Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə114/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   110   111   112   113   114   115   116   117   ...   147

Filologiya məsələləri, 2017 
 301
özlərinə vətən bildikləri yurdları Çənlibellə tanış olurlar. Dastanın 5-ci sinifdə 
şagirdlərə doğru-düzgün tədrisinin  əhəmiyyəti böyükdür. Bu şagirdlərin daha 
yuxarı siniflərə qalxdıqca "Koroğlu" dastanının geniş şəkildə tədrisinin demək 
olar ki ilk pilləsini təşkil edir. 
 1971-ci 
ilin 
nəşri olan V və VIII siniflərin "Ədəbiyyat" dərsliklərində 
"Koroğlu" dastanından müəyyən qollar tədris olunur. V sinifdə dastandan 
"Həmzənin Qıratı aparması" qolu tədris materialı kimi dərsliyə  əlavə 
olunmuşdur. V sinif dərsliyində ixtisarla verilmiş bu qolun tədrisinə VIII sinifdə 
daha  əhatəli  şəkildə yer verilmişdir. VIII sinif "Ədəbiyyat" dərsliyində 
"Koroğlu" dastanının tədrisinə beş saat vaxt ayrılmışdır. Dastandan olan 
"Həmzənin Qıratı aparması" ("Koroğlunun Toqat səfəri") qolunun da həmin 
saatlar  ərzində oxunub təhlil edilməsi nəzərdə tutulmuşdur. Proqramda tədris 
saatların bölgüsü aşağıdakı kimi verilmişdir: 
 1. 
"Həmzənin Qıratı aparması" qolundan oxu- 1saat 
 2. 
Oxunmuş hissənin məzmunu üzərində iş- 1saat 
 3. 
"Koroğlu" dastanının ümumi məzmunu üzərində iş- 1saat 
 4. 
"Koroğlu" dastanının təhlili- 2saat 
 1975-ci 
ildə nəşr olunmuş VI sinif "Ədəbiyyat" dərsliyində də dastanın 
iki qolunun tədrisinə yer ayrılmışdır. Dərsliyin lap əvvəlində verilmiş "Alı kişi" 
və "Dəmirçioğlunun Çənlibelə gəlməsi" qolları bu sinifdə ədəbiyyat tədrisinin 
ideya istiqamətini, onun hansı ədəbi qaynaqlardan qida aldığını, bir qədər sonra 
tədris olunacaq təlim materiallarının məhz hansı bünövrə üzərində  təşkilini 
aydın təsəvvür etmək üçün çöx faydalıdır. Dastanın iki qolunun tədrisinə 
başlamazdan öncə dərslikdə dastan haqqında aşağıdakı fikirlər verilmişdir: 
  
"Qəhrəmanlıq dastanları içərisində "Koroğlu" dastanı xüsusi yer tutur. 
Bu dastanda xalqımızın qəsbkarlara, zalım hökmdarlara, xanlara və 
paşalaraqarşı mübarizəsi öz bədii ifadəsini tapmışdır. "Koroğlu" dastanının 
ideyasını vətənə, xalqa dərin məhəbbət, yadelli işğalçılara qarşı dərin nifrət və 
qəzəb hissi təşkil edir. "Koroğlu"da xalqın ruhu, idealları və azadlıq mübarizəsi 
əks etdirilmişdir. Qoç Koroğlu xalqın gücünə, məsləhətinə arxalanır. Onun 
silahdaşları-dəliləri də zəhmətkeş xalqın nümayəndələridir." [4, 20] 
 
VI sinif üçün "Ədəbiyyat" dərsliyindən götürülmüş bu parçada verilmiş 
bu fikirlərdən bəziləri doğru, bəziləri isə yanlışdır. Məsələn, ""Koroğlu"da 
xalqın ruhu, idealları və azadlıq mübarizəsi əks etdirilmişdir" cümləsini doğru 
hesab etmək olar. Bu dastanın mayası xalqın idealları ilə yoğrulmuş, xalqın ruhu 
onun canına hopdurulmuşdur. Bundan əvvəlki ""Koroğlu" dastanının ideyasını 
vətənə, xalqa məhəbbət, yadelli işğalçılara qarşı dərin nifrət və qəzəb hissi təşkil 
edir" cümləsindəki vətənə, xalqa məhəbbət dastanın ideyasının özəyində durur. 
Çənlibel vətənin rəmzidir və onu göz bəbəyi kimi qoruyurlar. Biz "Koroğlu" 
dastanında vətənə və xalqa məhəbbətin ən gözəl nümunəsini görürük. Gənclər 
vətəni necə sevməyi bu dastanın qəhrəmanlarından öyrənirlər. Sonuncu 


Filologiya məsələləri, 2017 
 302
cümlədəki "yadelli işğalçılar" ifadəsi dastanın ümumi məzmunu ilə  səsləşmir. 
Burada yadelli işğalçı yoxdur. "Bu dastanda xalqımızın qəsbkarlara, zalım 
hökmdarlara, xanlara və paşalara qarşı mübarizəsi öz bədii  əksini tapmışdır" 
cümləsini də düzgün başa düşmək lazımdır. Xalqı  əzən, onun hüquqlarını 
tapdalayan zalım və  qəddar sultanlar, paşalar, xanlar və  bəylər Koroğlunun 
mübarizə apardığı  əsas düşmənlərdir. Onları  qəsbkar adlandırmaq düzgün 
olmasa da, qəddarlıqları, zalımlıqları, rəhmsizlikləri göz qabağındadır və bu 
məsələlər dastanda yüksək sənətkarlıqla bədiiləşdirilmişdir. 
  
VI 
sinifdə "Koroğlu" dastanından öyrədilən ikinci parça-
"Dəmirçioğlunun Çənlibelə gəlməsi" qoludur. Dastanın dördüncü qolu olan bu 
parça dərslikdə müəyyən ixtisarlarla verilmişdir. 
 
Şagirdlər bu qolda Koroğlunun sərkərdələri (dəliləri) ilə ilk dəfə tanış 
olurlar. Dastan oxunarkən onların döyüş qüdrəti ilə  şagirdlər hələ tanış 
olmasalar da bu sərkərdələrin özləri ilə tanış olurlar. Dəli Həsən, Dəli Mehtər, 
Halaypozan, Tupdağıdan, Toxmaqvuran, və başqaları. Yaxşı olar ki, şagirdlərin 
diqqəti bu sərkərdələrin adlarına cəlb olunsun. Hər şeydən əvvəl qəhrəmanlara 
verilən "dəli" epitetinin mənasını (məcazi mənada qorxmaz, cəsur, qəhrəman, 
igid, dəliqanlı) şagirdlərə başa salmaq lazımdır. 
 
Şagirdlər bilməlidirlər ki, Koroğlu əfsanəvi bir qəhrəman deyil. Dastanın 
əsasını  təşkil edən hadisələr, motivlər reallığı  əks etdirir, tamamilə real bir 
dövrün təzahürüdür. Xalqımızın Koroğlu kimi igid, cəsur, mətin bir qəhrəmanı 
olmuşdur və o xalqın sevimlisinə çevrilərək dastanlara qəhrəman olmuş, adı 
xalqın dilində, yaddaşında  əsrlərlə yaşayaraq, dövrdən-dövrə adlayaraq bu 
günümüzə qədər gəlmişdir. 
 "Koroğlu" dastanının mükəmməl tədqiqatçılarından olan fil. e.d.dos. 
İslam Sadıq bu fikrə öz "Koroğlu kim olub" kitabında toxunaraq geniş şəkildə 
izahını vermişdir: "Koroğlu" dastanına təkcə  bədii  əsər kimi baxmaq da düz 
deyil. "Koroğlu" dastanının tarixi, etnoqrafik, coğrafi, toponimik materiallarla 
zənginliyi bu əsərə  həm də elmi yönümdən yanaşmağı  tələb edir. Böyük 
Azərbaycan şairi Səməd Vurğun hətta əfsanələrdə də bir həqiqət şəfəqləri görür, 
onların həyatdan və insanlardan sonra yarandığını xatırladaraq yazırdı: "Əfsanə 
sözündən qorxmaq lazım deyil, hər hansı bir əfsanə olursa olsun, biz onda 
həqiqət  şəfəqləri görməliyik. Çünki onu insan yaratmışdır. Bütün əfsanələr 
həyat və insan yaranandan sonra yaranmışdır" 
 
Səməd Vurğun bu fikri söyləməkdə haqlıdır. Əgər hər hansı bir əsəri 
insan yaradırsa, onu insansız və  həyatsız təsəvvür etmək düz olmaz. 
"Koroğlu" dastanı isə insanla, həyatla birbaşa bağlı olduğundan onda 
daha çox tarixilik, həyatilik, gerçəklik görmək mümkündür." [8, 8] 
 
H.Araslı və H.Eyvazovun müəllifliyi ilə 1975-ci ildə nəşr olunmuş VIII 
sinif "Ədəbiyyat" dərsliyində  də  "Şifahi xalq ədəbiyyatında janrlar" başlığı 
altında dastanlardan bəhs olunur. Dərslikdə "Koroğlu" dastanının tədrisinə geniş 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə