UOT 001:004.7
Fətəliyev T.X.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
depart3@iit.ab.az
ELMİ PROBLEMLƏR REYESTRİ VƏ ONUN ƏSASINDA ANALİTİK-
İNFORMASİYA SİSTEMİNİN İŞLƏNMƏSİ HAQQINDA
Məqalə informasiya texnologiyalarının tətbiqi ilə elmi fəaliyyətin təşkili və idarə olunmasının
bəzi konseptual məsələlərinə həsr olunmuşdur. Elmi problemlər reyestri analitik-informasiya
sisteminin yaradılmasının əsas prinsipləri izah olunmuş və struktur sxemi verilmişdir. Elmin
idarə olunmasında analitik-informasiya təminatı məsələlərinə baxılmışdır.
Açar sözlər: informasiya cəmiyyəti, elektron elm, elmi istiqamətlər, elmi problemlər, elmi
problemlər reyestri, analitik-informasiya sistemi.
Giriş
Müasir şəraitdə biliklər iqtisadiyyatına əsaslanan informasiya cəmiyyətinə keçid elmi
qurumların qarşısına mühüm məqsəd və vəzifələr qoyur. Elmi fəaliyyətin müasir tələblərə uyğun
qurulması və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elektron elmi
informasiya fəzasının formalaşdırılması və dünya elmi məkanına inteqrasiya kimi məsələlərin
həlli mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, elmi-tədqiqat fəaliyyətinin əsas elementləri tədqiqatçı (tədqiqatçılar
qrupu), tədqiqat obyekti və tədqiqat vasitələridir. Elmin təkamülü informasiyanın toplanması
(qeydiyyatı), yadda saxlanması, emalı (məntiq və hesablama vasitələri) və ötürülməsi (əldə
olunmuş biliklərin uzaq məsafəyə yayılması) kimi problemlərin həlli vasitələri və yollarının
təkmilləşməsi və inkişafı ilə sırf bağlıdır. Ümumiyyətlə, elmin tarixi insan sivilizasiyasının
yaranması ilə başlamış və məhz qeyd olunmuş problemlərin həllindən asılı olaraq bu günə kimi
müxtəlif mərhələlərdən keçmişdir. Sivilizasiyanın keçdiyi inkişaf mərhələlərində bu
problemlərin vəziyyətinə nəzər salsaq, müasir texnologiyaların yaratdığı imkanların nə dərəcədə
geniş olmasının şahidi olarıq.
Məlumdur ki, elmin əsas məqsədi yeni biliklərin “istehsalıdır”. Elm və intellektual əməyin
intensiv inkişafı XX əsrin ilk onilliklərindən başlamış və hal-hazırda daha geniş xarakter
almışdır. Dünyada intellektual əməklə məşğul olan insanların sürətlə artan sayı buna misaldır.
Elmin inkişafında bu tendensiya ilə yanaşı, elmi tədqiqatların xarakterinin də dəyişməsi baş
verir. Müasir informasiya texnologiyaları (İT) elmi fəaliyyətdə köklü dəyişikliklərə səbəb
olmuşdur. Bunlardan biri qlobal problemlərin həlli ilə bağlı layihələr dünyanın müxtəlif
ölkələrinin aparıcı mütəxəssislərinin cəlb olunmasıdır. Bu, müasir elmə xas olan beynəlxalq
əməkdaşlıq və qloballaşmadır. İkincisi, qlobal problemlərin həlli ilə bağlı müxtəlif elm
sahələrinin inteqrasiyasıdır. Elmi və sosial-iqtisadi fəaliyyətin inteqrasiyası isə elmin
kommersiyalaşdırılmasına gətirib çıxarır. Bu da elmi işlərin nəticələrinin və yeni
texnologiyaların praktikaya tətbiqinin çevik mexanizmlərinin işlənməsi istiqamətidir.
İT-nin tətbiqi nəticəsində elmi fəaliyyət qloballaşır, insanların məkandan, zamandan asılı
olmadan bilikləri əldə etmək, inkişaf etdirmək və bölüşdürmək imkanları asanlaşır, fiziki “beyin
axını” virtual “beyin axını” ilə əvəz olunur və “kollektiv beyin” formalaşır. Elmi fəaliyyət
biliklər iqtisadiyyatının əsası kimi aparıcı mövqeyini daha da möhkəmləndirir, elmin
kommersiyalaşdırılması üçün yeni şərait yaranır, bilik sahələri üzrə xüsusi onlayn mühitlər
formalaşır. Beləliklə də, biliklərin ənənəvi predmet sahələrini e-tarix, e-arxeologiya, e-coğrafiya,
e-tibb, e-astronomiya və s. əvəz edir.
Müasir texnologiyalar elmi araşdırma prosesləri ilə yanaşı, elmin idarə olunmasının da
yeni keyfiyyətdə təşkili və inkişafına gətirib çıxarmışdır. Data Mining, OLAP və s. kimi
texnologiyaların köməyi ilə elmin idarə olunması prosesində biliklərə əsaslanan qərarların qəbul
edilməsi məsələləri daha asan həllini tapır. İT həmçinin elmi tədqiqatların təşkilinin virtual
laboratoriyalar, paylanmış hesablama sistemləri ( qrid və hesablama buludları texnologiyaları),
“onlayn cəmiyyətlər”, sosial şəbəkələr və s. kimi yeni formalarını yaradır. Beləliklə, informasiya
axtarışını və elmi ünsiyyəti optimallaşdıran bu vasitələr tədqiqatçılara peşəkar tələbatlarını asan
və sadə şəkildə təmin etmək imkanı verir.
Elmin idarə olunması məsələlərinə yeni yanaşma
Müasir İT-nin geniş imkanları elmi fəaliyyətin yeni təşkilatı strukturlarını yaratmışdır. Belə
ki, elmi qurumların həm daxili, həm də məkanca differensasiyası baş verir. Beləliklə, elmi-
tədqiqatların ənənəvi strukturları ilə yanaşı virtual elmi qurumlar, elmi klasterlər, elmi şəbəkələr,
elmi parklar yaranmış və texnologiyaların inkişafı ilə belə yeni keyfiyyətli strukturların meydana
çıxması davam edəcəkdir.
Elmi-tədqiqat işlərinin effektivliyini təmin etmək üçün inkişaf etmiş informasiya
infrastrukturunun olması vacibdir. İnformasiya və hesablama resurslarının inteqrasiyası ilə
formalaşdırılan belə mühit müasir elmi fəaliyyətin əsasını təşkil edir.
Qeyd etmək lazımdır ki, əvvəlki nəslin əldə etdiyi təcrübənin saxlanması və ondan
gələcəkdə istifadə etmək məqsədilə informasiya resurslarının yaradılması intellektual fəaliyyətin
əsas nəticələrindən biri sayılır. İnformasiyanın toplanması texnologiyaları və həmin
informasiyadan effektiv istifadənin inkişaf səviyyəsi, bütün tarix boyu istehsal gücünün
inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Beləliklə, müxtəlif təyinatlı və məqsədli elmi
informasiya resurslarının yaradılması və intellektual analiz texnologiyalarının köməyi ilə elmin
idarə olunması prosesində biliklərə əsaslanan operativ qərarların qəbul edilməsi məsələləri
e-elmin prioritet istiqamətlərindən sayıla bilər [1,2]. Məqalədə təqdim olunan elmi problemlərin
reyestrinin yaradılması belə vacib məsələlərdəndir. Burada əsas məqsəd elmi problemlərin
çeşidlənməsi, yəni ölkənin ayrı-ayrı elmi qurumlarının elmi istiqamətləri və onları əhatə edən
problemlər, elmi fəaliyyətləri haqqında informasiyaların toplanması, sistemləşdirilməsi və təhlili
əsasında idarəetmə qərarlarının verilməsinə dəstəkdir.
Azərbaycan Respublikasında elmi fəaliyyətlə məşğul olan qurumlar AMEA-nın institutları,
ali təhsil müəssisələrinin elmi-tədqiqat institutları, nazirliklərin tabeçiliyindəki sahə elmi-
tədqiqat institutlarıdır. Elmi qurumlarda elmi fəaliyyətin təşkili və idarə olunması bir sıra
normativ-hüquqi sənədlərlə tənzimlənir [3-8]. Onların fəaliyyətinin təşkili və əlaqələndirilməsinə
rəhbərlik edən səlahiyyətli orqan Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasıdır (RETTƏŞ). Elmin istiqamətləri üzrə problemlərin müəyyənləşdirilməsi elmin müvafiq
istiqamətləri üzrə Problem Şuraları (PŞ) tərəfindən həyata keçirilir. Müasir İT-nin tətbiqi ilə
həmin şuraların fəaliyyətinin yenidən qurulması elmdə səmərəli idarəetməyə şərait yaradır. (Bu
məqsədlə layihələndirilən Elmi Problemlər Reyestri (EPR) analitik-informasiya sisteminin
informasiya modeli Şəkil 1-də verilmişdir.)
Elmi qurumlardan toplanmış məlumatlar əsasında informasiya massivləri şəklində
layihələndirilən EPR respublikanın elmi-tədqiqatla məşğul olan hər bir subyektinin fəaliyyət
göstəricilərinin obyektiv xarakterizə edilməsi, ölkənin elm kompleksinin strukturunun
təkmilləşdirilməsi, tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmin təşkili və idarə
olunmasında qərarların qəbuluna dəstək məqsədi ilə yaradılan və bazasında toplanmış
verilənlərdən sonraki istifadə üçün nəzərdə tutulmuş daimi informasiya resursu kimi nəzərdə
tutulur (Şəkil 2).
Respublika
Elmi
Tədqiqatların
Təşkili və
Əlaqələndiril-
məsi
Şurası
Azərbaycan
Respublikasının
Elmi
Problemlər
Reyestri
Beynəlxalq
elmi
istiqamətlər
və
problemlər
Regional
elmi
istiqamətlər
və
problemlər
Elmin
istiqamət-
ləri üzrə
Problem
Şuraları
AR elmi
qurumları
AR elmi
qurumlarının
elmi
istiqamətləri
və
problemləri
Planlar,
hesabatlar,
elmi
nəticələr,
disserta-
siyalar və s.
Şəkil 1. Sistemin informasiya modeli
Reyestrin idarə edilməsinin forma və prinsipləri vahid metedoloji və proqram-texniki
prinsiplər əsasında qurulur. Konstruktiv olaraq elmin təşkili və idarə olunması, elmi istiqamətlər
və problemlər, elmi fəaliyyət, onun qiymətləndirilməsi və s. məsələləri əhatə edən bloklardan
təşkil olunmuşdur. Həmin bloklar normativ – hüquqi sənədlər, RETTƏŞ, elmin istiqamətləri
üzrə PŞ və onların fəaliyyəti, ölkədə aparılan elmi-tədqiqat işlərin əsas istiqamətləri və
problemləri, elmi təşkilatlar və onların fəaliyyəti haqqında informasiyanı özündə cəmləşdirir.
Elmi təşkilatların elmi fəaliyyət istiqamətləri və problemləri, planlar, tədqiqat işlərinin
maliyyə dəstəyi, illik hesabatlar və alınmış nəticələr, planlaşdırılmış və müdafiə olunmuş
dissertasiyalar və s. haqqında informasiya EPR-in əlaqədar alt bazalarında yerləşdirilir.
Bu sistemdə elmi təşkilatlar tərəfindən aparılan araşdırmaların effektivliyinin və ölkənin
iqtisadi inkişafı üçün strateji əhəmiyyətinin, elmin prioritet istiqamətləri üzrə dövlət dəstəyinin
dərəcəsinin, elmə istiqamətlənmiş büdcə vəsaitlərinin istifadəsinin effektivliyinin
qiymətləndirilməsi mexanizmləri nəzərdə tutulur. Qiymətləndirmənin obyektivliyini təmin
etmək üçün reyestrin verilənləri daim aktuallaşdırılır. Bu aktuallaşdırılma göstəricilər üzrə qəbul
olunmuş qaydada müəyyən intervallarla həyata keçirilir. Reyestrin idarə olunması strategiyası
verilənlərin mühafizəsini, vahid verilənlər bazasına müraciətin və girişlərin konfidensiallığını
nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, idarəetmə elmi tarix boyu uzun təkamül yolu keçmiş və müasir
informasiya cəmiyyəti (İC) quruculuğu dövründə İT-nın verdiyi imkanlar onu daha da
sürətləndirmişdir. O, digər sahələrdə olduğu kimi, elmin də bütün fəaliyyət dairələrini əhatə edir
və məqsədi elmi qurumların malik olduğu resurslardan səmərəli istifadə etməklə qarşıya
qoyulmuş məqsədə tam nail olmaqdır. EPR sistemində nəzərdə tutulmuş təhlillər elmin idarə
edilməsi məsələlərinin həllinə dəstək verir. Bu yanaşmanın verdiyi imkanları nəzərdən keçirək.
Məlumdur ki, planlaşdırma idarəetmənin ümumi funksiyası olmaqla, elmi fəaliyyətin cari
və perspektiv vəziyyətini müəyyən edir [9]. EPR-in “elmi qurumlar” altbazasında müvafiq
qurumların illik və perspektiv planları haqqında informasiya yerləşir. Həmin informasiya
əsasında ölkənin elmi qurumlarının şaquli və üfiqi idarəetmə kəsiyində planları haqqında
sorğuların formalaşdırılması və uyğun nəticələrin alınması nəzərdə tutulur.
İdarəetmənin növbəti mühüm funksiyası təşkiletmədir. Onun məqsədi qəbul olunmuş plan
tapşırıqlarının nəzərdə tutulan müddət və həcmdə yerinə yetirilməsini təmin etməkdir. Məlum
olduğu kimi, kimi ölkəmizdə bu funksiyanın yerinə yetirilməsinə AMEA Elmi Təşkilat Şöbəsi
tərəfindən nəzarət edilir. Sistemdə həmin nəzarət prosesi avtomatik həyata keçirilir.
İdarəetmədə səmərəli kommunikasiya və informasiya mübadiləsi də mühüm rol oynayır.
Sistemdə toplanmış informasiya çərçivəsində operativ şaquli və üfüqi informasiya mübadiləsi
təmin olunur.
Şəkil 2. Sistemin struktur sxemi
Həmçinin idarəetmənin koordinasiya funksiyası da mühüm əhəmiyyət daşıyır. Məlumdur
ki, bu funksiyanın planlaşdırma ilə bilavasitə əlaqəsi vardır. Belə ki, koordinasiya funksiyası
ayrı-ayrı işlərin, onların mərhələlərinin, tədqiqatçıların, işçi qruplarının fəaliyyətinin
əlaqələndirilməsini nəzərdə tutur. Layihələndirilmiş sistemdə ölkənin elmi qurumlarının
fəaliyyəti ilə əlaqadar məlumatlar inteqrasiya olunduğuna görə onların ayrı-ayrı
komponentlərinin əlaqəli fəaliyyəti, qarşılıqlı təsiri və tam bir sistem kimi dinamik, tarazlı
inkişafının koordinasiyası təmin edilir.
İdarəetmənin digər vacib funksiyası isə nəzarətdir. Onun başlıca məqsədi qərarların qəbulu
ilə icrası arasındakı əlaqəni təmin etmək, nöqsanları, ayrı-ayrı kənarlaşma hallarını aradan
qaldırmaqdır. Sistemdə nəzarətin uçot, qiymətləndirmə və təhlil kimi məsələləri avtomatik
həyata keçirilir. Burada ən başlıca məsələ kənarlaşma hallarının aşkara çıxarılması və
qiymətləndirilməsi, düzəliş-tənzimləmə məqsədi ilə idarəetmə qərarlarının tərtib edilməsidir.
Həmin məsələlərin həllində nəzarətin vaxtının (ilkin, cari, son), məqsədinin (operativ, strateji),
predmetinin (inzibati, maliyyə), məzmununun (resurslar və s.) və metodlarının dəqiqliyi, nəzarət
fəaliyyətinin səmərəli təşkili mühüm rol oynayır.
Məlum olduğu kimi, idarəetmədə işçi heyətinin fəaliyyətinin keyfiyyətinin
yüksəldilməsində əməyin motivasiyası mühüm rol oynayır. Sistemin çıxış verilənləri həmin
məsələnin həllində istifadə oluna bilər.
Qeyd edək ki, sistemdə nəzərdə tutulmuş təhlil və qiymətləndirmələr yuxarıda baxdığımız
məsələlərlə yanaşı, elmi problemlərin çeşidlənməsi, elmi tədqiqatların əlaqələndirilməsi, elmi
tədqiqatlarda təkrarçılığın aşkarlanması və s. məsələlərin həllində də idarəetmə qərarlarının
formalaşdırılması və qəbuluna dəstək verir.
Nəticə
Göründüyü kimi, müasir informasiya texnologiyaları elmi fəaliyyət, onun təşkil və idarə
olunması məsələləri üçün geniş imkanlar açmışdır. Elmi fəaliyyət qloballaşır, məkandan,
zamandan asılı olmadan bilikləri əldə etmək, inkişaf etdirmək və bölüşdürmək imkanları
asanlaşır, bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır, beynəlxalq elmi məkana
Arxiv
Analitik və
elmmetrik
təhlillər
Giriş
verilənləri
Verilənlər
bazaları
Hesabatlar
İdarəetmə
bloku
inteqrasiya olunur və son nəticədə, tədqiqat işlərinin səmərəliliyi daha da artır. Bu texnologiyalar
eyni zamanda elmin təşkili və idarə olunması məsələlərinin həllində də geniş tətbiq olunur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu məqsədlə layihələndirilmiş EPR analitik-
informasiya sistemində nəzərdə tutulmuş analitik və elmmetrik təhlillərin nəticələri elmin daha
effektli idarə edilməsinə imkan yaradacaqdır.
Ədəbiyyat
1.
Alguliyev R.M., Fataliyev T.Kh. About necessity of realization of the concept electronic-
science// PCI 2008. The second International Conference “Problems of Cybernetics and
Informatics”, vol.1, september 10-12, 2008, Baku, Azerbaijan, pp.75-77
2.
Əliquliyev R.M., Fətəliyev T.X. Elektron elmin formalaşdırılmasının bəzi məsələləri / “Bakı
Dövlət Universitetinin Xəbərləri”, Fizika-riyaziyyat elmləri seriyası, 2008, №4, s.77-83
3.
“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” - Azərbaycan Respublikası
Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı.
4.
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şurasının əsasnaməsinin təsdiq
edilməsi haqqında – AMEA RH-nin Qərarı, № 18/2, 06 oktyabr 2004-cü il.
5.
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şurasının tərkibinin təsdiq
edilməsi haqqında – AMEA RH-nin Qərarı, № 18/6, 18 noyabr 2009-cu il.
6.
Elmin istiqamətləri üzrə problem şuralarının tərkibinin təsdiq edilməsi haqqında –
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şurasının Qərarı, № 6/4, 22
dekabr 2009-cu il.
7.
Elmin istiqamətləri üzrə problem şuraları haqqında əsasnamənin təsdiq edilməsi barədə –
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şurasının Qərarı,
№ 6/5,
dekabr 2009-cu il.
8.
“AR-də 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “AR-də 2009–
2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı,
4 may 2009-cu il.
9.
Майкл Мескон, Майкл Альберт, Франклин Хедоури. Основы менеджмента
(Management). Изд-во: Дело, 1997 г. 704 стр., http://www.polbu.ru/mescon_management.
УДК 001:004.7
Фаталиев Тахмасиб Х.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
depart3@iit.ab.az
О реестре научных проблем и разработке на его основе аналитическо-
информационной системы.
В статье рассматриваются некоторые концептуальные вопросы организации и управления
научной деятельностью на основе применения информационных технологий. Описаны
основные принципы разработки аналитическо-информационной системы Реестра научных
проблем и
задана
структурная
схема.
Рассмотрены
задачи
аналитическо-
информационного обеспечения управлением науки.
Ключевые слова: информационное общество, э-наука, научные направления, научные
проблемы, Реестр научных проблем, аналитическо-информационная система.
Tahmasib Kh. Fataliyev.
Institute of Information Technology ANAS, Baku, Azerbaijan
depart3@iit.ab.az
About the register of scientific problems and development of analytical-information system
on its basis.
Some conceptual issues of organization and management of scientific activity on the basis of
application of information technologies are described in the article. Main principles of
development of analytical-information systems of the register of scientific problems are
described, the block scheme is set and problems of an analytical-information supply of science
management are reviewed.
Key words: information society, e-science, scientific directions, scientific problems, register of
scientific problems, analytical-information system.
Dostları ilə paylaş: |