 

Ə.Əlirzayevin  «İslahatlar və sürətlənmə strategiyası  şəraitində Azərbaycanın sosial-iqtisadi 

inkişaf problemləri: Təcrübə, meyllər və perspektiv istiqamətlər» 24. (31. s.537); kitabında 

Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, onun meylləri, dinamikası  və  əsas inkişaf 

istiqamətlərinin konseptual əsasları  təhlil olunur, sürətləndirmə strategiyası baxımından keyfiyyətcə 

yeni tələblərə uyğun mexanizmlər və idarəetmə üsulları, ölkənin inkişaf layihəsi, qloballaşmanın, 

sosial-iqtisadi problemlərin həllinin inkişaf strategiyası göstərilmişdir.  Əsərdə “Regional inkişafın 

bazar münasibətləri  şəraitində sürətləndirilməsinin  əsas istiqamətləri”, “Regional sosial-iqtisadi 

inkişafın nəzəri-metodoloji  əsasları”, “Regional inkişafın dinamikası  və struktur təhlili”, “Sosial-

iqtisadi inkişaf və sahibkarlığın regional problemləri” bölmələri verilmişdir. 

Ə.Ələkbərovun “Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin rolu” 

adlı monoqrafiyasında dövlət büdcəsinin tərtibi, təsdiqi və icrası mexanizmi, dövlət maliyyə 

nəzarətinin formaları, dövlət büdcəsinin ölkənin sosial-iqtisadi və digər strateji proqram və 

problemlərinin həllində rolu və s. məsələlər haqqında məlumat verilmişdir və şərhlər aparılmışdır. 25. 

(32. s.350); 

Y.Rzayevin  “Bura Oğuzdur...: (Oğuz rayonu haqqında məlumat-informasiya kitabı)” adlı 

monoqrafiyasında adı keçən rayonun iqtisadiyyatı, sənətkarları, yaşayış  məntəqələri və s. haqqında 

geniş  məlumat verilmişdir. “Oğuz rayonunun iqtisadi, sosial və  mədəni inkişafı haqqında məlumat” 

(s.63-82) kitabın V fəslində öz əksini tapmışdır. 26. (33. s.155) 

Ə.Əhmədov və M.Hacıyevin  “Azərbaycanın iqtisadiyyatı” adlı kitabında Azərbaycan 

iqtisadiyyatının bölmələr üzrə konkret iqtisadi göstəriciləri verilməklə yanaşı, mövcud sosial-iqtisadi 

problemlərin həlli strategiyası və taktikası təklif olunur. Vəsaitdə Azərbaycan iqtisadiyyatının, onun 

ayrı-ayrı sahələrinin, firma və müəssisələrinin inkişaf meylləri və perspektivləri də təhlil edilmişdir. 

27. (34 s. 177) 

Ə.C.Qasımov, H.A.İsrafilov, E.M.Hacızadə və E.A.Ağayevin “Regionların sosial-iqtisadi inkişaf 

problemləri  (Şəki-Zaqatala regionu timsalında)” adlı monoqrafiyası da mühüm elmi əhəmiyyət kəsb 

edir. Azərbaycan Dövlət  İqtisad Universitetinin adları  çəkilən  əməkdaşları  tərəfindən  Şəki-Zaqatala 

regionu timsalında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə kömək edə biləcək çox zəngin təbii və 

iqtisadi ehtiyatlar aşkar edilmiş və onlardan elmi əsaslarda daha dolğun və səmərəli istifadə edilməsi 

yolları göstərilmiş, eləcə  də, bu məqsədlərə çatmaq üçün maliyyələşdirmə  mənbələri 

müəyyənləşdirilmişdir. 28.  (35. s.300) 

K.Əliyevin  Azərbaycan Dövlət  İqtisad Universitetində müdafiə etdiyi “Aqrar sahədə 

sahibkarlığın inkişafının regional problemləri” adlı namizədlik dissertasiyasında aqrar sahədə 

sahibkarlığın inkişafının metodoloji, regional problemlərinin  əsas istiqamətləri təhlil edilmişdir. 29. 

(36. s.136) 

A.Orucovun Azərbaycan MEA İqtisadiyyat  İnstitutunda müdafiə etdiyi “Azərbaycan 

Respublikasının regionlarında sahibkarlığın inkişaf problemləri” adlı namizədlik dissertasiyasında 

sahibkarlıq müasir şəraitdə iqtisadi inkişafın  əsası kimi, Azərbaycanda sahibkarlığın dövlət 

tənzimlənməsi və onun regional aspektləri, regional sahibkarlığın inkişafının  əsas yolları  və 

infrastruktur təminatı və s. məsələlər təhlil edilmiş, bir sıra tövsiyələr verilmişdir. 30.  (37. s.160) 

M.Qasımovanın Naxçıvan Dövlət Universitetində müdafiə etdiyi “Bazar münasibətləri şəraitində 

iqtisadiyyatın transformasiyası  və regional sosial-iqtisadi inkişaf problemləri” adlı namizədlik 

dissertasiyasında iqtisadiyyatın transformasiyası və regional sosial-iqtisadi transformasiyasının nəzəri-



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

100

metodoloji  əsasları  və prinsipləri, sosial-iqtisadi inkişafın  əsas amilləri və istiqamətləri, iqtisadi 

inkişafın tənzimlənməsi və dövlət himayəçilik siyasətinin regional xüsusiyyətləri təhlil edilmişdir. 31. 

(38. s. 158) 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci 

illər)” və onun yerinə yetirilməsi haqqında qəzet və jurnallarda dərc olunmuş ayrı-ayrı materiallar və 

kiçik həcmli elmi-tədqiqat əsərləri – elmi məqalələr də əhəmiyyət kəsb edir.  

Ümumi məzmunlu bir sıra elmi-tədqiqat əsərlərində, eləcə də ayrı-ayrı bölgələr üzrə aparılmış 

tədqiqat  əsərlərində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üçün dəyərli 

materiallar kifayət qədər çoxdur. Onlardan T.Abbasovun “İqtisadiyyat və audit” jurnalında dərc 

olunmuş “Aqrar bazarın sosial-iqtisadi nəticələrinin səmərəliliyi: Regional inkişaf: Reallıqlar, 

problemlər”, R.Ağazadənin “İqtisadiyyat və audit” jurnalında dərc olunmuş “Sahibkarlığın inkişafı 

iqtisadi artımın  əsas amilidir”, Ə.Allahverdiyevin  “İqtisadiyyat və audit” jurnalında dərc olunmuş 

“Azərbaycanda iqtisadiyyatın səmərəli strukturunun formalaşmasının aktual vəzifələri” və b. 

məqalələrini göstərmək olar. 32. 39 (2004. N7. s. 73-16; N7. s. 35-38; N5 s. 9-14); 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı üzrə ayrı-ayrı 

təsərrüfat sahələri ilə bağlı dəyərli elmi-tədqiqatlar aparılmış və diqqəti cəlb edən əsərlər yazılmışdır. 

Onlardan sosial-iqtisadi inkişafda nəqliyyatın rolunun yüksəldilməsi ilə bağlı F.Bağırovun “Nəqliyyat 

hüququ” jurnalında dərc olunmuş “Ölkənin sosial-iqtisadi inkişafında nəqliyyatın rolunun 

yüksəldilməsi istiqamətləri”, Z.Məmmədlinin “Azərbaycan Kooperasiya Universiteti” xəbərlərində 

dərc olunmuş “Azərbaycan regionlarında nəqliyyat-iqtisadi əlaqələrin təkmilləşdirilməsi yolları” adlı 

məqalələrini və b. göstərmək olar. 33.  42.(2004. N1. 57-62); 43(2006. N1,2. s.5-10) 

2004-2008-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 

Programının həyata keçirilməsi sahəsində dövlət büdcəsinin rolu ilə bağlı yazılmış  əsəsrlərdə  də 

təhlillər aparılmış, dəyərli tövsiyələr verilmişdir. Bu baxımdan A.Bayramovun “Maliyyə  və uçot” 

jurnalında dərc olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət büdcəsinin rolu”, 

S.Səfərovun “İqtisadiyyat və audit” jurnalında dərc olunmuş “İlham Əliyevin iqtisadi siyasəti dövlət 

büdcəsi ilə reallaşdırılır”, S.Xəlilovun “İpək yolu” jurnalında dərc olunmuş “2005-ci ilin dövlət 

büdcəsi və sosial-iqtisadi inkişaf” adlı  məqalələrini və b. göstərmək olar. 4.(2004. N8. s.2-5);. Bu 

əsrlərdə dövlət büdcəsinin həm ayrı-ayrı sahələr, həm də ayrı-ayrı bölgələr üzrə işlənilib hazırlanması 

məsələlərinə diqqət yetirilir, adı  çəkilən  əsərlərin hər birində aqrar sahənin inkişaf etdirilməsi 

məsələlərinin ön plana çəkilməsi tövsiyə olunur. 

Ərzaq bazarının formalaşması ilə bağlı  tədqiqatlara gəldikdə, N.Əhmədovun  “İqtisadiyyat və 

audit” jurnalında dərc olunmuş  “Ərzaq bazarının formalaşmasının regional xüsusiyyətləri: Regional 

inkişaf: reallıqlar, problemlər” adlı məqaləsini xüsusi qeyd etmək lazımdır. 35. (2004. N8. s.2-5) 

Azərbaycanın sosial-iqtisadi inkişafında kreditləşmənin  əhəmiyyəti ilə bağlı aparılan 

araşdırmalar sırasında H.Hacıyevin “Maliyyə  və uçot” jurnalında dərc olunmuş “Aqrar bölmənin 

sosial-iqtisadi inkişafında kreditləşmənin  əhəmiyyəti”, F.Kaşıyevanın “İqtisadiyyat və audit” 

jurnalında dərc olunmuş “Müasir iqtisadi şəraitdə investisiya qoyuluşunun həcminin və strukturunun 

tənzimlənməsində pul-kredit siyasətinin rolu” adlı məqalələrini göstərmək olar. 36. 4(2004. N6. s. 27-

31); 39 (2006. N1. s. 33-37); 39(2006. N1. s. 33-37) 

Ümummilli lider Heydər  Əliyevin neft strategiyası ilə bağlı aparılan araşdırmalar sırasında 

üstünlüyü gündəlik mətbuat yazıları tutur. Bu baxımdan “Azərbaycan” və “Xalq qəzeti” xüsusilə 

fərqlənmişlər. Həmin mövzu ilə bağlı dərc olunmuş yazılardan T.Əbdülhəsənlinin “Heydər Əliyevin 

neft strategiyası Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edir”, M.Əhmədovun “Neft strategiyası 

Azərbaycanın iqtisadi yüksəlişinin  əsasını qoydu”, M.Atakişiyevin “Ölkənin inkişafını  təmin edən 

yeni neft strategiyası: [Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf 

modeli Azərbaycanı  Cənubi Qafqaz regionunda ən qüdrətli dövlətə çevirmişdir]”, Q.Kərimovun 

“Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisi: Ümummilli liderimiz Heydər  Əliyevin 

müəllifi olduğu yeni neft strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla 




Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

101

həyata keçirilməsi respublikamızın dinamik inkişafına əsaslı zəmin yaratmışdır” adlı məqalələrini və 

b. göstərmək olar. 37. 5(2004. 4 iyun s.5); 6(17 sentyabr s.3); 5(2006. 5 may s.5).. 

Aqrar bölmənin inkişaf etdirilməsi ilə bağlı respublika mətbuatında, elmi ədəbiyyatında 

“Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)” 

xüsusilə geniş  işıqlandırılmışdır. Respublikanın bütün mətbuat vasitələrində bu məsələyə geniş yer 

ayrılmışdır. 

Eyni sözləri sənaye, inşaat və turizm sahələrinə də aid etmək mümkündür. 

Nəzərdən keçirdiyimiz icmal araşdırmaya əsasən qeyd etmək olar ki, geniş (monoqrafiya, kitab, 

dissertasiya) və kiçik həcmli (məqalə, tezis və s.) elmi-tədqiqat əsərlərində, gündəlik və həftəlik dövri 

mətbuatda Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafla bağlı kifayət qədər geniş araşdırmalar 

aparılmış, təhlillər olunmuş və səmərələşdirici təkliflər verilmişdir. Bunlar həm sosial-iqtisadi inkişaf, 

həm regionlar, həm sahibkarlıq, həm də ayrı-ayrı sahələr üzrə – aqrar, nəqliyyat, neft-mədən, sənaye, 

turizm, inşaat və s. sahələri əhatə edir.  

 

ƏDƏBİYYAT SİYAHISI 

 

       


1

.  http://www.azerbaijan.az/_Economy/_GeneralInfo/_generalInfo_a.html 

2. 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. Azərbaycan Respuiblikası regionların 



sosial-iqtisadi inkişafı. Dövlət Proqramı (2004-2008-ci illər). 

3

 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi B.Sədr  



4.

 Maliyyə və neot.  

5. 

Azərbaycan 



6. 

Xalq qəzeti  

7.

 Respublika 



8. 

 Azərbaycan Respublikası Sosial-iqtisadi inkişafı. Dövlət proqramı (2004-2008-ci illər) üzrə 

həyata keçirilməli tədbirlər. 2.2004 

9.

 Azərbaycan Respublikası regionların, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və dövlət 



rayonlarının sosial iqtisadi inkişafının sürətlənməsinə dair Fəal birləş. Planı. 2.2005 

10.


 Azərbaycan Respublikası regionlarının o cümlədən Qəbələ,  İsmayıllı, Oğuz və  Şamaxı 

rayonlarının Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı. 2.2005 

11. 

 Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı 



və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı. 2.2005 

12.


 Azərbaycan Respublikası regionlarının, o cümlədən  Əli Bayramlı  şəhəri, Hacıqabul, 

Kürdəmir, Saatlı, Sabiraabd, ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi 

inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı. 2.2005 

13. 


Azərbaycan Respublikasının Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının 

sürətləndirilməsinə dair tədbirlər planı. 2.2006. N3. 

14.  

Azərbaycan Respublikasının  Şəki  şəhərinin, Balakən Qax və Zaqatala rayonlarının sosial-



iqtisadi inkişaf Qanun. 2006 N6  

15. 


 Qanun. 2006. N6. 

16.


 Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial iqtisadi inkişafının sürətlən-

dirilməsinə dair Tədbirlər Planı N. 2006.  

17.

    Azərbaycan Respublikasının heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə  tədbirlər 



haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı. 15.2006. N5. 

18.


 Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin Kollecinin yaradılması 

haqqında. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı 15.2006. N5 

19. 

Əliyev İ. Azərbaycan iqtisadi artım baxımından dünyada lider ölkəyə çevrilmişdir. 5.2006. 1 



fevral  

20. 


Əliyev İ. Biz qarşımızda duran bütün məsələləri həll edəcəyikl. 5.2005. 13 fevral.  


Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

102

21

 Əliyev İ. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmış geniş miqyaslı islahatlar öz 



bəhrəsini verir. 5.2006. 25 fevral.  

22.


 Daim xalqın içində: (Azərbaycan Prezidenti İlham  Əliyevin bölgələrə  səfəri haqqında). 

5.2004.. 23 oktyabr.  

23.

 Bayramov D. Məqsəd xalqın rifahını yüksəltməkdir. 5.2005. 28 avqust  



24.

 Qaxas. T. Sosial ədalət prinsipi bərqərar olub. İki sahil. 2006. 15 avqust.  

25.

 Bədəlov Ə. Prezidenrin regionlara səfəri yeni şi yerlərinin açılmasına zəmin yaradır. 6.2006. 



18 avqust.  

26.


 Əliyev İ. Qeyri neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirmək və daxili tələbatı 

yerli hesabına təmin etmək iqtisadi siyasətimizin əsas məqsədidir. 5.2006. 24 mart.  

27. 

Fərəcov Z. Abşeron: Qarşıda mühüm vəzifələr durur. 7.2006. 21 fevral  



28.

 Azərbaycanın hər bir bölgəsi inkişaf etməlidir. 5.2004. 18 iyun; 2005. 12 oktyabr; 2006 13 

aprel (materiallar) 

29. 


Əliyev İ. İqtisadi və  sosial inkişaf

 

, insanalar diqqət və qayğı Azərbaycan dövlət siyasətinin 



ana xəttidir. 5.2004. 10 iyun.  

30.


 Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. B.Elm. 2003.  

31.


  Əlizayeva  Ə.  İslahatlar və sürətlənmə strategiyası  şəraitində Azərbaycanın sosial iqtisadi 

inkişaf problemləri.: Təcrübə, meyllər və perspektiv istiqamətlər. B.Adiloğlu. 2005.  

32.

  Ə.Ələkbərov. Azərbaycan dövlətiin sosial-iqtisadi inkişafınnda vahid büdcə sisteminin rolu 



(elmi red: İkt. E.d, prof. Ş.M.Muradov. B. Elm. 2005) 

33.


 Rzayev Y. Bura Oğuzdur.....: (Oğuz rayonu haqqında məlumat-informasiya kitabı) 

Mingəçevir 2006. 

34.

  Əhmədov  Ə, Hacıyev M. Azərbaycanın iqtisadiyyatı. (Azərbaycan Respublikası 



mühəndislik). Xeyriyyə Cəmiyyəti , Red: E.Cəfəfrov, B.Səda. 2004 ) 

35.


 Qasımov Ə. C, israfilov H.A, hacızadə E.M, Ağayev E.A. Regionların sosial-iqtisadi inkişaf 

problemləri (Şəki-Zaqatala regionu timsalında ADİU. B.İqt. Un-ti, 2006) 

36. 

Əliyev K. Aqrar sahədə sahibkarlğın inkişafının regional problemləri. 08.00.05- Xalq 



təsərrüfatının iq-tı və idarə edilməsi (makroiqtisadi səviyyə) İq.t e.n. alim dəs. Almaq üçün təq. Ol. 

Dis / ADİM.B. 2005 

37.

 Orucov A. Azərbaycan Respublikasının regionlarında sahibkarlığın inkişaf problemləri. 



08.00.05 – Xalq təsərrüfatının iq-tı və idarə edilməsi (regional iqtisadiyyat) İqt. E.n. alim dəs. Almaq 

üçün təq. Ol. Dis/iqtisadiyyat in-tu. B.2004 

38. 

Qasımova M. Bazar münasibətləri  şəraitində iqtisadiyyatın transformasiyası  və regional 



sosial-iqtisadi inkişaf problemləri: (Naxçıvan Muxtar Respublikası timsalında) 08.00.05. Xlaq təs. 

Və idarə edil. (makroiq- səv) iqt. E.n. alim dəs. Almaq üçün təq. Ol. Dis/ Naxçıvan Dövlət 

Universiteti B. 2005.  

39.


 İqtisadiyyat və Audit. Abasov T.Aqrar bazarın sosial-iqtisadi nəticələrinin səmərəliliyi. 2004. 

N7. 


40.

 Ağazadə R. Sahibkarlığın inkişafı iqtisadiyyatının əsas amilidir. 39. 2004 N1. 

41.

 Allahverdiyev Ə. Azərbaycanda iqtisadiyyatın səmərəli strukturunun formalaşmasının aktual 



vəzifələri. 39. 2004. N5.  

42.


 Bağırov F. Ölkənin sosial-iqtisadi inkişafında nəqliyyatın rolunun yüksəldilməsi istiqamətləri. 

Nəqliyyat hüququ. 2004. N1. 

43.

  Məmmədli Z. Azərbaycan Respublikasında nəqliyyat iqtisadi əlaqərin təmkilləşdirilməsi 



yolları. Azərbaycan Kooperasiya Universiteti. 2006. N1, N2. 

44.


 Bayramov A. Azərbaycanın sosial-iqtisadi inkişafında dövlət idarəsinin rolu. 4.2004. N8.  

45.


 Əhmədov N. Ərzaq bazasının formalaşmasının regional xüsusiyyətləri. 39.2004. N8.  

45.


 Əhmədov N. Ərzaqların formalaşmasının regional xüsusiyyətləri. 39.2004. N8. 

46.


 Hacıyev H. Aqrar bölmənin sosial-iqtisadi inkişafında kreditləşmənin  əhəmiyyəti. 4.200.4 

N6. 



Мцасир дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

103

47. 


Əbdülhəsənli T. Heydər  Əliyevin neft strategiyası Azərbaycanın sosial-iqtisadi inkişafına 

xidmət edir. 5.2004. 4 iyun.  

48.  

Safarov S.İham Əliyevin iqtisadi siyasəti  dövlət büdcəsi ilə reallaşdırılır. 39.2004. N3. 



49. Xəlilov S. 2005-cil ilin dövlət büdcəsi və sosial-iqtisadi inkişaf. İpək yolu. 2005. N.1. s. 37-

39 


50.

 Kaşıyeva F. Müasir iqtisadi şəraitdə inversiye qoyuluşunun həcminin və strukturunun 

tənzimlənməməsində pul-kredit siyasətinin rolu. 39.2006. N.1. s 33-37.  

51. 


Əhmədov M. Neft strategiyası Azərbaycanın iqtisadi yüksəlişinin  əsasını qoydu. 6.17 

sentyabr s.3 

52. 

 Atakişiyeva M. Ölkənin inkişafını təmin edən yeni neft strategiyası. 5.2006. 5 may. s.5 



53. 

Kərimovq Q. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisi. 5.2006. 13 iyul. S.5.  

 

  

 



Х.М.АБАСОВА 

Доц. Бакинского Государственного  

Университета 

А. Г. ШИРИНОВА 

Ст.преп. Бакинского Государственного 

Университета 

E-mail: Emine50@box.az 

 

ОБ ЭКОНОМИЧЕСКОМ РАЗВИТИИ РЕГИОНОВ  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

 

 

В  данной  статье  исследовано  освещение  широкомасштабной  работы  по  осуществлению 

программы экономического развития регионов Азербайджанской Республики в средствах мас-

совой информации, а также научных трудах ученых. 

 

X.M.ABASOVA 

Assistant professor of the 

 Baku State University 

A.Q.SHIRINOVA 

Head teacher of the 

 Baku State University 

E-mail: Emine50@box.az 

 

ABOUT ECONOMICAL DEVELEOPMENT REGIONS OF AZERBAIJAN REPABLIC. 

 

 

It is about being reflected in the mass media carrying out of the program of economical 



development on regions of the Azerbaijan Republic and scientific journals of this article. 

 

 

Ðÿé÷è: ò.å.ä. È. Çåéíàëîâ, ò.å.ä. Ë. Ùÿñÿíîâà  

 ÁÄÓ-íóí Àçÿðáàéúàí òàðèõè êàôåäðàñûíûí 23 éàíâàð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà 

ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹8) 

Yüklə 318,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə