Microsoft Word 2016 bcc media kit az short docx



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix28.06.2018
ölçüsü2,89 Mb.
#52072
1   2   3   4   5   6   7   8   9   ...   17

 

15 


 

BAKI ŞƏHƏR HALQASINA NECƏ GETMƏLİ                                                                                

 

Xəritə – Yolların Bağlanması, Yol Hərəkəti və Parklamaya Nəzarət – Zona 1 və Zona 2 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

16 


 

BAKI ŞƏHƏR HALQASINA NECƏ GETMƏLİ                                                                                

 

Xəritə – Yolların Bağlanması, Yol Hərəkəti və Parklamaya Nəzarət – Zona 3 və Zona 4 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

17 


 

SƏYAHƏT BƏLƏDÇİSİ 

 

BAKI ŞƏHƏRİ HAQQINDA MƏLUMAT – TARİXİ VƏ COĞRAFİ QURULUŞU 

 

Bakı,  Azərbaycanın  paytaxtı  və  ən  böyük  şəhəri  olmaqla  yanaşı,  eyni  zamanda,  Xəzər  dənizi  sahilində  və  Qafqaz 



regionunda yerləşən ən böyük şəhər sayılır. Bakı – Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. 

Üç  milyon  əhalisi  olan  şəhər,  dəniz  səviyyəsindən  28  metr  aşağıda  yerləşdiyi  üçün,  dünyanın  dəniz  səviyyəsindən  ən 

aşağıda  yerləşən  paytaxtı  hesab  olunur.  Bakı  Avropanın  bir  sıra  şəhərləri,  o  cümlədən,  İtaliyanın  Neapol,  Bosniyanın 

Sarayevo və Türkiyənin İzmir şəhərləri ilə qardaşlaşıb. 

 

Paytaxt  şəhəri  Azərbaycanın  şərqində  yerləşir  və  dünyada  ən  böyük  göl  sayılan  Xəzər  dənizi  ilə  əhatə  olunub.  Bakı, 



həmçinin,  dünyada  tayı-bərabəri  olmayan  Neft  Daşları  ilə  məşhurdur.  Xəzər  dənizinin  ortasında  salınmış  Neft  Daşları, 

dünyada ən qədim və ən geniş məskunlaşmış ofşor neft şəhəri hesab olunur. 

Bakı öz qonaqlarına müasir Avropa şəhərlərinə məxsus bütün əyləncələrdən zövq almaq imkanı verməklə yanaşı, özündə 

orta əsrlərdə yaranmış mədəniyyət və ənənələri təcəssüm etdirir. Avropa və Asiyanın qovşağında yerləşən və dünyanın 

ən sirli məkanlarından biri hesab olunan Bakı, dünya miqyaslı idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Qədim 

və  müasir  mədəniyyətin  saysız-hesabsız  nümunələrini  özündə  cəmləşdirən  bu  şəhər,  qonaqları  bitib-tükənməyən 

imkanları kəşf etməyə və bu imkanlardan zövq almağa çağırır.  

Bakının bəlkə də ən maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, bu şəhər günəşin doğduğu ilk Avropa şəhəridir. Gözəl 

mənzərəli şəhər yüksək təpənin üzərində salınıb və Bakı buxtasına tərəf açılan amfiteatr formasında təşkil olunub. Bu 

baxımdan, Bakını bəzən San-Fransisko, yaxud İtaliyanın Bakı ilə qardaşlaşmış Neapol şəhəri ilə müqayisə edirlər.  

Bakının “ziddiyyətlər şəhəri” adlandırılması, heç şübhəsiz, burada öz əksini tapmış qədim tarixi gözəlliyin və müasir 

Avropa şəhərlərinə xas olan heyrətamiz arxitektura, biznes mərkəzləri və göydələnlərin maraqlı vəhdətindən 

qaynaqlanır.  

Şəhər iki əsas hissədən ibarətdir: şəhərin müasir mərkəzi və qədim İçəri Şəhər. İçəri Şəhər, habelə Qız Qalası və 

Şirvanşahlar Sarayı 2000-ci ildə YUNESKO-nun mühafizə olunan mədəni irs nümunələri siyahısınına daxil edilmişdir.   

Bakı tarixən min illər boyu mövcud olub və Azərbaycanın memarlıq və mədəniyyət incisi kimi özünü təsdiq edib. Bakının 

İçəri Şəhərinin divarları arasında qonaqlar keçmişə qayıdaraq, qənbər daşı döşənmiş və labirinti xatırladan ensiz 

küçələrini, qədim tikililərinı, XII əsrə aid olan Qız Qalasını və yaraşıqlı naxışların həkk olunmuş Şirvanşahlar Sarayını 

kəşf edə bilərlər.  

Bakının müasir görkəmi də insana eyni dərəcədə valehedici təsir bağışlayır. Yeni tikililər ecazkar Bakı buxtasını əhatə 

edən təpələrin, o cümlədən, sahilyanı xəttin görünüşünü dəyişir. Məşhur memar Zaha Hadid tərəfindən layihələndirilmiş 

əsrarəngiz Heydər Əliyev Mərkəzində dünya şöhrətli musiqi ulduzlarının konsert tədbirləri, muzey və müasir incəsənət 

nümunələrinin sərgiləri təşkil olunur. Şəhərin qonaqlarına həmçinin, Milli İncəsənət və Müasir İncəsənət muzeylərini 

ziyarət etmək tövsiyə olunur. 

Hündürlüyü 190 metrə çatan və alov şölələri formasında dizayn edilən Bakı Alov Qüllələri, şəhərin ən yüksək tikilisi olmaqla 

yanaşı,  Bakının  mahiyyətini  özündə  əks  etdirir.  Şəhərin  yeni  müasir  görünüşünün  simvoluna  çevrilmiş  bu  möhtəşəm 

binalarda  mənzillər,  otel  və  ofislər  yerləşib.  Alov  Qüllələrinin  hər  birinin  fasadı  gecələr  LED  işıqları  vasitəsilə  müxtəlif 

rənglərə boyanır və bu işıqlar şəhərin ən ucqar nöqtələrindən belə görünə bilən alov şölələrini canlandırır. 

Milli Bayraq Meydanında 162 metr hündürlüyə ucalan bayraq dirəyi, bir neçə il əvvəl dünyanın ən uzun bayraq dirəyi kimi 

Ginnesin  Rekordlar  Kitabına  daxil  olmuşdur.  Bayraq  meydanının  yaxınlığında  yerləşən  və  2012-ci  ildə  xüsusi  olaraq 

Avroviziya (“Eurovision”) mahnı müsabiqəsinin keçirilməsi məqsədilə inşa edilən Bakı Kristal Zalında Cenifer Lopez, Rianna 

və Şakira kimi məşhur ulduzların konsertləri təşkil olunmuşdur. 

 

 

  



 

 

 



 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə