Microsoft Word 2016 bcc media kit az short docx



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix28.06.2018
ölçüsü2,89 Mb.
#52072
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

24 


 

BAKI ŞƏHƏR HALQASI 

 

YARIŞ HƏFTƏSONU ÜÇÜN ƏYLƏNCƏ PROQRAMI 



 

2  il  ardıcıl  müvəffəqiyyətlə  keçirilən  Formula  1  yarışlarından  sonra  2018  Formula  1  Azərbaycan  Qran  Prisində  yarış 

həvəskarlarının  festival  ab-havasını  hiss  etmələri  üçün  ötən  illərlə  müqayisədə  daha  rəngarəng  əyləncə  proqramı 

hazırlamışıq!  Xəzər  dənizinin  sahilində  yerləşən  Əyləncə  Zonası  bütün  bilet  sahiblərini  tribunaların  yanında  yerləşən 

müxtəlif tərzdə qurulmuş 6 Zonada qarşılayacaq. Tamaşaçılar burada müxtəlif əyləncə tədbirləri ilə Azərbaycanın idman 

gününü  qeyd  edəcəklər.  Formula  1  yarış  həftəsonunun  ən  unudulmaz  anı  Jamiroquai,  Kristina  Aqilera  və  Dua  Lipanın 

təqdimatında axşam konsertləri olacaq!  

 

ƏYLƏNCƏ ZONASI 



 

F1 Fanat Zonası / Bənövşəyi Zona

  

F1 həvəskarları və ailə üzvləri üçün müxtəlif əyləncə vasitələrinin olduğu ən maraqlı zonadır. Burada Foto Budka (Photo 



Booth) və Rəsm Divarı (Art Wall) yaddaşınızda silinməz izlər buraxacaq. Pit-stop Sınağı (Pit Stop Challenge) və Oyun 

Zonasında (E-Sports Game Zone) F1 həyəcanını yaşayacaq, İstirahət guşəsində (Chill out) isə dincələ biləcəksiniz. Maket 

Podiumda (Replica Podium) özünüzü F1 qalibi kimi hiss edəcəksiniz. Milli adət-ənənə, mədəniyyət və qonaqpərvərliyin 

şahidi olmaq üçün Azərbaycan Mədəniyyəti Guşəsinə (Azerbaijan Cultural Lounge) baş çəkə bilərsiniz. F1 həvəskarlarının 

böyük səbirsizliklə gözlədikləri an isə Avtoqraf sessiyalarıdır. Bu sessiyalar zamanı F1 qəhrəmanları ilə üz-üzə görüşmək, 

avtoqraflarını almaq və foto çəkdirmək şansınız olacaq.  

 

Zona 2 / Mavi Zona

  

Bütün  tamaşaçıların  həyəcanverici,  yaddaqalan  anlar  yaşaması  üçün  nəzərdə  tutulub.  İstirahət  guşəsində  dincələcək, 



ətrafda gəzişən rəqqasların və sənətçilərin çıxışlarından zövq alacaq, üz boyayaraq (face art), çərçivə, corab kukla, yuxu 

tələsi  (dream  catcher),  aksessuar  qutusu  hazırlayaraq  və  sevimli  karikaturanızın  rəsmini  çəkərək  əylənəcəksiniz. 

Bolidlərin eleqant quruluşunun və isti mühərriklərinin yaxından şahidi olacaq, ayağa ip bağlayaraq (bungee trampoline) 

25 metr hündürlükdən sıçrayaraq havada süzəcəksiniz.  

 

Zona 3 / Qırmızı Zona

  

Kukla  Teatrından  başlayaraq  Azneft  dairəsinə  qədər  uzanan  bu  zona  müxtəlif  yaş  qrupları  üçün  rəngarəng  əyləncə 



tədbirlərinin keçirildiyi yerdir. Bunlardan biri övladlarınızın Formula 1 ab-havasını hiss etmələri üçün nəzərdə tutulmuş 

Uşaqlar üçün Sürücülük Məktəbidir (Children’s Driving School). Uşaqlar əylənərkən, siz Gözəllik Pit-stopunda (Beauty Pit 

stop) gözəlliyinizin qayğısına qala bilərsiniz. Ekstrim idman növlərini sevirsinizsə, Dırmanma Divarında (Climbing Wall) 

dağlarda  yaşayacağınız  adrenalini  hiss  edə  biləcəksiniz.  Bu  zonaya  qoyulmuş  trambolində  uşaqlar  səmaya  toxuna 

biləcəklər.  Bu  zonanın  digər  hissələrində  yeni  insanlarla  tanış  ola,  istirahət  və  Azərbaycan  mədəniyyəti  guşələrində 

yorğunluğunuzu ata, mini səhnədə baş tutan konsertlərdən zövq ala, rəsm divarında rəssamlıq qabiliyyətinizi nümayiş 

edə, maket podium və həştəq instalyasiyalarında foto çəkdirə biləcəksiniz.  

 

Zona 4 / Yaşıl Zona

  

Müasir və qədim üslubun qovuşduğu məkandır. Burada Bakının tarixi binalarını görməklə yanaşı klassik və müasir musiqinin 



xoş sədaları altında dincələcəksiniz. Xına Sənəti (Henna Art) guşəsində isə əllərinizi xına ilə bəzədə bilərsiniz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

25 


 

YARIŞ HƏFTƏSONU ÜÇÜN ƏYLƏNCƏ PROQRAMI 

 

Bakı Kristal Zalı / Sarı Zona

  

Öz səciyyəvi xüsusiyyətləri və heyrətləndirici akustikası ilə seçilən Kristal Zalı bu il Formula 1 konsertlərinin keçiriləcəyi 



məkandır. Jamiroquai, Kristina Aqilera və Dua Lipa kimi dünya ulduzlarının canlı konsert proqramı və ardınca Afrojack, 

Axwell Λ Ingrosso və Martin Solveig kimi məşhur DJ-lərin təqdimatında davam edəcək əyləncəli gecə proqramlarına ev 

sahibliyi edəcək.   

 

Əsas şou öncəsi çıxışlar hər axşam konsertindən əvvəl baş tutacaq. Sehr, işıq, rəqs və musiqi dolu bu şou proqram 

sizi böyük əyləncəyə hazırlayacaq. Rəngli neon işıqlar isə uzun müddət xatirələrinizdə qalacaq.  



 

F1 Fanat Zonası Səhnəsində sual-cavab sessiyaları 

Sual-cavab  sessiyaları  vasitəsilə  Bakı  Şəhər  Halqası  qonaqlarının  yarış  haqqında  bilikləri  artacaq.  Bu,  F1  səhnəsində 

avtoidman ulduzları və F1 heyəti ilə qarşılıqlı söhbət edə biləcəyiniz yeganə imkandır.   

 

F1 Avtoqraf Sessiyası 

Cümə, şənbə və bazar günləri F1 səhnəsində təşkil olunacaq avtoqraf sessiyalarında iştirak etməklə sevimli pilotlarınızla 

görüşərək Formula 1 Azərbaycan Qran Prisindən böyük zövq alacaqsınız.  

 

Pilotların Paradı yarış başlamadan öncə F1 pilotlarının onları dəstəkləmək üçün gələn fanatları salamlamaq üçün xüsusi 

minik vasitəsilə Bakı Şəhər Halqası ətrafında vurduqları dövrədir. Bu il parad aprelin 29-u baş tutacaq.  

 

Dövlət Himni 

Dövlət Himni Mərasimi Formula 1 Azərbaycan Qran Prisinin protokol anıdır. Azərbaycan  höküməti rəsmiləri, FOM-un 

yüksək vəzifəli şəxsləri və F1 komandalarının iştirakı ilə baş tutan bu mərasim Azərbaycana və bu böyük tədbirdə iştirak 

edən bütün ölkələrə hörmət əlaməti olaraq keçirilir. Bu il Dövlət Himni Mərasimi aprelin 29-u baş tutacaq.  

 

Grid Kids 

 

Avtoidmanın zirvəsi olan Formula 1 FIA ilə birlikdə fanatlar, xüsusilə də gənclər üçün daha maraqlı və məqsədəuğun 



yarışöncəsi mərasim olan “Grid Kids” adlanan yeni təşəbbüsü ictimaiyyətə bildirməkdən məmnundur. Mərasimin vaxtı 

və yeri hələ təsdiqlənməyib.  

 

Podium Mərasimi 

 

F1 Qran Pri həftəsonu ərzində F1 ilə yanaşı bir sıra dəstək yarışları da təşkil olunur. Bu yarışlarda qaliblər üçün podium 



mərasimi keçirilir. Yarışın qalibləri ilə qələbəni bayram etmək şansını əldən qaçırmayın.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə