Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə116/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   112   113   114   115   116   117   118   119   ...   147

Filologiya məsələləri, 2017 
 306
                                                                 SƏBİNƏ BAYRAMOVA.  
                                                                                                                 AMİ 
                                                                            rsabina90@hotmail.com 
 
NİSGİLLİ AZƏRBAYCANIMIN NİKBİN GƏLƏCƏYİ 
 
Açar sözlər: Azərbaycan, ədəbi prosses, M.Şəhriyar , poema, söhbət. 
Ключевые слова: Азербайджан , литературный процесс , М.Шахрияр , 
поэма , разговор. 
Key words: Azerbaijan , the literary process , M. Shahriyar , poem , 
conversation. 
 
 
                             Azad qardaşım var, onunla xoşam. 
                             Mən gərək sahili sahilə qoşam. 
                             İki bölünməkdən elə qorxmuşam 
                             Çöpü də ikiyə bölmərəm daha. 
                                                                           (Söhrab Tahir) 
  Bu,  ikiyə bölünmüş Azərbaycanım idi. Başı  bəlalı o taylı bu taylı 
Azərbaycanım. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə 
Azərbaycan iki yerə parçalandı.  Şimalı Rusiyanın, Cənubu isə  İranın 
tərkibinə qatıldı və bununla da dövlətçilik ənənələrimizə, milli dirçəlişimizə 
son qoyuldu. Bir xalqı, onun vətənini iki yerə bölərkən heç bu xalqın özünə 
məhəl də qoyulmadı. Bu ədalətsiz müqavilə, bu ədalətsiz bölgü vətəni 
parçaladı, ananı baladan, bacını qardaşdan, dostu dostdan ayırdı. Bu ayrılığa 
Araz çayı şahid oldu və damlaya çevrilərək gözlərdən axdı. Cənubda şahlıq 
rejimi, fars şovinizmi,  şimalda isə bolşevik imperiyası öz müstəmləkəçilik 
siyasətini yeridirdi. Cənubi Azərbaycanda Azərbaycan dili yasaq edilmişdi, 
bu dildə  məktəblərin fəaliyyətinə, qəzet və jurnalların nəşrinə icazə 
verilmirdi.  Şimalda isə çar Rusiyasının  ədəbiyyatımız, mədəniyyətimiz, 
dilimiz üzərində hökümranlığı dövrü başlamışdı. Ziyalılarımız, onların 
yaradıcılığı daima təqib olunurdu və bunun nəticəsi idi ki, 1937-ci ildə 
ölkəni repressiya dalğası bürüdü, vətənin bir çox istedadlı  oğulları çar 
Rusiyasının güdazına getdi, güllə yağışına tuş gəldi. Neçə-neçə Azərbaycan 
övladı bu siyasətin qurbanına çevrildi. Bütün bunlar ədəbiyyatımızın 
inkişafında öz ürəkağrıdıcı  təsirini göstərməyə bilməzdi.  Şair və 
yazıçılarımızdan dövrün tələbinə uyğun  əsərlər yazmaq tələb olunurdu, bu 
tələbə boyun əyməyənləri isə  ağır cəza gözləyirdi. Bütün bunlara 
baxmayaraq, vətənin ikiyə bölünməsi ilə ziyalılarımız heç cür barışa 
bilmirdi. Ona görə  də  hər iki tərəfdə dil, musiqi,  bədii  ədəbiyyat, poeziya 
qarşılıqlı  əlaqədə öz inkişafını davam etdirirdi. O taydan Mustafa Payan 


Filologiya məsələləri, 2017 
 307
Vahidin qəzəllərini oxuduğu kimi, bu taydan da Mirzə Fətəli Axundzadə və 
başqalarının əsərləri sərhəddi aşaraq cənuba gedirdi. Eyni zamanda Əndəlib 
Qaracadaği, Heyran xanım, Seyid Əbülqasim Nəbati, Məhəmmədbağır 
Xalxali, Məhəmmədəmin Dilsuz,Mirzə Əbdürəhimbəy Talıbov, Zeynalabdin 
Marağayi kimi cənublu  şair və  ədiblərimizin  əsərləri də  sərhədləri aşaraq 
şimala gəlir,  şer məclislərində, təziyə  mərasimlərində oxunur, az miqdarda 
da olsa, nəşr edilirdi. Bu da onu göstərirdi ki, torpağı böldülər, xalqı 
ayırdılar, lakin onun ədəbiyyatını bölə bilmədilər. Söz ustaları əllərinə qələm 
alıb vətənin çətin günündə ona dəstək, arxa-dayaq oldular. 
  Əsrin əvvəllərində Cənubi Azərbaycan ədəbiyyatında xarici təsirlərə, 
geriliyə, cəhalətə qarşı maarifpərvər, demokratikfikrlər o qədər gücləndi ki, 
hətta ömrünü ən çox aşiqanə və ənənəvi qəzəllər yazmağa həsr etmiş şairlər 
belə  qələmini bu tərəfə döndərmiş,xalqa səhər açıldığını bildirən, onun 
gözünü açmağa çalışan, onu ayılmağa çağıran ictimai mənalı  şeirlər 
yazmışdır. Azad gələcəyə inam, əvvəl-axır zalimlərin məhv ediləcəyinə
qaranlığın çəkilib səhər açılacağına sarsılmaz  inam şairlərin ürəyinə xalq və 
vətən məhəbbətini doldurmuşdu. Bəli, vətən eşqi, xalqa məhəbbət insanın 
fikrini hərəkətə  gətirən, iradəsini möhkəmlədən ecazkar qüvvədir və  işıq 
saçan bu qüvvə cənub şairlərini həmişə ilhamlandırmışdır. 
  Şimali Azərbaycanda yaşayıb-yaratmış M.F.Axundov, M.Ə.Sabir, 
C.Məmmədquluzadə, M.Araz, X.Rza Ulutürk, Cənubi Azərbaycanda isə 
M.Gülgün, S.Tahir, Ə.Tudə, B.Azəroğlu,       M.Möcüz, H.Billuri, 
M.Şəhriyar və başqalarını yalnız və yalnız bir amal birləşdirirdi: vətən 
həsrəti,vətənin və xalqın taleyi, ayrılıq dərdi, vətən məhəbbəti, yurd sevgisi
vətən yanğısı, bir sözlə, bütöv bir nisgil: 
                                         Mən də bir şairəm, sinəsi dağlı, 
                                        Ayrılıq nəfəsli, hicran soraqlı. 
                                        Vətənin qapısı üzümə bağlı, 
                                        Hər axşam bu dərddən alışır sinəm 
                                        Vətən həsrətliyəm, el həsrətliyəm. 
                                                                                       (H.Billuri) 
                                         Füzulim qəmli neydi. 
                                         O bir də mi qara geydi? 
                                         Yarasına kimlər dəydi, 
                                         O sahildə, bu sahildə.  
                                                                          (X.R.Ulutürk) 
                                        Mənim də vətənim bir gülüstandır. 
                                        Əzəldən varlığım ona qurbandır. 
                                        Sözümün ziynəti, şerimin tacı 
                                        Könlümün nəğməsi Azərbaycandır. 
                                                                                              (Ə.Tudə) 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə