Microsoft Word 2016 bcc media kit az short docx



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix28.06.2018
ölçüsü2,89 Mb.
#52072
1   2   3   4   5   6   7   8   9   ...   17

 

18 


 

FAYDALI MƏLUMAT                                                                                                              

 

Banklar və kredit kartları  

Şəhərin bir çox yerlərində bankomatlar var və demək olar ki, onların hamısı beynəlxalq debit və kredit kartlarını qəbul 

edir. Bankların əsas filialları bazar ertəsindən cümə gününədək (qısa iş günü) fəaliyyət göstərir, bazar günləri isə bağlı 

olur. Kiçik filiallar isə həm şənbə, həm də bazar günləri fəaliyyət göstərmir. Beynəlxalq kredit və debit kartları restoranların 

və böyük mağazaların əksəriyyətində keçərlidir. 

 

Milli valyuta  

Azərbaycanın milli valyutası Azərbaycan Manatıdır (AZN).  

 

1 Manat 100 qəpiyə bərabərdir və Manatın 1, 5, 10, 20, 50 və 100-lük əskinasları var. Azərbaycandan kənarda digər 



valyutaları  Manata  mübadilə  etmək  mümkün  deyil.  Buna  görə  də  ölkəyə  səfər  edən  qonaqlar  hava  limanındakı 

valyutadəyişmə məntəqəsindən və şəhərdəki bankomatlardan istifadə etməlidirlər. 

 

Elektrik 

Azərbaycanda standart elektrik cərəyanı 220 voltdur. Elektrik cihazlarının və qurğularının 2-bağlı ştepsel başlıqları Avropa 

standartı olan 220-240 volta uyğundur. 

 

Çaypulu 

Azərbaycanda xidmət üçün çaypulu verilməsi tələb olunmur, lakin bu ənənə Bakıda geniş yayılıb. Bəzi mötəbər restoran 

və otellərdə xidmət rüsumu hesaba daxil edilir. Dünyanın hər bir yerində olduğu kimi, gostərilən xidmət orta səviyyədən 

yuxarı olarsa, xidmətə görə çaypulu vermək yüksək qiymətləndirilir.   

 

Avtomobil icarəsi  

Avtomobili  icarə  etmək  üçün  bir  çox  şirkətlərə  müraciət  edə  bilərsiniz.  Bakıda  avtomobil  icarəsi  üzrə  ixtisaslaşmış 

şirkətlərdən ən məşhurları Cars4RentBaku.com və Azrent.az şirkətləridir. 

 

Ətraflı məlumat almaq üçün 22-ci səhifəyə baxın.  



 

Taksi xidməti 

“Baku Taxi Service” +994124041238 və ya 1414  

Neftçilər prospekti (Bakı İdman Sarayının yaxınlığında)  

Azərbaycan prospekti (Mərkəzi Univermağın yaxınlığında)  

 

Dil  

Ölkənin rəsmi dili Azərbaycan dilidir, amma əksər insanlar rus, türk və ingilis dillərində də danışa bilir. 

 

İş saatları  

İş vaxtı bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədərdir. Banklar saat 09:00-dan 18:00-a qədər açıq 

olur, lakin bank əməliyyatları saat 09:30-dan 17:00-a qədər həyata keçirilir. Mağazalar adətən həftənin 7 günü açıq olur 

və  səhər  saat  09:30  və  ya  10:00-dan  20:00-a  qədər  işləyir.  Barlar  və  restoranlar  adətən  ən  azı  saat  23:00-a  qədər 

fəaliyyət göstərir. 

 

Siqaret çəkmək 

Azərbaycanda ictimai yerlərdə, o cümlədən bir çox restoran və barlarda siqaret çəkməyə icazə verilir. Siqaret çəkmək 

üçün ayrılmış xüsusi yerlər istisna olmaqla, Bakı Şəhər Halqasının heç bir hissəsində siqaret çəkmək olmaz. 

 

Vergilər (ƏDV)  

Azərbaycanda Əlavə Dəyər Vergisi (ƏDV) sistemi bir çox Avropa ölkələrində tətbiq edilən sistemə bənzəyir və ƏDV satılan 

malların və göstərilən xidmətlərın, habelə idxal olunmuş malların qiymətinə əlavə olunur. ƏDV ödəyiciləri, ƏDV tətbiq 

olunmuş məhsullara ƏDV məbləğindən artıq vəsait ödədikləri halda, ƏDV məbləğindən artıq olan vəsaiti geri ala bilərlər. 



 

 

 

 

 

 

 


 

19 


 

Telefon  

Azərbaycanın  ölkə  kodu  +994-dür,  Bakı  şəhərinin  kodu  isə  012-dir.  Azərbaycandan  beynəlxalq  xətlərə  çıxış  üçün 

beynəlxalq kod 00-dır və bu kod digər ölkələrə zəng etdikdə ölkə və şəhər kodundan əvvəl yığılmalıdır. Azərbaycanda 

mobil telefon nömrələri 10 rəqəmdən ibarətdir və bu nömrələr əsasən 050 və ya 051 ilə başlayır. Azərbaycan daxillində 

zəng etmək üçün bütün 10 rəqəm yığılmalıdır. Məsələn: 050-123-XXXX. Xarici ölkələrdən Azərbaycana zəng etdikdə ölkə 

kodu nömrəyə əlavə olunur və 1 sıfır silinir. Məsələn: +994-50-123-XXXX. 



 

Saat qurşağı  

Azərbaycanda saat ümümdünya vaxtına (UTC+4)  



 

 

RESTORAN VƏ KAFELƏR                                                                                                                    

 

 



 

 

ELİT RESTORANLAR 

 

ÇİNAR 

Bar-Lounge-Restoran  Ş.Ələkbərova küç. 1  

(+994 12) 404 82 11 

Sifariş mərkəzi: *6363  reservations@chinar-

dining.az  

 

PARIS BISTRO 

Z. Əliyeva küç, 1/4, Kukla Teatrı  

(+994 12) 404 82 15 

reservations@parisbistro.az 



 

BUDDA-BAR 

Bar-Lounge-Restoran    

Neftçilər pros. 99  

(+994 12) 404 82 09 

reservations@buddhabar-baku.az  

İş saatları: 10:00-02:00 



 

ART GARDEN 

A.Zeynallı küç.22, İçərişəhər  

(+994 12) 492 13 31 

 

EL PORTALON 

İspan Restoranı 

(Bakı buxtasının qarşısında) 

(+994 12) 404 82 17 

reservations@elportalon.az 

 

HOUSE OF SULTANS 

Xarici və Azərbaycan Mətbəxi  

Böyük Qala küç.20, İçərişəhər  

+(994 12) 437 23 06 



 

EVDƏ 

Bar-Grill  

S.Vurğun küç. 25 

(+994 12) 404 82 13 

reservations@evde-dining.az 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə