Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə107/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   103   104   105   106   107   108   109   110   ...   147

Filologiya məsələləri, 2017 
 283
                                 Gecə gözlərimdə əridi axdi, 
Sürməsi gözümü yandırdı,  yaxdı. 
Bu gün gecə özü mənə qonaqdı. 
Mənim bu halımdan xəbərin olsun. 
 Əsərlərində  aşiqin həsrətini, kədərini, qəmini, ahını, göz yaşını bacarıqla 
qələmə alır. Onun lirik qəhrəmanı tez-tez kədərli, qəmli olur, sanki dövrün 
istəmir,  əksinə gözəllik həsrəti ilə yanıb külə dönmək istəyir, bununla da 
sadiq, etibarlı olduğunu, sevgisindən dönməyəcəyini sübut etməyə çalışır. 
Sevmək dərsim vardır, sevmək təcrübəm
Unutmaq dərsindən befər olmuşam olmuşam 
Unutmaq neməti paylanan zaman, 
Görünür sonuncu nəfər olmuşam. 
Baxışım saralıb, rəngim boğulub, 
Gərək unudanı unuda biləm. 
Sevmək səadəti əkiz doğulub, 
Unuda bilməmək faciəm ilə. 
    Öz  sevgisinə qovuşa bilməyən aşiq onun xəyalı ilə yaşayır, kədərlənir, 
keçirdiyi qəmləri, iztirabları heç olmasa məktubla ona şərh etmək, çatdırmaq 
istəyir. Lakin bunun üçün özündə taqət görmür, kağız və qələm götürsə də
ürəyi dolur, ağlayır, yazdıqları yarımçıq qalır. 
Sənə hər gün, hər gün məktub yazıram, 
Yazdığım məktublar yarımçıq qalır. 
Narahat sevgimdən aralandıqca, 
Sevgim azalmayır, sevgim coxalır. 
Şəklinə baxıram, gülüm arada, 
Yox, deyən, şəklinə qulaq asıram. 
Yarımçıq qoyduğum məktublara da 
Mən özüm yarımçıq cavab yazıram. 
  Şeir psixoloji cəhətdən o qədər məharətlə qurulmuşdur ki, həsrət və 
düşüncə  məngənəsində  sıxılan aşiqin  əhvalı haqqında aydın bir təsəvvür 
yaranır. İstər-istəməz o hislərə biganə qalmaq mümkün olmur. 
Şairin poeziyasına bələd olanlar da, ayrı-ayrı  şeirlərini oxuyanlar da  onun 
necə  həssas, odlu qələmə malik olduğunu bilirlər. Onun poeziyası ilk 
şeirindən başlayaraq qaynar gənclik ehtirası ilə müdrikliyin qovuşduğu 
sevgi, insan əməyinə  bəslənən poetik məhəbbət, doğma Azərbaycan 
təbiətinin tərənnümü, nəhayət, ali vətənpərvərlik duyğuları ilə səciyyələnir. 
 Şair nədən yazırsa-yazsın, hansı mövzuya müraciət edirsə-etsin, fərqi 
yoxdur, istisnasız olaraq onun bütün əsərlərində odlu-alovlu ürəyinin nidaları 
əks olunur. Şairin qəlbi hərarəti azalmayan odlu bir kürəni xatırladır və 
şeirləri adi qələmlə kağız üzərinə yazılmaq  əvəzinə, həmin kürədən parlaq 
alov kimi fəvvarə vurub sətirlərə düzülür. Bu od, bu alov şeirlərdəki sevgiyə 


Filologiya məsələləri, 2017 
 284
də, müdrikliyə  də, humanizmə  də, vətən məhəbbətinə  də eyni dərəcədə 
aiddir. 
 Bu odlu ürək sahibi keşməkeşlərin, azadlıq mübarizələrinin qoynunda 
doğulub yetişdiyi üçün, həyatı boyu davam etdirdiyi siyasi lirikası da daxil 
olmaqla, “Səttarxan” poemasına qədər bütün yaradıcılığında millətinin siyasi 
və silahlı mübarizəsini əks etdirmişdir. Şair nədən yazırsa yazsın: real həyat 
həqiqətlərindənmi, yaxud romantik arzulardan, xəyallardanmı, fərqi yoxdur, 
son məqsədi, son hədəfi yalnız xalqının azadlıq idealıdır. Bu xətti onu hətta 
sevgi lirikasında vüsal həsrəti çəkən nakam bir aşiqin duyğularında da, Araz 
adlı siyasi qılıncla ikiyə ayrılmış Azərbaycanın vəhdətə can atması 
timsalında da görürük. 
ƏDƏBİYYAT 
1.  Azərbaycan Sovet ədəbiyyatı. Bakı, 1988. 
2.  Söhrab Tahir. Mənim səsim. Bakı, 1997. 
3.  Söhrab Tahir. Mühacir qeyrəti. Bakı, 1997. 
  
  GASIMOVA SEDAGET N., NAJAFOVA SEVIL E. 
 
AN OVERVIEW  OF SOHRAB TAHIR’S LYRICS 
Sohrab Tahir is unique literary destiny of style poeter in modern 
Azerbaijan’s poetry. He always prefer the interests of the people according 
real nature of poet. People who read his poems sometimes be happy and 
sometimes be sad. There are both love and longing in his poems. Sohrab 
Tahir also described beauty of human. Youth and beauty completed each 
other in these poems. Sohrab Tahir worth to women in own poems and he 
glorifed her as source of happiness. 
 
КАСЫМОВА С.Н., НАДЖАФОВА С.А. 
ВЗГЛЯД НА ЛИРИКУ СОХРАБА ТАХИРА 
 В  современной  Азербайджанской  поэзии  Сохраб  Тахир  считается 
одним из поэтов с уникальной судьбой и оригинальным почерком. Он 
как  настоящий  поэт  и  интеллектуальный  человек  всегда  думает  об 
интересах  своего  народа.  Читая  его  стихи  человек  и  радуется  и 
огорчается. Потому что, в этих стихах вместе с любовными мотивами 
чувствуется  горечь  Родины,  тоска,  печаль.  С.  Тахир  человеческую  
красоту  описывает  с  уникальным  восхищением.  Молодость  и  красота 
удачно  чередуется  в  стихах  поэта.  Как  в  народном  творчестве  и  в 
классической  литературе,  так  и  в  творчестве  С.Тахира  женщина 
украшение жизни, источник счастья. 
 
Rəyçi: dos. A.R.Salahova 


Filologiya məsələləri, 2017 
 285
 
ÇİNARƏ RZAYEVA 
AMEA Naxçıvan Bölməsi 
cinarerzayeva@yahoo.com.tr 
 
UŞAQLARIN FORMALAŞMASINDA FOLKLORUN ROLU VƏ 
MƏKTƏBLƏRDƏ FOLKLORA AYRILAN YER 
 
Açar sözlər: folklor, laylalar,  nağıl, tapmaca, müəllim, uşaq  
Keywords: folklore, lullabies, stories, puzzles, teachers, children  
Ключевые  слова:  фольклор,  колыбельные,  сказки,  головоломки, 
учителя, дети 
 
Xalq  ədəbiyyyatı inciləri ilə zəngin olan Azərbaycan xalqının həyat  
fəlsəfəsini, yaşam tərzini təsdiq edən elə folklor nümunələri vardır ki, onlar 
var olduğu andan bu günə  qədər dilimizi, ədəbiyyatımızı,  ən  əsası isə 
ruhumuzu işıqlandırmışdır. Elə buna görə də “Folklor nümunələri aid olduğu 
xalqın heç silinməyən qan yaddaşı, əlindən alınmayan milli varlığı-varidatı, 
onu  əsrlərdən-əsrlərə daşıyan mənəvi ruhunun, mentalitetinin möhürü 
sayılır” (3, s. 6). Şifahi xalq ədəbiyyatının tarixi çox qədimdir.  İlk insan 
məskənlərinin meydana gəlməsi ilə birlikdə folklor da yaranmağa başladı. 
Azərbaycan folkloru ilk növbədə janr baxımından rəngarəngliyi ilə diqqəti 
cəlb edir. Lap qədim zamanlardan yurdumuzun sakinlərinin, əcdadlarımızın 
dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklor 
nümunələri-miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar, 
dastanlar, aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və  rəqsləri 
nəsildən-nəsilə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəma-
nəmizə qədər gəlib çatmışdır. Ağızdan-ağıza keçərək möhkəmlənmişdir. 
Şifahi xalq ədəbiyyatı özümüz də bilmədən ruhumuza axır. Bu 
ədəbiyyat analarımızın laylası, alqışı, arzusu, atalarımızın sözü, nənələrimi-
zin nağılı, oxşamaları, babalarımızın dastanı ilə  qəlblərimizə hopur. Şifahi 
xalq ədəbiyyatının uşaqların formalaşmasında xüsusi təsiri olmuşdur. 
Müasir dövrümüzdə milli kimliyimizi, folklorumuzu qoruyub sax-
lamaq xüsusilə zəruridir. Şübhəsiz ki, yüz illərlə yaşayan ədəbi nümunələrin 
bu qədər uzun yaşamasının sirri onların mahiyyətindəki obrazların mükəm-
məlliyində, xalq həyatına bağlılığında və onun xalq tərəfindən yaşadıl-
masında, obrazlı söz və ifadələrin zənginliyindədir.  Ədəbiyyatın bu dəyərli 
cövhərini dərk etmək üçün hələ uşaqlıq dövründən daha çox valideynlər və 
müəllimlər tərəfindən həmin obrazlı söz və ifadələrin mahiyyətini gənc nəslə 
aşılamaq lazımdır.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə