Filologiya məsələləri, 2017
296
bulaqları, zəhmətsevər insanları H.Razinin şeirlərində ilhamla tərənnüm
edilir.
Bu cəhətdən “Naxçıvan”, “Naxçıvandandır”, “Ordubad”, “Şahbuz”
şeirləri oxucuya dərin təsir bağışlayır. Oxucu bu şeirlərdə zamanın min bir
tufanına vüqarla sinə gərmiş əzəmətli memarlıq abidələrinin pozulmaz
rəngini görür, Ordubad bağlarının xoş ətrini duyur, “Qızlar bulağının”
misilsiz gözəlliyinə heyran olur.
Bu yer qardaşıdır Milin, Muğanın
Başında yazılmış neçə dastanın,
Qurbanı olduğum Azərbaycanın
Gözəl bir guşəsi Naxçıvandadır (5, 11).
Coşğun vətənpərvərlik ehtirası ilə yazılmış bu misraları həyəcansız
oxumaq mümkün deyildir.
Şair təkcə Naxçıvanı deyil, bütün Azərbaycan torpağını- qocaman
Xəzəri, qoynunda sıx buruqlar meşəsi olan Bakını, təbiətin nadir incisi Göy
–gölü, şəfa qaynağı İsti-suyu belə məhəbbətlə vəsf edir.
Şair yaradıcılıq axtarışları və ciddi zəhmət sayəsində yeni söz, yeni
fikir deməyə çalışır. O, şeirlərinin birində belə yazır:
Şeir bal şəhdinə bəzəyir əslən,
Ətri yüz çiçəkdən alınmalıdır.
Gücü fırtınadan, odu günəşdən,
Sürəti şişməkdən alınmalıdır (5, 12).
H.Razi həmçinin “Canlı tonqal”, “Zülmətdə işıq” (N.Tusi haqqında),
“İnsanlar tələsin, xeyirxahlığa” (Y.Məmməliyevə həsr olunub), “Sahil
həsrəti” və s. poemalar da yazmışdır.
Beləliklə, sözügedən şairlərin poeziyası ilə bağlı araşdırmalar göstərir
ki, Naxçıvan ədəbi mühitində yaranan ədəbi nümunələr “sifarişli sovet
ədəbiyyatı dönəmində” belə milli kök, milli xüsusiyyət anlayışını əsas
tutmuş, bu ədəbi nümunələr Azərbaycan ədəbiyyatını tamamlayan, ona
seçkin, orijinal, maraqlı xüsusiyyətlər verən örnəklər sırasındadır. Bu
prosesdə hər bir sənətkarın öz mövqeyi vardır. Naxçıvan ədəbi mühitində
yazıb-yaradan sənətkarların əsərlərində müstəqillik və vətənpərvərlik
ideyalarının ön plana çıxması dediklərimizi sübut etməkdədir.
Ədəbi nümunələrdə “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik
mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Bu gün istər
ədəbiyyatımızın, istərsə də günümüzün mövzusu vətənpərvərlik olmalıdır.
Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə
etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilərək gələcək nəsillərə ötü-
rülməlidir.
Filologiya məsələləri, 2017
297
ƏDƏBİYYAT
1. Axundov A. Belə bir şair var idi / “Şərq qapısı” qəzeti, 2001, 6 sentyabr,
№ 112 (17000)
2. Axundov A. Qoynu gülşən bir vətənin oğluyam mən... / “Şərq qapısı”
qəzeti, 2008, 5 sentyabr, № 174 (28.590).
3. Elsevər H. Elinin, obasının məftunu / “Şərq qapısı” qəzeti, 1991, 26 iyul,
№ 141 (15.981).
4. Əliyev E. Şair, müəllim, döyüşçü / “Sovet Naxçıvanı” qəzeti, 1986, 30
oktyabr, № 230 (14.571).
5.Hüseyn Razi. Sahil həsrəti. Bakı, Yazıçı, 1985.
6.Hüseyn Razi. Ömür keçdi. Bakı, Elm və təhsil, 2011.
7. Müasirləri Hüseyn Razi haqqında / Hüseyn Razi. Ömür keçdi. Bakı, Elm
və təhsil, 2011, s. 4-6.
8. Mollayev İ. “Əlvan çiçəklər” kitabında M.Nəsirlinin “Partizan Əfruz” şeri
haqqında / “Şərq qapısı” qəzeti, 1966, 26 avqust, № 200 (8414).
9. Nəsirli M. Araz sahilində. Bakı: Azərnəşr, 1962.
10. Nəsirli M. İki ürək. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1974.
11. Talışlı M. Əsərləri, I c. Bakı: Adiloğlu, 2007
НУРЛАНА АЛИЕВА
ПАТРИАТИЧЕСКИЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ МУЗАФФАРА
НАСИРЛИ И ГУСЕЙНА РАЗИ
РЕЗЬЮМЕ
В статье прослежены творческие поиски Музаффара Насирли и
Гусейна Рази – видных представителей Нахичеванской литературной
среды проанализированы образцы поэзии, которые использованы в их
творчестве. В статье проанализированы образцы поэзии, которые напи-
саны Музаффаром Насирли в послевоенные годы. Как участник войны,
очевидцет которого он сам был, в статье нашли своё отражение поэти-
ческие выражения, посвященные этит трагическит днят. Стихи, посвя-
щенные прекрасной природе нашего родного края, составляют творчес-
кию вершину поэта. В статье проанализированы и доведены до све-
дения читателя творчество и другого знаменитого представителя Нахи-
чеванской литературной среды - Гусейна Рази, внимательно прослеже-
ны стихи поэта, написанные в патриотическом духе. Стихи, поэмы Гу-
сейна Рази, посвящённые теме войны, занимают важное место в его
творчестве. Образцы из этой серии в творчестве поэта множество. Пат-
риотичесткий о поэт к этой тетепридал пристальное внимание и это
литературное мастерство составляет статье единое целое. Такии
Filologiya məsələləri, 2017
298
образом, особые превосходства творчества этих поэтов, их независимое
творчество и чувство патриотизма, выводимое в передний план –
основная линия статьи.
NURLANA ALIYEVA
PATRIOTISM MOTIVES IN THE CREATIVITY OF MUZAFFER
NASIRLY, KHUSEYN RAZI PATRIOTISM MOTIVES IN THE
CREATIVE ACTIVITY OF MUZAFFAR NASIRLI, KHUSEYN RAZI
SUMMERY
In the article the well-known literary representative of Nakhchivan
Muzaffar Nasirly and Khuseyn Razis creative searching are noticed, the
poetry samples are researched penned in the theme of patriotism. The poetry
samples of Muzaffar Nasirly after the war are analyzed in the article. The
poetic phrases are reflected in the article by him as an participant of the war
whose devoted works to the tragedical days that witnessed. In the poems are
to the beautiful nature of our land comprises the top of the poet’s creative
activity. The other well-known literary representative of Nakhchivan
Khuseyn Razi are researched in the article, the poems written in the motives
of patriotism are brought to the attention. The poems and the poetry have
great role in his creative activity. Samples as these are much more in the
creativity of the writer. Patriotic poet paid great attention to this topic and
this literary mastership organizes the main, plot of the article. So mentioned
poets, special peculiarities and independence in their creativity brought the
feel of patriotism comprises the main plot of the article.
Rəyçi: Fərman Xəlilov
Filologiya üzrə fəlsəfə doktoru
Dostları ilə paylaş: |