Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə105/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   101   102   103   104   105   106   107   108   ...   147

Filologiya məsələləri, 2017 
 277
da belə xoşbəxt xalqlardan biridir. Çünki onun bədii söz  xəzinəsində iki 
böyük epos, o cümlədən “Kitabi-Dədə Qorqud” və “Koroğlu”  dastanları 
qorunmaqdadır.  
Bu dastanların sonrakı  bədii  əsərlərin yaranmasındakı rolu 
danılmazdır. Sözügedən məsələ bir çox dünya xalqları  ədəbiyyatı üçün də 
xas olan ədəbi hadisədir. Mənbələrdən görürük ki, adını  çəkdiyimiz qədim 
İrland eposu və onun qəhrəmanları neçə-neçə sonrakı yaradıcılıqlar üçün 
mühüm bir mənbə olmuşdur. Dastan qəhrəmanının-“Kuxulinin zahiri 
görünüşü və xarakteri mifik əlamətlərlə zəngindir. Onun xarici görünüşünün 
təsviri zamanı digər epik qəhrəmanlara da xas hiperbolalardan istifadə 
olunmuşdur. Eposda ilahi varlıq kimi təqdim olunan Kuxulinin mənəvi-
əxlaqi keyfiyyətləri sonralar neçə-neçə tarixi-əfsanəvi qəhrəman obrazlarının 
yaranmasına təkan 
verdi”.(3; 
451) 
    
 Azərbaycan dastanları da öz növbəsində neçə-neçə  əsərlərin 
yaranmasında mühüm pay sahibi olmuşdur.  İstər  şifahi, istərsə  də yazılı 
ədəbiyyatda sonradan yaranan bir çox əsərlər haqqında bunu demək olar. 
“Kitabi-Dədə Qorqud” eposuna daxil olan dastanlar “Koroğlu” eposunun 
bəzi sujetləri üçün mühüm mənbə olmuşdur. Hər iki dastan qəhrəmanının 
minikləri dərya atlarından olması, əhvalatların səfərlərdə baş verməsi, ozan-
aşıq repertuarlarından, xeyir-dualarından istifadə  və s.bu əlaqələrin ilkin 
görüntülərindəndir.   
 
 
 
 
 
Xalq romanlarının yazılı ədəbiyyata təsiri və yazılı ədəbiyyatda yeri 
gəldikcə ondan bəhrələnmə məsələri də diqqətçəkən məqamlardandır. Yazılı 
ədəbiyyatda epik əsərləri ilə daha çox yadda qalan və Azərbaycan 
ədəbiyyatının  əsas dayaq nöqtələrindən biri olan Nizami Gəncəvi 
yaradıcılığına nəzər yetirsək, qənaətlərimizin doğruluğuna  şübhə yeri 
qalmayacaqdır. N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında bir neçə dastan 
başlıqlı hekayələr vardır. Bu hekayələr özlüyündə böyük və mühüm ictimai 
əhəmiyyət daşıyan ideyaları ifadə etməkdədir. “Kərpickəsən kişinin dastanı”, 
“Zalım padşahla zahidin dastanı”, “Ədalətli Nuşirəvan və  vəzirin dastanı” 
hekayələri bu qəbildəndirlər. Bundan başqa, “Xosrov və Şirin” poeması əsl 
məhəbbət dastanıdır. Hələ N. Gəncəvinin sağlığında el arasında “dolaşan” bu 
dastan böyük şairimizin yaradıcılığında ikinci örünü yaşamaqdadır.  Şah 
İsmayıl Xətai yaradıcılığında xalq şeirinin təsirini görməmək mümkün 
deyildir. Onun nəticəsidir ki, “Dəhnamə” poeması 
məhəbbət 
dastanlarımızdakı bir çox cəhətləri özündə əks etdirməkdədir.  
 
Yeni dövr Azərbaycan ədəbiyyatında və sonrakı mərhələlərdə dastan 
səciyyəli  əsərlər ayrı-ayrı  sənətkarlarımız tərəfindən yaradılmışdır. Hal-
hazırda da sözügedən məzmun və xarakterli bədii nümunələrin yarandığını 
görməkdəyik. Xalq şairi Zəlimxan Yaqubun “Hüseyn Saraclı dastanı” əsəri 
buna misaldır.  
 
 
 
 
 
 
 


Filologiya məsələləri, 2017 
 278
 
Ədəbiyyatımızın bütün tarixi inkişaf mərhələlərini nəzərdən 
keçirdikcə aydın olur ki, xalq yaradıcılığı nümunəsi olan dastan janrı hər bir 
mərhələ boyu ədəbi şəxsiyyətlərimizin müraciət etdiyi əsas mənbələrdən biri 
olmuşdur. Əlbəttə, Bütün bu məqamları bir məqaləyə sığışdırmaq mümkün 
deyildir. Gələcək araşdırmalarımızda adıçəkilən məsələnin ayrı- ayrı dövrlər 
üzrə tədqiq etməyimizi məqsədəuyğun hesab etdik.  
 
 
ƏDƏBİYYAT 
 
1. Abbaslı  İ. Azərbaycan dastanlarının yayılma və  təsiri məsələləri. Bakı: 
Nurlan, 2007, 272 s. 
2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif,1981,407 s 
3.Əliyeva H.Ə. Qədim kelt saqaları ilə qafqaz nart eposu arasındakı 
paralellərə dair. “Filologiya məsələləri” jurnalı. Bakı: Elm və təhsil №-
9, 
s.451 
    
4.Hacıyeva M. Ədəbi qaynaqlar.Bakı: Elm və təhsil, 2014, 242.   
 
5.Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı: 
Azərbaycan Dövlət Nəşriyyatı,1991, 
296. 
    
6.Qədim Şərq ədəbiyyatı müntəxəbatı. / İ.Vəliyev, E.Ağaoğlu, N. Səfərovun 
tərtibi ilə/Bakı: Şərq-Qərb,2007, 
672 
     
7.Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, 2 cilddə, II cild. Bakı: Elm, 2006, 
648  
8.Paşayev S. Nizami və xalq əfsanələri. Bakı: Gənlik, 1983, 128.   
 
9.Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı: Elm, 1972, 402 s. 
 
QADIM RUFULLAYEV 
  
THE USE FORMS OF THE SAGA IN AZERBAIJAN EPIK POET 
 
SUMMARY 
 
The article deals with one of the most popular literary genres collecl 
saga. It investigates hte character and originality of  saga, it is place and role 
in written literature . The article empasises the fact that the genre of saga in 
Azerbaijan written literature was widely used in every stage  of  it is 
development. In old period we come across with it in creative work of  
N.Ganjavi. In middle period  SH.I. Khatai’s poem “Dehname” was created 
on the basis of saga  motives. In modern times the above  mentioned genre is 
also used. “The saga of Huseyn Sarajlı”  by Z. Yaqub is a good sample of  it. 
In future we are planning  to investigate the genre in the work of other 
pats. 


Filologiya məsələləri, 2017 
 279
  
ГАДИМ РУФУЛЛАЕВ 
 
ПРИЗНАКИ ФОРМЫ ПОВЕСТОВАВАТЕЛЬНОГО ЖАНРА В 
АЗЕРБАЙДЖАНСКОЙ ЭПИЧЕСКОЙ РОЭЗИИ 
 
РЕЗЮМЕ 
 
 
Статья посвящена одному из щироко распространённых жанров 
устного народного творчества-саге. В статье расематривается  характер 
и своеобразность этого жанра, а также его место и роль  в писеменной 
литературе.  Здесь  также  особо  выделяется  тот  факт,  что  к  жанру  сагу  
обращались  во  всех  этапах  развития  письменной  литературы.  С  этим 
фактой  мы сталливаемя    в  двевнем  периоде в  творчестве  Н.Гянджеви.  
В литературе среднего периода поэма «Дахнаме» Ш.И.Хатаи написана 
на  основе  мотивов  этово  жанра.  В  совроменной  литературе  также 
обращаются  к  данному  жанру. «Сага  о  Гусейне  Сараджлы»  З.Ягуба 
является примером  этого.  В  будущем    в  своих  исследованиях  мы 
рланируем  анализирование  жанра  саги  в  работах  мастеров  разных 
периодов. 
 
Rəyçi: İslam Qəribli 
            filologiya üzrə elmlər doktoru 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə