Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə104/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   100   101   102   103   104   105   106   107   ...   147

Filologiya məsələləri, 2017 
 275
addır. Burada baş vermiş həyat hadisəsində fərqli bir məna, bir inqlab vardır. 
Zaman- zaman yaddaşlardan silinməyən bu hadisələr gələcək nəsillər üçün 
xüsusi bir örnək, tərbiyə mənbəyinə çevrilirlər. N.Gəncəvinin “Kərpickəsən 
kişinin dastanı” mənzum hekayəsi həcm etibarilə o qədər də böyük əsər 
deyildir. Ancaq 
əsərdən alınan fikrin dolğunluğu, ümummilli 
dəyərlərin ifadəsi, əməyə münasibətin birmənalı, köklü surətdə dəyişməsi bu 
əsərin dastan adlanmasına əsas 
verir. 
     
 Dastan 
yaradıcılığına səbəb olan nədir və o hansı  zərurətdən 
yaranmışdır? Dastan yaradıcılığı özünəməxsus bir bədii hadisədir. Bir 
dastanın yaranması üçün həm ictimai, həm siyasi, həm də tarixi faktorlar 
eyni zamanda rol oynamalıdir. Bir sozlə, ictimai mühit dastan yaradıcılığına 
sanki “hamilə” olmalıdır. Bütövlükdə el onun yaranmasında iştirak etməli və 
“keşiyində ” dayanmalıdır. Beləliklə, ictimai həyatda baş verəcək cox nadir
ibrətamiz və taleyüklü hadisələr, eyni zamanda cəmiyyətin hər bir üzvünü 
düşündürən, onda heç vaxt indiki kimi olmayan hiss və emosiyalar yaradan 
əhvalatlar  dastan yaradıcılığına rəvac verir. Xalqın hər bir nümayəndəsi bu 
ümumxalq “tədbirdə” iştirak edir. Zaman-zaman yeni və  gənc nəslə bunu 
nağıl edir və hər zaman bu “nağıl”  cilalanmış yeni məzmun və forma kəsb 
edir.  İlk vaxtlar hadisə,  əhvalat, nağıl xarakteri daşıyan bu nümunələr bir 
neçə yüz il müddətində,nəhayət, dastana çevrilirlər. Ancaq xalq tərəfindən 
yaradılan, ağızdan- ağıza dolaşaraq cilalanan və  əsrlər tələb edən dastan 
yaradıcılığı  hər kəsin deyil, məhz fenomen bir şəxsiyyətin ifasında sonrakı 
və əbədi ömrünü yaşayır.  
 
 
 
 
 
 
 Azərbaycanlıların bir xalq kimi formalaşmasının “canlı”  şahidi olan 
“Kitabi-Dədə Qorqud” dastanı  gəldiyimiz qənaətləri özündə birləşdirən 
monumental xalq yaradıcılığı nümunəsidir.  Əsərdə  Oğuz igidlərinin öz 
yurdunu və elini yadelli qüvvələrdən qorumaq uğurundakı mücadilələri əks 
olunmuşdur. Məsələ burasındadır ki, bu igidlərin apardığı mübarizə  və 
göstərdiyi qəhrəmanlıqlar birbaşa olum və ölüm qarşısında qalan xalqın 
taleyinə hesablanmışdır.  Əsərdən görürük ki, oğuz xalqı öz müqəddəratını 
qorumaq üçün girişdiyi mübarzədə  qələbələr qazanırdısa da, az itkilər 
vermirdi. Xalq onun yaşaması üçün canından keçən qəhrəmanları 
əbədiləşdirmək  məqsədilə haqqında rəvayətlər söyləmiş, dastanlar 
qoşmuşdur.    
 
 
 
 
 
 
 
 Xalq 
ədəbiyyatında artıq mövcud olan dastan janrı söz yox ki, bir 
bədii əsər kimi böyük əhəmiyyətə malikdir. Ancaq biz bu məqamda dastanın 
həm də ictimai əhəmiyyətini vurğulamaq niyyətindəyik.  Əvvəla, yaranmış 
olan hər bir dastan nümunəsi məxsus olduğu xalqın həyatını, adət-ənənəsini, 
həyata baxışını, mübarizə əzmini heyranlıqla əks etdirdiyindən uzun zaman 
özündən sonrakı  ədəbiyyatı  təsiri altında “saxlayır”.  İkincisi, dastanlar 
ənənəvi olaraq xalqların öz gələcək talelərini həll etməsi yolunda apardığı 


Filologiya məsələləri, 2017 
 276
ədalətli mübarizənin təsviri və məntiqi sonluğunun bədii hesabatıdır.  Dünya 
xalqları ədəbiyyatına nəzər yetirdikcə bunun şahidi oluruq. Dörd-altı min il 
bundan qabaq Dəclə  və  Fərat çayları hövzəsində yaşamış  şumerlər 
haqqındakı  bədii nümunəni -“Bilqamıs dastanı”nı bu məqamda misal çəkə 
bilərik. Elmi və tarixi mənbələrdən bilirik ki, “şumerlər öz dövrlərində çox 
zəngin  şəhərlər salmış, məktəbləri, abidələri ilə  məşhur olmuşlar. Onlar 
dünyanın  ən qədim xalqlarından hesab olunurlar. Uzaq gəmi səfərlərinə 
çıxmaq, ovçuluq etmək, şəhər və qalalar ucaltmaq, yer, göy, dünya və kainat 
haqqında ilkin təsəvvürlərə malik olmuşlar.  Əsrlər keçsə  də, sərhədlər 
dəyişsə  də,  şumerlərin mədəniyyəti, onların qoyub getdiyi yadigarlar bu 
günədək qalmışdır ”.(6; 124) . Bu yadigarları məhz  “Bilqamıs dastanı”ndan 
əldə edə bilirik. Dastan qəhrəmanı kimi Bilqamıs xalqı üçün şəhərlər saldırır, 
igidliyi ilə eldə şöhrət qazanır. Elinin ölümsüzlüyü üçün əlindən gələni edir. 
Çətinliklə də olsa, dirilik çiçəyini əldə edir, lakin onu özü yemir, şəhərinin 
adamları üçün aparmağı qərara alır.  
Şərq  ədəbiyyatında gördüyümüz 
qədim dastan yaradıcılığı  ənənəsi avropa xalqları  ədəbiyyatı  üçün yad 
deyildir. Avropanın qədim sakinlərindən olan İrland tayfalarının yaratdıqları 
eposlar insan cəmiyyətinin ilkin təşəkkülü dövrlərinin izlərini özündə 
saxlamışdır. “İrlandiyanın  şimalında, Olsterdə yaşayan ulad tayfalarının 
yaratdığı epos silsiləsi  ən qədim  İrland eposu sayılır. Bu eposun mərkəzi 
fiquru uladların tarixi şəxsiyyət hesab etdikləri kral Konxobar, baş 
qəhrəmanı isə onun bacısı  oğlu Kuxulindir. Kuxulin obrazı  qədim 
irlandiyanın  şücaət və  mənəvi kamillik ideyalının təcəssümü idi. Təsadüfi 
deyil ki, Kuxulinin üzərinə götürdüyü öhdəliklərin  əksəriyyəti yüksək 
mənəvi dəyərlərə bağlıdır... O özü qabaqcadan ölümünü bilə-bilə xalqını 
xilas etmək üçün döyüşə yollanır”.(3; 451)  Əlbəttə, sadaladığımız dastan 
nümunələri ümumən dünya xalqlarının  dastan yaradıcılığını əhatə etmir. 
“Qədim və  zəngin mədəni- mənəvi irsə malik əksər dünya xalqları  bəşər 
mədəniyyəti xəzinəsinə bir sıra həmişəyaşar dastanlar bəxş etmişlər. 
Yunanların “İlliada” və  “Odisseya”sı, hindlilərin “Ramayana” və 
“Mahabarata”sı, iranlıların “Şahnamə”si,  Şimali Qafqaz xalqlarının “Nart”ı 
belə əsərlərdəndir”.(1; 
17) 
    
 
Göründüyü kimi, dünyanın bir çox xalqları dastan yaradıcılığına 
xüsusi diqqət yetirmişlər. Bu, əlbəttə, hər bir xalqın öz şanlı keçmişinə olan 
sevgisi ilə bağlı olmuşdur.  Ancaq dastan yaradıcılığı üçün təkcə tarixi 
proseslər kifayət etməmişdir. Bunun üçün böyük ədəbi “məşqlər”, hazırlıqlar 
həyata keçirilmişdir. Artıq nağıllar formalaşmış, əfsanə və rəvyətlər öz yerini 
tutmuş, lirik poeziya öz inkişafında əhəmiyyətli mövqedə dayanmışdır. Hətta 
dramatik ünsürlər  xalq ədəbiyyatında  bu məqamda  uzun yol keçmişdir.  
 Bu 
yaradıcılıq forması yalnız yüksək  ədəbi inkişaf mərhələlərinə 
malik olan  xalqlara məxsusdur. Çox sevindirici haldır ki, Azərbaycan xalqı 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə