Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə118/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   114   115   116   117   118   119   120   121   ...   147

Filologiya məsələləri, 2017 
 310
sayəsində  əldə edəcəyinə inanır, o gözəl  əyyamı  qəlbindən gələn böyük 
səmimiyyət duyğusu ilə tərənnüm edir: 
                                          Heydərbaba, mərd oğullar doğginən, 
                                          Namərdlərin burunların ovginən. 
                                          Gədiklərdə qurdları tut, boğginən, 
                                          Qoy quzular ayın-şayın otlasın... 
  Güneyin  Heydərbabasından müəyyən qədər danışdıq. Bəs Quzeyin? 
Bəli, Quzeyin Heydər babası Heydər Əliyev idi. O Heydər baba ki, heç vaxt 
Azərbaycan  ədəbiyyatını ayrı  təsəvvür etməmişdir, o taylı bu taylı 
Azərbaycanı vahid məkan hesab etdiyi kimi, onun ədəbiyyatına da yüksək 
qiymət verərkən bir bütöv halında vəhdətdə götürürdü.O, rus imperiyasının 
son dərəcə güclü olduğu bir zamanda, hələ Mərkəzi Komitənin birinci katibi 
olarkən Azərbaycan Yazıçılar  İttifaqında ayrıca bir şöbə yaradılmasına 
göstəriş vermiş, Balaş Azəroğlunu da həmin  şöbəyə müdir təyin etmişdir. 
Heydər  Əliyev Azərbaycan  ədəbiyyatında, xalqın yaratdığı  ədəbi-mədəni 
irsə  həmişə qayğı göstərmişdir. Fərqi yoxdur, bu, istər  Şimali Azərbaycan 
ədəbiyyatı olsun, istərsə də Cənubi. Onun ustad Şəhriyar  haqqında söylədiyi 
fikirlər olduqca qiymətlidir: ”Şəhriyar poeziyası dövrün ictimai-siyasi, 
fəlsəfi və  ədəbi görüşlərinin  əksidir. O böyük sənətkar, klassik-romantik 
poeziyanın mütərəqqi  ənənələri ilə  bədii ünsiyyətin qoruyaraq dövrünün 
novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni 
ədəbi məktəbin yaranmasına nail olmuşdur”. 
  Belə bir deyim var: “Yaman günün ömrü az olar“. Azərbaycan xalqı 
da inanır ki, Qarabağ torpağı daxil olmaqla bütün işğal olunmuş 
torpaqlarımız düşmən tapdağından azad olacaq, o cümlədən, gün gələcək o 
sahillə bu sahil birləşərkən ürəyində bu arzunu özüylə  qəbrə aparan 
Şəhriyarın ruhu Araz üstdən boylanaraq sevinəcəkdir: 
                                       Nə həsrət, nə hicran olsun. 
                                       Qoy birləşib bir can olsun. 
                                       Vahid Azərbaycan olsun 
                                        O sahil də, bu sahil də. 
 
ƏDƏBİYYAT 
1.  anl.az, lit.az, kult.az 
2.  IX sinif Azərbaycan Tarixi  
3.  Cənubi Azərbaycan Ədəbiyyatı Antalogiyası 
4.  H.Billuri “Seçilmiş əsərləri” 
5.  Müasir Azərbaycan Ədəbiyyatı  Bakı  2007 
6.  M.Şəhriyar “Aman Ayrılıq”. Bakı 1966 
7.  M.Şəhriyar “Seçilmiş əsərləri” 


Filologiya məsələləri, 2017 
 311
S/BAYRAMOVA 
 
СВЕТЛОЕ БУДУЩЕЕ МОЕГО МНОГОСТРАДАЛЬНОГО 
АЗЕРБАЙДЖАНА 
РЕЗЮМЕ 
     В 1828 году  Азербайджан  был  разделен  на  две  части.  Север 
примкнул  к  России,  а  южная  часть  осталась  в  составе  Ирана.  Настал 
конец  национальным  традициям.  Этот  несправедливый  договор 
разлучил  мать  с  детей,  брата  с  сестрой,  а  друзей  с  друзьями.  Это 
событие  также  оказало  влияние  на  литературу.  Многие  поэты  в  своем 
творчестве  затрагивали  тему  южного  Азербайджана.  Х.  Биллури  А. 
Туде , М. Гульгун  и т.д. Oдним  из  них  был.  М.  Шахрияр  основой  его 
творений  являлась  тоска  по  дому.  В  поэме  Гейдар  Бабая  салам  мы 
можем видеть более ясно.  
S/BAYRAMOVA 
 
BRIGHT FUTURE OF MY SUFFERING AZERBAIJAN. 
SUMMARY 
In 1828, Azerbaijan was divided into two parts. North joined to Russia
while the southern part remained part of Iran. Then came the end of the 
national traditions. This agreement unfair to separate mother and child, 
brother and sister, and friends of friends. This event has also had an impact 
on literature. Many poets in his work touched on the subject of South 
Azerbaijan.   
A.H. Billur, Tudeh, M. Gulgun etc. One of them was M. Shahriyar 
basis of his creations was homesick. we can see more clearly in the poem 
Heydar Babaya Salam.                                          
                                          
Rəyçi: prof. Tofiq Hüseynov 


Filologiya məsələləri, 2017 
 312
GÜNЕL  VƏKİLOVA 
AMЕA Fоlklоr İnstitutu  
gunel_novruzova@mail.ru  
 
MİFOLOGİYADA ƏKİZLƏR MODELİNİN DUAL 
QARŞIDURMALARI 
 
Açar sözlər: mifologiya, əkizlər mifi, dual qarşıdurma, ağıllı-axmaq əkizlər, 
doğru-yalan əkizlər, qəhrəman-qorxaq əkizlər.      
Ключевые 
слова: 
мифология, 
близнецы 
миф, 
двойное 
противостояние,  умные-идиот  близнецы,  истинно-ложные  близнецы, 
трусливые-герой близнецов. 
Key words:  mythology, twins myth, dual confrontation, smart-stupid twins,  
true-false twins, cowardly-hero twins. 
 
Məsələnin qoyuluşu: Mifologiyada əkizlər mifinin folklorda təzahür 
tiplərindən biri özünü dual qarşıdurmalarda göstərir.  Əkiz bacı-qardaşlar 
haqqındakı nağıllarda dual qarşıdurmalar yəni, ağıllı-axmaq  əkizlər, doğru-
yalan əkizlər və qəhrəman-qorxaq əkizlərin təhlili aparılmışdır. Belə ki, əkiz 
bacı-qardaş mif modeli folklorda təkcə  mənşə  təsviri ilə deyil, daha çox 
münasibətlər problemi ilə  təzahür edir. Bu da mifologiyada bütün 
duallıqların əkizlər mifi kimi izah oluna biləcəyini göstərir. 
İşin məqsədi:  Tədqiqatın aparılmasında  əsas məqsəd mifologiyada 
əkizlər modelinin dual qarşıdurmalarını araşdırıb, təhlil etməkdir. 
Mifologiyada  əkiz qarşıdurmaları  hər  şeydən öncə  əkizlərin 
xarakterindən, daxili aləmindən və ətraf mühitə münasibətindən irəli gəlir. 
Əkizlər arasında olan münasibətlər həm iki, həm də üç bacı-qardaşların 
qarşıdurmaları kimi göstərilir. 
Azərbaycan folklorunda əkizlər həm bu modelin məna sıraları, həm da 
qarşıdurmaları kimi göstərilir. 
Nağıl, əfsanə və dastanlarda olan əkizlər modelində qarşıdurmalara rast 
gəlinir. Bu mətnlər də göstərilən bacı  və qardaşlar  əkizlik modelinin fərdi 
xüsusiyyətləri sayəsində qarşıdurmalar yaranır.  
Mifologiyada əkizlər mifinin dual qarşıdurmaları dedikdə aşağıdakılar 
nəzərdə tutulur: 
yaxşı-pis (yaxşı-yaman) qarşıdurması; 
kişi-qadın qarşıdurması; 
işıq-qaranlıq (gecə-gündüz) qarşıdurması;  
qəhrəman-qorxaq qarşıdurması;  
ağıllı-axmaq (ağıllı-dəli) qarşıdurması;  
yuxarı-aşağı qarşıdurması;  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə