Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə113/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   109   110   111   112   113   114   115   116   ...   147

Filologiya məsələləri, 2017 
 299
FƏRƏH  ASLANOVA 
Bakı Avrasiya Universiteti 
      fereh_aslanova@mail.ru 
 
SOVETLƏR DÖNƏMİNDƏ "KOROĞLU" DASTANININ  
ORTA MƏKTƏBLƏRDƏ TƏDRİSİNİN BƏZİ MƏSƏLƏLƏRİ 
 
Açar sözlər: "Koroğlu", orta məktəb, tədris, nöqsan. 
Key words: Koroghlu, school, education, shortcoming. 
Ключевые слова: "Короглы", средная школа, обучение, недостатки. 
 
 Türk 
xalqı yüzlərlə qəhrəmanlıq dastanları yaratmışdır. Onların arasında 
"Koroğlu" dastanı variantlarının çoxluğuna və yayılma coğrafiyasının geniş-
liyinə görə xüsusi yer tutur.  
 Koroğlu Azərbaycan xalqının yaratdığı və sonradan əksər türk xalqları 
arasında geniş yayılmış  qəhrəmanlıq dastanıdır. Bütün qəhrəmanlıq das-
tanlarında, o cümlədən, "Koroğlu" dastanında xalq öz qəhrəmanlıq hisslərini, 
duyğu və düşüncələrini ifadə etmiş, onu min illər boyu yaddaşında yaşatmış, nə-
sildən-nəslə ötürmüşdür. Xalqın qəhrəmanlıq tarixini yaşatmaq və qəhrəmanlıq 
ruhunu saxlamaq baxımından "Koroğlu" dastanının misilsiz əhəmiyyəti vardır.  
 Sovetlər dönəmində "Koroğlu" dastanı məktəblərdə ədəbiyyat proqram-
larında yer almış, dərsliklərdə tədrisinə müəyyən saatlar ayrılmışdır. 
 
Məsələn, "Koroğlu" dastanının tədrisinə 1967-ci il nəşri olan həm VIII
həm də IX sinif "Ədəbiyyat" dərsliklərində yer ayrılmışdır.  Ə.Qarabağlı  və 
M.Aslanovun müəllifliyi ilə  nəşr olunmuş VIII sinif "Ədəbiyyat" dərsliyində 
"Koroğlu dastanı" və "Koroğlunun Bağdad səfəri" (Durna teli) başlıqları altında 
dastandan parçalar verilmişdir. Dərslikdə şagirdlərə "Koroğlu" dastanı haqqında 
aşağıdakı məlumatlar verilir: 
 
""Koroğlu" dastanı XVII əsrin  əvvəllərində Azərbaycan xalqının 
yerli feodallara, Türkiyə sultanlarına,  İran xanlarına qarşı apardığı 
mübarizənin bədii təsvirini verir. XVII əsrin tarixi kitablarında xalq 
içərisindən çıxan və xüsusən yadelli düşmənlərə qarşı mübarizə aparan 
adamların arasında bu dastanda olan qəhrəmanların çoxunun adı çəkilir: 
Koroğlu, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Dəmirçioğlu, Bəlli Əhməd və 
başqaları." [7, 7] 
 
İllərdir ki, "Koroğlu" dastanı məhz belə tədris olunur. Koroğlunun XVI 
əsrin sonları XVII əsrin  əvvəllərində yaşaması, mübarizə aparması bütün 
"Koroğlu" dastanının tədrisinə yer ayrılmış  ədəbiyyat dərsliklərində qeyd 
olunur. Lakin fil.e.d.,dos. İslam Sadıq bu məsələni daha geniş  və  dərindən 
araşdıraraq bütün gerçəklikləri açığa çıxarmışdır.  İslam Sadıq "Koroğlu kim 


Filologiya məsələləri, 2017 
 300
olub" adlı kitabında bu barədə tutarlı  dəlillər gətirərək Koroğlunun XVI-XVII 
əsrlərdə yaşadığı fikrini təkzib edir. Belə faktlardan birini qeyd etmək istəyirəm:  
 "Bir 
sıra tarixi dəlillər Koroğlunun XVI-XVII əsrlərdə deyil, ən azı 
XIV-XV  əsrlərdə yaşadığını göstərməkdədir. Bunlardan ən birincisi tüfəng 
məsələsidir. Koroğlu "Mənmi qocalmışam ya zəmanəmi" qoşmasının dördüncü 
bəndində tüfəngin çıxmağı ilə mərdliyin getdiyini bildirir: 
 
 
 
Axır əcəl gəldi yetdi ay haray! 
 
 
 
Çəkdiyim qovğalar bitdi ay haray! 
 
 
 
Tüfəng çıxdı mərdlik getdi ay haray! 
 
 
 
Mənmi qocalmışam, ya zəmanəmi! 
 Deməli, Koroğlu bir ömür igidliklər eləmiş, qəhrəmnlıqlar göstərmiş, bir 
ucu Bağdad, bir ucu İstambul arası dünyanın yarısını    gəzmiş, ancaq hələ 
tüfəngin nə adını  eşitmişdi, nə  də üzünü görmüşdü. Halbuki çox uzağa 
getməsək, Çaldıran döyüşündə Osmanlı sultanı Sultan Səlim Səfəvilər xanədanı 
Şah Ismayılın üstünə tüfənglə yox, toplarla gəlmişdi. Təkcə bu faktdan belə 
anlaşılır ki, 1514-cü ildə tüfəng artıq topun kölgəsində qalmışdı." [8, 27] 
 Kitabda 
Koroğlunun XVI-XVII əsrlərdə deyil, məhz daha erkən-XIV 
əsrdə yaşadığı barəsində bir çox tutarlı faktlar vardır. Lakin məncə burada bu 
faktla kifayətlənmək mümkündür. 
 
Həmçinin, 1967-ci ilin nəşri olan IX sinif  "Ədəbiyyat" dərsliyində də 
"Koroğlunun Bağdad səfəri" qolu geniş  şəkildə  tədris materialı kimi dərsliyə 
əlavə edilmişdir. 
 1967-ci 
ilin 
nəşri olan 5-ci sinif "Ədəbiyyat" dərsliyində Koroğlu 
dastanının tədrisinə rast gəlinir. Qılman Musayevin müəllifi olduğu dərslikdə 
"Həmzənin Qıratı aparması" qolunun tədrisinə vaxt ayrılmışdır və dastan 
ümumilikdə aşağıdakı kimi xarakterizə olunur: ""Koroğlu", "Qaçaq Nəbi" kimi 
qəhrəmanlıq dastanlarında Azərbaycan xalqının yadelli işğalçılara, yerli feodal 
və xanlara qarşı apardığı mübarizə təsvir olunmuşdur. Dastanın əsas qəhrəmanı 
Koroğludur. Xalq Koroğlunun simasında özünün ən gözəl və nəcib sifətlərini, 
qəhrəmanlıq və  sədaqətini vermiş, düşmənə qarşı amansız olduğunu 
göstərmişdir. Xalq öz qəhrəmanını məğlubedilməz və qüvvətli göstərmək üçün 
ona bəzən  əfsanəvi, qeyri-adi sifətlər verir; məsələn, Koroğlunun bir qılınc 
çalmaqla yüz düşməni yerə sərməsi, bir oturumda dörd pud düyünün plovunu 
yeməsi, Misri qılıncın göydən düşmüş ildırım parçasından qayrılması, Qıratın 
yel kimi uçması  və s. Koroğlunun  ətrafındakı adamlar- "dəlilər" də qorxmaz, 
sədaqətli və namuslu qəhrəmanlar kimi göstərilir. Dastanda Koroğlu və onun 
adamlarının məskəni olan Çənlibel daha geniş  mənada, vətən mənasında 
göstərilir" [6, 18] 
 
Dərslikdə dastanın "Həmzənin Qıratı aparması" qolundan öncə  verilmiş 
bu qısa xülasə ilə şagirdlər həm irəlidə onlara tədris olunacaq "Koroğlu" dastanı 
ilə, həm Koroğlu surəti ilə, həm onun dəliləri ilə, həmçinin də yaşadıqları, 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə