Microsoft Word 20. 09. 2010 282s doc



Yüklə 11,58 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü11,58 Kb.
#27584

background image
 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 



SƏRƏNCAM 

 

№ 282 s 

 

Bakı şəhəri, “20” sentyabr 2010-cu il 

 

“2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət 



Proqramının  təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci  il 16 

aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə: 



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 204 s nömrəli 

sərəncamı  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6, 

maddə  598;  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  12  yanvar 

tarixli 7s nömrəli, 24 avqust tarixli 218s nömrəli və 2010-cu il 22 iyun tarixli 176s 

nömrəli  sərəncamları)  ilə  təsdiq  edilmiş  “Azərbaycan  gənclərinin  xaricdə  təhsil 

almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na aşağıdakı əlavələr 

edilsin: 

1.1 Bakalavr pilləsi üzrə: 

1.1.1  “16.  Hollandiya  siyahısı”nda  “14.  Maastricht  School  of  Management” 

sözlərindən sonra “15. Inholland University of Applied Sciences”  sözləri, 



1.1.2  “18.  Rusiya  siyahısı”nda  “55.  Санкт  –  Петербургский  Государственный 

Университет  Телекоммуникаций  им.  проф.  М.  А.  Бонч-Бруевича” 

sözlərindən  sonra  “56.  Московский  Государственный  Лингвистический 

Университет” sözləri əlavə edilsin. 



1.2. Magistr və doktor pillələri üzrə: 

 1.2.1.  “17.  Hollandiya  siyahısı”nda  “14.  Maastricht  School  of  Management” 

sözlərindən sonra “15. Inholland University of Applied Sciences”  sözləri, 

 1.2.2.  “19.  Rusiya  siyahısı”nda  “55.  Санкт  –  Петербургский  Государственный 

Университет  Телекоммуникаций  им.  проф.  М.  А.  Бонч-Бруевича”  sözlərindən  sonra 

“56.  Московский  Государственный  Лингвистический  Университет”  sözləri  əlavə 

edilsin. 



2.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2008-ci  il  3  iyun  tarixli  204  s 

nömrəli sərəncamı (Azərbaycan Respublikasının  Qanunvericilik Toplusu, 2008-ci  il,  № 6, 

maddə 598;  Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2009-cu  il 12 yanvar tarixli 7s 

nömrəli,  24  avqust  tarixli  218s  nömrəli  və  2010-cu  il  22  iyun  tarixli  176s  nömrəli 



background image
sərəncamları)  ilə  təsdiq  edilmiş  “Azərbaycan  gənclərinin  xaricdə  təhsil  almaları  üzrə 

prioritet  sahə,  ixtisas  və  proqramların  siyahısı”nın  “Bakalavr”  hissəsinin  “İnformasiya  və 

kommunikasiya  texnologiyaları”  bölməsində  “5.  Rabitənin  iqtisadiyyatı  bakalavr” 

sözlərindən  sonra  “6.  İnformasiya  texnologiyaları  ilə  idarəetmə  bakalavr”  sözləri  əlavə 

edilsin. 

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.  

 

Azərbaycan Respublikasının  



Baş naziri   

 

 

 

 

 

 

 

A. Rasi-zadə  

 

 



 

Yüklə 11,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə