Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə124/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   120   121   122   123   124   125   126   127   ...   147

Filologiya məsələləri, 2017 
 328
Sən də bu dünyada vardınmı, qafa? 
Heyvandınmı, insandınmı, nə idin? 
Dürlü meyvələrdən yedinmi, qafa... 
 ... Kərəm sözünü qurtaran kimi kəllə dilə gəldi, dedi: 
Dinlə deyim, gələn-keçən halımı, 
Bir zaman dünyada mən də var idim. 
Bir şah idim, bəla gəldi başıma, 
Bütün əsrlərə yadigar idim...” (6, 77-78). 
Dastandakı digər obrazlar da magik görüşlərlə  əlaqədardır. 
Məsələn, Qara keşiş dastanda birbaşa tilsim, cadu, sehrlə bağlı  mənfi 
obraz kimi təqdim olunur. Onun tilsimkarlığına dair dastanda çoxlu 
faktlar vardır. Məsələn, Qara Keşiş  Kərəmlə  Əslinin toy gecəsində 
Əslinin donunu tilsimləyir. 
“İndi hamı toya hazırlaşmaqda olsun, eşit keşişdən.  Keşiş çox 
hiyləgər, özü də sehrkar idi. Tez qıza qırmızı xaradan bir don hazırlatdı. 
Döşünə tilsimbənd düymələr tikdirdi. Üçüncü gün Əslinin yanına gəlib, öz 
əlilə donu ona geydirdi, sonra da dedi: 
– Qızım, mən çox şadam ki, sən öz muradına çatdın. Xoşbaxt ol! 
Ancaq sənnən axırıncı bir xahişim var. Babalım boynuna, əgər bu 
düymələri özün açsan, qoy düymələri Kərəm açsın” (6 114). 
 Dastanda Kərəmin təbiət qüvvələri ilə magik dialoqu, ünsiyyəti açıq-
aydın görünən və bütün dastanı  əhatə edən xətdir. Öz sevgilisinin dalınca 
gedən Kərəm ona yol vermək istəməyən təbiət qüvvələrindən ya xoşluqla, ya 
da zorla yol alır. Xoşluq – alqış deməklə, zorluq – qarğış etməklə olur. 
Məsələn, Ərzrumun dağlarındakı epizodlara diqqət vermək kifayətdir:  
 “Günə bir mənzil gəlib, Ərzurumun gədiyinə çatdılar. Kərəm baxdı ki, 
hava qaralır, dedi: 
  – Sofi, dayan, bu dağa bir-iki söz deyim, yoxsa bizə yol verməyəcək.  
Sofi hirslənib dedi: 
 – Xeyr, lazım deyil. Heç nə demə! Elə  hər dağa-daşa söz 
deyəcəksən? 
Kərəm bir söz demədi. Yavaş-yavaş dağın başına çıxmağa başladılar. 
Elə  aşırıma az qalmışdılar ki, bir boran başladı, qar başladı, gəl görəsən. 
Kərəm dedi: 
 – Qoymadın dağa bir-iki söz deyəm, bizə yol versin, indi ölüb burada 
qalacağıq. 
 Sofi işi belə görəndə başladı Kərəmə yalvarmağa: 
  – Aman, Kərəm, nə sözün var de, bəlkə, nicat tapaq.  
Kərəm aldı sazı, dedi: 
Ərzrumun gədiyinə varanda, 
Onda gördüm burum-burum qar gəlir. 


Filologiya məsələləri, 2017 
 329
Lələ dedi: gəl bu yoldan qayıdaq, 
Dedim, dönmək namusuma ar gəlir... 
  ... Söz tamam oldu. Amma ki, çovğun-boran getdikcə artdı. Duman, 
qar hər tərəfi elə aldı ki, elə bil gecə oldu. Kərəm aldı, bu hala münasib dedi: 
Ərzrumun gədiyinə varanda, 
Onda dedim, qadir mövlam, aman hey! 
Hər tərəfdə çovğun, boran, bad əsər, 
Tutmuş hər yanımı çiskin, duman hey!... 
 ... Kərəm baxdı ki, dağ yol vermək istəmir. Ölüm gəldi durdu onun 
gözlərinin qabağında, dedi: 
Bu dünyada üçcə şeydən qorxum var, 
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm! 
Heç birindən əsla könlüm şad deyil: 
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm!... 
 ... Başladılar dağa çıxmağa. Yuxarılarda boran daha da şiddətləndi. 
Sofi Kərəmin sazını alıb dedi: 
Ərzrumun gədiyinə varanda, 
Onda gördüm burum-burum qar gəlir. 
Dedim: Kərəm, gəl bu yoldan qayıdaq, 
Gördüm, xan oğudu, ona ar gəlir...” (6, 83-86). 
  Kərəm bura qədər dağı alqış-dua ilə yumşaltmağa çalışırdı. Lakin 
Sofi çovğuna dözməyib yerə  yıxılır. Onlar balaca bir qayanın altına 
sığınırlar. Birdən qayanın üstündəki qar yığını da uçub, Kərəmgilin başına 
tökülür. Kərəm artıq dözməyib, dağa qarğış edir: 
“Ərzrumun alçaq-uca dağları, 
Yaşılbaş sonalar uçsun gölündən. 
Ağzım açıb sənə qarğış eylərəm, 
Qəbul olsun hər nə çıxar dilimdən. 
Duman, çiskin heç başacan getməsin
Ağır ellər ətəyini tutmasın! 
Yaz olanda gül-çiçəyin bitməsin, 
Heç gözəllər iyləməsin gülündən. 
Düşmən oldun, düşmənliyin bildirdin, 
Bais olub sən Sofini öldürdün, 
Kərəm deyər, göz yaşımı sildirdin, 
Aşdı Qara Keşiş qarlı belindən. 
  Söz qurtaran kimi, Sofi ayağa qalxdı, dizlərinə taqət gəldi. Kərəmgil 
day heç bilmədilər ki, qardı, borandı, ya nədi. Heç bilmədilər, haraya 
gedirlər. Elə üzlərini bir tərəfə tutub getməyə başladılar. Ta ki gedib-gedib, 
Ərzruma çatdılar” (6, 87). 
 


Filologiya məsələləri, 2017 
 330
ƏDƏBİYYAT 
 
1. Cəfərli M. Dastan və mif. B.: Elm, 2001, 188 s. 
2. Cəfərli M. Dastan yaradıcılığı. Bakı: Elm, 2007, 108 s.  
3. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının struktur poetikası. 
Bakı: Nurlan, 2010, 404 s. 
4. Cəfərov N. Eposdan kitaba. Bakı: Maarif, 1999, 220 s. 
5. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 
2008, 174 s. 
6. “Əsli-Kərəm” dastanı / Azərbaycan dastanları. 5 cilddə, 2-ci cild. 
Tərtib edənlər:  Ə.Axundov, M.H.Təhmasib (1966). Yenidən işləyib nəşrə 
hazırlayanlar:  Ə.Cəfərli, H.İsmayılov, S.Axundova. Təkmilləşdirilmiş 2-ci 
nəşri. Bakı, “Çıraq”, 2005, s. 5-118 
7.  Rzasoy S. Azərbaycan dastanlarında  şaman-qəhrəman arxetipi. 
Bakı: Elm və təhsil, 2015, 436 s. 
8. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 
1972, 400 s. 
9.  Фрезер  Дж.Дж.  Золотая  ветвь.  Москва:  Издательство 
политической литературы, 1984, 1983, 703 с. 
 
СЕВДА ИМАНОВА 
ТИПОЛОГИЯ ПЕРСОНАЖЕЙ, СВЯЗАННЫХ С 
МАГИЧЕСКИМИ  ПРЕДСТАВЛЕНИЯМИ В ДАСТАНЕ  
«АСЛИ-КЕРЕМ» 
 
РЕЗЮМЕ 
Азербайджанский  фольклор  обладает  богатыми  материалами  для 
изучения типологии связей фольклора и магии. Это, в первую очередь, 
вопрос, связанный с типологией жанра дастан. Каждый дастан хранит в 
себе национально-духовные ценности народа, создающего этот дастан. 
С  этой  точки  зрения,  в  Азербайджанских  дастанах  были  сохранены 
первобытные  представления,  в  том  числе  магическо-мифологические 
представления  нашего  народа.  Одним  из  таких  дастанов  является 
«Асли-Керем».  Этот  любовный  дастан  по  богатству  магических 
представлений  отличается  от  других  любовных  дастанов.  Дастан 
полностью связан с магическими представлениями. Оба главных героев 
дастана  представляют  магию.  Керем – положительный  герой,  Кара 
Кешиш  (Черный  Поп) – отрицательный  герой.  Орудие  обеих  героев – 
магия.  Керем  ведет  свою  борьбу  с  помощью  благопожеланий  и 
проклятий. Кара Кешиш использует черную магию, порчу, колдовство 
и т.д. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə