Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə115/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   111   112   113   114   115   116   117   118   ...   147

Filologiya məsələləri, 2017 
 303
yer ayrılmışdır. Belə ki "Koroğlu" dastanı başlığı altında "Dastanın məzmunu", 
"Dastanın ideyası", "Koroğlu surəti", "Koroğlunun silah yoldaşları", "Qadın 
surətləri", "Düşmən tipləri", "Yardımçı qüvvələr", "Həmzənin Qıratı aparması" 
və "Dastanın quruluşu kimi yarımbaşlıqlar verilmişdir.  
 "Dastanın məzmunu" yarımbaşlığında adından da məlum olduğu kimi 
dastanın ümumi məzmunu haqqında məlumat verilir: "Dastan on yeddi qoldan 
ibarətdir. Bu qolların  əsas hissəsi xalq qəhrəmanlarının paşalarla 
mübarizəsindən bəhs edir. Giriş hissəsində  əsərin qəhrəmanı olan 
Koroğlunun atası Alı kişinin faciəsindən danışılır. Dastanın  əsas canı 
Koroğlunun və onun ətrafında toplanan qəhrəmanların ayrı-ayrı səfərləri 
və bu səfərlərdə göstərdikləri qəhrəmanlıqlardır. " [1, 125] 
 "Koroğlu" dastanından xüsusi bir qol tədris materialı kimi dərsliyə daxil 
edilməmişdir.Yalnız dastandan olan "Həmzənin Qıratı aparması" qolunun 
məzmunu və ideyası təhlil olunmuşdur: "Bu qolda Keçəl Həmzənin kələkbaz 
bir adam olduğu, təhlükələrdən bacarıqla qurtara bildiyi aydın göstərilir. 
Bu qolda Koroğlu surətinin bir sıra xüsusiyyətləri daha qabarıq  şəkildə 
verilmişdir. Burada Koroğlunun qəhrəmanlığı, cəsarəti, mərdliyi daha 
aydın nəzərə çarpır. Onun aşıq paltarı geyib düşmənlərin içərisinə getməsi, 
məclisdə özünü məharətlə aparması, Toqat paşasını  ələ salıb Qıratı  ələ 
keçirə bilməsi, paşaların saysız-hesabsız qoşunları ilə  təkbaşına vuruşub  
böyük qəhrəmanlıqlar göstərməsi sevilə-sevilə tərənnüm edilir." [1, 128] 
 
İbad Məmmədov "Azərbaycan Müəllimi" qəzetinin 1978-ci il 2 avqust 
nömrəli buraxılışında "Koroğlu" dastanını  tədris edərkən başlıqlı  məqaləsi ilə 
dastanın orta məktəbdə  tədrisinin  bir sıra mətləblərinə toxunur. Müəllif qeyd 
edir ki, "Azərbaycan xalq ədəbiyyatının  şah  əsərlərindən olan "Koroğlu" 
dastanı orta məktəblərin VI və VIII siniflərində  tədris olunur. VI sinifdə 
dastanın iki qolu keçilir. VIII sinifdə isə bu əsəri geniş və əhatəli öyrətmək 
üçün 4 saat vaxt ayrılır."[3] 
 Müəllif həmçinin qeyd edir ki, "...dastanın ilk sovet tədqiqatçısı  və 
naşiri Vəli Xuluflu olmuşdur. O, "Koroğlu"  ətrafında yaranmış 
rəvayətlərin bir çox yerlərdə yayıldığına dair məlumat vermişdir. Lakin, 
"Koroğlu"nun ilk kamil nəşri görkəmli folklorşünas H.Əlizadənin adı ilə 
bağlıdır. O, aşıqlarımızdan topladığı bu eposun 14 qolunun, bir çox 
variantını  və bu dastana aid olan 50 müstəqil qoşmanı 1941-ci ildə kitab 
şəklində çap etdirmişdir. Bununla da H.Əlizadə Azərbaycanda 
"Koroğlunun nəşri və  tədqiqinin  əsasını qoymuşdur. VIII sinifdə 
"Koroğlu" dastanını şagirdlərə geniş şəkildə mənimsətmək üçün xeyli vaxt 
verilmişdir.  Ədəbi-ictimai fikir tariximizdə özünəməxsus yeri olan 
H.Əlizadə haqqında  şagirdlərə  həmin vaxtdan səmərəli istifadə etməklə 
məlumat vermək lazımdır və faydalıdır."[3] 


Filologiya məsələləri, 2017 
 304
 
İbad Məmmədovun verdiyi bilgilər və "Koroğlu" dastanının tədrisinin 
əhəmiyyəti haqqında söylədikləri  şagirdlərin dastanı daha dərindən 
mənimsəmələri üçün olduqca dəyərlidir. Lakin İ. Məmmədovun məqaləsində 
bir yanlışlıq da var ki, onu mütləq qeyd etmək lazımdır. Bu da ondan ibarətdir 
ki, Hümmət  Əlizadə 1941-ci ildə "Koroğlu" dastanının 14 qolunu və 50 
müstəqil qoşmasını ayrıca kitab halında nəşr etdirmişdir. Həmin kitabda 
"Koroğlu" dastanının başqa heç bir variantı yoxdur. Məqalədəki "bir çox 
variantını" ifadəsi artıqdır və şagirdlərə H. Əlizadənin nəşr etdirdiyi "Koroğlu" 
kitabında (1941) belə bir yanlış məlumatın çatdırılmasına yol vermək olmaz. 
 
1982-ci il nəşri olan, İ.Babayev və C.Əhmədovun müəllifliyi ilə 
yazılmış VI sinif ədəbiyyat dərsliyində "Dastandan parçalar" başlığı altında "Alı 
kişi", və "Dəmirçioğlunun Çənlibelə  gəlməsi" qolları verilmişdir. Bu qolların 
tədrisi zamanı  şagirdlər Koroğlunun necə  mərd cəsur bir qəhrəman olduğunu 
öyrənirlər. Elə  məhz bu səbəbdəndir ki, o öz ətrafına da mərd, cəsur adamlar 
toplamağı xoşlayar, bundan zövq alardı. Koroğlu Dəmirçioğlunu da bir nalbənd 
dükanında görür və o da Çənlibelə gələrək Koroğlunun dəstəsinə qoşulur.  
 "Koroğlu" dastanının tədrisinə 1985-ci il nəşri olan VIII sinif  ədəbiyyat 
kitabında da rast gəlinir. Dərslikdə dastandan "Koroğlu dastanı", "Həmzənin 
Qıratı aparması" ("Koroğlunun Toqat səfəri"), "Durna teli" ("Koroğlunun 
Bağdad səfəri"), "Koroğlu dastanının qısa məzmunu" kimi başlıqlar verilmişdir. 
 
ƏDƏBİYYAT 
 
1. Araslı. H, Eyvazov. H - Ədəbiyyat 8-ci sinif üçün dərslik, "Maarif", Bakı-
1975, 125 səh. 
2. Araslı. H, Eyvazov. H - Ədəbiyyat" 8-ci sinif üçün dərslik, "Maarif", Bakı-
1985, 188 səh. 
3. "Azərbaycan müəllimi" qəzeti- 1978, 2 avqust. 
4. Babayev. İ, Əhmədov. C - Ədəbiyyat 6-cı sinif üçün dərslik, "Maarif", Bakı-
1975, 261 səh. 
5. Babayev. İ, Əhmədov. C - Ədəbiyyat 6-cı sinif üçün dərslik, "Maarif", Bakı-
1982, 259 səh. 
6. Musayev. Q - "Ədəbiyyat" 5-ci sinif üçün dərslik-müntəxəbat, "Maarif", 
Bakı-1967, 126 səh. 
7. Qarabağlı.  Ə, Aslanov. M - "Ədəbiyyat" 8-ci sinif üçün dərslik, "Maarif"-
1967, 239 səh. 
8. Sadıq İslam - Koroğlu kim olub. B; Azərnəşr, 1998, 206 səh 
 


Filologiya məsələləri, 2017 
 305
ФАРАХ АСЛАНОВА 
 
ПРЕПОДОВАНИЕ ЭПОСА "КОРОГЛЫ" В СРЕДНИХ  
ШКОЛАХ СОВЕТСКОГО ВРЕМЕНИ 
 
РЕЗЮМЕ 
 
"Короглы"  является  самый  грандиозный  монумент  слова 
Азербайджанского народа. Его обучение в средних школах имеет большое 
значение.  В  этой  статье  исследован  преподование  эпоса  "Короглы"  в 
средних школах Советского времени, показаны положными стороны его 
обучения,  обрашено  внимание  на  недостатки.  В  преподавании  дастана 
(эпоса) "Кероглу"  главной  целью  является  воспитание  молодого 
поколения  в  патриотическом  духе  и  поэтому  правильное  ознакомление 
молодежи с "Кероглу" является главным условием. В исследовательских 
работах в этом направлении велось много поисков, освидетельствований, 
которые  можно  использовать  в  дальнейших  исследованиях.  Выводы, 
которые  были  получены  от  исследовательских  работ  основаны 
многочисленными  весомыми  фактами.  Все  факты  совпадают  с  текстом 
дастана (эпоса) поэтому и были взяты в основу. 
 
FARAH ASLANOVA 
 
THE TEACHING OF THE "KOROGHLU" EPOS DURING 
THE SOVIET UNION 
 
SUMMARY 
 
Koroghlu is the great literary work which is created by Azerbaijan people. 
Teaching this at the schools has a great importance. In this article the teaching 
issuse of the epos Koroghlu was investigated also were depicted the advantages 
of its teaching and was paid attention to the missed shortcomings. The main 
purpose of teaching "Koroghlu" epic is, the behavior of the younger generation 
in the patriotic spirit, that`s why it is an inportant condition for promoting 
Koroghlu youth correctly. In reseach work was conducted considerable research 
in this area, which can be used in future studies. The results obtained in research 
work is based on available scientific evidence. If all evidence in topic of the epic 
text is overlapping, then they took as a basis. 
 
Rəyçi: Fil.e.d., dos. İslam Sadıq 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə