Microsoft Word 17 quliyeva ulduz doc



Yüklə 52,22 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü52,22 Kb.
#24118


Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

111

  

ULDUZ 

QULİYEVA  

AMEA A.A.Bakıxanov adına  

Tarix İnstitununun dissertantı 

E-mail: Quliyevaulduz@mail.ru  

 

SUMQAYIT MƏDƏNİYYƏTİNİN AZƏRBAYCANIN BEYNƏLXALQ -MƏDƏNİ 

ƏLAQƏLƏRINDƏ YERİ 

 

Açar sözlər: Sumqayıt, mədəni əlaqələr, beynəlxalq əlaqələr, əməkdaqlığın 

 inkişafı. 



Ключевые слова: Сумгаит, культурные связи, международные связи, развитие 

 сотрудничества. 



Key words: Sumqayit, cultural connections, international relations, development 

 of collabration. 

 

Bəşəriyyətin keçdiyi inkişaf yolu аydın səviyyədə  təsdiqləyir ki, xalqlar arasında mədəni 



ünsiyyət, mədəniyyətin bu və ya digər sahəsində yaranmış və inkişaf etmiş əlaqələr mütləq və zəruri 

xarakter daşıyır.  İnsanlıq inkişaf etdikcə, yeni- yeni mərhələlərə  qərq olduqca onlarm arasında 

mövcud mədəni əməkdaşlıq get-gedə gərginləşir, onun forma və metodları rəngarəng olur. 

Bu proses həm obyektivdir, həm də subyektiv amillərlə bağlı bir prosesdir. Obyektivdir, ona 

görə ki, əvvəla dünya xalqları bir-birindən təcrid olunmuş şəkildə yaşaya bilməz. Hər hansı bir xalqın 

mədəniyyəti başqa xalqların mədəniyyəti ilə ünsiyyətdə olmadan inkişaf edə bilməz, həmin 

mədəniyyət bütün xalqların  əldə etdiyi nailiyyətlər ilə  zənginləşməli və bütün bəşəriyyətin malı 

olmalıdır. Ikincisi, bu əlaqəlarin  əsası  bəşəriyyətin inkişaf mərhələlərində hökm sürən quruluşun 

həyati mahiyyətindən irəli gəlir. 

İnsanlar, xalqlar, dövlətlər arasında yaranmış və inkişaf etmiş mədəni əlaqələrin subyektiv əsası 

da vardır. O, həmin insanların, xalqlarm, dövlətlərin inkişafı  mərhələlərində yaranmış  və hökm 

sürmüş mədəniyyətin varlığından irəli gəlir. 

Bəşər tarixində belə bir həqiqət həmişə üzdə olub ki, hansı xalqın mədəniyyəti nə  qədər 

yüksəkdirsə, onun başqa xalqların mədəniyyətləri ilə əlaqəsi və qarşılıqlı münasibətləri də bir o qədər 

intensivdir. Qarşılıqlı ünsiyyət hər bir milli mədəniyyətin daha da zənginləşməsi üçün zəmin yaradır, 

yeni üfüqlər açır. 

Bir sıra dünya xalqları kimi, Azərbaycan xalqının da milli mədəniyyəti dünya xalqlarının 

mədəniyyəti ilə  əlaqəli yaranmış  və  zənginləşmişdir. Çox qədim tarixə malik olan mədəniyyətimiz 

qədim dövrlərdən tutmuş müasir dövrə  qədər dünya mədəniyyəti ilə üzvi şəkildə  təmasda olmuş  və 

olmaqdadır. Kiçik Azərbaycan hesab etdiyimiz Sumqayıtın da Azərbaycanın mədəni  əlaqələrində 

özünəməxsus yeri var. 

Sumqayıt  şəhərinin mədəni  əlaqələrinin tarixinə  nəzər salanda ilk əvvəl diqqəti cəlb edən 

Sumqayıtın qardaşlaşdığı şəhərlərlə münasibəti əsasən göz önünə gəlir. 

Sovet dövründə xarici əlaqələrlə bağlı mövcud məhdudiyyətlərə baxmayaraq Sumqayıt şəhəri bir 

neçə ölkə ilə dostluq əlaqələri qurmuşdur. Bunlar Almaniyanın Lüdviqshafen, Ruminiyanın Piteşti, 

Ukraynanın Çerkassi, Gürcüstanın Rustavi və  şəhəri ilə aparılan dostluq əlaqələri olmuşdur. 

Sumqayıtla bu şəhərləri yaxınlaşdıran əsas cəhətlərdən biri də o idi ki, bu şəhərlər də Sumqayıt şəhəri 

kimi sənaye şəhəri idi. 

Çox xoş bir haldır ki, Almaniya ilə Sumqayıt  şəhəri arasmdakı dostluq əlaqələri xalqımızın 

müdrik oğlu, dünya şöhrətli" siyasi xadim möhtərəm H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci 

illərdə bilavasitə onun xeyir-duası ilə qoyulmuşdur (1, s.1-2). 

Sumqayıt və Lüdviqshafen şəhərlərarası dostluq əlaqələrinin təməli 1977-ci ilin avqust ayında 

qoyulmuşdur. O, zaman Lüdviqshafen şəhərinin oberburqomistri cənab doktor Lüdviq Verner 

Sumqayıt  şəhərində olmuş,  şəhərlərarası dostluq əlaqələrinin yaradılmasma idair danışıqlar 




Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

112

aparmışdır; və  əməkdaşlıq  əlaqələrinin inkişaf etdirilməsi məqsədilə iki şəhər arasmda saziş 

imzalanmışdır. 

Sumqayıt  şəhərinin ilk nümayəndəsinin Lüdviqshafen şəhərinə  səfəri 1978-ci ilin iyul aymda 

olmuşdur. O, zaman şəhər İcraiyyə Komitəsinin sədri Zülfi Hacıyev Lüdviqshafen şəhərində səfərdə 

olmuş, iki şəhər arasmda dostluq əlaqələrinin yaradılmasma dair danışıqları davam etdirmişdir.; 

- Sumqayıt və Lüdviqshafen şəhərlərarası partnyorluq əlaqələrinin rəsmi statusu 1986-cı ildə 

təyin edilmişdir. Həmin ilin mart aymda Lüdviqshafen şəhərinin bələdiyyəsi, aprel ayında isə 

Sumqayıt  şəhər xalq depututları Sovetinin sessiyası partnyorluq barədə müqavilənin bağlanmasına 

dair qərar qəbul etmişlər; (2, s.5) 

- Sumqayıt və Lüdviqshafen şəhərlərarası partnyorluğa dair müqavilənin rəsmi imzalanması 

1987-ci ilin iyun aymda Lüdviqshafen şəhərində olmuşdur. 

1988-ci ildə ermənilər tərəfindən Sumqayıtda törədilmiş hadisələrlə bağlı bu əlaqələr xeyli 

zəiflədi. Lakin, şəhər rəhbərliyinin səyi ilə  həmin ölkələrlə  əlaqələrdəki soyuqluğun qarşısı alındı. 

Mənfur düşmənimiz olan ermənilər Sumqayıt  şəhəri və sumqayıtlılar haqqında dünya ictimayyətinə 

saxta məlumatlar yaymışdılar. 

1988-ci ildə noyabr ayında Sumqayıt  şəhər rəhbərliyi kiçik bir nümayəndə heyətinin 

Lüdviqshafendən Sumqayıt şəhərinə gətirilməsinə nail oldular. Alman nümayəndə heyətinin o zaman 

Sumqayıtda səfəri çox vacib idi. Şəhər rəhbərliyi informasiya blokadasından çıxıb  əsl həqiqətləri 

dünya ictimayyətinə çatdırmaqla ermənilərin aravermədən yaydıqları böhtanların qarşısını almalı idi. 

Almanlarla görüş bu məsələdə şəhərimizə kömək etdi. Belə ki, onlar hadisələrin yaranması və necə 

baş verməsi barədə tam məlumat  əldə etdilər. Lüdviqshafen şəhəri Almaniyada və bütün Avropada 

Sumqayıt hadisələrini yeganə  və düzgün şərh edən təbliğat mərkəzinə çevrildi. Bununla da dost 

ölkələrdən biri olan Almaniya ilə əvvəlki əlaqələr bərpa edildi. 

-1991-ci ilin mart ayında Lüdviqshafen şəhəri Sumqayıt  şəhərinin  əhalisinə humanitar yardım 

göstərmişdir; 

Şəhərlərin nümayəndə heyətlərinin səfərləri təhsil və səhiyyə, mədəniyyət və idman, gənclər və 

həmkarlar ittifaqları, iqtisadiyyat və şəhər təsərrüfatı sahələrində işgüzar əlaqələrinin yaradılması və 

inkişafına yönəldilmiş, bu istiqamətdə müsbət nəticələrə nail olunmuşdur. Ötən dövr ərzində partnyor 

şəhərlərin sosial-mədəni və iqtisadiyyat sahələrində bir sıra əməli tədbirlər həyata keçirilmişdir. 1997-

ci ildə Lüdviqshafen şəhərində Sumqayıtın adına xiyabanın və Sumqayıt  şəhərində Lüdviqshafen 

şəhərinin adına parkın açılışı iki şəhər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinm rəmzi 

kimi dəyərləndirilir; (3, s.3) 

- 2001-ci ilin may ayında xanım Yeva Lohze Lüdviqshafen şəhərinin oberburqomistri vəzifəsinə 

seçilmişdir. 

2002-ci ilin may ayında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Sumqayıt və Lüdviqshafen 

partnyor şəhəri arasmda razılaşma imzalanmış və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin iştirakı 

ilə Sumqayıt  şəhərində kiçik layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan, birinci 

layihə üzrə Lüdviqshafen şəhəri tərəfmdən Sumqayıt şəhər Uşaq xəstəxanası üçün KUVEZ körpələr 

aparatmın verilməsi, Sumqayıt  şəhəri tərəfindən isə  Uşaq xəstəxanasında müvafiq yer ayrılması  və 

KUVEZ aparatının ixtisaslı  həkimlər tərəfindən istismarı nəzərdə tutulmuşdur. Bu layihənin ümumi 

dəyəri 14268 evro olmuşdur. 2002-ci il 22 noyabr tarixində JQJVEZ aparatı Sumqayıt  şəhər Uşaq 

xəstəxanasına təhvil verilmiş, layihə üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi təmin 

edilmişdir.ikinci layihə üzrə Sumqayıt şəhərində «Uşaqlar və yeniyetmələr üçün oyun meydançasının 

yaradılması» nəzərdə tutulmuşdur. Bu layihənin ümumi dəyəri 16000 ABŞ dolları  məbləğində 

müəyyənləşdirilib və tikinti üçün yer 30 saylı orta məktəbdə yer ayrılıb. Qaydalara görə bu məbləğin 

10000 ABŞ dolları Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, 6000 ABŞ dolları Sumqayıt 

şəhərinin payına düşmüşdür. Layihə üzrə  işin icrasma 2003-cü ilin avqust-sentyabr aylarında 

başlanılmış, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfındən nəzərdə tutulan bütün işlər tam 

həcmdə yerinə yetirilmişdir. Lakin, icraçı təşkilatlar tərəfındən nəzərdə tutulan tədbirlərə uyğun işlər 

tam başa çatdırılmamışdır. Bu məsələ üzrə araşdırmalara və müzakirələrə ehtiyac duyulur. Üçüncü 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

113

layihə üzrə Sumqayıt şəhərində «Alman dili mərkəzinin yaradılması» nəzərdə tutulub. Bu layihənin 

ümumi dəyəri 6000 evro məbləğində müəyyənləşdirilmişdir (4, s.2). 

Sumqayıt və Lüdviqshafen (AFR) partynor şəhərləri arasmda 2002-ci ildə əməkdaşhğın inkişaf 

etdirilməsinə dair Sazişə uyğun olaraq, partnyor şəhərin dəvətinə və Şəhər İcra Hakimiyyəti başçısının 

2002-ci il 09 avqust tarixli 197 saylı  Sərəncamına  əsasən, Sumqayıt  şəhərinin 21 nəfərdən ibarət 

nümayəndə heyəti cari ilin sentyabr ayının 01-dən 07-dək Lüdviqshafen «AFR» parnyor şəhərində, 

«Sumqayıt-Lüdviqshafen» dostluq əlaqələrinin 25-illik tarixinə  həsr edilmiş yubiley tədbirlərində 

iştirak etmişdir (5, s.1). 

Sumqayıt  şəhər nümayəndə heyəti, 01.09.2002-ci il tarixində, Frankfurt beynəlxalq hava 

limanında Almaniya-Şərq Cəmiyyətinin sədri və onun müavinləri, Lüdviqshafen şəhər bələdiyyəsinin 

partnyor əlaqələr şöbəsinin müdiri qarşılamışdılar. 

Elə həmin gün Lüdviqshafen şəhərinin Oqershaym şəhərciyində nümayəndə heyətnin gəlişi ilə 

əlaqədar təşkil edilmiş nahar yeməyində Almaniyanın sabiq Bundeskanserləri cənab Helmut Kol

Lüdviqshafen  şəhərinin Oberburqomistri xänım Eva Lohse və digər rəsmi  şəxslər iştirak etmişlər. 

Cənab Helmut Kol qısa olaraq, Almaniya-Azərbaycan dostluq münasibətlərindən,  əlaqələrin hazırkı 

vəziyyətindən məmnun olduğunu bildirmiş, möhtərəm Prezidentimiz Heydər  Əliyev cənabları ilə 

aralarmda olan böyük dostluq əlaqələrini xatırlamış, Sumqayıt- Lüdviqshafen şəhərinin dostluq 

əlaqələrinin genişləndirilməsinə və inkişafma uğurlar arzulamışdır. 

2005-ci ildə Sumqayıt- Lüdviqshafen əlaqələri salnaməsinə bir sıra parlaq səhifələr yazılmışdır. 

Belə ki, 2005-ci il oktyabrın 17-də sumqayıtlılar Almaniya Texniki Əməkdaşhq Cəmiyyətinin 

«Almaniya-Qafqaz parnyor şəhərləri arasmda əməkdaşlıq  şəbəkəsi» çərçivəsində  həyata keçirilən 

layihələrin daha bir lövhəsinin  şahidi oldular. 5-ci mikrarayonunun N.Nərimanov prospektində 

yerləşən Hacı Zeynalabdin Tağıyev adına kitabxana "ilə qonşuluqda alman dili mərkəzi öz qapılarmı 

sumqayıthların üzünə açdı. Bu tədbirlər çərçivəsində Ü.Hacıbəyov adma «Kimyaçı» mədəniyyət 

sarayında «Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq şəbəkəsi» mövzusunda konqress 

keçirildi. 

Sumqayıt səhəri ilə Çin Xalq Respublikasının Çvu Cou səhəri arasında olan 

dostluq və əməkdaşlıq əlaqələri 

 

Bundan başqa Sumqayıt şəhəri ilə Çin Xalq Respublikasının Çyu Cou şəhəri arasında olan 

dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. 

Azərbaycan Respublikası Dostluq Cəmiyyətinin və Çin Xalq Respublikasının xarici ölkələrlə 

əlaqələr üzrə  şöbəsinin təşəbbüsü ilə, eləcə  də Çin Xalq Respublikasının Bakıdakı  və Azərbaycan 

Respublikasının Pekindəki səfırliklərinin köməkliyi ilə Sumqayıt şəhəri ilə Çyu Cou şəhəri arasında 

dostluq əlaqələri qurulmasma dair 2001-ci ilin may ayının 25-də Sumqayıt şəhərində Memorandum 

imzalanmışıdır (6, s.3). 

Ötən müddət ərzində Sumqayıt şəhəri ilə Çyu Cou şəhərinin nümayəndə heyətlərinin 3 görüşü 

keçirilmiş, 2001-ci ilin may ayında Memorandum, noyabr ayında isə Sumqayıt  şəhəri ilə Çyu Cou 

şəhəri arasında dostluq əlaqələrinin qurulması ilə bağlı «Niyyət protokolu» və 2002-ci ilin noyabr 

ayında Sumqayıt  şəhəri ilə Çyu Cou şəhəri arasında  əməkdaşlıq  əlaqələrinin yaranması  və inkişaf 

etdirilməsi haqqında uzun müddətli Saziş imzalanmışdır. 

2003-cü ilin sonunda Sumqayıt  şəhərinin nümayəndə heyəti Çyu Cou şəhərində  səfərdə 

olmuşdur. Həmin görüşdə 2004-cü il ərzində Çyu Cou şəhərinin nümayəndə heyyətinin Sumqayıt 

şəhərinə səfər etməsi razılaşdırılmışdır. Səfər baş tutumuşdur. 

2005-ci ildə Çyu Cou şəhərinin nümayəndə heyəti Sumqayıtda olmuş  və bir sıra təhsil 

müəssələrimizdə olmuşdur və Sumqayıt təhsil sistemi ilə yaxından tanış olmuşdurlar. 



Sumqayıt səhəri ilə Ukrayna arasmda dostluq və əməkdaslıq əlaqələri 

Sumqayıt şəhəri ilə Ukrayna arasında da dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. 

Ukrayna Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və qardışlığın tarixi 

qədimdir. Lakin, hər iki respublika müstəqillik qazandıqdan sonra ulu öndərimiz Heydər Əliyevin və 




Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

114

Ukrayna prezidenti Leonid Kuçmanın səyi ilə bu dostluq daha da möhkəmlənmiş  və yenilməz 

olmuşdur. 

Azərbaycan və Ukrayna Respublikaları nazirlər kabinetləri arasında gənclər siyasəti və idman 

sahəsində  əməkdaşlıqla  əlaqədar 2001-ci il 16 oktyabr tarixli sazişə, Ukrayna Respublikası Ailə, 

Uşaqlar və  Gənclərlə  İş nazirliyi ilə Azərbaycanın Gənclər,  İdman və Turizm nazirliyi arаsında 

razılığa əsasən, eyni zamanda Xarkov Vilayəti rəhbərliyinin dəvəti ilə şəhərimizin nümayəndə heyəti 

dost diyarda olmuşdur (7, s. 1). 

 Sumqayıt  şəhər  İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin sərəncamına  əsasən nümayəndə 

heyyətinə Milli Məclisin deputatı Asif İmaməliyev (rəhbər),  şəhər gənclər, idman və turizni baş 

idarəsinin rəisi Musa Həsənov, baş idarənin gənclərlə iş üzrə şöbəsinin rəisi Hidayət Zeynalov, 2 saylı 

doğum evinin mama-genekoloqu Leyla Məmmədova, «Leysi Ukrainka» adma Ukrayna Mədəniyyəti 

Sumqayıt Mərkəzinin nümayəndəsi Rene Nəbiyeva daxil idilər. 

Sumqayıtın keçmiş qardaşlaşmış şəhərlər əlaqəsi olan Ukrayna Respublikasının Çerkassi şəhəri 

ilə dostluq və partnyorluq əlaqələrinin bərpasına 2003-cü ildə nail olunmuşdur. 2003-cü ilin sentyabr 

ayında Sumqayıt şəhərinin nümayəndə heyəti Çerkassı şəhərində səfərdə olmuş və iki şəhər arasında 

qardaşlaşmış  şəhərlər  əlaqəsinin bərpası ilə bağlı Saziş imzalanmışdır. Cari ildə Çerkassı  şəhərinin 

nümayəndə heyyətinin Sumqayıt şəhərinə səfər etməsi razılaşdırılmışdır və səfər baş tutmuşdur. 

2004-cü il iyunun 23-də  şəhərimizin nümayəndə heyyəti Ukraynanm Xarkov şəhərinə  səfər 

etdilər. İyunun 24-də Sumqayıt şəhərinin nümayəndə heyətini Xarkov Vilayətinin Vitse-qubernatorü 

Aleksandr Siderenko mehribanhqla qarşıladı. O, əsası  mərhum Heydər  Əliyev və Leonid Kuçma 

tərəfmdən qoyulan Azərbaycan və Ukrayna arasmda yüksək xətt üzrə inkişaf edən dostluq 

əlaqələrindən, eyni zamanda Xarkov və Sumqayıt  şəhərləri arasmda yaranan qarşılıqlı  əlaqədən 

danışdı. Bu əlaqələrin gələcəkdə  də davam etdirilməsi  əhəmiyyətini vurğuladı.  Şəhərimizin 

nümayəndə heyyəti Xarkov Aviasiya İnstitutunda olmuş  və bu ali təhsil ocağı ilə tamşlıqdan 

məmnunluq duymuşdur. 

Sumqayıt nümayəndə heyyətnin unudulmaz görüşlərindən biri də Xarkov Milli Radioelektronika 

Universitetinin prfessoru, Ukrayna Milli-Mədəni Cəmiyyətləri Assosiyasiyasının Vitse-prezidenti 

Murad Ənvərovun rəhbərlik etdiyi Azərbaycan -Ukrayna Dotluq Cəmiyyətinin üzvləri ilə oldu. Həmin 

cəmiyyətdə Sumqayıt Şəhər Gənclər, İdman və Turizm Baş idarəsi, eyni zamanda, «Lesi Ukrainka» 

adma Sumqayıt şəhər Ukrayna Mədəniyyət Mərkəzi arasında dostluq və işgüzar əlaqələrin yaranması, 

inkişaf etdirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. 

Səfərin sonuncu günü Sumqayıt Şəhər Gənclər, İdman və Turizm Baş idarəsi ilə Xarkov Vilayət 

Ali və  Gənclərlə  iş idarəsi, Xarkov Vilayət Bədən Tərbiyəsi,  İdman və Turizm idarəsi arasında 

gənclərlə  iş, idman və turizm sahələrində  əlaqələrin inkişaf etdirilməsi ilə bağlı niyyət protokolu 

imzalandı (8, s.3). 

Bu dostluq və qardaşlığm ən başlıca ilham vericisi Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev və Ukrayna Respublikasının prezidenti Leonid Kuçmandır. 

2005-ci ildə bu istiqamətdə görülən işlərdən biri də Sumqayıtın  İtaliyanın Bari şəhəri ilə 

qardaşlaşmasıdır. Bari İtaliyanın böyük mədəniyyət mərkəzidir. İki şəhər arasmda razılıq ələ keçirmək 

və  rəsmiləşdirmək məqsədilə Sumqayıt  şəhər  İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik 

etdiyi nümayəndə heyəti Barii şəhərinin merinin dəvəti ilə 2005-ci il mayın 19-dan 25-dək İtaliyada 

səfərdə 

olmuşdur (9, s. 10-12). Vaqif Əliyev Bari meriyası  şurasmın rəhbərliyi Barinin prefekti Tomasso 

Blonda və Bari şəhərinin meri Stefano di Kano Abresçia ilə görüşlər keçirmişdir. 2005-ci il mayın 21-

də Sumqayıt və Bari şəhərləri arasında şəhər münasibətlərinin yaradılması haqqında niyyət protokolu 

imzalanmışdır. Protokola əsasən Sumqayıt və Bari şəhərləri arasında mədəniyyət, elm, gənclər və 

digər sahələrdə əlaqələrin qurulması nəzərdə tutulub. 

 



Müasir dövr 

Тарих вя онун проблемляри, №4 2010 

 

115

ƏDƏBİYYAT: 

 

1. Sumqayıt qəzeti 2001-ci il 22 iyun № 26 

2. Sumqayıt qəzeti 2001-ci il 29 iyun № 27 

3. Respublika qəzeti 1997-ci il 29 oktyabr № 18 

4. Sumqayıt şəhər icra hakimiyyəti «Beynəlxalq əlaqələr» şöbəsinin rəhbəri 

 R.Əhmədovun xüsusi məlumatı. Sumqayıt qəzeti, 2004-ci il 

5. Sumqayıt qəzeti 2002-ci il 14 sentyabr № 39 

6. Azərbaycan qəzeti 2002-ci il 6 iyul № 20 

7. Sumqayıt şəhəri icra hakimiyyətinin xarici ölkə şəhərləri ilə partnyor 

 əlaqələri barədə hesabatından. 2004-ci il 

8. Sumqayıt qəzeti 2004-ci il 10 iyul № 33 

9. «Xarici ölkələrlə iqtisadi-mədəni əlaqələr» jurnalı, №2, Sumqayıt, 2005 

 

ГУЛИЙЕВА УЛДУЗ 

Диссертант НАНА  

Института им. А.А. Бакиханова 

E-mail: Quliyevaulduz@mail.ru  

 

МЕСТО СУМГАИТСКОЙ КУЛЬТУРЫ В МЕЖДУНАРОДНЫХ  

КУЛЬТУРНЫХ СВЯЗЯХ АЗЕРБАЙДЖАНА 

 

 

В статье рассматривается роль города Сумгаита в культурных международных отношени-

ях Азербайджана. Культурная жизнь города Сумгаита, а также международные, дружеские сот-

рудничества, развивалась как советский период, так и в сегодняшние дни. Статья раскрывает 

дружеские и сотруднические связи города Сумгаит с такими странами как Германия, Италия, 

Румыния,  Китай,  Украина  и  Грузия.  С  крупными  городами  этих  стран  Сумгаит  поддерживал 

отношения в области экономики, образования, медицины и спорта. 

 

 



GULIEVA ULDUZ 

 E-mail: Quliyevaulduz@mail.ru  

 

PLACE OF CULTURE OF SUMQAIT IN THE INTERNATIONAL CULTURAL  

CONTACT AZERBAIJAN 

 

                                      



In article the role of a city of Sumgait in cultural international relations of Azerbaijan is 

considered. Cultural life of a city of Sumgait, and also the international, friendly cooperation, 

developed as the Soviet period, and in today. Article opens friendly and сотруднические 

communications of the city of Sumgait with such countries as Germany, Italy, Romania, China, 

Ukraine and Georgia. With big cities of these countries Sumgaits kept in touch in the field of 

economy, formation, medicine and sports. 



 

Rəyçi: t.e.d. prof. S.Soyadov, ò.å.ä. Ð. Ñöëåéìàíîâ 

AMEA A.A.Bakıxanov adına Tarix institutu, Beynəlxalq münasibətlər şöbəsinin 2 aprel 2009-

cu il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol N 4). 

Yüklə 52,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə